Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1358/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3 Gülbala qızına, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3 Gülbala qızına, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı “kredit borcunun q aytarılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1717/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh3 Gülbala qızı tərəfindən verilmiş kassasiya şikayətlərinə 09 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC (bundan sonra – Bank və ya iddiaçı) ilə Cavabdeh3 Gülbala qızı arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh3 Gülbala qızına 36 ay müddətinə, illik 29 % dərəcəsi ilə 12.750 (on iki min yeddi yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Bank ilə Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə zaminlik müqaviləsinə əsasən öhdəliklərinin icrasının təminatı olaraq Bank qarşısında zamin durmuşlar. 3. xx.xx.2015-ci il tarixli əlavə sazişlərə əsasən bank qarşısındakı kredit öhdəliyinin qalığı 11.392 (on bir üç yüz doxsan iki) ABŞ dolları hesablanmış, kreditin müddəti 58 ay təyin olunaraq, xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh3 Gülbala qızına, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 43.357,34 (qırx üç min üç yüz əlli yeddi dollar, otuz dörd sent) ABŞ dolları-bundan 10.907,74 (on min doqquz yüz yeddi dollar, y etmiş dörd sent) ABŞ dolları əsas, 17.118,01 (on yeddi min yüz on səkkiz dollar, bir sent) ABŞ dolları faiz, 13.737,03 (on üç min yeddi yüz otuz yeddi dollar, üç sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablan 1.594,56 (min beş yüz doxsan dörd dollar, əlli altı sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 311.12 (üç yüz on bir manat, on iki qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutularaq Ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********587 saylı bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023 -cü il tarixə Cavabdeh3 kredit üzrə cəmi borcu 43.357,34 (qırx üç min üç yüz əlli yeddi dollar, 34 sent) ABŞ dolları təşkil edir. Bundan 10.907,74 (on min doqquz yüz yeddi dollar, 74 sent) ABŞ dolları əsas, 17.118,01 (on yeddi min yüz on səkkiz dollar, bir sent) ABŞ dolları faiz, 13.737,03 (on üç min yeddi yüz otuz yeddi dollar, 03 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1594.56 (bir min beş yüz doxsan dörd dollar, 56 sent) ABŞ dolları faiz borcu təşkil etmişdir.
6. Qusar Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 iyun 2023-cü il tarixli, e-2(029)-382/2023 saylı qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia qismən təmin edilmiş, cavabdehlər C avabdeh3 Gülbala qızından, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 10907.74 (on min doqquz yüz yeddi dollar, yetmiş dörd sent) ABŞ dolları əsas, 17118.01 (on yeddi min yüz on səkkiz dollar, bir sent) ABŞ dolları faiz, 200 (iki yüz) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanan 1594.56 (min beş yüz doxsan dörd dollar, əlli altı sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 29.820.31 (iyirmi doqquz min səkkiz yüz iyirmi dollar, otuz bir sent) ABŞ dolları məbləğində kredit borcunun qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla müştərək qaydada tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməsi, cavabdehlər Cavabdeh3 Gülbala qızından, Cavabdeh2, Cavabdeh1 və Ca vabdeh4 məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 311.12 (üç yüz on bir manat, on iki qəpik) manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən borcalan Cavabdeh3 Gülbala qızına və zaminlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 borcun qaytarılması barədə xəbərdarlıq məktubu göndərilmişdir. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 11392 (on bir üç yüz doxsan iki) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 58 ay təyin olu naraq, xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Əlavə saziş imzalandığı tarixdən etibarən illik 29 % ödənilməli idi.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3 Gülbala qızının, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 əsas və faiz borclarına dair göstərdiyi məbləğlərlə razılaşsa da, hesab edir ki, iddia ərizəsində göstərilən cərimə borcunun məbləği işin hallarına tam uyğun deyil, mötəbərliyi tam sübut olunmur və xeyli miqdarda şişirdilmişdir. Cavabdehlərdən həmin məbləğdə cərimənin tutulması onların üzərinə əlavə haqsız öhdəlik qoyulmasına və onların əlavə maliyyə sanksiyasına məruz qalmasına səbəb ola bilər. Bu səbəbdən də, məhkəmə həmin məbləğin azaldılaraq 200 (iki yüz) ABŞ dolları məbləğində müəyyən edilməsi məqsədəmüvafiqdir.
9. Məhkəmə hesab etmişdir ki, tətbiq olunmuş 299.97 manat məbləğində dəbbə pulunun 200 manat hissəsində cavabdehdən tutulması barədə tələbin hüquqi əsası olmadığından iddia həmin hissədə rədd edilməli, qalan 99.97 manat hissəsində isə təmin edilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 445.1, 445.2.1, 448.1, 448.2, 449.4, 470.1, 472.1,739.1,739.2, 740.1, 740.2, 741-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh3 Gülbala qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit verilərkən Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 ilə Bank arasında 240006534/ZM nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə ödəmələrində müəyyən gecikmələr olsa da xeyli miqdarda pul ödəmişdir. Bundan sonra bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli əlavə sazişlərə əsasən kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 11392 (on bir üç yüz doxsan iki) ABŞ dolları hesablanmış və həmin məbləğin ödənilməsinə dair yeni ödəmə qrafiki tərtib olunmuş, kreditin müddəti 58 ay təyin olunaraq, xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Bundan sonra da tərəfindən banka xeyli miqdarda ödəmələr həyata keçirilmişdir. Lakin, bank tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışına əsasən kredit borcunun 43.357,34 (qırx üç min üç yüz əlli yeddi dollar, 34 sent) ABŞ dolları təşk il etdiyi, bundan 10.907,74 (on min doqquz yüz yeddi dollar, 74 sent) ABŞ dolları əsas, 17.118,01 (on yeddi min yüz on səkkiz dollar, bir sent) ABŞ dolları faiz, 13.737,03 (on üç min yeddi yüz otuz yeddi dollar, 03 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.594,56 (bir min beş yüz doxsan dörd dollar, 56 sent) ABŞ dolları faiz borcunun təşkil etdiyi qeyd edilmişdir. Həmin arayışa əsasən banka olan faiz borcu əsas borcdan təxminən 7.000 (yeddi min) ABŞ dolları çox hesablanmışdır ki, bu reallığı əks etdirmir. İşə baxan məhkəmə həmin maliyyə arayışını işin hallarını müəyyən edən əsas sübut kimi qəbul etmişdir. Halbuki, arayışın şübhə doğurduğu aşkar şəkildə görünür. B undan başqa maliyyə arayışı işin tərəfi olan bank tərəfindən tərtib olunmuşdur və ona görə də məhkəmə həmin arayışı tam mötəbər və dolğun sübut kimi qəbul edə bilməzdi. Banka olan əsas və faiz borclarının miqdarını müəyyən etmək üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi labüd idi. Çünki, yalnız ekspertlər dəqiq müəyyən edə bilər ki, əsas və faiz borcları nə qədər təşkil edir.
13. Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-97297/2023 nömrəli ekspert rəyinə əsasən müqavilə üzrə cavabdehin xx.xx.2020-ci il tarixinə (kredit müqaviləsinin bitdiyi tarixə) əsas borca görə 10.367,94 ABŞ dolları, faiz borcuna görə 14586,66 ABŞ dolları, müqavilə müddəti bitdiyi tarixdən, xx.xx.2020-ci ildən xx.xx.2023-cü il tarixinə olan illik 5%-lə hesablanan faiz borcu 1520,63 ABŞ dolları borcu müəyyən edilmişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1717/2023 nömrəli mülki iş üzrə 14 dekabr tarixli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehlərdən 10907.74 (on min doqquz yüz yeddi dollar, yetmiş dörd sent) ABŞ dolları əsas, 17118.01 (on yeddi min yüz on səkkiz dollar, bir sent) ABŞ dolları faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 1594.56 (min beş yüz doxsan dörd dollar, əlli altı sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 29.820.31 (iyirmi doqquz min səkkiz yüz iyirmi dollar, otuz bir sent) ABŞ dolları məbləğində məbləğində kredit borcunun tutulması hissəsində dəyişdirilmiş, cavabdehlərdən əsas borca görə 10367,94 (on min üç yüz altmış yeddi dollar doxsan dörd sent) ABŞ dolları, faiz borcuna görə 14586,66 (on dörd min beş yüz səksən altı dollar altmış altı sent) ABŞ dolları, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 1520,63) min beş yüz iyirmi dollar altmış üç sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 26675,23 (iyirmi altı min altı yüz yetmiş beş dollar iyirmi üç sent) ABŞ dolları məbləğində pul qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla tutulması qət edilmiş, qətnamə mübahisələndirilən qalan hi ssədə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən tələb olunan borc məbləği mübahisələndirildiyindən iş üzrə müvafiq ekspertiza təyin edilmişdir. Ekspert rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 10367,94 ABŞ dolları, faiz borcuna görə 14586,66 ABŞ dolları müəyyən edildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulan əsas və faiz borcuna dair hissədə dəyişdirilməli və ekspert rəyinə uyğun əsas borc 10367,94 ABŞ dolları, faiz borcu isə 14586,66 ABŞ dolları müəyyən edilməlidir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı bank cavabdehlərdən kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tari xli Plenum qərarına əsasən hesablanan 1594.56 (min beş yüz doxsan dörd dollar, əlli altı sent) ABŞ dolları faiz borcu tələb etmiş, məhkəmə tələbi həmin hissədə də təmin etmişdir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
17. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-9-7297/2023 nömrəli ekspert rəyin də müqavilə müddəti bitdiyi tarixdən, xx.xx.2020-ci ildən xx.xx.2023-cü il tarixinə olan illik 5%-lə hesablanan faiz borcu 1520,63 ABŞ dolları müəyyən edilmişdir. İddiaçının cavabdehdən kredit müqaviləsi üzrə əsas borcun gecikdirilməsinə görə illik 5% məbləğində əldən çıxmış faydanı tələb etməkdə haqlı olduğundan, bu faydanın məbləği ekspert rəyi ilə 1520,63 ABŞ dolları müəyyən edildiyindən cavabdehlərdən iddiaçının xeyrinə xx.xx.2020-ci ildən xx.xx.2023-cü il tarixinə olan illik 5 % (beş faiz) dərəcəsi ilə əldən çıxmış faydaya görə 1520,63 ABŞ dolları məbləğində pul tutulmalıdır.
18. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda sadalanan hissələrdə dəyişdirilməli, tələb edilən borc məbləği ekspert rəyinə uyğun müəyyən edilməlidir. İddiaçı cavabdehlərdən 13.737,03 (on üç min yeddi yüz otuz yeddi dollar, üç sent) ABŞ dolları cərimə pulu tələb etmiş, birinci instansiya məhkəməsi həmin məbləğin yüksək olması qənaətinə gəlmiş, cavabdehlərdən 200 ABŞ dolları məbləğində cərimə borcunun tutulması qənaətinə gəlmiş, gəldiyi nəticəni Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Cavabdehdən tələb olunan borc məbləği ekspert rəyi ilə də qismən təsdiqini tapmışdır.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə, borcun ödənilməsi barədə bildiri ş göndərilməməsinə görə borcun şişirdilərək tələb edilməsinə qiymət verərək qeyd etmişdir ki, məhkəmənin qərardadı ilə ekspertiza təyin edilmiş, müqavilənin bitmə tarixinə cavabdehin borcu müəyyən edilmiş, ekspert rəyi ilə borc məbləği qismən təsdiq edilmişdir. Cavabdeh ona rəsmi qaydada bildiriş göndərilmədiyini, bankın bağlandığı, bank tərəfindən hara ödəniş etməli olmasını bildirilmədiyi üçün ödəniş edə bilmədiyini bildirsə də, özü tərəfindən ödəniş edilməsi ilə bağlı bankın ləğvedicisinə rəsmi qaydada hər hansı müraciət etməsinə dair sübutlar təqdim etməmişdir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.1, 421.2, 442, 445.2.1, 445.5, 445.7, 462.1, 467, 739.1, 739.2-ci maddələrinə və MPM-nin 14.2, 77.1, maddələrinə istinad edərək əsaslandırmışdır. Kas sasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən mübahisələndirilən hissələrdə (əsas, faiz kredit müqaviləsi bitəndən sonra hesablanmışillik 5% borcu) ləğv edilməsi, iddia tələbinin həmin hissədə yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamədə məhkəmə kollegiyası əsas, faiz, kredit müqaviləsi bitdikdən sonra hesablanmış illik 5% borcu azaldarkən ekspert rəyinə istinad etmiş, lakin özünün bu istinadını əsaslandırmamışdır. Göründüyü kimi, məhkəmə kollegiyası yuxarıda sadalanan bu kimi sübut növlərini nəzərə almayaraq nəticədə obyektivliyi və düzgünlüyü ciddi şübhələ r doğuran ekspert rəyini hüquqi qüvvəsinə görə digər sübutlardan üstün tutmaqla, gəldiyi nəticədə tək ekspert rəyinə əsassız əsaslanmaqla Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin 1-ci cümləsində sadalanan sübutlara obyektiv və qərəzsiz baxılması müddəalarına da riayət etməmişdir. Bu istinadı ilə məhkəmə kollegiyası qətnamə çıxararkən məhkəmə iclasına tədqiq olunmamış sübuta əsaslanıb ki, bununla da Mülki Prosessual Məcəllənin 217-ci maddəsinin 4-cü bəndinin tələblərinə riayət etməmişdir.
23. Cavabdeh3 Gülbala qızı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
24. Şikayət onunla əsaslandırılmışdır ki, illik 5 faizlə hesablanan 1.520,63 (min beş yüz iyirmi dollar altmış üç sent) ABŞ dolları məbləğin və faiz borcu olan 14.586,66 (on dörd min beş yüz səksən altı dollar altmış altı sent) ABŞ dollarının cavabdehdən tutulması qanunsuzdur. Belə ki, kredit ödənişlərinin ödənilməməsinin və həmçinin kreditin bitdiyi xx.xx.2020-ci il tarixdən sonra kredit borcunun ödənilməməsi cavabdehin deyil, iddiaçının özünün təqsirinə görə olmuşdur. Çünki, cavabdeh dəfələrlə borcunun ödənilməsinə cəhd göstərsə də, cavabdehin ödənişini qəbul edən olmamış, Bankın ləğv olunduğunu, özləri sonradan cavabdehlə əlaqə saxlayacaqlarını bildirmişlər. Məhkəmələr tərəfindən cavabdehin üzərinə faiz borcu olan 14.586,66 (on dörd min beş yüz səksən altı dollar altmış altı sent) ABŞ dolları və 1.520,63 (min beş yüz iyirmi dollar altmış üç sent) ABŞ dolları pulun ödənilməsi öhdəliyin qoyulması qanunsuz və əsassızdır. Sumqayıt Apellyasiy a Məhkəməsi işi hərtərəfli, tam və obyektiv tədqiq etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdə liyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
30. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
31. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
32. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
33. Maddə 445.2.2. İcra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
34. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müq avilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
35. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
36. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
37. Maddə 472.2. Əgər zaminlik müqav iləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
38. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
39. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qayt armağı öhdəsinə götürür.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, “bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrak ı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər....Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
41. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxm ayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsi ni tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, h ərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə yalnız iddiaçı və cavabdehlərdən Cavabdeh3 Gülbala qızı tərəfindən m übahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı məhz onların dəlilləri əsasında qismən yoxlanır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilmiş, işin halları tam və hərt ərəfli araşdırılmaqla, gəldiyi nəticə qanunvericiliyə uyğun əsaslandırılmışdır.
52. Kassasiya şikayətlərinin dəlilləri açıq aydın əsassızdır.
53. Belə ki, apellyasiya instansiya məhkəməsi cavabdehin iddiaya etirazının dəlilləri üzrə yoxlama apararaq iş üzrə ekspertiza keçirmiş və əsaslı olaraq ekspert rəyi ilə müəyyən olunan məbləğdə borcu cavabdehdən iddiaçının xeyrinə tutmuşdur.
54. Bununla yanaşı iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən qeyd edilməlidir ki, iddiaçı işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsinin müəyyən etdiyi həddən artıq məbləğdə borcun mövcud olmasını təsdiq edən sübutlara malik olmamışdır.
55. İş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən tə qdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. O cümlədən cavabdeh borcun düzgün hesablanmaması ilə bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübutu (etdiyi, lakin ekspert tərəfindən nəzərə almadığı ödənişlə bağlı maliyyə sənədləri, alternativ ekspert rəyi və s.) təqdim etməmişdir.
56. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
57. Odur ki, apellyasiya instansiyası məhkəməsi borcalanın iddiaç ının xeyrinə tutulmalı olan borc məbləğini ekspert rəyi əsasında müəyyən etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.
58. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəh bər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 2(105)-1717/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.