Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1358/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kredit borcunun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin ("xxxx" ASC, tələbin güzəşti ilə əlaqədar olaraq İddiaçı QSC ilə əvəz olunmuşdur) Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 dekabr 2022-ci il tarixli, 2(103)-5293/2022 nömrəli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayətinə 04 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2010-cu il tarixdə kredit müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən bank Cavabdeh1 50.000 manat kredit verməyi öhdəsinə götürmüş, həmin müqavilə çərçivəsində 12 avqust 2010-cu il tarixdə ona 18 ay müddətinə qaytarmaq şərti ilə illik 18 faizlə 30.000 manat məbləğində kredit verilmişdir. 2. "xxxx" ASC, Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2010-cu il tarixdə ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh2 məxsus Quba rayonu, 1-ci Nügədi kəndində ye rləşən 1,0 ha torpaq sahəsi Cavabdeh1 kredit öhdəliklərinin təminatı qismində bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin qiyməti 90.000 manat müəyyənləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı və ya bank) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 bankın xeyrinə 30.000 manat məbləğində əsas borc, 10.225 manat məbləğində faiz borcu, 8100 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 48.325 manat məbləğdə pulun tutulması, Cavabdeh2 məxsus Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 1,0 ha torpaq sahəsinə tutma yönəldilməsi, torpaq sahəsinin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh1 arasında xx.xx.2010-cu il tarixdə kredit müqaviləsi bağlanmış və ona 18 ay müddətinə qaytarmaq şərtilə illik 18 faizlə 30.000 manat kredit verilmiş, kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2 məxsus Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 1,0 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Borcalan müqavilə şərtlərini pozaraq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və xx.xx.2012-ci il tarixə 30.000 manat əsas, 10.225 manat faiz, 8100 manat cərimə borcu yaranmış, xəbərdarlıqlara baxmayaraq borcunu ödəməmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlər iştirak etməmiş, iddia tələbinə qarşı yazılı etiraz və mülahizələrini bildirməmişlər.
6. Bakı şəhər i Yasamal Rayon Məhkəməsinin 2(004)-846/2013 nömrəli, 28 fevral 2013-cü il tarixli qətnaməsi ilə (hakim A.Rzayev) iddianın qismən təmin edilməsi, Cavabdeh1 30.000 manat əsas, 10.225 manat faiz, 8100 manat cərimə borcu olmaqla cəmi 48.325 manat borcun və 18 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh2 məxsus Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 1,0 ha torpaq sahəsinə tutma yönəldilməsi, torpaq sahəsinin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, torpaq sahəsinin ilkin satış qiymətinin 90.000 manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit və ip oteka müqavilələri bağlanmış, onların arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə öhdəliklərini lazımınca icra etməmişlər. Məhkəmə iddiaçı bankın təqdim etdiyi maliyyə arayışında göstərilən borc məbləğlərini əsas götürmüş, ipoteka predmetinin ilkin satış qiymətini ipoteka müqaviləsində razılaşdırılan qiymətə əsasən müəyyənləşdirmişdir.
8. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 269.5-ci, 317-ci, 319.1-ci, 385-ci, 386.1-ci, 442-ci, 445-ci, “İpoteka haqqında” Qanunun 33-cü, 34.1.1-ci, 39.3.3-cü maddələrinə istinadla əsaslandırmışdır. 9. "xxxx" ASC ilə İddiaçı QSC arasında “problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair” xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh2 qarşı tələb hüququ da İddiaçı QSC-yə k eçmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit borcunun məbləği düzgün hesablanmamışdır və ipoteka predmeti olan əmlaka düzgün qiymət qoyulmamışdır. Həmçinin işə onun iştirakı olmadan baxılmışdır.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 avqust 2022-ci il tarixli, 2(103)-5293/2022 nömrəli qərardadı ilə "xxxx" ASC-nin Cavabdeh1 və X1 qarşı “kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbi İddiaçı QSC-yə güzəşt olunduğundan, adı çəkilən QSC "xxxx" ASC-nin prosessual hüquq varisi qismində tanınmış və iddiaçı bank həmin QSC ilə əvəz olunm uşdur.
13. Apellyasiya baxışı zamanı Cavabdeh2 nümayəndəsinin vəsatətləri əsasında mühasibatlıq ekspertizası keçirilmiş, habelə ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı rəy alınmışdır.
14. Apellyasiya baxışı zamanı təyin olunmuş mühasibatlıq ekspertizasının 28 oktyabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2010-cu il tarixli 027 saylı kredit müqaviləsi üzrə müqavilə müddətinin başa çatdığı xx.xx.2012-ci il tarixinə 30.000 manat əsas, 8100 manat faiz borcu mövcud olmuş, onun tərəfindən ümumiyyətlə kredit ödənişi həyata keçirilməmişdir.
15. Qiymətləndirici "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyi ilə ipoteka predmetinin bazar dəyərinin 152.000 manat, likvid qiymətinin 129 000 manat olması müəyyən edilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegi yasının 8 dekabr 2022-ci il tarixli, 2(103)-5293/2022 nömrəli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və V.Sadıqov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbi qismən təmin olunmuş, Cavabdeh1 "xxxx" ASC-nin prosessual hüquq varisi qismində tanınmış İddiaçı QSC-nin xeyrinə 12 yanvar 2010-cu il tarixli 027 saylı kredit müqaviləsi üzrə 30.000 manat əsas, 8100 manat faiz, 2000 manat cərimə borcu olmaqla ümumilikdə 40.100 manat kredit borcu, habelə dövlət rüsumunun əvəzi qismində 20 manat tutulması, Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən Cavabdeh2 məxs us 1,0 ha torpaq sahəsinə tutma yönəldilməsi, həmin əmlakın hərracda satılması, onun satışından əldə edilmiş pul vəsaiti hesabına 40.100 manat kredit borcunun, habelə dövlət rüsumunun əvəzi qismində 20 manatın İddiaçı QSC-nə ödənilməsi, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 qaytarılması, Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən Cavabdeh2 məxsus 1,0 ha torpaq sahəsinin ilkin satış qiymətinin 129.000 manat məbləğində müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş materiallarında cavabdehlərin məhkəmə prosesi barədə məlumatlandırılmasına dair heç bir sübut yoxdur. Məhkəmə, iclasların ye ri və vaxtı barədə cavabdehi lazımi qaydada məlumatlandırmadan işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur.
18. İddiaçı Cavabdeh1 xx.xx.2012-ci il tarixədək 30 000 manat əsas, 10 225 manat faiz, 8100 manat cərimə borcunun olduğunu irəli sürərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, ipoteka qoyan Cavabdeh2 isə kredit borcunun mövcudluğunu faktiki olaraq inkar etməyərək borc məbləğlərini və ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirmişdir.
19. Apellyasiya baxışı zamanı təyin olunmuş mühasibatlıq ekspertizasının 28 oktyabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2010-cu il tarixli 027 saylı kredit kredit müqaviləsi üzrə müqavilənin müddətinin başa çatdığı xx.xx.2012-ci il tarixinə 30 000 manat əsas, 8100 manat faiz borcu mövcud olmuş, onun tərəfindən ümumiyyətlə kredit ödənişi həyata keçirilməmişdir.
20. Kollegiya hesab etmişdir ki, işin müəyyən olunmuş hallarına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini icra etmədiyi qənaətinə gəlinməsi mümkündür və ondan ekspert rəyi ilə müəyyənləşdirilmiş əsas və faiz borcu məbləğləri bankın xeyrinə tutulmalıdır.
21. Nəzərə alınmalıdır ki, kredit müqaviləsi əsasında cavabdehə xx.xx.2012-ci il tarixinə qədər müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə borcun hesablanması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyə uyğun deyildir. Belə ki, bankla Cavabdeh1 arasında bağlanmış həmin müqavilə üzrə kreditin qaytarılma tarixi xx.xx.2012-ci il tarixinə razılaşdırılmış, məhz bu d övr ərzində onun illik 18% ödəməli olduğu təsbit olunmuşdur.
22. Kollegiya, iddiaçının “8100 manat cərimə borcunun tutulması” iddiasını qismən əsaslı hesab etmişdir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
23. Kollegiya hesab etmişdir ki, Cavabdeh1 tutulmalı dəbbə pulunun məbləğinin 2000 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Çünki tərəflər müqavilədə cərimə tətbiqini nəzərdə tutmaqla, cəriməni əvvəlcədən öhdəliklərin icra edilməməsi halında cavabdehə münasibətdə tətbiq edilməli olan maliyyə sanksiyası kimi razılaşdırmışlar. Qanunvericilik isə yuxarıda göstər ildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını müəyyənləşdirir, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur.
24. Qanunvericiliyin tələblərini əsas götürməklə kollegiya, iddianın “Cavabdeh2 məxsus Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 1,0 ha torpaq sahəsinə tutma yönəldilməsi, torpaq sahəsinin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi” hissəsini əsaslı hesab etmişdir. Yuxarıda qeyd olunduğu kimi, həmin daşınmaz əmlak Cavabdeh1 kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipotekanın dövlət qeydiyyatı həyata keçirilmişdir.
25. Kollegiya bildirmişdir ki, Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq apellyasiya baxışı zamanı qiymətləndirmə həyata keçirilmiş, qiymətləndirici mütəxəssisin rəyi ilə ipoteka predmetinin likvid qiymətinin 129.000 manat olması müəyyən edilmişdir. Kollegiya əmlakın ilkin satış qiyməti olaraq məhz bu qiymətin əsas götürülməsini məqsədəmüvafiq saymışdır. Çünki 2010-cu ildən sonra əmlak qiymətlərinin ciddi şəkildə dəyişmiş olduğu hər kəsin bildiyi faktdır və ipoteka müqaviləsində müəyyənləşdirilmiş qiymətin “tərəflərin razılaşdırdıqları” qiymət kimi nəzərə alınması ədalətli deyildir.
26. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 317, 319, 385, 386, 390, 442, 448 və 467-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 33, 34, 39-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı Q SC (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə tərəfindən araşdırılma aparılarkən ciddi prosessual pozuntuya yol verilmişdir. Belə ki, iş materiallarında olan 28 oktyabr 2022-ci il tarixli 9/7661 saylı ekspert rəyinə istinad edərək məhkəmə Cavabdeh1 30.000 manat əsas, 10.225 manat faiz, 8100 manat cərimə borcu olduğu bir halda, faiz borcunu 8100 manata qədər azaltmaqla cərimə borcundan azad etmişdir. Həmçinin qətnamə üzrə ipoteka predmetinin ilkin satış qiyməti 90.000 manatdan 129.000 qədər qaldırılması əsassızdır. Belə ki, əmlakın ilkin qiyməti ilə sonrakı qiyməti arasında 39.000 manat fərq etməsi ciddi şübhə yaradan bir məqamdır və belə olan halda məhkəmə tərəfindən təkrar əmtəəşünaslıq ekspertizası keçirilməli idi. Həmçinin qeyd olunur ki, məhkəmə tərəfindən cavabdehin borcunun kredit müqaviləsinin son tarixinə 8100 manat olması halı göstərilsə də, müqavilədən sonra hesablanmış faizin nəzərə alınmaması tam əsassızdır. Cavabdehin öhdəliklərini vaxtında icra etmədiyi üçün hesablanmış cərimə məbləğinin də məhkəmə tərəfindən silinməsi ciddi prosessual pozuntu kimi nəzərə alınmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın sat ılmasını tələb edə bilər.
31. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
32. Maddə 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.
33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, x idmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
35. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
36. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
37. Maddə 467.1. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
38. Maddə
739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıq larını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Qanun
39. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
40. Maddə 33 Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predm etinə tutma yönəldilə bilər.
41. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
42. Maddə 51.1. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ipotekası zamanı ipoteka hüququ ipoteka qoyanın həmin sahədə yerləşən və ya tikilən binalarına, tikililərinə və qurğularına şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırki ka ssasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı borc tələbinin faiz məbləği, dəbbə pulu məbləği və ipotekanın qiymətinə aid hissədə mübahisəlndirilir və qətnamənin əsaslılığı həmin hissələr üzrə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Məhkəmə kollegiyası iddiaçının ipoteka predmetinin ilkin satış qiymətinin düzgün mü əyyən edilməməsi barədə dəlilləri ilə bağlı qeyd edir ki, bu dəlillər əsassızdır. Çünki “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı mübahisə olduqda müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi nəzərdə tutulmuşdur.
53. İlk növbədə qeyd olunmalıdır ki, ipoteka müqaviləsində ipotekanın qiymətinin müəyyən edilməsi, bu normanın tətbiqini istisna etmir. Yəni, ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı mübahisə yarandığı halda, məhkəmə ipoteka müqaviləsində müəyyən olunan qiymətə bağlı deyildir. Lakin o hal da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi olmadığına görə, sərbəst qiymətləndiricinin verdiyi rə y də məhkəmə üçün mütləq deyildir və hər bir halda MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirilməlidir. Qiymətləndirmə rəyinin bu cür təhlili, qiymətlərə dair məlumat mənbələri – sübutlar əsasında, müqayisəli şəkildə həyata keçirilir.
54. İş materiallarından göründüyü kimi, ipoteka predmeti olan əmlakın qiyməti ilə bağlı tərəflər arasında mübahisə olduğuna görə apelyasiya instansiya məhkəməsi ipoteka predmeti olan əmlakın qiymətini “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin tələbinə uyğun olaraq, qiymətləndiricinin rəyi əsasında müəyyən emişdir. Bu zaman məhkəmə həmçinin tərəflərin qiymətlə bağlı dəlillərini və vəsatətlərini ətraflı araşdırmış, ipotekanın qiyməti ilə bağlı gəldiyi nəticəni əsaslandırmışdır.
55. İpoteka predmetinin müqavilədə müəyyən olunmuş qiyməti ilə sonrakı qiyməti arasında 39.000 manat fərq olmasının şübhə yaradan hal olması barədə kassatorun dəlili ilə bağlı qeyd olunmalıdır ki, apelyasiya instansiyası məhkəməsi işin bu halını araşdırmışdır.
56. Kollegiya bildirmişdir ki, Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq apellyasiya baxışı zamanı qiymətləndirmə həyata keçirilmiş, qiymətləndirici mütəxəssisin rəyi ilə ipoteka predmetinin likvid qiymətinin 129.000 manat olması müəyyən edilmişdir. Kollegiya əmlakın ilkin satış qiyməti olaraq məhz bu qiymətin əsas götürülməsini məqsədəmüvafiq saymışdır. Çünki 2010-cu ildən sonra əmlak qiymətlərinin ciddi şəkildə dəyişmiş olduğu hər kəsin bildiyi faktdır və ipoteka müqaviləsində müəyyənləşdirilmiş qiymətin “tərəflərin razılaşdırdıqları” qiymət kimi nəzərə alınması ədalətli deyildir.
57. İddiaçı ipoteka predmetinin qiyməti ilə bağlı fərqli nəticəyə gəlməyə əsas verən hər hansı sübut təqdim etməmişdir və məhkəmə kollegiyası ipotekanın ilkin satış qiyməti ilə bağlı əsaslandırması ilə razılaşır.
58. Cavabdehin borcunun kredit müqaviləsinin son tarixinə 8100 manat olması halı göstərilsə də, müqavilədən sonra hesablanmış faizin məhkəmə tərəfindən nəzərə alınmaması barədə kassasiya şikayətində irəli sürülmüş dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin ic rası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
59. Göründüyü kimi borcun məbləği müqavilə müddətinin bitdiyi tarizə düzgün hesablanmışdır. Müqavilə müddəti bitdikdən sonrakı dövr üçün zərərin ödənilməsi barədə tələb olmamışdır.
60. Cavabdehə hesablanmış cərimə məbləğinin məhkəmə tərəfindən silinməsinin prosessual pozuntu olması barədə iddiaçının dəlilləri də əsassızdır.
61. Belə ki, Mülki Məcəllənin 460 və 462.1-ci maddələrinə əsasən, cərimə öhdəliklərin icrasının təmin edilməsinin üsullarından biridir. Yəni cərimə öhdəliyin lazımi qaydada icrasını təmin etmək məqsədi daşıyır.
62. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (Mülki Məcəllənin 462.1-ci maddəsi).
63. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Dəbbənin hüquqi mahiyyəti ondan ibarətdir ki, dəbbə qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Bu tənbeh, müəyyən hədlərdə borclunun hüquqlarına təsirsiz ötmür. Nəzərə alınmalıdır ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən, borclu şəxsin maraqları qor unmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.
64. Buna görə də Mülki Məcəllənin 467-ci mаddəsində işin hаllаrı nəzərə аlınmaqla tənаsübsüz surətdə yüksək dəbbə pulunun аzаldılа bilməsi nəzərdə tutulmuşdur. Tənаsüb müəyyənləşdirilərkən kreditorun həm əmlаk mənаfeləri, həm də bütün əsаslı mənаfeləri nəzərə аlınır.
65. İşə baxmış apellyasiya instansiyası məhkəməsi də hesab etmişdir ki, Cavabdeh1 tutulmalı dəbbə pulunun məbləğinin 2000 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.
66. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhk əmənin gəldiyi nəticə əsaslandırılmışdır.
67. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5293/2022 nömrəli, 08 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.