Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1354/2019 11.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İAzərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı (hazırda iddiaçının hüquqi varisi X7 Təsərrüfatı Mərkəzi) Cavabdeh qarşı “7202,22 manat məbləğində maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.10.2018-ci il tarixli 2(107)-2233/2018 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzr ə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Oğuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 7350,03 manat maddi ziyan məbləğinin tutularaq İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Oğuz filialında olan hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh meşə qanunvericiliyini pozduğuna görə İddiaçı meşə gözətçisi kimi işlədiyi dövrdə cərimə olunmuşdur. Halhazırda Cavabdeh İddiaçı işçisi kimi fəaliyyət göstərmir. Cavabdeh müəssisənin meşə gözətçisi kimi işlədiyi dövrdə müəssisəyə qanunsuz meşə qırıntısı faktlarının sənədləşdirilməməsi nəticəsində 7350,03 manat maddi ziyan vurmuşdur. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehə dəfələrlə müraciət olunmuş, lakin cavabdeh həmin ziyan məbləğinin ödənilməsini təmin etməmişdir. Mülki iş birinci instansiya məhkəməsinin icraatında olduğu müddətdə iddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək 7350,03 manat maddi ziyan məbləğinin 147,81 (bir yüz qırx yeddi manat 81 qəpik) manatdan ibarət hissəsinin sekvestr olunmuş materiala görə azaldılmalı olduğunu bildirərək cavabdehdən 7202,22 (yeddi min iki yüz iki manat 22 qəpik) manat maddi ziyan məbləğinin tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin (hakim Kamran Süleymanov) 28 iyun 2018-ci il tаrixli 2(054)-416/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 7202,22 (yeddi min iki yüz iki manat 22 qəpik) manat məbləğində maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməs i Mülki Kollegiyasının (Gündüz Abbasov sədrliyi və məruzəsi ilə, hakimlər Rövşən Rəfiyev, Elçin Hüseynov) 17.10.2018-ci il tarixli 2(107)2233/2018 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək Oğuz Rayon Məhkəməsinin 28 iyun fevral 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı hüquqi varisi X7 Təsərrüfatı Mərkəzi kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.10.2018-ci il tarixli 2(107)-2233/2018 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual hüqu q normalarının tələblərini pozmuş, işin faktiki hallarına düzgün qiymət verməmişdir. İş materiallarında olan aktlardan və həcm qiymət cədvəllərindən görünür ki, 02 saylı meşə dolayında cavabdehin işlədiyi dövrdə ağacların kəsilməsi nəticəsində dəymiş maddi ziyan tarixlər göstərilməklə hesablanmışdır. Məhkəmənin iddianın rədd edilməsi barədə qəbul etdiyi qətnamə qanunsuz və əsassızdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası iclasında iddiaçının nümayəndəsi X3 və Cavabdeh vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onların izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, cavabdeh 10 may 2017-ci il tarixli 48/k nömrəli əmrlə İddiaçı Oğuz meşəbəyliyinin 02 saylı meşə dolayına meşə gözətçisi vəzifəsinə təyin edilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin şərtlərinə əsasən tərəflərdən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Oğuz meşəbəyliyinin 02 saylı meşə dolayının ərazisində 25 iyun, 05 iyul və 11 sentyabr 2017-ci il tarixlərdə yoxlama aparılmışdır. Yoxlamalar zamanı meşə sahəsindən ayrı-ayrı vaxtlarda müxtəlif cinsli və müxtəlif diametrli yaş köküstə ağacların qanunsuz olaraq kəsilib aparıldığı müəyyən edilmişdir. Hər bir yoxlamanın nəticələrinə dair müvafiq akt və həcmqiymət cədvəli tərtib edilmiş, ağacların qanunsuz olaraq kəsilməsi nəticəsində İddiaçınə dəymiş maddi ziyan hesablanmışdır. Meşə sahəsindən ağacların kimlər tərəfindən qanunsuz olaraq kəsilib aparılması müəyyən edilmədiyindən maddi ziyan məbləğinin ödənilməsi cavabdehdən tələb edilmiş, ancaq o həmin məbləği ödəməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh İddiaçı üzrə 10 may 2017-ci il tarixli 48/k saylı əmrlə İddiaçı Oğuz meşəbəyliyinin 02 saylı meşə dolayına meşə gözətçisi vəzifəsinə təyin edilsə də, həmin meşə dolayının faktiki olaraq rəsmi şəkild ə ona təhvil verilməsi, o cümlədən hansı vəziyyətdə təhvil verilməsi barədə tərtib edilmiş akt iddiaçı tərəfindən nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edilməmişdir. Belə bir akt və ya digər hər hansı rəsmi sənədin mövcud olması birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin araşdırması zamanı da müəyyən edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə hesab etmişdir ki, Oğuz meşəbəyliyinin 02 saylı meşə dolayının ərazisində 25 iyun, 05 iyul və 11 sentyabr 2017-ci il tarixlərdə aparılmış yoxlamalar cavabdehin meşə gözətçisi olduğu dövrü əhatə etsə də, meşə dolayı faktiki olaraq rəsmi şəkildə ona təhvil verilmədiyindən, cavabdeh 25 iyun, 05 iyul və 11 sentyabr 2017-ci il tarixlərdə keçirilmiş qəfləti yoxlamalar nəticəs ində aşkar edilən qanunsuz ağac kəsilməsi hallarında İddiaçınə dəymiş maddi ziyana görə məsuliyyət daşımır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, İddiaçı əməkdaşlarının tərtib etdikləri 25 iyun, 05 iyul və 11 sentyabr 2017-ci il tarixli aktlar ilə Oğuz meşəbəyliyinin 02 saylı meşə dolayının ərazisində meşə sahəsindən müxtəlif cinsli və müxtəlif diametrli yaş köküstə ağacların qanunsuz olaraq kəsilib aparıldığı müəyyən edilsə də, əslində həmin ağacların kəsilmə vaxtı tam olaraq Cavabdeh meşə gözətçisi işlədiyi dövrü əhatə etmir. Digər tərəfdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 199-cu maddəsinin “a” və “b” bəndlərinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın v ə digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda və ya əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquq müəyyən edici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 202.1-ci maddəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. - 205.2-ci maddəsinə əsasən, əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək h aqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Lakin tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilənin bağlanmasına dair iş materiallarında heç bir sübut yoxdur. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, hazırki işdə sübutetmə yükü iddiaçının üzərinə düşür. Yəni,işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsi olmuşdur. Belə ki,mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblər inin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə iddianın rədd edilməsi barədə qətn amə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya və apellyasiya şikayətlərində istinad edilən dəlillər eyni olduğu üçün və apellyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə qiymət verildiydən və məhkəmə kollegiyasının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəm əsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı hüquqi varisi X7 Təsərrüfatı Mərkəzinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.10.2018-ci il tarixli 2(107)-2233/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi E.R.Vəliyeva
Məhkəmə qərarları › İş №2(102)-1354/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1354/2019
11.03.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver