Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1354/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçı “xxxx” QSC-nin (hazırkı “xxxx” QSC) Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli 2(106)-2625/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” QSC (hazırkı “xxxx” QSC ) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxx” QSC-nə olan 20.013 manat əsas borcun, 5000 manat məbləğində dəbbə pulunun və iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq “xxxx” QSC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh «xxxx” QSC ilə işlədiyi dövrdə onun fəaliyyətinin yoxlanılması zamanı iddiaçıya 20.013 manat borc qalığının olduğu müəyyən olunmuşdur. Bu barədə cavabdehin iştirakı ilə borc qalığını təsdiq edən 04 avqust 2017-ci il tarixli akt bağlanmışdır. Cavabdeh şəxsən yoxlamada iştirak edərək həmin akta imza etmişdir. Eyni zamanda yoxlamanın obyektivliyini təmin etmək məqsədilə müstəqil audit dəvət olunmuş və 21 avqust 2017-ci il tarixli audit rə yi alınmışdır. Cavabdeh həmçinin həmin borcu öz izahatında da təsdiq etmişdir. Dəfələrlə borcun ödənilməsi məqsədilə Cavabdeh müraciətlər edilsə də, o, həmin borc qalığından cəmi 3600 manat ödəməklə qalan borc qalığına dair öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh borcunu ödəmək əvəzinə hər dəfə ödənişdən boyun qaçırdığına görə belə nəticəyə gəlinmişdir ki, o, borcunu ödəməkdən yayınır və tərəf kimi onların hüquqlarını pozur. Lənkəran Rayon Məhkəməsinin (hakim M.İsayev) 03 oktyabr 2018-ci il tarixli 2(049)957/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, Cavabdeh 20.013 (iyirmi min on üç) manat əsas borc, 500 (beş yüz) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “xxxx” QSC-nin xeyrinə verilməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər F.Abbasov, T.heydərov, T.Kərimov) 09 oktyabr 2019-cu il tarixli 2(106)-2625/2019 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)-957/2018 saylı iş üzrə 03 oktyabr 2018-ci qətnaməsi “Cavabdeh 20.013 manat əsas borcun alınaraq “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsində dəyişdirilərək, Cavabdeh 14.871,50 (on dörd min səkkiz yüz yetmiş bir manat əlli qəpik) manat əsas borc alınaraq iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatorun özünə aid edilməsi qət edilmişdir. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şirvan Apellyasi ya Məhkəməsi Mülki Kollegiyasının 09.10.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə cavabdehin hüquqları pozulmuşdur. Borc məbləği müəyyən edilərkən müvafiq ekspert rəyi alınmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əs asən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, iddiaçı «xxxx» (hazırda «xxxx” QSC) ilə Cavabdeh arasında 01 aprel 2014-cü il tarixdə əmək müqaviləsi və tam maddi məsuliyyət haqında nümunəvi fərdi müqavilə bağlanaraq Cavabdeh supervayzer vəzifəsinə işə götürülərək satış işinin təşkili, mal və pul vəsaitlərinə cavabdehliyi öz üzərinə götürmüşdür. Lakin müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirməyən Masallı rayonu üzrə supervayzer v əzifəsində işləyən Cavabdeh öz vəzifə funksiyaları ilə bağlı mağazalardan toplayıb «xxxx” QSC-nə ödəməli olduğu 23613 manat məbləğində pul vəsaitini mənimsəməklə külli miqdarda maddi ziyan vuraraq bu əməli ilə əmək vəzifələrini kobud şəkildə pozduğundan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən «xxxx” QSC-nin 11 avqust 2015-ci il tarixli 336 saylı əmrinə əsasən əmək müqaviləsinə həmin tarixdən xitam verilmişdir. Cavabdeh fəaliyyəti yoxlanılaraq 04 avqust 2017-ci il tarixli “Satış fəaliyyəti haqqında akt” tərtib olunmuş və həmçinin «xxxx” QSC-nə Cavabdeh fəaliyyətinin yoxlanması üçün ilə müstəqil audit dəvət olunmuşdur. “X3” MMC-nin «xxxx” QSC-nə verdiyi 21 avqust 2017-ci il tarixli rəyində cəmiyyətin idarə heyətinin sədri E.Q.Rəsulovun 04.08.2017-ci il t arixli tapşırığına əsasən yaradılmış komissiya tərəfindən Cavabdeh cəmiyyətə olan borcu araşdırılaraq nəticədə “satış fəaliyyəti haqqında” 04.08.2017-ci il tarixli akt tərtib olunmuş, həmin aktda Cavabdeh cəmiyyətə 23.613 manat borcu olduğu müəyyən edilmişdir. Cavabdeh 06.08.2015-ci il tarixdə izahat verərək «xxxx» QSC-nin 23.613 manat pul vəsaitini öz şəxsi borclarının ödənilməsi üçün istifadə etdiyini və yaranmış borcu qısa müddət ərzində ödəməyə söz vermişdir. Cavabdeh 23.613 manat borcdan “xxxx” QSC-nə 22 avqust 2017-ci il tarixdə 600 manat, 11 oktyabr 2017-ci il tarixdə 1000 manat və 30 avqust 2018-ci il tarixdə 2000 manat olmaqla, cəmi 3600 manat qaytarmış, qalan borcu hal-hazıra kimi qaytarmamış, öhdəliklərini vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək icrasından yayınmışdır. “X3” MMC-nin «xxxx” QSC-nə verdiyi 21 avqust 2017-ci il tarixli rəyindən görünür ki, cəmiyyətin idarə heyətinin sədri Xun 04.08.2017-ci il tarixli tapşırığına əsasən yaradılmış komissiya tərəfindən Cavabdeh cəmiyyətə olan borcu araşdırılaraq nəticədə “satış fəaliyyəti haqqında” 04.08.2017-ci il tarixli Akt tərtib olunmuş və həmin Aktda Cavabdeh cəmiyyətə 23613 manat borcu olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən yazılmış 06.08.2015-ci il tarixli izahatda 23613 manat pul vəsaitini öz şəxsi borclarının ödənilməsi üçün istifadə etdiyi göstərilmiş, nəticədə Cavabdeh tərəfindən cəmiyyətə ödəniləcək 23613 manat borc yaranmışdır. Lakin 2 il vaxt keçməsinə baxmayaraq 23613 manat pul vəsaiti Cavabdeh tərəfindən cəmiyyətə qaytarılmamışdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında müəyyən edi lmişdir ki, iddiaçının istinad etdiyi və borc qalğının müəyyən edildiyi 23613 manat kəsrin yarandığına dair tərtib edilmiş 04.08.2017-ci il tarixli Akt Cavabdeh iştirakı olmadan tərtib edilmiş və onun tərəfindən imzalanmamışdır. Lakin həmin tarixli cavabdehin iddiaçı “xxxx” QSC-yə borc qalığını təsdiq edən digər Akt isə Cavabdeh iştirakı ilə tərtib edilməklə cavabdehin cəmiyyətə olan borcunun 18471,50 manat olduğu müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, məhz cavabdehin özünün iştirakı ilə 04.08.2017-ci il tarixdə tərtib olunmuş Aktda olan borc qalığı əsas götürülərək, həmin 18471,50 manat əsas borcdan cavabdehin ödəmiş olduğu 3600 manat məbləğ çıxılmalı (18471,503600=14871,50), qalan 14871,50 manat əsas borc isə Cavabdeh alınaraq iddiaçı “xxxx” QSC-nə ödənil məlidir. İddianın təmin edilməmiş hissəsindən iddiaçı kassasiya şikayəti vermədiyindən məhkəmə kollegiyası cavabdehin kassasiya şikayəti əsasında qətnamənin qanuniliyini iddianın təmin edilmiş hissəsində yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən yoxlanılan hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. İşçinin və işəgötürənin maddi məsuliyyətinin qarşılıqlı xara kteri əmək hüquq münasibətlərinin təbiətindən irəli gəlir. Bu münasibətlər müqavilə xarakterli olduğundan tərəflərdən birinin əmək münasibətlərindən irəli gələn vəzifələrindən hər hansının yerinə yetirilmədiyi halda digər subyektə vurduğu ziyanı ödəmək vəzifəsini nəzərdə tutur. Belə ki, əmək münasibətlərinin əsas prinsiplərindən biri əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılmasıdır (Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsi). Bu prinsipə müvafiq olaraq, qanunverici, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrini sadalayaraq, onun əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək (Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndi) və işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq (Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndi) və zifələrini müəyyən etmişdir. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə əsasən, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Azərbaycan Respublikası ƏM-nin 199-cu maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin faktiki halları, qanunvericiliyin qeyd edilən tələbləri və araşdırılmış sübutlara əsasən cavabdehin iddiaçıya 14871.50 manat pul ödəməli olması müəyyən olunur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yar adan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Cavabdeh kassasiya şikayətində iş üzrə məhk əmə-mühasibatlıq ekspertizası keçirilərək borcunun dəqiq hesablanmamasını göstərmişdir. Lakin kassasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, cavabdehdən tələb edilən borcun məbləğin iş materialları ilə və “X3” MMC-nin rəyi ilə müəyyən edilmiş və cavabdeh vurulmuş ziyanın məbləği ilə razılaşaraq müvafiq akta imza etmişdir. Cavabdeh borc məbləğinin daha az olması barədə heç bir sübut təqdim etmədiyindən, iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına və iş üzrə məhkəmə ekspertizasının təyin edilməsinə əsas verən hallar iş üzrə müəyyən edilmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instans iyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də, kassasiya ş ikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.10.2019-cu il tarixli 2(106)2625/2019 nömrəli qətnaməsi y oxlanılan hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1354/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1354/2020
11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver