Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1352/2024 23.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Dəryaqulu qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1760/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh Dəryaqulu qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddia çı Cavabdeh Dəryaqulu qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2020-ci ilin oktyabr ayından 2021-ci ilin avqust ayınadək olan müddət ərzində tezliklə qaytarmaq şərti ilə iddiaçıdan hissə-hissə 14.000 manat məbləğində borca pul almış, 3.000 manatı qaytarmış, 11.000 manatı isə bu günə kimi qaytarmamışdır.
2. Belə ki cavabdeh iddiaçının qonşusudur və onlar həmişə yaxşı münasibətdə olmuşlar. 2020-ci ilin oktyabr ayında cavabdeh iddiaçıya müraciət edərək hərbi qulluqçu olan oğlu Şahini müharibəyə aparmasınlar deyə onu saxlatdırmaq üçün 10.000 manat məbləğində pul lazım olduğunu bildirmiş və xahiş etmişdir ki, ona kömək etsin. İddiaçı cavabdehə kömək etmək üçün iş yoldaşı X1 4.000 manat, qonşusu Şahid2 isə 4.200 manat məbləğində borca pul alıb cavabdehə vermişdir. Beləliklə, 2020-ci ilin oktyabr ayından 2021-ci ilin avqust ayınadək cavabdehə hissə-hissə 14.000 manat məbləğində borca pul vermişdir. Cavabdeh ona verilən pulları qaytara bilmədiyinə görə təklif etmişlər ki, lotereya oyununa qoşulsun və pulları hissə-hissə qaytarsın. Bundan sonra cavabdeh lotereya oyununa qoşulmuş və iddiaçıya cəmi 3.000 manat pul qaytarmış, 11.000 manatı isə bu günədək qaytarmamışdır. İddiaçı faktla bağlı tədbir görülməsi üçün Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, iddiaçının və cavabdehin izahatları alınmış və 8 noyabr 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda cavabdeh lotereya oyununa cəlb edilməsi və iddiaçıya 3.000 manat pul verməsi ba rədə izahat vermiş, lakin iddiaçıdan 14.000 manat məbləğində pul alması və 3.000 manat pulu iddiaçıya nəyə görə verməsi barədə heç nə göstərməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. Sumqayıt Şəhər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(060)-2001/2023 saylı qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia qismən təmin edilərək, cavabdehdən 10.000 manat məbləğində pulun, habelə dövlət rüsumuna görə 124 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında borc pulun verilməsinə dair münasibətlər olmuşdur. Məhkəmə tərəfindən tərəflərin səs yazısı olan CD diski dinlənilmiş, qeyd edilən diski dinləmə zamanı və həmin səs yazısı (02:5603:10) ilə müəyyə n edilmişdir ki, iddiaçı cavabdehə ödənilməmiş 10.000 manat borcun qaldığını, cavabdeh isə həmin borcu qaytaracağını bildirir.
5. Məhkəmə həmçinin qeyd etmişdir ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri və bildiyi, eşitdiyi hallarla bağlı məqamlar dayanır. Həmçinin onlar tərəflər arasında olan pul verilib-alınması ilə bağlı bildiklərini, eşitdiklərini aydın və müfəssəl təsvir etmiş, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Eyni zamanda şahidlər pulun verilməsi anını bilavasitə görməsələr də, iddiaçının onlardan pulu alaraq cavabdehə verilməsini, borcun qaytarılması ilə bağlı cavabdehin evində olduqlarını, cavabdehin iddiaçıya olan borcu qaytaracağına dair bildiklərini təsdiq etmişlər.
6. Həmçi nin Sumqayıt Şəhər X2 Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 noyabr 2022-ci il tarixli qərarından görünür ki, cavabdeh lotereya oynayaraq iddiaçıya 3.000 manat pul verdiyini bildirmişdir. Həmin izahat, yəni cavabdehin iddiaçıya 3.000 manat pul qaytarması tərəflər arasında borc münasibətlərinin mövcudluğunu bir daha təsdiq edir.
7. Qeyd olunanlara əsasən məhkəmə qeyd etmişdir ki, iddia borcun tutulması hissəsində qismən, yəni cavabdehin etiraf etdiyi həcmdə təmin edilməli, cavabdehdən 10.000 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir.
8. İddianın qalan hissəsi ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, həmin hissədə iddiaçı tələbini sübuta yetirə bilməmiş, cavabdehin ona 1.000 manat məbləğində borcunun olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdi m etməmişdir.
9. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 324, 331, 385, 442, 739 və 740-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 76, 77, 80, 119, 217-ci maddələrinə, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi n əticə əsassız və qanunsuzdur. Belə ki məhkəmə işdə olan səs yazısına və şahid ifadəsinə əsasən qətnamə qəbul etmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, məhkəmə tərəfindən tərəflərin səs yazısı olan CD diski dinlənilmiş, qeyd edilən diski dinləmə zamanı və həmin səs yazısı (02:56-03:10) ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehə ödənilməmiş 10.000 manat borcun qaldığını, cavabdeh isə həmin borcu qaytaracağını bildirir. Məhkəmə kollegiyasının nəzərinə çatdırılmışdır ki, həmin səs yazısı tərəflər arasında olan lotereya ilə bağlıdır. İddiaçının iddia ərizəsində qeyd etdikləri ilə məhkəmədə verdiyi izahatlar tamamilə ziddiyyət təşkil edir. Belə ki o, iddia tələbində qeyd etmişdir ki, Sahibədən 4000 manat, Xanımdan isə 4200 manat pul alıb cavabdehə vermişdir. Məhkəmədə isə iddiaçı bildirir ki, Sahibədən 7000 manat, Xanımdan isə 4200 manat pul alıb iddiaçıya verib. Həmçinin məhkəmədə iddiaçı qeyd etmişdir ki, pulu cavabdehə verəndə heç kim olmamış və həmin şəxslərin heç birinə pulu cavabdehə verməsi ilə bağlı nə isə deməmişdir. Lakin həmin şəxslər məhkəmədə şahid qismində ifadə vermişlər və onların da ifadələri mötəbər sübut kimi qəbul olunmuşdur. Hətta şahid Sahibə məhkəmə iclasında ondan 6000 manat pul aldığını qeyd etmişdir. İddiaçı isə 7000 manat aldığını bildirmişdir. Bütün bunlar ziddiyyətli olsa da, məhkəmə bunu nəzərə almamışdır. Səs yazısı isə birbaşa olaraq lotereyaya aiddir. Çünki cinayət işinin başlanılmasının rədd olunması haqqında qərarda da cavabdeh iddiaçıdan borc almadığını qeyd etmişdir. O, ifadəsində də tərəflər arasında lotereya ilə bağlı pul münasibəti ol duğunu qeyd etmişdir. Lakin nədənsə məhkəmə həmin səs yazısını borc münasibəti kimi qəbul etmiş və iddia tələbini qismən təmin etmişdir. İş üzrə iddiaçı hüquqdan sui-istifadə edərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və cavabdehdən əsassız olaraq pul tələb etmişdir. Məhkəmə isə iddiaçının qanunsuz və əsassız iddia tələbini təmin etmişdir. Məhkəmə iddia tələbini təmin edərkən iş materiallarında olan səs yazısına əsaslanmışdır. Həmin səs yazısı isə qanunsuz yolla əldə olunmuş sübutdur. Ona görə də hesab edir ki, həmin səs yazısı mötəbər sübut kimi qəbul oluna bilməz. Məhkəmənin gəldiyi əsassız nəticəyə görə iddiaçı əsassız olaraq varlanmış cavabdeh isə qanunsuz və əsassız olaraq maddi ziyana düşmüşdür. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiq inə lazımi şərait yaratmamış, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə qətnaməsi lazımi əsaslandırılmadan qəbul edilmişdir.
12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1760/2023 nömrəli mülki iş üzrə 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lətifə Məmmədova) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş və cavabdehdən 7.150 manat pulun tutularaq iddiaçıya verilməsi və qalan hissədə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki iş üzrə mübahisəni həll edən mə hkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirdikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə baxan məhkəmə işin hallarını, sübutları, habelə cavabdehin bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərməlidir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehə 14.000 manat məbləğində borc verdiyini, həmin məbləğdən 3.000 manatı qaytardığını, yerdə qalan 11.000 manatı qaytarmadığını iddia etmiş, cavabdeh isə iddiaçıya borcu olmadığını bildirmişdir.
16. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işdə iştirak edən şəxslərin izahatları o, halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Göründüyü kimi qeyd olunan tərəflər arasındakı səs yazısında cavabdehin iddiaçıya 10.000 manat borcu qalması öz təsdiqini tapır.
17. Bununla yanaşı cavabdehin səs yazısının lotoreyaya aid olması barədə cavabdehin dəlilləri ilə məhkəmə kollegiyası razılaşmamış qeyd etmişdir ki, səs yazısında tərəflər arasında ümumi borcla bağlı söhbətlər ap arılmışdır. Lakin cavabdehin, o cümlədən iddiaçının məhkəmə iclasında verdiyi izahatında cavabdehin ərinə məxsus pensiya kartından 6 ay ərzində 475 manat olmaqla, cəmi 2.150 manat pul götürdüyü qeyd edilmişdir.
18. Belə olan halda məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin iddiaçıya 10.000 manat məbləğində borcu qalması, həmin puldan 2.150 manat qaytarması iddiaçının izahatında da öz təsdiqini tapdığından, qətnamə iddianın təmin edilən hissəsində qismən təmin edilərək, iddiaçının tələb etdiyi məbləğdə deyil, 7.150 manat pul cavabdehdən tutulub iddiaçıya verilməlidir.
19. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya qaydasında işə baxan məhkəmə işin şərh olunan hallarına düzgün hüquqi qiymət verməmiş, bu səbəbdən də iş üzrə səhv nəticəyə gələrək işin həqiqi ha llarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan qətnamə qəbul etmiş, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozmuşdur.
20. Məhkəmə kollegiyası öz mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 739-cu maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 76, 106, 372, 384, 385-ci maddələrinə, “ S. Əliyevanın şikayəti üzrə” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yeniden baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Şikayət onunl a əsaslandırılmışdır ki, məhkəmə tərəflər arasında yaranmış mübahisəni həll edərkən yalnız iddiaçı tərəfindən təqdim edilmiş səs yazılarına istinad etmişdir. Cavabdehin təqdim etdiyi səs yazılarını isə tam dinləməmişdir. Bütün halları kifayət qədər araşdırmayan məhkəmə cavabdehin 10.000 manat borcu qaldığını, həmin borcdan iddiaçının deməsinə əsasən yalnız cavabdehin ərinə məxsus pensiya kartından 6 ay ərzində 475 manat olmaqla, cəmi 2.150 manat pul götürdüyü qənaətinə gələrək iddiaçının əsassız olaraq varlanmasına zəmin yaratmışdır. Həmçinin iddiaçının hüquqdan sui-istifadəsini görməzdən gələrək ədalətsizliyə yol vermiş və obyektiv vicdanlılığa zidd məhkəmə aktı qəbul etmişdir. Bundan əlavə iddiaçı öz əl yazmasında qeyd etmişdir ki, bütün ödəmələri və əlavə olaraq 3.000 manat bir və 7 ay müddətində 150 manat məbləğlərində də pul almışdır. Ancaq bu məbləğlərdən iddia ərizəsində 3.000 manat qaytarıldığını, məhkəmə də verdiyi izahatında isə 2.150 manat qaytarıldığını etiraf etmişdir. İddiaçının özünün etirafı 5.150 manat olsa da məhkəmə cəmi 3.000 manatı çıxıb 7.120 manat pul vəsaitini təmin etmişdir. Həmçinin məhkəmə apellyasiya şikayətində cavabdehin öz mövqeyini müdafiə etmək üçün gətirdiyi sübutların mötəbərliyini araşdırmadan, iddiaçının və şahidlərin dedikləri arasında kifayət qədər ziddiyyətlər olmasına məhəl qoymadan apellyasiya instansiya məhkəməsi 15 noyabr 2023-cü il tarixli, 2(105)- 1760/2023 saylı qətnaməsində qanunsuz, obyektiv həqiqətdən uzaq olan nəticəyə gəlmişdir. İddia ərizəsindən məlum olur ki, iddiaçı qonşularından cəmi 8.200 manat pul vəsaitini alıb cava bdehə vermişdir. Əvəzində isə cavabdehdən 14.000 manat pul vəsaitinin tutulması tələbi ilə bağlı məhkəmədə iddia qaldırılmışdır. Bu halın özü bir mənalı şəkildə iddiaçının sələmə pul verdiyini və əsassız varlanmaq istəyini sübuta yetirir. İddiaçı cavabdehin ödədiyi vəsaitləri faizə silərək onu əlavə borclandırmışdır. İddiaçı iddia ərizəsində 3.000 manatın qaytarılmasını və apellyasiya instansiyasında verdiyi izahatında isə 2.150 manatın qaytarılmasını etiraf etmişdir. Qalan pul vəsaitlərinin qaytarıldığıda iddiaçının öz dəsti xətti ilə yazılmış əl yazması və tərəflər arasında aparılan danışıqların audio yazısı vasitəsilə tam sübuta yetirilir. Nədənsə məhkəmə cavabdehin təqdim etdiyi bu mötəbər sübutları görməzdən gələrək qətnaməsində bu sübutlara ümumiyyətlə toxunmamış, hüququ münasibət bi ldirməmişdir. Ən azından iddiaçıya öz dəsti ilə verdiyi əl yazmasının ona məxsus olub olmadığını, tərəflər arasında olan audio yazının ona məxsus olub-olmadığını yoxlamamışdır. Bütün bu qeyd olunanlara əsasən məhkəmə kollegiyası tərəfindən tətbiq edilmiş Mülki Məcəllənin və Mülki-Prosessual Məcəllənin maddələri düzgün tətbiq edilməmiş və məhkəmənin bu mövqeyə gəlməsi nə qanunvericiliyə, nə obyektiv həqiqətə, nədə ki mövcud məhkəmə təcrübəsinin vahidliyinə uyğun deyil. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc ala na) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
25. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
26. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
27. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
28. Maddə 1091.1. Əsass ız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
29. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
30. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Ma ddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassas iya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Cavabdehin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
42. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsi işin hallarını araşdırıb sübutlara düzgün hüquqi qiymət vermiş olsa da, maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu isə, Mülki Prosessual Məcəllənin 417.1.4, 417.2-ci maddələrinin mənasına görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilərək müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar çıxarılması üçün əsasdır.
43. Belə ki iddiaçı iddia ərizəsində cavabdehə 14.000 manat borc verdiyini, həmin məbləğdən 3.000 manatı qaytardığını, qalan 11.000 manatı qaytarmadığını iddia edir, cavabdeh isə iddiaçıya borcu olmadığını bildirir.
44. Apellyasiya instansiyası məhkəməsi isə müəyyən etmişdir ki, tərəflər arasındakı səs yazısında cavabdehin iddiaçıya 10.000 manat borcu qalması öz təsdiqini tapır. Bununla yanaşı səs yazısı nın lotoreyaya aid olması barədə cavabdehin dəlilləri öz təsdiqini tapmır və səs yazısında tərəflərin ümumi borcla bağlı söhbətlər apardığı müəyyən olunur. Lakin tərəflərin məhkəmə iclasında verdikləri izahatları ilə iddiaçının cavabdehin ərinə məxsus pensiya kartından 6 ay ərzində 475 manat olmaqla, cəmi 2.150 manat pul çıxardığı müəyyən olunur. Belə olan halda cavabdehin iddiaçıya 10.000 manat borclu qalması, həmin puldan 2.150 manatı qaytarması iddiaçının özünün izahatı ilə də öz təsdiqini tapdığından, qətnamə iddianın təmin olunan hissəsində qismən təmin edilərək, cavabdehdən 7.150 manat pul tutularaq iddiaçıya verilməlidir.
45. İddiaçı qətnamə ilə razılaşaraq ondan, ümumiyyətlə, kassasiya şikayəti verməyib, cavabdeh isə qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirib.
46. Əvvəla, işdən görünür ki, iddiaçı cavabdehə borc şəklində 14.000 manat borc pul verdiyini iddia etsə də, tərəflər arasında yazılı formada hər hansı borc müqaviləsi bağlanmayıb. Halbuki Mülki Məcəllənin 740.2-ci maddəsinin mənasına görə borc müqaviləsinin predmetinin məbləği üç min manatdan... çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır.
47. Göründüyü kimi tərəflər arasında yazılı formada borc müqaviləsi bağlanmayıb. Belə olan halda tərəflər arasında yaranmış mülki hüquqi münasibətlərə Mülki Məcəllənin 739-cu maddəsinin tətbiqi yolverilməzdir.
48. Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə görə, iddiaçı cavabdehə 14.000 manat pulu borc şəklində verdiyini iddia etdiyi üçün onlar arasında yazılı formada borc müqaviləsi bağlanmalı idi, belə bir müqavilə isə yoxdur.
49. Mülki Məc əllənin 337.1-ci maddəsinə əsasən, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd isə etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
50. Apellyasiya instansiyası məhkəməsi işin hallarını araşdırıb sübutlara düzgün hüquqi qiymət vermiş olsa da, cavabdehdən iddiaçının xeyrinə 7.150 manat pul vəsaitini Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və bağlandığı andan etibarsız olan əhəmiyyətsiz əqdə əsaslanaraq tutmaqla, yuxarıda sadalanan maddi hüquq normala rının tələblərini pozub.
51. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
52. Həmin Məcəllənin 1091.2-ci maddəsində göstərilər ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
53. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
54. Göründüyü kimi cavabdeh əslində hüquqi əsas olmadan iddiaçının hesabına 7.150 manat pul vəsaiti əldə edib, yəni cavabdeh bu cür var lanmaya haqq qazandıran qanuni və müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlanıb. Belə olan halda əsassız varlanmış şəxs kimi cavabdeh, əldə etdiyi 7.150 manat pul vəsaitini məhrum olanın, yəni iddiaçının hazırkı tələbi ilə ona geri qaytarmağa borcludur. Ona görə də həmin vəsait cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır.
55. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
56. Həmin Məcəllənin 417.1.4 və 417.2-ci maddələrində göstərilir ki, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya i nstansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.
57. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, yeni qərar çıxarılmaqla, cavabdehdən əsassız varlanmaya görə 7.150 manat pul tutulub iddiaçıya verilməlidir.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara ald ı: Cavabdeh Dəryaqulu qızının kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 2(105)-1760/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, yeni qərar qəbul olunsun. Cavabdeh Dəryaqulu qızından 7.150 (yeddi min yüz əlli) manat məbləğində pul tutulub İddiaçı verilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.