Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-985/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 qanuni nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh1, X7, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “vərəsəlik hüququnun müəyyən olunması, vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, mülkiyyət hüququna dair dövlət reyestrində çıxarışın qismən ləğv edilməsi, cavabdehlərin ləyaqətsiz vərəsə hesab edilməsi və iddiaçının mirası qəbul etmiş tək vərəsə olmasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin ləğvi, mirasın qəbul edilməsi, miras paylarının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şa mayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(107)-1259/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, İşin halları: İddiaçı X8 xx xxxx 2013-cü ildə X3 və Nümayəndə nikahlarından anadan olmuşdur. X3 və Nümayəndə nikahları 2014-cü ildə pozulmuşdur. İddiaçının atası X9 xx xxxxxx 2016-cı ildə ölmüşdür. Cavabdeh1 iddiaçının babası, cavabdeh X10 isə nənəsidir (müvafiq olaraq iddiaçının atasının ata və anasıdırlar). X3 mülkiyyətində ünvan 1 ünvanında yerləşən 0,06 ha h əyətyanı torpaq sahəsinin 1/10 hissəsi olmuşdur. Yevlax rayon 1 saylı notariat kontoru tərəfindən verilmiş 2V-143 reyestr nömrəli, xx xxxxxx 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx xxxxxx 2016-cı il tarixdə ölmüş X3 vərəsələri kimi atası Cavabdeh1 və anası X10 tanınmış, hər birinə miras əmlakdan 1/2 hissədə pay müəyyən olunmuşdur. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin 1/10 hissəsindən ibarətdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı X8 qanuni nümayəndəsi Nümayəndə vasitəsi ilə cavabdehlər Cavabdeh1, X7, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının atası X4 miras əmlakına vərəsəlik hüququnun müəy yən olunması, xx xxxxxx 2016-cı ildə vəfat etmiş atası X1 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan 0,06 ha torpaq sahəsinin ona aid hissəsinə Cavabdeh1 və X5 adına verilmiş 2V-02-143 reyestr nömrəli xx xxxxxx 2016-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, xx xxxxxxx 2014-cü ildə vəfat etmiş X13 miras əmlakı üzrə xx xxxxxx 2016-cı ildə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə miras əmlakın ünvan 1 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan 0,06 ha torpaq sahəsinin mərhum X19 məxsus 1/10 hissəsindən ibarət olması hissəsinin etibarsız sayılması, ümumi birgə mülkiyyətdə olan 0,06 ha torpaq sahəsinin X19 məxsus hissəsi kimi müəyyən edilməsi, ünvan 1 saylı evin 0,06 ha torpaq sahəsinə paylı mülkiyyət hüququna d air dövlət reyestrinin ləğv edilməsi, torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olmasının müəyyən edilməsi, cavabdehlər Cavabdeh1 və X5 ləyaqətsiz vərəsə hesab edilməsi, iddiaçının mərhum X4 mirasını qəbul etmiş tək vərəsəsi olmağının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 və X10 iddiaçının baba və nənəsidirlər. İddiaçının atası X11 xx xxxxxx 2016-cı ildə vəfat etmişdir. Nənə və babası iddiaçının atasının ölümündən 6 ay sonra iddiaçını və anasını yaşadıqları mənzildən çıxarmışlar. Atasının ölümündən sonra iddiaçıya müavinət təyin edilmişdir. Qanuni nümayəndə kimi iddiaçının anası azyaşlı uşağın mirasın qəbulu ilə bağlı edə biləcəyi bütün hərəkətləri etmişdir. Yevlax rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2006-cı il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN-1474A, KOD ***** saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə 0,06 ha torpaq sahəsi digər şəxslərlə bərabər iddiaçının atası X6 da mülkiyyətinə verilmişdir. xx xxxxxx 2016-cı ildə ünvan 3 ünvanında yerləşən torpaq sahəsi ümumi birgə mülkiyyət kimi qeydə alınmış və ******* nömrəli çıxarış verilmişdir. Həmin torpaq sahəsində yerləşən ev isə iddiaçının atasının babası X12 adına qeydə alınmışdır. Yevlax rayon 1 saylı Notariat Kontoru xx xxxxxx 2016-cı ildə xx xxxxxxxx 2012-ci ildə vəfat etmiş xxxun miras əmlakı üzrə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmiş və şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi ümumi birgə olan 0,06 ha torpaq sahəsinin mərhum xxxa məxsus hissəsindən ibarətdir. Göründüyü kimi həmin vərəsəlik şəhadətnaməsində notarius torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olduğundan əmlakın ümumi mülkiyyət olmasını qeyd etmişdir. Ancaq xx xxxxxx 2016-cı il tarixdə xx xxxxxxx 2014-cü ildə vəfat etmiş X13 miras əmlakı üzrə Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə verilən əmlak ünvan 3 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan 0,06 ha torpaq sahəsinin mərhum X19 məxsus 1/10 hissəsindən ibarət olması qeyd edilmişdir. Sonradan Cavabdeh4 və Cavabdeh5 öz miras paylarını nənələri Cavabdeh3 bağışlamışlar. Daha sonra isə həmin tarixdə xx xxxxxx 2016-cı ildə vəfat etmiş xxxun miras əmlakı üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və notariat kontorunda qan unsuz olaraq pay bölgüsü aparılmışdır. Həmçinin cavabdehlər nəvələri olan iddiaçının vərəsə olmasını gizləmiş, mərhumun iradəsinə zidd olaraq oğlu barəsində məlumatları qəsdən notariat kontoruna bildirməməklə, iddiaçının vərəsəliyə çağırılmasına mane olmuş və bu səbəbdən onlar ləyaqətsiz vərəsə sayılmalıdırlar. Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(039)-828/2019 nömrəli qətnaməsi ilə (hakim G.İ.Cavadova) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən miras qəbul edilməmiş və onun miras əmlaka vərəsəlik hüququnun müəyyən edilməsi tələbi əsassızdır və təmin edilə bilməz. Eyni zamanda, iddiaçı mirası qəbul etmədiyinə görə onun mübahisəli torpaq sahəsinə dair cavabdehlər Haqverdi və xxxların adına verilmiş vərəsəlik şəhadətnaməsi ni mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Belə ki, miras əmlakla bağlı mübahisə açmaq və vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək hüququna yalnız miras əmlakı qəbul etmiş vərəsələr malikdir. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, cavabdehlər Haqverdi və xxxların ləyaqətsiz vərəsə hesab edilməsi barədə tələb də təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsində nəzərdə tutulmuş əsaslara dair sübut təqdim olunmamışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı X8 qanuni nümayəndəsi Nümayəndə vasitəsi ilə apellyasiya şikayəti verərək, Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(039)-828/2019 nömrəli qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barəd ə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(107)-2585/2019 nömrəli qətnaməsi ilə (hakim Ə.T.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Əsədlidən və İ.F.Quliyevdən ibarət tərkibdə) аpellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(039)-828/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmiş və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olmuşdur. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı X2 qanuni nümayəndəsi Nümayəndə İlqar qızı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsi Mülki Ko llegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(107)2585/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-1360/2020 nömrəli qərarı ilə (hakim M.T.Əhmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər İ.K.Dəmirovdan və Ə.G.Nurməmmədovdan ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(107)2585/2019 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iş materiallarında olan Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı X8 qanuni nümayəndəsi olan anası Nümayəndə ilə atası X9 vəfat edənədək həmin mübahisələndirilən torpaq sahəsində yerləşən evdə yaşamışdır. Bundan başqa, məlum olmuşdur ki, iddiaçı X8 atası X3 ölümünə görə hazırda müavinət almaqdadır. Bu hallar isə iddiaçının atasından miras qalmış əmlakın faktiki olaraq qəbul edilməsinə yönəlmiş hərəkətlər hesab olunur. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Şə ki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-1259/2020 nömrəli qətnaməsi ilə (hakim A.M.Eyvazovun sədrliyi və məruzəsi ilə, hakimlər R.Ə.Əliyevdən və İ.H.Şükürovdan ibarət tərkibdə) iddiaçı X2 qanuni nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(039)-828/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, xx xxxxxx 2016-cı ildə vəfat etmiş İ.xxxdan miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan 0,06 ha torpaq sahəsinin ona aid hissəsinə verilmiş 2V-02-143 reyestr nömrəli xx xxxxxx 2016-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət ed ilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini xx xxxxxx 2016-cı ildə vəfat etmiş atası İ.xxxdan miras qalmış ünvan 3 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan 0.06 ha torpaq sahəsinin ona aid hissəsinə verilmiş 2V-02-143 reyestr nömrəli xx xxxxxx 2016-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması hissəsində təmin etməməkdə haqlı olmamışdır. Lakin iddia tələbi cavabdehlər Haqverdi və xxxların ləyaqətsiz vərəsə hesab edilməsi, Nizami xxxun miras əmlakına dair verilmiş vərəsəlik şəhadətnaməsinin qismən etibarsız sayılması hissələrində əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şika yəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-1259/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi üçün iş materiallarının apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə Nümayəndə eyni məzmunlu qarşılıqlı iddiası təmin olunmamışdır. İddiaçı X8 mirasın qəbulu üçün qanunvercilikdə müəyyən edilmiş 6 aylıq müddəti ötürmüş və bu müddətin bərpası üçün hüquq undan istifadə etməmişdir. İddiaçı ailə başçısını itirdiyinə görə müavinət alır. Onun müavinət alması mirasdan pay almağa əsas vermir. İddiaçı mirası faktiki olaraq qəbul etməmiş, onu faktiki olaraq idarə etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, vəkillərinin iştirakını təmin etməmişlər. İddiaçının qanuni nümayəndəsi Nümayəndə məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasına səhhəti ilə bağlı gələ bilməyəcəyini göstərmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara isti nad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia qismən təmin olunsa da, iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh1 kassasiya şikayətində iddianın tam rədd olunmasını xahiş etdiyindən hazırki kassasiya baxışının predmetini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin iddianın təmin olunmuş hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Az ərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151 -ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zama nı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulun a yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əs ası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğ v olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən Ali Məhkəmənin birinci kassasiya baxışında irəli sürdüyü göstərişlərə uyğun araşdırma aparmış və iddiaçının mirası qanunla müəyyən olunmuş müddətdə faktiki qəbul etməsini müəyyən etmişdir. Belə ki, iddiaçı mirasqoyanın birinci növbədə vərəsəsi olduğu və mirası faktiki qəbul etdiyi halda, vərəsəlik haqqında mübahisələndirilən şəhadətnamədə yalnız cavabdehlər Cavabdeh1 və X5 vərəsəlik hüquqlarının tanındığı, bununla da iddiaçının hüquqları pozulduğu nəzərə alınaraq, həmin şəhadətnamənin etibarsız hesab olunmasından ibarət apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanun i və əsaslı olmuşdur. Məhkəmə kollegiyası izah edir ki, hazırki mübahisənin həlli sübutların qiymətləndirilməsindən asılı olmuş və apellyasiya instansiyası bununla bağlı prosessual hüquq normalarını pozmamış, tərəflərin təqdim etdikləri sübutlar əsasında qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir neçə qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Prosessual Məcəllənin 417.1.4cü maddəsinin tətbiqi müstəsna olaraq kassasiya instansiyası məhkəməsinin hüquqi təbiəti və səlahiyyət hədləri çərçivəsində qanuni hesab edilə bilər və heç bir halda həmin məhkəmənin apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməsi ilə nəticələnməməlidir. Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı maddələrinə əsasən, kassasiy a instansiyası məhkəməsinin vəzifəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılmasından ibarətdir. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin konstitusiya-hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı (“B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli qərarı və s.). Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə Nümayəndə eyni məzmunlu iddiasının rədd olunması hazırki iş üzrə preyudisial əhəmiyyətə malik deyildir. Belə ki, göstərilən qətnamədən də görünür ki, həmin işdə qarşılıqlı iddia üzrə iddiaçı Nümayəndə özü olmuş, hazırda isə iddia yetkinlik yaşına çatmayan X2 adından qanuni nümayəndəsi Nümayəndə tərəfindən verilmişdir. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırk ı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(107)-1259/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-985/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-985/2021
22.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver