Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1359/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı: İddiaçı QSC-nin Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 oktyabr 2021-ci il tarixli, 2(107)568/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri üzrə işə 26 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binası nda yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı QSC məhkəmədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada 22 oktyabr 2014cü il tarixli kredit razılaşması üzrə əsas borca görə 41.268,31 ABŞ dolları; faiz borcuna görə 18.672,99 ABŞ dolları; hesablanmış cəriməyə görə 29.327,76 ABŞ dolları olmaqla, cəmi 89.269,06 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi; tutumanın cavabdehlərin ümumi birgə mülkiyyətində olan Zərdab rayonu, Qoruqbağı kəndində yerləşən 0,20 ha torpaq sahəsinə; həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 144,9 kv.metr olan fərdi yaşayış evinə; Cavabdeh2 mülkiyyətində olan Zərdab rayonu, Qoruqbağı kəndində yerləşən 0,05 ha torpaq sahə sinə; həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 54,2 kv.metr olan fərdi yaşayış evinə yönəldilməsi; həmin əmlakların açıq hərracdan satılması; ipoteka predmetlərinə tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra cavabdehlərin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi; cavabdehlərin ipoteka predmetlərindən çıxarılmaları; ipoteka predmetlərinin boşaldılması və ipoteka predmetlərinin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Zərdab Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim T.Qubadov) iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada ödəniş günü milli manata məzənnədə 22 oktyabr 2022-ci il tar ixli kredit razılaşması üzrə əsas borca görə 41.268,31 ABŞ dolları; faiz borcuna görə 18.672,99 ABŞ dolları; hesablanmış cəriməyə görə 100 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi; tutmanın cavabdehlərin ümumi birgə mülkiyyətlərində olan Zərdab rayonu, Qoruqbağı kəndində yerləşən 0,20 ha torpaq sahəsinə; həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 144,9 kv.metr olan fərdi yaşayış evinə; eləcə də Zərdab rayonu, Qoruqbağı kəndində yerləşən 0,05 ha torpaq sahəsinə; həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 54,2 kv.metr olan fərdi yaşayış evinə yönəldilməsi; ipoteka predmetlərinin açıq hərracdan satılması; ipoteka predmeti olan Zərdab rayonu, Qoruqbağı kəndində yerləşən 0,20 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəl i, 4 otaqlı, ümumi sahəsi 144,9 kv.metr olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 50.000 manat; eləcə də ipoteka predmeti olan Zərdab rayonu, Qoruqbağı kəndində yerləşən 0,05 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 54,2 kv.metr olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 45.000 manat müəyyən edilməsi; tutma ipoteka predmetlərinə yönəldikdən və onlar satıldıqdan 1 ay sonra boşaldılması və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 10 avqust 2012-ci il tarixli kredit xətti müqaviləsinə əsasən, iddiaçı tərəfindən borclu Cavabdeh1 120 ay müddətinə, 200.000 ABŞ dolları kredit xətti açılıb. Həmin kredit xətti üzrə bağlanmış 22 oktyabr 2014-cü il tarixli raz ılaşmaya əsasən iddiaçı tərəfindən borclu Cavabdeh1 36 ay müddətinə, aylıq 1.9167 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60.000 ABŞ dolları kredit verilib. Kredit xətti müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ilə iddiaçı arasında 16 avqust 2012-ci il tarixli zaminlik müqavilələri bağlanıb. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı üsulu kimi iddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 arasında 16 avqust 2012-ci il tarixli ipoteka müqaviləsi bağlanıb və onların birgə mülkiyyətində olan Zərdab rayonu, Qoruqbağı kəndində yerləşən 0,20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 144,9 kv.metr olan fərdi yaşayış evi, habelə iddiaçı ilə Cavabdeh2 arasında 16 oktyabr 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanıb və həmin müqaviləyə əsasən Zərdab rayonu, Qoruqbağı kəndində yerləşən 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 54,2 kv.metr olan fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka qoyulub. Lakin, borclu Cavabdeh1 kredit razılaşması üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib və məhkəmə-mühasibatlıq ekspertinin 19 iyun 2019-cu il tarixli ekspert rəyinə görə borclu Cavabdeh1 iddiaçıya ödənilməmiş 41.268,31 ABŞ dolları əsas, 18.672,99 ABŞ dolları faiz borcu yaranıb. Həmçinin iddiaçı tərəfindən borclu Cavabdeh1 barəsində 29.327,76 ABŞ dolları cərimə hesablanıb. Ona görə iddia qismən tə min edilməlidir. Cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən ayrı-ayrılıqda apellyasiya şikayətləri veriblər. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.R.Hüseynov sədrlik edən, məruzəçi, G.Q.Abbasov və V.İ.Məlikov) apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Zərdab Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən ayrı-ayrılıqda kassasiya şikayətləri veriblər. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 26 oktyabr 20 20-ci il tarixli qərarı ilə (hakimlər A.Q.Hüseynov sədrlik edən, məruzəçi, Ə.G.Nurməmmədov və İ.K.Dəmirov) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 fevral 2020-ci il tarixli qətnaməsi qismən- sözügedən kredit razılaşması üzrə faiz borcuna görə 18.672,99 ABŞ dollarının tutulması hissəsində ləğv edilib, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb, qalan hissədə qətnamə iddiaçının və habelə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Əsədli sədrl ik edən, məruzəçi, Ə.T.Məcidov və A.A.Mahmudov) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Zərdab Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli qətnaməsi cavabdehlərdən tutulan faiz borcuna aid hissədə dəyişdirilərək, cavabdehlərdən tutulan faiz borcunun məbləği 14.274,13 ABŞ dolları müəyyən edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi faiz borcunun məbləğini düzgün müəyyən etməyib və məhkəmə mühasibatlıq ekspertinin rəyinə görə faiz borcunun məbləği 14.274,13 ABŞ dolları təşkil edir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinə faiz borcunun tutulmasına aid hissədə dəyişiklik edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 445.1, 448.1, 449.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində ikinci icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 eyni məzmunlu kasasiya şikayətləri verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kasasiya şikayətləri belə əsaslandırılıb ki,apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şi kayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmı r və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdır ması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətlərində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 eyni məzmunlu kasasi ya şikayətlərində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, faiz borcunun düzgün hesablanmadığını göstərsə də, kasasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 10 avqust 2012-ci il tarixli kredit xətti müqaviləsinə əsasən, iddiaçı tərəfindən borclu Cavabdeh1 120 ay müddətinə, 200.000 ABŞ dolları kredit xətti açılıb. Həmin kredit xətti üzrə bağlanmış 22 oktyabr 2014-cü il tarixli razılaşmaya əsasən iddiaçı tərəfindən borclu Cavabdeh1 36 ay müddətinə, aylıq 1.9167 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60.000 ABŞ dolları kredit verilib. Kredit xətti müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ilə iddiaçı arasında 16 avqust 2012-ci il tarixli zaminlik müqavilələri bağlanıb. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı üsulu kimi iddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh6, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 arasında 16 avqust 2012-ci il tarixli ipoteka müqaviləsi bağlanıb və onların birgə mülkiyyətində olan Zərdab rayonu, Qoruqbağı kəndində yerləşən 0,20 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 144,9 kv.metr olan fərdi yaşayış evi, habelə iddiaçı ilə Cavabdeh2 arasında 16 oktyabr 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanıb və həmin müqaviləyə əsasən Zərdab rayonu, Qoruqbağı kəndində yerləşən 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 54,2 kv.metr olan fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka qoyulub. Lakin, borclu Cavabdeh1 kredit razılaşması üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib və məhkəməmühasibatlıq ekspertinin 25 avqust 2021-cu il tarixli ekspert rəyinə görə borclu Cavabdeh1 kredit müqaviləsinin müddətinin bitdiyi 22 oktyabr 2017-ci il tarixə iddiaçıya ödənilməmiş faiz borcu 14.274,13 ABŞ dolları təşkil edir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Apellyasiya insansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları, o cümlədən ekspert rəyini əsas tutub haqlı olaraq qeyd etmişdir ki, sözügedən kredit müqaviləsinin müddətinin bitdiyi 22 oktyabr 2017-cı il tarixə borclu Cavabdeh1 iddiaçıya ödənilməmiş faiz borcu 18.672,99 ABŞ dolları deyil, 14.274,13 ABŞ dolları təşkil edir və birinci instansiya məhkəməsi faiz borcunun məbləğini düzgün müəyyən etməyib. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinə faiz borcunun tutulmasına aid hissədə dəyişiklik edilməlidir. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, kassatorlar kassasi ya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, faiz borcunun düzgün müəyyən edilmədiyini və sair göstərsələr də, etirazlarının əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyiblər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara al dı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri təmin edilməsin. İş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 oktyabr 2021-ci il tarixli, 2(107)-568/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1359/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1359/2022
26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver