Məhkəmə qərarları › İş №2(102)-136/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-136/2020

17.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-136/2020 17.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı1, iddiaçının nümayəndəsi və vəkili X6, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı1, İddiaçı2 cavabdeh “xxxx” MMC-yə, 3-cü şəxs X5 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassa siya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim E.Rəhimov) İddiaçı1, İddiaçı2 cavabdeh “xxxx” MMC-yə, 3-cü şəxs X5 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, “xxxx” MMC-dən 1(bir) ədəd şubaya görə vurulmuş ziyanın əvəzi olaraq 302,400 (üç yüz iki min dörd yüz) Rusiya rublu (Mərkəzi Bankın ödəniş gününə olan manat ekvivalenti ilə), 2(iki) ədəd kişi köynəyinin, 1(bir) cüt uşaq sırğasının (3qr qızıl), 5kq çəkidə xalis bala görə vurulmuş ziyanın əvəzi olaraq 500 (beş yüz) manat, dəymiş mənəvi ziyanın əvəzi kimi 200 (iki yüz) manat məbləğində pulun tutularaq İddiaçı1 və İddiaçı2 qaytarılması, “xxxx” MMCdən hüquqi xidmət haqqı olan 1100 (bir min yüz) m anat pulun və ödənilmiş 30(otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı1 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Xəlilov, hakimlər X.Cəmilova və A.Hüseynov) cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin MK-nın xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.İsgəndərov, hakimlər Ə.Əhmədov və İ.Dəmirov) cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxıl ması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən N.Cəfərov, hakimlər V.Baxışova və V.Həsənov) cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin ləğv olunması, İddiaçı1, İddiaçı2 cavabdeh “xxxx” MMC-yə, 3-cü şəxs X5 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiasının qismən təmin olunması, 180 (yüz səksən) manat məbləğində kompensasiyanın “xxxx” MMC-dən alınaraq İddiaçı2 verilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Ali Məhkəmənin MK-nın xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Ə.Nurməmmədov, hakimlər M.Əhmədova və Ə.Rüstəmov) İddi açı2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.İmanov, hakimlər R.Qurbanov və V.Sadıqov) cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi cavabdeh “xxxx” MMC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh “xxxx” MMC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh “xxxx” MMC-nə, 3-cü şəxs X5 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassa siya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin halları ilə müəyyən edilir ki, “xxxx” MMC Rusiya Federasiyasından daxil olmuş 8,5 kq olan seriya kodu CA029102292RU saylı bağlamanı (onun tərkibi: 1 ədəd şuba (dəyəri 302400 Rusiya rublu), 2 ədəd kişi köynəyi, 1 cüt uşaq sırğası (3 qr qızıl), 5 kq çəkidə xalis bal (bu əşyaların ümumi dəyəri 500 (beş yüz) manat)) qəbul etmiş və müəyyən olunmuş müddətdə (qaydada) ünvan sahibi İddiaçı1 təhvil verməli olduğu halda, aidiyyatı olmayan digər şəxsə, yəni X5 verdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində iş üzrə şahid qismində ifadə vermiş X2 öz ifadəsində göstərmişdir ki, İddiaçı1 bağlama ilə bağlı poçta müraciət etmiş və həmin vaxt "xxxx” MMCnin X10 iki korlanmış bağlama olmuşdur, hər iki bağlamada bal dağılmışdır. Bağlamalar elə vəziyyətə gəlmişdir ki, üzərindəki ünvan oxunmamışdır. Adətən belə hallar baş verəndə vətəndaş çağırılır və o, öz bağlamasını tapmaqla alıb gedir. Bu məsələdə də elə olmuşdur. Məmmədov soyadlı vətəndaş poçta müraciət etmiş, korlanmış bağlamalar ona göstərilmiş və o, kodu zədələnmiş bağlamalardan birini seçib özünə məxsus olduğunu bildirməklə üzərindəki ünvan oxunmayan bağlamanı götürmüşdür. Məlum olmuşdur ki, Murad Məmmədov adlı şəxs yanlış bağlamanı götürmüşdür. X9 özünə aid bağlamanı almaqdan şifahi şəkildə imtina etmiş, lakin bu barədə hər hansı bir ərizə yazmamışdır. Həmin əməliyyatı aparan işçi F.Adıgözəlovaya “xxxx” MMC-nin direktorunun xx.xx.2015-ci il tarixli əmri ilə "Töhmət" verilmiş, o, intizam məsuliyyətinə cəlb olun muşdur. Bakı X11 əməkdaşları tərəfindən xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixlərdə tərtib olunmuş aktlardan görünür ki, İddiaçı2 tərəfindən İddiaçı1, naməlum şəxs tərəfindən 3-cü şəxs Murad Məmmədovun ünvanına göndərilən bağlamalar fərqli tarixlərdə PDM-yə daxil olmuş, hər iki bağlamanın izləmə kodları (CA029102292RU və CA058415426RU) aydın şəkildə oxunaqlı olmuş, izləmə kodları aktlarda öz əksini tapmışdır. İddiaçı1 göndərilən CA029102292RU saylı bağlama daxil olduqdan sonra “xxxx” MMC-nin X11 əməkdaşı həmin bağlamanı İddiaçı1 təhvil verməli olduğu halda bunu etməmiş, İddiaçı1 özü dəfələrlə müraciət etsə də, ona hər hansı digər bağlama, o cümlədən səhvən təhvil alınmamış Murad Məmmədovun ünvanına gəlmiş bağlama da təqdim edilməmişdir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi İddiaçı2 adından digər iddiaçı Mərziyyə Süleymanovanın ünvanına göndərilmiş bağlamanın itməsi qənaətinə gələrkən yuxarıda göstərilən halları, habelə cavabdeh təşkilatın özünün təqdim etdiyi sübutları (nümayəndənin və 3-cü şəxs M.Məmmədovun izahatları, aktlar, poçt əməkdaşına intizam tənbehi tədbiq edilməsinə dair sənədlər və s.) nəzərə almış, haqlı olaraq bağlamanın itməsinin istisna olunması, bağlamanın “xxxx” MMC Bakı PDM-nin işçilərinin öz vəzifələrini layiqincə yerinə yetirməmələri, səhlənkar yanaşmaları səbəbindən İddiaçı2 mülkiyyətindən çıxması kimi qiymətləndirmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cu maddəsinin 2-ci hissəsinə əsasən, mülkiyyət h üququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Müəyyən olunur ki, iş üzrə cavabdeh “xxxx” MMC “Poçt ödəniş xidmətləri haqqında” Sazişə Azərbaycan Respublikası 2012-ci il ok tyabrın 11-də Doha şəhərində imzalanmış X3 müddəalarına və onun yekun Protokoluna, yəni Poçt Konvensiyasının 5-ci maddəsi: təyinat ölkəsinin qanunvericiliyi əsasında bu göndərişin tutulub saxlanılması halları istisna edilməklə, poçt göndərişi ünvan sahibinə verilənədək göndəriciyə məxsusdur; Konvensiyanın 23.3.1-ci maddəsi: isə sadə bağlamanın itkisi, tam oğurlanması və ya tam zədələnməsi halında göndərici poçt bağlamaları Reqlamentində təyin edilmiş kompensasiya hüququna malikdir; 23.1.5-ci maddəsi: bu kompensasiya heç bir halda Poçt bağlamaları Reqlamentində itki, tam oğurlanma və ya tam zədələnmə halları üçün təyin edilmiş məbləğdən artıq ola bilməz; Reqlamentin 23.3.1-ci maddəsi: Konvensiyanın 23.3.1-ci maddəsində qeyd olunan kompensasiyanın məbləği heç bir halda ümumiləşdirilmiş tarif üzrə 40 XBH və hər kiloqramma görə 4.50 XBH miqdarından çox ola bilməz; Konvensiyanın 23.1.6-cı maddəsi: kompensasiyanın ödənilməsi zamanı dolayısı ilə dəyən ziyanlar, realizə edilməmiş mənfəət və həmçinin dəyən mənəvi zərər nəzərə alınmır; X4 Yekun Protokolunun 8-ci maddəsinin 14-cü bəndi: Azərbaycan dövləti içərisində qiymətli metallar, qiymətli daşlar, pul əsginasları və digər qiymətli mallar olan sadə və ya qiyməti bəyan edilmiş bağlamaları qəbul etmir və adıçəkilən malların itkisi və ya zədələnməsi hallarında heç bir məsuliyyət daşımır kimi müddəalara istinad edib Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələbləri baxımından yaranmış mübahisə üzrə heç bir məsuliyyət daşımadıqları halda zərərin ödənilməsini əsassız saymışlar. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəmsi haqlı olaraq hesab etmişdir ki, mülki hüquq münasibətləri subyektlərinin hüquqlarının əmələ gəlməsi əsasları və həyata keçirilməsi qaydası, müqavilə və digər öhdəlik münasibətləri Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanan mülki qanunvericiliklə tənzimlənir və hazırkı münasibətlərdə X3 müddəalarına əsaslanmasına zərurət yaranmamışdır. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 17.4-cü maddəsinə əsasən, poçt rabitəsi operatorları aşağıdakı hallarda istifadəçilər qarşısında məsuliyyət daşımırlar:

1. Poçt göndərişinin itirilməsi, içərisindəkilərin xarab olması, zədələnməsi və ya çatışmazlığı fors-major hadisəsi nəticəsində baş verdikdə;

2. Poçt göndərişinin içərisindəkilərinin çatışmazlığı, zədələnməsi və ya xarab olması göndərilən əşyala rın xüsusiyyətlərindən asılı olaraq baş verdikdə;

3. Poçt göndərişinin və ya onun içərisindəkilərinin bir hissəsinin itirilməsi, oğurlanması, zədələnməsi, xarab olması, poçt göndərişinin gecikdirilməsi hallarında əldə olunmayan gəlirə, dolayı dəymiş ziyana və mənəvi zərərə görə;

4. Ünvan sahibi və ya göndərici poçt göndərişinin qəbuluna dair iltizamnamə verdikdə;

5. Gömrük orqanlarının qəbul etdikləri qərara görə;

6. Məhkəmənin qərarı ilə poçt göndərişinin götürüldüyü, üzərinə həbs qoyulduğu və müsadirə edildiyi hallara görə. Göründüyü kimi, qanunverici poçt rabitəsi operatorları tərəfindən istifadəçilər qarşısında məsuliyyəti istisna edən halların məhdud dairəsini müəyyən etmiş və burada qəbul edilən poçt göndərişinin ünvan sahibinə verilməməsi gösərilməmişdir. Belə ki, poçt rabitəsi xidm ətini göstərən “xxxx” MMC CA029102292RU saylı bağlamanı qəbul etməklə Bakı şəhəri Süleyman Vəzirov k 49/25 ünvanda yaşayan İddiaçı1 bu bağlamanı təhvil verməli olduğu halda müqavilə tərəfinə aid olmayan Murad Məmmədov adlı şəxsə CA029102292RU saylı bağlamanı verilməsi ilə üzərinə düşən öhdəlikləri natamam icra etmiş və bu baxımdan mülki hüquq məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bu Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunverici maddi hüquq normada nəzərdə tutulmuş zərəri - real zərər və əldən çıxmış fayda kimi müəyyən etmişdir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zə rərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunvericiliyin qeyd olunan tələbindən məlum olur ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması vacibdir. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqazidd davranışı, bu davranışı ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun təqsiri aiddir. Mülki qanunvericiliyə əsasən, mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasını zərər vurulması faktı təşkil edir. Göründüyü kimi, hazırkı mülki iş üzrə mülki məsuliyyətin yaranmasına əsas verə biləcək üç məcburi halların məcmusu təhlil olunmalı, cavabdehin təqsirlilik dərəcəsi araşdırılmalı dır. Şərtlər dedikdə isə cavabdehin iddiaçılara münasibətdə hüquqa zidd davranışının olub-olmaması, məhz bu davranış nəticəsində yaranan zərər arasında səbəbli əlaqə və zərər vurulması faktı anlaşılmalıdır. Göründüyü kimi, “xxxx” MMC Rusiya Federasiyasından daxil olmuş 8.5 kq olan seriya kodu CA029102292RU saylı bağlamanı (onun tərkibi:1 ədəd şuba (dəyəri 302.400 (üç yüz iki min dörd yüz) Rusiya rublu), 2 ədəd kişi köynəyi, 1 cüt uşaq sırğası (3 qr qızıl), 5 kq çəkidə xalis bal (bu əşyaların ümumi dəyəri 500 (beş yüz) manat)) qəbul etmiş və müəyyən olunmuş müddətdə (qaydada) ünvan sahibi İddiaçı1 təhvil verməli olduğu halda yaranmış mülki hüquq münasibətlərinə aid olmayan digər şəxsə yəni X5 təhvil vermişdir. “xxxx” MMC-nin xx.xx.2015-ci il tarixli 64№-li əmri ilə xx.xx.2015-ci il tarixdə çeşidləmə sexinin əməliyyatçısı F.Adığözəlova tərəfindən vətəndaş M.Məmmədovun adına göndərilən CA058415426RU saylı bağlamanı ünvanı üzləşdirmək mümkün olmadığı üçün ona oxşar şirəyə batmış CA029102292RU saylı digər bağlama ilə səhv salıb ona təhvil verilməsi və işçinin işdə diqqətsizlik nəticəsində yol verdiyi səhvə görə “Töhmət” tənbeh növünün tətbiqi, hüquqi şəxs işçisinin törətdiyi hüquqa zidd davranış faktını bir daha təsdiq etmişdir. Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu(delikt) üçün məsuliyyət daşıyır və əmək vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, mülki qanunvericilik baxımından da işçisinin hüquqa zidd davranışı nəticəsində zərərin vurulduğu müəyyən edildiyi halda hüquqi şəxs zərərə məruz qalmış şəxsə zərərin əvəzini ödəməlidir. Bundan əlavə, Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən ödənilir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı1 xx.xx.2015-ci il tarixdə Rusiya Federasiyasından göndərilmiş 8.5 kq olan seriya kodu CA029102292RU saylı bağlamanı (onun tərkibi:1 ədəd şuba (dəyəri 302.400 (üç yüz iki min dörd yüz) Rusiya rublu), 2 ədəd kişi köynəyi, 1 cüt uşaq sırğası (3 qr qız ıl), 5 kq çəkidə xalis bal (əşyaların ümumi dəyəri 500 (beş yüz) manat)) bağlamanı hal hazıradək ünvan sahibi kimi almaması qeyri-əmlak hüquqlarının pozulmasına səbəb olmuşdur. Sözü gedən bağlamanın vaxtında verilməməsi, onun təhvil verilməsindən ümumiyyətlə imtina edilməsi iddiaçıların hüquqlarının pozulması ilə yanaşı mənəvi sarsıntılara səbəb olmuş, sözü gedən şəxslərin bu vəziyyətə məruz qalması, həmin halların cavabdeh “xxxx” MMCnin hərəkətləri (hərəkətsizliyi) ilə səbəbli əlaqəsi məhkəmə iclasında təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Plenum Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənil məsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli №7-li Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, mübahisələrə baxılarkən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilməsi nəzərə alınmalıdır. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanun suz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin haqlı olaraq qe yd etmişdir ki, cavabdeh “xxxx” MMC iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşısında yaranan öhdəlikləri üzrə icranı lazımı qaydada təmin etməməsi, ünvan sahibinin əldə etməli olduğu əmlakdan məhrum edilməsi, bununla bərabər göndəricinin poçt göndərişinin geri almaması sözü gedən şəxslərin mənəvi sarsıntı keçirməsinə səbəb olmaqla real zərərin yaranmasına dəlalət edir və mülki hüquq məsuliyyətin əmələ gəlməsi üçün əsas kimi qiymətləndirilir. Eyni zamanda, Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin göstərdiyi yardıma görə xərclərin digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə olduğu halda isə “xxxx” MMC-nə müqavilə üzrə hüquqi xidmət haqqı kimi nəzərdə tutulan 1300 (min üç yüz) manat pul vəsaitindən re al olaraq 1100 (bir min yüz) haqqın ödənilməsi və sonuncu məbləğin digər tərəfdən alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsi qanunauyğun sayılmalıdır. Cavabdehin kassasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla işin yuxarıda qeyd olunan hallarına əsasən əsaslı sayıla və təmin edilə bilməz. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar