Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1356/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Cavabdeh tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)2881/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Göyçay rayon məhkəməsinin (hakim Zəfər Quliyev) xx xxxx 2019-cu il tarixli, 2(046)178/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 6330 manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manatının cavabdehdən alınıb iddiaçıya verilməsi, 10 manatı iddiaçıya aid olunması, 240 manat ekspertiza xərcinin 150 manatı cavabdehdən, 90 manatı İddiaçındən tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Ayaz Mahmudov- sədrlik edən və məruzəçi, Elçin Hüseynov, Vəzirxan Məlikov) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Göyçay rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsin. İşin halları İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 9900,20 manat məbləğində dəymiş maddi zərər in və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X3 qarşı “xxxx” markalı **JB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin və həmin avtomobilin AA seriyalı 924170 saylı qeydiyyat şəhadətnaməsinin qaytarılması tələbinə dair mülki işin məhkəmə baxışı zamanı məlum olmuşdur ki, X6 iddiaçının mülkiyyətində olan avtomobili Göyçay rayonu Alxasava kənd sakini Cavabdeh satmışdır. Ona görə də Cavabdeh qismində işə cəlb edilmiş və Göyçay rayon məhkəməsinin həmin mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2017-ci il tarixli 2(046)-2672 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, yəni “xxxx” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin və həmin avtomobilə dair Azərbaycan Respublikası DİN BDYPİ-nin QİŞ tərəfindən xx xxxxxx 2007-ci il tarixdə verilmiş AA N 924170 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin Cavabdeh alınaraq iddiaçıya qaytarılması, iddia tələbinin cavabdeh X4 münasibətdə rədd olunması qət edilmişdir. Həmin qətnamədən apelyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Qətnaməni icra edən Göyçay rayon İcra Şöbəsinin icra məmurları xx xxxxxx 2018-ci il tarixdə avtomobili və onun qeydiyyat şəhadətnaməsini cavabdehdən alaraq iddiaçının nümayəndəsi X5 təhvil vermişlər. Avtomobil tamamilə yararsız vəziyyətdə olmuş və iddiaçının yerləşdiyi əraziyə evakuator vasitəsi ilə gətirilmişdir. Hazırda avtomobil yararsız vəziyyətdə MMC-nin qarajında saxlanılır. “xxxx” MMC-nin xx xxxxxx 2018-ci il tarixli qiymətləndirmə aktından görünür ki, avtomobili yararlı hala gətirmək üçün təmirinə 9900,20 manat vəsait tələb olunur. Ona görə də iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Hazırki mübahisə üzrə iddiaçıya mülkiyyətində olan nəqliyyat vasitəsinin dağıdılması na görə dəymiş ziyanın məhz onun (cavabdehin) hansı təqsirli hərəkəti və yaxud hərəkətsizliyi nəticəsində, başqa sözlə mülki hüquq pozuntusu nəticəsində vurulması sübut olunmadığı halda, məhkəmə əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Mülki Məclləsinin 1096 və 1097-ci maddələrinə əsaslanaraq iddia tələbini təmin etmişdir. “xxxx” markalı yük avtomobili tərəfindən ona satılarkən avtomobilin mövcud vəziyyətinə dair akt tərtib edilib ona təhvil verilməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün, tərəfindən sözügedən nəqliyyat vasitəsi ona satılarkən hansı vəziyyətdə olmasını aydınlaşdırmaq üçün sonuncunu məhkəmə iclasına dəvət edib, şahid qismində dindirməmişdir. Məhkəmə mübahisələndirən qətnamədə “Cavabdeh “xxxx” markalı yük avtomobilinin nasaz vəziyyətdə almasını və saz vəziyyətdə tə hvil verməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir” kimi nəticəyə gəlmişdir. Bununla bağlı qeyd etmək lazımdır ki, iddiaçı da “xxxx” markalı yük avtomobilinin saz vəziyyətdə ona təhvil verilməsinə dair, eləcə də ehtiyyat hissələrinin onun təqsirli hərəkəti nəticəsində sıradan çıxmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görü nür ki,“xxxx” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili İddiaçı mülkiyyətindədir. Həmin avtomobil Cavabdeh istifadəsində olmuşdur. Cavabdeh bildirməsinə görə, həmin avtomobil X6 tərəfindən ona satılmışdır. Bu halı iddiaçı MMC də inkar etməmişdir. Başqa məhkəmə mübahisəsi üzrə İddiaçı MMC cavabdehlər Cavabdeh və X4 qarşı iddia qaldıraraq yük avtomobilini və həmin avtomobilin AA seriyalı 924170 saylı qeydiyyat şəhadətnaməsinin cavabdehlərdən alınmasını tələb etmiş və iddia tələbi qismən təmin edilmişdir. Belə ki, Göyçay rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(046)-2672/2017 nömrəli qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, “xxxx” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və həmin avtomobilə dair Azərbaycan Respublikası DİN BDYPİ-nin Qİ Ş tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AA N 924170 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi Cavabdeh alınaraq İddiaçınə qaytarılması, iddia tələbi digər cavabdeh X4 münasibətdə rədd edilməsi qət olunmuşdur. Qətnamə icra edilərək avtomobil və həmin avtomobilin AA seriyalı 924170 saylı qeydiyyat şəhadətnaməsi Cavabdeh alınıb İddiaçınə təhvil verilmişdir. Hazırki tələbində iddiaçı avtomobilin cavabdehdən alınarkən tamamilə yararsız vəziyyətdə olduğunu və iddiaçının yerləşdiyi əraziyə evakuator vasitəsi ilə gətirildiyini bildirərək avtomobili yararlı hala gətirmək üçün təmirinə 9900,20 manat vəsait tələb olunduğunu bildirir və həmin pulun Cavabdeh tələb edir. Birinci instansiya məhkəməsi ekspertiza rəyinə əsaslanaraq rəy ilə müəyyən edilmiş pulun, yəni yük avtomobilin təmi r-bərpa işlərinin dəyəri 6330 manatın cavabdehdən tutulmasını qət etmiş, apellyasiya instansiyası məhkəməsi də bu nəticə ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəf iddia ərizəsində göstərilmiş Kamaz markalı avtomaşının yararsız vəziyyətdə olmasını, həmin Kamazın yararlı vəziyyətə salınması üçün nə qədər xərc tələb olunmasını və nəhayət zərərin məhz cavabdeh tərəfindən törədilməsini və səbəbli əlaqəsini sübut etməlidir. İddiaçı tərəfindən bununla bağlı tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilmiş, həmçinin işə baxan birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertiza təyin edilərək dəymiş ziyanın məbləği dəqiqləşdirilmişdir. Belə olan halda hazırki iş üzrə iddia tələbini dəstəkləyən sübutlar iddiaçı tərəfin izahatı ilə yanaşı, həmçinin təqdim olunmuş sübutlar, o cümlədən də ekspert rəyinə əsaslanmışdır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanun i və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsi Kamaz markalı avtomaşının yararsız vəziyyətdə olmasını, həmin Kamazın yararlı vəziyyətə salınması üçün nə qədər xərc tələb olunmasını və nəhayət zərərin məhz cavabdeh tərəfindən törədilməsinin sübut edildiyini, iddiaçı tərəfindən bu barədə məhkəməyə kifayət qədər sübutlar təqdim edildiyini qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Kamaz markalı avtomaşının yararsız vəziyyətdə olmasını, həmin Kamazın yararlı vəziyyətə salınması üçün xərc tələb edilməsi, həmn xərcin məbləğinin ekspert rəyi ilə müəyyən edilməsi işin mübahisələndirilməyən halları olsa da, avtomobilə dəymiş ziya nın məhz Cavabdeh hərəkətləri və ya hərəkətsizliyi nəticəsində olması iş materiallarında olan sübutlarla təsdiq edilmir. İddiaçı bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi işin bu halını iddiaçı tərəfindən sübut edilmiş hesab etmişlər. Cavabdeh iddia tələbinə etirazının əsası kimi həmin “xxxx” markalı yük avtomobilin tərəfindən ona satılarkən avtomobilin mövcud vəziyyətinə dair akt tərtib edilib ona təhvil verilmədiyini, məhkəmənin həqiqətə nail olmaq üçün, tərəfindən sözügedən nəqliyyat vasitəsi ona satılarkən hansı vəziyyətdə olmasını aydınlaşdırılmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə ed ilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki və mülki prosessual qanunvericiliyin yuxarıda sadalanmış maddələrinin mənasından göründüyü kimi mülki hüquq pozuntusu - deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Hazırki mübahisə üzrə iddiaçıya mülkiyyətində olan nəqliyyat vasitəsinə dəymiş ziyanın məhz cavabdehin təqsir li hərəkəti və yaxud hərəkətsizliyi nəticəsində, başqa sözlə mülki hüquq pozuntusu nəticəsində vurulması sübut olunmadığı, eyni zamanda iddiaçının “xxxx” markalı yük avtomobilinin saz vəziyyətdə ona təhvil verilməsinə dair, eləcə də ehtiyyat hissələrinin onun təqsirli hərəkəti nəticəsində sıradan çıxmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməməsinə baxmayaraq işə baxan məhkəmələt Azərbaycan Respublikası Mülki Məclləsinin 1096 və 1097-ci maddələrinə əsaslanaraq iddia tələbini təmin etmişdir. İşdən, daha konkret olaraq Göyçay rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, “xxxx” markalı yük avtomobili təkcə Cavabdeh hərəkətləri nəticəsində deyil, MMC-nin təsisçisinin yaxın qohumu X2 təqsirli hərəkətləri nəticəsində iddiaçı MMC-nin sahib liyindən çıxmış, həmin avtomaşını 2012-ci ilin payızında qanunsuz olaraq 8000 ABŞ dollarına Cavabdeh satmışdı bu halları etiraf etmiş, Cavabdeh aldığı pulun bir hissəsini un həyat yoldaşına verdiyini göstəmişdir. İşdən daha sonra görünür ki, nə Cavabdeh sahibliyinə verilərkən (2012-ci ilin payızı), nə də onun sahibliyindən geri alınan zaman avtomaşının texniki vəziyyəti barədə akt tərtib olunmamış, icra məmuru tərəfindən avtomaşın Cavabdeh alınaraq MMC-yə təhvil verilən zaman tərtib olunmuş xx.xx.2018-ci il tarixli aktda bu barədə hər hansı qeyd aparılmamışdır. Yalnız xx.xx.2018-ci il tarixdə mövcud vəziyyətdə avtomaşının qiymətləndirilməsi barədə akt tərtib edilmiş, “xxxx” MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş həmin akt da birtərəfli olmaqla Cavabdeh iştirakı təmin edilməmişdir. G öründüyü kimi işə baxan apellyasiya instansiyası məhkəməsi göstərilən hallara və həmin halları təsdiq edən dəlillərə tam və hərtərəfli baxıb hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tama milə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2881/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1356/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1356/2020
02.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver