Məhkəmə qərarları › İş №2(102)-1360/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1360/2020

02.03.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1360/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Dəmirov İlqar Kamal oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı X2 qanuni nümayəndəsi Nümayəndə vəkili Vəkil1 və Cavabdeh1 vəkili Vəkil2 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-*****/2019 nömrəli qətnaməsindən iddiaçı X2 qanuni nümayəndəsi Nümayəndə İlqar qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax rayon M əhkəməsinin (hakim G.Cavadova) xx.xx.2019-cu il tarixli, 2(039)-*****/2019 nömrəli qətnaməsi ilə iddiaçı X2 qanuni nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh1, X8, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “vərəsəlik hüququnun müəyyən olunması, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab sayılması, mülkiyyət hüququna dair dövlət reyestrində çıxarışın qismən ləğv edilməsi, cavabdehlərin ləyaqətsiz vərəsə hesab edilməsi və iddiaçının mirası qəbul etmiş tək vərəsə olmasının müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Məcidov, M.Əsədli, İ.Quliyev) xx.xx.2019-cu il tarixli, 2(107)-*****/2019 nömrəli qətnaməsi ilə iddiaçı X2 qanuni nümayəndəsi Nümayəndə İlqar qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmi n edilməyərək, iş üzrə Yevlax rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(039)-*****/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı X2 qanuni nümayəndəsi Nümayəndə İlqar qızı iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı X2 qanuni nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh1, X8, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5, 3-cü şəxslər Yevlax şəhər 1 saylı Notariat Kontoruna və AR ƏMDK yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququnun müəyyən olunması, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab sayılması, mülkiyyət hüququna dair dövlət reyestrində çıxarışın qismən ləğv edilməsi, cavabdehlərin ləyaqətsiz vərəsə hesab edilməsi və iddiaçının mirası qəbu l etmiş tək vərəsə olmasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, onun atası X11 miras əmlakına vərəsəlik hüququnun müəyyən olunması, xx xxxxxx 2016-cı ildə vəfat etmiş atası A1 miras qalmış ünvan1 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan 0.06 ha torpaq sahəsinin ona aid hissəsinə Cavabdeh1 və X3 adına verilmiş ***** reyestr nömrəli xx xxxxxx 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, xx.xx.2014-cü ildə vəfat etmiş X15 miras əmlakı üzrə xx xxxxxx 2016-cı ildə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə miras əmlakın ünvan 2 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan olan 0.06 ha torpaq sahəsinin mərhum X24 məxsus 1/10 hissəsindən ibarət olması hiss əsinin etibarsız sayılması, ümumi birgə mülkiyyətdə olan 0.06 ha torpaq sahəsinin X24 məxsus hissəsi kimi müəyyən edilməsi, ünvan 1 saylı evin 0.06 ha torpaq sahəsinə paylı mülkiyyət hüququna dair dövlət reyestrinin ləğv edilməsi, torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olmasının müəyyən edilməsi, cavabdehlər Cavabdeh1 və X4 ləyaqətsiz vərəsə hesab edilməsi, mərhum X5 mirasını qəbul etmiş tək vərəsəsi olmasının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı X2 qanuni nümayəndəsi Nümayəndə və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, “mərhumun 3-cü vərəsəsi olan azyaşlı P1 (onun adından qanuni nümayəndəsi) isə atasının ölməsi məqamına mirası faktiki qəbul etməmiş, miras əmlakın idarə edilməsində iştirak etməmiş, mirasın qəbulu ilə bağlı müvafiq ərizə ilə notariat kontoruna müraciət etməmiş, hüquqlarını rəsmiləşdirməmişdir”. Lakin qeyd edilməlidir ki, İ1 vəfat edərkən H1 1 yaş 3 aylıq olmuş, məhkəmələrin göstərdiyi hərəkətləri etməyə fəaliyyət qabiliyyəti olmamışdır. İ1 miras əmlakı olmasından DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli məktubu başqa bir mübahisə ilə əlaqədar Yevlax rayon Məhkəməsinə daxil olduqdan sonra məlumatlı olmuşlar. Atasının ölümü ilə əlaqədar P1 onun varisi kimi müavinət təyin olunmuşdur. Bundan başqa, məhkəmələr mübahisəyə baxarkən Mülki Məcəllənin 379.5-ci maddəsinin tələblər ini nəzərə almamışlar. Həmin maddəyə əsasən nikahın mövcud olduğu dövrdə ərlə arvad arasındakı tələblər üzrə iddia müddətinin axımı dayandırılır. Uşaqlar yetkinlik yaşına çatanadək uşaqlarla valideynlər arasındakı tələblər üzrə, habelə bütün qəyyumluq dövründə qəyyumlarla (himayəçilərlə) qəyyumluqda (himayədə) olanlar arasındakı tələblər üzrə də eyni qayda tətbiq edilir. Qanuni nümayəndənin mirasın qəbulu ilə bağlı hərəkətləri etməyə məcbur olmasına dair hər hansı maddi hüquq norması mövcud deyildir. Məhkəmələr azyaşlı H1 nın qanuni nümayəndəsinin vaxtında mirasın qəbulu ilə bağlı hərəkətlər etməməsinin azyaşlının miras paydan məhrum edilməsinə əsas görməkdə haqlı olmamışlar. Bu zaman mirasın qəbuluna dair hüquq normaları səhv təfsir etməklə azyaşlının mülkiyyət hüquqlarını pozmuşlar. İddi anın əsaslarından biri bundan ibarət olmuşdur ki, cavabdehlər P1 nın anası Nümayəndə qarşı miras evdən əşyaların çıxarılması tələbinə dair iddia qaldırmışlar. Bu da onu göstərir ki, Nümayəndə azyaşlı uşağının mirası ilə bağlı hərəkətlər etmiş, evdə yaşamış, ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən oğlunun istifadə etməsinə şərait yaratmışdır. Nümayəndə əşyalarının çıxarılması ilə bağlı iddia ərizəsində cavabdehlərin Nümayəndə həmin evdə yaşamasına dair təsdiqedici izahatları, həmçinin qanuni qüvvəyə minmiş qətnamə olmasına baxmayaraq, məhkəmə sübut təqdim edilməməsini göstərmişdir. Məhkəmə kollegiyası qətnamə qəbul edərkən hesab etmişdir ki, azyaşlı P1 nın atası A1 lının mirasına dair verilmiş vərəsəlik şəhadətnaməsini ləğv etdirməyə subyektiv hüququ yoxdur. Belə ki o, mirası qəbul e tməmişdir. Halbuki, 1 yaş 3 aylıq H1 ya atasının ölümündən sonra təyin olunmuş müavinət mirasın qəbulu ilə bağlı hərəkətləri özündə ehtiva edir. İşin mübahisə doğurmayan halı isə bundan ibarətdir ki, İ1 valideynləri H5 və G2 notariat kontoruna oğlu İlhamın mirasının qəbulu ilə bağlı ərizə verərkən onun birinci növbə vərəsə olan oğlu P1 nın olmasını gizlətmişlər. Bundan əlavə, N3 bağlı tələb ondan ibarət olmuşdur ki, ümumi birgə mülkiyyətdə olan 0.06 ha torpaq sahəsinin bölünəsinə dair məhkəmə qərarı olmamasına baxmayaraq, DƏDRX-nin Yevlax Ərazi İdarəsi özü pay bölgüsü apararaq torpaq sahəsini paylı mülkiyyət kimi qeydə almışdır. Məhkəmə isə hesab etmişdir ki, onlar N3 mirasından da pay tələb edirlər. Halbuki, iddiaçının belə bir tələbi olmamışdır. Beləliklə, apellyasiya məhkəməsi azyaşlı P 1 nın mirası qəbul etməsi ilə bağlı üzərinə həddən artıq yük qoyulması, qanuni nümayəndəsinin hərəkətsizliyi ilə əlaqədar mülkiyyət hüququndan məhrum edilə bilməməsi, müavinət təyin olunmasının mirasın qəbulu ilə hərəkətlərdə olması, atası vəfat edənə qədər onlarla birgə yaşaması, ölümündən sonra anası Nümayəndə ilə birgə evliliyindən əldə edilmiş əşyaların istifadələrində qalması kimi dəlillərə heç bir hüquqi qiymət verməmiş, iddiaçının hüquqlarını pozmuşdur. Göstərilənlərə əsasən onlar Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-*****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edlməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və ye ri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçı X2 qanuni nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1, X12, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və 3-cü şəxs Yevlax şəhər 1 saylı Notariat Kontorunun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 qanuni nümayəndəsi Nümayəndə vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-*****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəm əsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından apellyasiya instansiyası məhkəməsi onunla razılaşır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Nümayəndə aid cehiz əşyalarının, habe lə sonuncu ilə mərhum İ1 birgə nikahı dövründə əldə olunmuş əmlakın mərhumun valideynlərinin yaşadığı evdə olması, iddiaçı tərəfin mirası faktiki qəbul etməsi demək deyildir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəf məxsus miras əmlakla bağlı yuxarıda qeyd olunan hərəkətlərin etməsi halını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, başqa sözlə bu halı sübuta yetirə bilməmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddiaçının miras əmlaka vərəsəlik hüququnun müəyyən edilməsi tələbi əsassızdır və təmin edilə bilməz. Eyni zamanda birinci instansiya məhkəməsi qeyd etmişdir ki, H1 mirası qəbul etmədiyinə görə iddiaçının mübahisəli torpaq sahəsinə dair cavabdehlər H5 və G3 adına verilmiş vərəsəlik şəhadətnaməsini mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Belə ki, miras əmlakla bağlı mübahisə açmaq və vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək hüququna yanız miras əmlakı qəbul etmiş vərəsələr malikdir. Hazırkı işdə də iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək üçün əvvəla mirası əmlakı qəbul etmələrini sübut etməlidirlər. Lakin, iddiaçının miras əmlakı qəbul etməsi müəyyən olunmur. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, cavabdehlər Haqverdi və Gülsura Abdurəhmanovların ləyaqətsiz vərəsə hesab edilməsi barədə tələb də təmin edilməməlidir. Qətnamədə qeyd olunan maddi hüquq normasının tələblərindən müzakirə olunan məsələnin həllinə yanaşdıqda müəyyən edilir ki, cavabdehlərin ləyaqətsiz vərəsə hesab edilməsi üçün iddiaçı tərəf sübuta yetirməlidir ki, cavabdehlər mərhum İlham Abdurahmanovun son irad əsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş, habelə mərhumun son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmişlər. Qətnamədə qeyd olunan maddi hüquq normalarının tələblərindən müzakirə olunan məsələnin həllinə yanaşdıqda müəyyən edilir ki, xx.xx.2014-cü il tarixdə ölmüş N1azyaşlı H3 atası İ1 əmisidir; o N1 birinci növbəli vərəsələri sırasına daxil deyildir. Belə olan halda hesab edilməlidir ki, iddiaçının Nizami Lətifovun miras əmlakına dair verilmiş vərəsəlik şəhadətnaməsinin qismən də olsa belə mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Kassasiya kollegiyası apellyasiya kollegiyasının mövqeyi ilə razılaşmayaraq bildirir ki, iş materiallarından görünür ki, iddiaçı X13 xx.xx.2013-cü ildə Yevlax şəhərində anadan olmuşdur. Onun atası X14 xx.xx.2016-cı ildə ölmü şdür.X1 miras qalmış əmlak ünvan 2 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin mərhuma məxsus 1/10 hissəsi olmuşdur. Həmin əmlak iş üzrə cavabdehlər H3 və G5 tərəfındən miras əmlak kimi qəbul edilmiş, lakin onun övladı azyaşlı X13 atasında miras qalmış əmlakdan pay əldə edə bilməmişdir. İşdə olan RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında 10 nəfər şəxsə-X9 və digərlərinə məxsusdur. İşdə olan ****** reyest nömrəli xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş X6 vərəsələri atası-Cavabdeh1 və anası X10r və miras əmlakdan 1/2 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ü nvan 2 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin 1/10 hissəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.2016-cı ildə ölmüş X7 vərəsələri atası Cavabdeh1 və anası X10r və onlar miras əmlakdan ½ hissədə pay almalıdırlar. İş materiallarında olan Yevlax rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə də müəyyən edilmişdir ki, iddiaçı X13 qanuni nümayəndəsi olan anası Nümayəndə ilə atası X14 vəfat edənədək həmin evdə yaşamışdır. Bundan başqa, məlum olmuşdur ki, iddiaçı X13 atası X7 ölümünə görə hazırda müavinət almaqdadır. Bu hallar isə iddiaçının atasından miras qalmış əmlakın faktiki olaraq qəbul edilməsinə yönəlmiş hərəkətlər hesab olunur. Apellyasiya kollegiyası i sə məhkəməyə sübut təqdim edilə bilməməsinə və azyaşlı biri üçün həyata keçirilməsi çətinlik yaradan hallara istinad etməklə məhkəmə araşdırmasının tam həyata keçirilməsi, obyektiv həqiqətin müəyyən edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159-cu maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uş aqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Göründüyü kimi, apellyasiya kollegiyası işin hallarını tam araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işdə olan sübutlara və işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 9-cu maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Kassasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəfləri n hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hə rəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normaların ın pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, apellyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin hallarının tam və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kassasiya şikayəti təmin e dilməli, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X2 qanuni nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)*****/2019 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün Şəki A pellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar