Məhkəmə qərarları › İş №2(102)-1357/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1357/2019

22.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1357/2019 22.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 22 fevral 2019-cu il İş № 2(102)-1357/2019 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, cavabdeh və vəkili1 iştirakı ilə, İddiaçı Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-2471/2018 nömrəli iş üzrə 11 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin (hakim Z.A.Quliyev) 2(046)-1639/2018 nömrəli iş üzrə 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 20.000 (iyirmi min) manat məbləğində pul və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi 20030 (iyirmi min otuz) manat pulun alınıb iddiaçıya ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və İ.F.Quliyev) 2(107)-2471/2018 nömrəli iş üzrə 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli, 2(046)-1639/2018 saylı qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçının cavabdehə qarşı pulun qaytarılmasına dair tələbi təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehə qarşı pul tələb inə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 20.000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 20030 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-2471/2018 nömrəli iş üzrə 11 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçının cavabdehə qarşı cavabdehdən 20.000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 20.030 manat pulun alınıb ona ödənilməsi barədə iddiası əsaslı olduğu üçün təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən madd i və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına cavabdehin vəkili1 iddiaçının kassasiya şikayətinə qarşı etiraz göndərərək təmin edilməməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Cavabdeh və vəkili1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı teleqram göndərərək xəstəliyi ilə bağlı işin baxılmasını təxirə salmasını xahiş etsə də, həmin halı təsdiq edən heç bir sübut təqdim etmədiyindən, eləcə də işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQU Qİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Şəki Apellyasiya Məhkəməsinin MKnın 2(107)-2471/2018 nömrəli iş üzrə 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, iddiaçı tərəflər arasında alınması və ya verilməsi qaydalarının razılaşdırılmadığı borc məbləğini sadə qəbzdən sui-istifadə edərək cavabdehdən alınması nı tələb etməkdə haqlı olmamışdır. Əsassız iddia tələbinin təmin edilməsi isə cavabdehin qanuni maraq və mənafelərinin pozulmasına, eləcə də iddiaçının əsassız varlanmasına səbəb olardı ki, bu da ədalət mühakiməsinin əsas prinsipləri baxımından yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 739.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri işin həqiqi hallarını, tərəflərin qarşılıqlı münasibətlərinı əks etdirmədiyi, həmçinin qəbul etdiyi qətnamə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, iş materiallarında olan qəbzdə cavabdeh iddiaçıya 20000 manat məbləğində pulu təhvil aldığı qeyd edilmişdir. Həmçinin, işin materiallarından görünür ki, 14.02.2018-ci il tarixli kredit müqaviləsinə əsasən borcverən iddiaçı borcalan cavabdehə 20.000 manat borc vermişdir. Göyçay rayon Notariat Kontorunun xüsusi notariusu tərəfindən cavabdehə verilmiş bildirişdə onun 14.02.2018-ci il tarixli kredit müqaviləsi üzrə borcun 30 gün ərzində ödənilməsini təmin etmədiyi halda kreditin məcburi ödənilməsi üçün İcra Qeydinin çıxarılacağı qeyd edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə 20.000 manat pul borc verməsini və həmin məbləğin ona qaytarılmasını iddia etmişdir. Cavabdeh isə iddiaya etiraz edərək qəbzə imza atsa da, iddiaçı ona 20.000 manat pulu verməməsini göstərmişdir. Apellyasiya instansiyası məh kəməsinin iclasında şahid qismində ifadə vermiş X1 cavabdehə pul verilərkən görmədiyini, ümumiyyətlə onu əvvəllər tanımadığını və görmədiyini, 20000 manatın X5 verildiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında şahid qismində ifadə vermiş digər şahid X7 isə iddiaçının cavabdeh sözügedən qəbzi onun yerinə imzaladığını, lakin iddiaçının atasının bununla razılaşmadığını, hər şeyin notarial qaydada aparılmalı olduğunu deməsini, bundan sonra cavabdehə ehtiyacın qalmadığını notarial qaydada təsdiq olunmuş qəbzə özünün imza etdiyini və məsələnin bu şəkildə yekunlaşdığını bildirmişdir. İş materiallarında olan qəbzdə cavabdehin iddiaçıdan 20000 manat məbləğində pulu təhvil aldığı qeyd edilsə də, apellyasiya instansiyası məhkəməsi iş materiallarına əlavə edilmiş sənədlərlə, tərəflərin izahatı və şahidlərin ifadəsi ilə belə qənaətə gəlmişdir ki, hazırki iş üzrə cavabdehin qohumu X7 1-ci qrup əlil olduğundan onun iddiaçıdan aldığı borc məbləğinə dair qəbzə tərəflərin razılığı ilə cavabdeh imza etmişdir. Sonradan həmin borc məbləği ilə bağlı tərəflər arasında kredit müqaviləsi rəsmiləşdirildikdən sonra artıq qüvvəsini itirmiş həmin qəbzin iddiaçı tərəfindən cırılıb atılacağı vəd verildiyi halda atılmamış, hazırki iddia tələbi ilə müraciət edilərkən qəbzdən “sübut” kimi istifadə edilmişdir. İşin faktiki halları ilə müəyyən olunmuşdur ki, iddiaçı və onun atası, cavabdehin qohumu olan İdris Yaqubovu uzun illər ərzində tanımış, aralarında işgüzar münasibətlər olmuş, məhz həmin işgüzar münasibətlərin davam etdirilməsi məqsədilə maddi çətinlik çəkməsi səbəbindən İdris Yaqubova 20.000 manat məbləğində borcun verilməsi halı yaranmışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi bu qənaətə də gəlmişdir ki, iş materiallarında olan qəbzdə cavabdeh iddiaçıdan 20000 manat məbləğində pulu təhvil aldığı qeyd edilsə də, həmin məbləğin özü üçün alınması, borc olaraq alınması və ya geri qaytarılması vaxtı, eləcə də şərtləri barədə hər hansı bir digər öhdəlik xarakterli ifadələr qeydə alınmamışdır. Digər tərəfdən iddiaçı həm cavabdehə, həm də onun qohumu olan İdris Yaqubova ayrı-ayrılıqda 20.000 manat borc verdiyini qeyd etsə də, kollegiyanın iclasında verdiyi izahatında niyə məhz uzun illər işgüzar münasibətləri olmaqla tanıdıqları şəxs olan İdris Yaqubova borcun notarial qaydada təsdiq edilmiş müqavilə əsasında verilməsini, tanımadığı cavabdehə isə hansı əsasla etibar edərək sadə formada tərtib edilmiş qəbzlə eyni məbləğdə borc verməsini əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iş tirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi borç və öhdəlik münasibətlərini tənzimləyən maddi hüquq normalarına istinad etsə də, bu normalarının hazırki mübahisəyə tətbiqini əsaslandırmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin bu halını nəzərə alamamışdır ki, iş materiallarında olan qəbzdə Cavabdeh İddiaçı 20000 manat məbləğində pulu təhvil aldığı qeyd etməsi işin mübahisəsiz halıdır və cavabdeh tərəf bu qəbzi imzalamasını inkar etməy ərək onun qanuniliyini də mübahisələndirməmiş, yalnız onun hüquqi əhəmiyyət kəsb etməməsi iddiaya olan etirazlarının əsasını təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırki halda iddiaçının tərəflər arasında alınması və ya verilməsi qaydalarının razılaşdırılmadığı borc məbləğini sadə qəbzdən sui-istifadə edərək cavabdehdən alınmasını tələb etməkdə haqlı olmamasına dair düzgün nəticəyə gəlməmiş, bu nəticəsini isə yalnız şahid ifadələri əsasında qurmuşdur. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. ( MPM-nin 62-ci və 104.1-ci maddələri) Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxil olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Hər bir halda qeyd edilən hallar həmin şəxslərin şahid qismində dindirilməsi üçün mane olmasa da onların ifadələrində nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi şahid qismində dindirdiyi İdris Yaqubovla cavabdehin qohumluq münasibətində olması ilə yanaşı onun işin nəticəsində maraqlı olmasına, həmçinin şahid ifadələrinin işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmamasına, eləcə də, birinci instansiya məhkəməsi tərəfindən İdris Yaqubovun məhkəmə iclasında şahid qismində ifadə verilməsi barədə vəsatətin təmin edilməməsinin səbəblərinə də diqqət yetirməyərək bu hallara lazımi hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarında olan birinci instansiya məhkəməsinin iclas protokolundan görünür ki, cavabdeh X2 şahid qismində ifadə verməsi barədə vəsatət verərkən iddiaçı buna etiraz etmiş, onun məhkəmə iclas zalında əyləşdiyini və verilmiş izahatları dinləməsini bildirmiş, məhkəmə isə vəsatəti təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə apellyasiya icraatı qaydasın da baxarkən işin bu halına diqqət yetirməyərək cavabdeh tərəfin vəsatətinə əsasən artıq birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edərək verilmiş izahatları dinləmiş X2 apellyasiya instansiyası məhkəməsində şahid qismində ifadə verməsinə şərait yaratmış və qətnaməsində onun ifadəsinə sübut kimi qiymət vermişdir. Bununla da prosesual qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 181-ci maddəsinə əsasən gəlmiş şahidlər məhkəmə iclası zalında xüsusi ayrılmış otağa çıxarılırlar. Sədrlik edən dindirilmiş şahidlərin dindirilməmiş şahidlərlə əlaqə saxlamaması üçün tədbirlər görür. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Bundan başqa, iş materiallar ında olan birinci instansiya məhkəməsinin iclas protokolundan görünür ki, tərəflərin verdikləri izahatlarda qəbz yazılarkən orada iddiaçı, cavabdeh, X7 və iddiaçının atası iştirak etməsini göstərmişlər. Həmin vaxt orada digər şəxslərin iştirak etməsinə dair izahat verməmişlər. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi cavabdehin izahatına və şahidin ifadəsinə istinad edərkən Azərbaycan Respublikası MPM-nin 273 və 274-cü maddələrin tələblərinə cavabdeh tərəfindən əməl edilməməsini də nəzərə almamışdır. Bundan əlavə, apellyasiya məhkəməsi iş üzrə nəticəyə gələrkən 13.02.2018-ci ildə qəbzə xəstəliyi ilə bağlı imza edə bilməyən X2 elə bir gün sonra, yəni 14.02.2018-ci il tarixli kredit müqaviləsinə imza etməsi qəbzə X2 əvəzinə öz adı, atasının adı və soyadını yazmasının səbəblərini d ə araşdırmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının a dından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1 994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgə r iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia üzrə obyektiv nəticəyə gəlmək üçün maddi və prosessual qanunun göstərilən tələblərinə əməl olunmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəb ul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və y a düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılarkan maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-2471/2018 nömrəli iş üzrə 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhk əməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Aslan Kalbalıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar