Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1259/2020 29.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, X1 nümayəndəsi Nümayəndə, cavabdeh X6, Cavabdeh1 və onun vəkili X23 iştirakı ilə, X1 qanuni nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh1 , X12, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı vərəsəlik hüququnun müəyyən olunması, vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, mülkiyyət hüququna dair dövlət reyesterində çıxarışın qismən ləğv edilməsi, cavabdehlərin ləyaqətsiz vərəsə hesab edilməsi və iddiaçının mirası qəbul etmiş tək vərəsə olmasının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(039)-828/2019 nömrəli qətnaməsindən iş üzrə X1 qanuni nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(039)-828/2019 nömrəli qətnaməsi ilə (hakim Günay Cavadova) iddia təmin edilməmişdir. işin halları: İddiaçı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, qanuni nümayəndəsi olduğu X5 atası X7 miras əmlakına vərəsəlik hüququnun müəyyən olunması, xx xxxxxx 2016-cı ildə vəfat etmiş atası İ.Abdurəhmanovdan miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan 0.06 ha torpaq sahəsinin ona aid hissəsinə verilmiş 2V-02-143 reyestr nömrəli xx xxxxxx 2016-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, xx.xx.2014-cü ildə vəfat etmiş X24 miras əmlakı üzrə xx xxxxxx 2016-cı ildə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə miras əmlakın ünvan 2 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan olan 0.06 ha torpaq sahəsinin mərhum X33 məxsus 1/10 hissəsindən ibarət olması hissəsinin etibarsız sayılması, ümumi birgə mülkiyyətdə olan 0.06 ha torpaq sahəsinin X33 məxsus hissəsi kimi müəyyən edilməsi, ünvan 1 saylı evin 0.06 ha torpaq sahəsinə paylı mülkiyyət hüququna dair dövlət reyestrinin ləğv edilməsi, torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olmasının müəyyən edilməsi, cavabdehlər Cavabdeh1 və X6 ləyaqətsiz vərəsə hesab edilməsi, X5 mərhum X8 mirasını qəbul etmiş tək vərəsəsi olmağının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının qanuni nümayəndəsi tələbi onunla əsaslandırmışdır ki, cavabdehlərdən İddiaçı və Cavabdeh2 oğlu Haqverdi Abdurahmanlının baba və nənəsidir. Oğlunun atası İlham Abdurahmanov xx xxxxxx 2016-cı ildə vəfat etmişdir. İ.Abdurəhmanov vəfat edəndə oğlu 1 yaş 3 aylıq olmuşdur. Oğlunun nənə və babası İ.Abdurəhmanovun ölümündən 6 ay sonra onu və oğlunu yaşadıqları mənzildən çıxarmışdır. Ancaq İ.Abdurəhmanovun sağlığında istifadələrində olan əşyalar hazırda yenə də onların istifadəsindədir. İ.Abdurəhmanovun ölümündən sonra oğlu İddiaçı müavinət təyin edilmişdir. Qanuni nümayəndə kimi azyaşlı uşağın mirasın qəbul ilə bağlı edə biləcəyi bütün hərəkətləri etmişdir. İ.Abdurəhmanov vəfat etdikdən sonra məlum olmuşdur ki, Yevlax rayon X20 xx xxxxxx 2006-cı il tarixli 10 nömrəli qərarı ilə verilmiş JN-1474A, KOD 90101002 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə 0.06 ha torpaq sahəsi digər şəxslərələ bərabər oğlunun atası İ.Abdurəhmanovun da mülkiyyətinə verilmişdir. xx xxxxxx 2016cı ildə İ.Abdurəhmanovun ünvan 1 ünvanında yerləşən torpaq sahəsi ümumibirgə mülkiyyət kimi qeydə alınmış və ******* nömrəli çıxarış verilmişdir. Həmin torpaq sahəsində yerləşən ev isə İ.Abdurəhmanovun babası X15 adına qeydə alınmışdır. Yevlax rayon 1 saylı Notariat Kontoru xx xxxxxx 2016-cı ildə xx.xx.2012-ci ildə vəfat etmiş Lətif Lətifovun miras əmlakı üzrə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmiş və şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi ümumi birgə olan 0.06 ha torpaq sahəsinin mərhum Lətif Lətifova məxsus hissəsindən ibarətdir. Göründüyü kimi həmin vərəsəlik şəhadətnaməsində notarius torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olduğundan əmlakın ümumi mülkiyyət olmasını qeyd etmişdir. Ancaq xx xxxxxx 2016-cı il tarixdə xx.xx.2014-cü ildə vəfat etmiş X24 miras əmlakı üzrə Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə verilən əmlak ünvan 1 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan 0.06 ha torpaq sahəsinin mərhum X33 məxsus 1/10 hissəsindən ibarət olması qeyd edilmişdir. Sonradan Cavabdeh4 və Cavabdeh5 öz miras paylarını nənələri Qəribə Lətfovaya bağışlamışlar. Daha sonra isə həmin tarixdə xx xxxxxx 2016cı ildə vəfat etmiş İ.Abdurəhmanovun miras əmlakı üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və şəhadətnamə üzrə miras qoyanın vərəsələrinin atası İddiaçı, anası G.Abdurahmanova olması, miras əmlakdan payların ½ hissədə olması, miras əmlakın ünvan 1 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan 0.06 ha torpaq sahəsinin mərhum İ.Abdurəhmanova məxsus 1/10 hissədən ibarət olması qeyd edilmişdir. Göründüyü kimi notariat kontorunda qanunsuz olaraq pay bölgüsü aparılmışdır. Həmçinin İddiaçı və Cavabdeh2 nəvələri Haqverdi Abdurahmanlının vərəsə olmağını gizləmişlər, mərhum İ.Abdurəhmanovun iradəsinə zidd olaraq oğlu barəsində məlumatları qəsdən notariat kontoruna bildirməməklə, qanuni nümayəndəsi olduğu H.Abdurahmanlının vərəsəliyə çağırılmasına mane olmuşlar, bu səbəbdən onlar ləyaqətsiz vərəsə sayılmalıdırlar. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və 3-cü şəxslər Yevlax şəhər 1 saylı Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 17 saylı Ərazi İdarəsi birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılsa da, birinci instansiya məhkəməsinin iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinin tələbini rəhbər tutaraq işə digər cavabdehlərin və 3-cüşəxslərin iştirakı olmadan baxmışdır. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, məhkəməərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili X34 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 vəkili X35 izahat verərək iddia tələbinin əsassız olduğunu bildirmişdir. Belə ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Hazırkı işdə iddiaçının qanuni nümayəndəsi miras əmlakın qəbulu ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Vərəsə vərəsəliyə çağrildığının bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras əmlak nə rəsmi, nə də faktiki qəbul edilmişdir. İddia tələbinin rədd edilməsi barədə qətnaməçıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlər İddiaçı və Cavabdeh2 iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn X1 qanuni nümayəndəsi Nümayəndə аpellyаsiyа şikаyəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(107)- 2585/2019 nömrəli (sədrlik edən hakim Ə.T.Məcidov, hakimlər M.A.Əsədli, İ.F.Quliyev) qətnaməsinə əsasən X1 qanuni nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(039)- 828/2019 saylı qətnаməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(107)- 2585/2019 nömrəli nömrəli qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(102)-1360/2020 nömrəli (sədrlik edən hakim M.T.Əhmədova, hakimlər İ.K.Dəmirov və Ə.G.Güləhmədov) qərarı ilə X1 qanuni nümayəndəsi Nümayəndə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(107)-2585/2019 nömrəli qətnaməsi iddianın ləğv edilmiş, mülki iş yenidən apellyasiya baxışına qaytarılması müəyyən edilmişdir. apelyasiya şikayətinin dəlilləri: X1 qanuni nümayəndəsi Nümayəndə apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasındakı izahatının dəlilləri ilə əsaslandıraraq Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(039)-828/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. işdə iştirаk edən şəxslərin izаhаtlаrı : Məhkəmə kollegiyası iclasında iştirak edən X1 qanuni nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(039)-828/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh X16, Cavabdeh1 və onun vəkili X35 apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər tərəflər heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlmədiklərinə görə işə onların iştirakı olmadan baxıldı. hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, X1 qanuni nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, X1 qanuni nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh1, X12, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı vərəsəlik hüququnun müəyyən olunması, vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, mülkiyyət hüququna dair dövlət reyesterində çıxarışın qismən ləğv edilməsi, cavabdehlərin ləyaqətsiz vərəsə hesab edilməsi və iddiaçının mirası qəbul etmiş tək vərəsə olmasının müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Nümayəndə aid cehiz əşyalarının, habelə sonuncu ilə mərhum İlham Abdurahmanovun birgə nikahı dövründə əldə olunmuş əmlakın mərhumun valideynlərinin yaşadığı evdə olması, iddiaçı tərəfin mirası faktiki qəbul etməsi demək deyildir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəf məxsus miras əmlakla bağlı yuxarıda qeyd olunan hərəkətlərin etməsi halını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, başqa sözlə bu halı sübuta yetirə bilməmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddiaçının miras əmlaka vərəsəlik hüququnun müəyyən edilməsi tələbi əsassızdır və təmin edilə bilməz. Eyni zamanda birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Haqverdi Abdurahmanlı mirası qəbul etmədiyinə görə iddiaçının mübahisəli torpaq sahəsinə dair cavabdehlər Haqverdi və Gülsura Abdurahmanovların adına verilmiş vərəsəlik şəhadətnaməsini mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Belə ki, miras əmlakla bağlı mübahisə açmaq və vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək hüququna yanız miras əmlakı qəbul etmiş vərəsələr malikdir. Hazırkı işdə də iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək üçün əvvəla mirası əmlakı qəbul etmələrini sübut etməlidirlər. Lakin, iddiaçının miras əmlakı qəbul etməsi müəyyən olunmur. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, cavabdehlər Haqverdi və Gülsura Abdurəhmanovların ləyaqətsiz vərəsə hesab edilməsi barədə tələb də təmin edilməməlidir. Qətnamədə qeyd olunan maddi hüquq normasının tələblərindən müzakirə olunan məsələnin həllinə yanaşdıqda müəyyən edilir ki, cavabdehlərin ləyaqətsiz vərəsə hesab edilməsi üçün iddiaçı tərəf sübuta yetirməlidir ki, cavabdehlər mərhum İlham Abdurahmanovun son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş, habelə mərhumun son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmişlər. Qətnamədə qeyd olunan maddi hüquq normalarının tələblərindən müzakirə olunan məsələnin həllinə yanaşdıqda müəyyən edilir ki, xx.xx.2014-cü il tarixdə ölmüş Nizami Lətifov azyaşlı Haqverdi Abdurahmanovun atası İlham Abdurahmanovun əmisidir; o Nizami Lətifovun birinci növbəli vərəsələri sırasına daxil deyildir. Belə olan halda hesab edilməlidir ki, iddiaçının Nizami Lətifovun miras əmlakına dair verilmiş vərəsəlik şəhadətnaməsinin qismən də olsa belə mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(107)- 2585/2019 nömrəli nömrəli qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(102)-1360/2020 nömrəli (sədrlik edən hakim M.T.Əhmədova, hakimlər İ.K.Dəmirov və Ə.G.Güləhmədov) qərarı ilə X1 qanuni nümayəndəsi Nümayəndə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(107)-2585/2019 nömrəli qətnaməsi iddianın ləğv edilmiş, mülki iş yenidən apellyasiya baxışına qaytarılması müəyyən edilmişdir. Ali Məhkəmənin sözügedən qərarında işə təkrar baxılarkən nəzərə alınmalı prosessual normalar göstərilmişdir. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin göstərişləri ilə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır, birinci instansiya məhkəməsi iddia tələbini tam həcmdə təmin etməməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı X17 xx.xx.2013-cü ildə Yevlax şəhərində anadan olmuşdur. Onun atası X18 xx.xx.2016-cı ildə ölmüşdür. X3 miras qalmış əmlak ünvan 2 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin mərhuma məxsus 1/10 hissəsi olmuşdur. Həmin əmlak iş üzrə cavabdehlər Haqverdi və Gülsura Abdurəhmanovlar tərəfındən miras əmlak kimi qəbul edilmiş, lakin onun övladı azyaşlı X17 atasında miras qalmış əmlakdan pay əldə edə bilməmişdir. Mülki Məcəllənin 1133-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (maddə 1133.1.). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (maddə 1133.2.). Həmin Məcəllənin 1134-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (maddə 1134.1.). Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər (maddə 1134.2.). Məcəllənin 1159-ci maddəsinin mənasından görünür ki, ölənin uşaqları, onun ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar (maddə 1159.1.1.). Məcəllənin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (maddə 1243.1.). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədəərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2.). İşdə olan RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında 10 nəfər şəxsə-X13 və digərlərinə məxsusdur. İşdə olan 2V-143 reyest nömrəli xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş X9 vərəsələri atası- Cavabdeh1 və anası X14r və miras əmlakdan 1/2 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ünvan 2 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin 1/10 hissəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.2016-cı ildə ölmüş X10 vərəsələri atası Cavabdeh1 və anası X14r və onlar miras əmlakdan ½ hissədə pay almalıdırlar. İş materiallarında olan Yevlax rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə də müəyyən edilmişdir ki, iddiaçı X17 qanuni nümayəndəsi olan anası Nümayəndə ilə atası X18 vəfat edənədək həmin evdə yaşamışdır. Bundan başqa, məlum olmuşdur ki, iddiaçı X17 atası X10 ölümünə görə hazırda müavinət almaqdadır. Bu hallar isə iddiaçının atasından miras qalmış əmlakın faktiki olaraq qəbul edilməsinə yönəlmiş hərəkətlər hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159cu maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Göründüyü kimi, apellyasiya kollegiyası işin hallarını tam araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işdə olan sübutlara və işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 9-cu maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26- cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini xx xxxxxx 2016-cı ildə vəfat etmiş atası İ.Abdurəhmanovdan miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan 0.06 ha torpaq sahəsinin ona aid hissəsinə verilmiş 2V-02-143 reyestr nömrəli xx xxxxxx 2016-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması hissəsində təmin etməməkdə haqlı olmamışdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Haqverdi və Gülsura Abdurəhmanovların ləyaqətsiz vərəsə hesab edilməsi barədə tələb təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 1137-ci maddəsinə görə, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyəçağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinəqarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmişşəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Qeyd olunan maddi hüquq normasının tələblərindən müzakirə olunan məsələnin həllinə yanaşdıqda müəyyən edilir ki, cavabdehlərin ləyaqətsiz vərəsə hesab edilməsi üçün iddiaçı tərəf sübuta yetirməlidir ki, cavabdehlər mərhum İlham Abdurahmanovun son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş, habelə mərhumun son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmişlər. Lakin iddiaçı tərəf cavabdehlər tərəfindən yuxarıda sadalanan hərəkətlərin edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş və MPM-nin 77.1ci maddəsi iləüzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Belə olan halda hesab edilməlidir ki, cavabdehlər mərhum İlham Abdurahmanova münasibətdə ləyaqətsiz vərəsə deyillər. İddiaçının irəli sürdüyü tələblərdən biri də Nizami Lətifovun miras əmlakına dair verilmiş vərəsəlik şəhadətnaməsinin qismən etibarsız sayılması barədədir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu tələbinin də təmin edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, işdə olan 2V-142 reyestr nömrəli xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2014-cü il tarixdə ölmüş X24 vərəsələri - anası Cavabdeh3, övladları Cavabdeh4 və Cavabdeh5dır; onlar mirasdan 1/3 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ünvan 2 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin 1/10 hissəsindən ibarətdir. Mülki Məcəllənin 1159-cu maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) (maddə 1159.1.1); övladlığa götürülən və onun övladlarıövladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar (maddə 1159.1.2); bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninəçatası paydan bərabər miras alırlar (maddə 1159.1.3). sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər (maddə 1159.1.4). övladlığa götürən və onun qohumlarıövladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladlarıöldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur (maddə 1159.1.5); ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninəçatası miras payını bərabər olaraq miras alırlar (maddə 1159.2); üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın (maddə 1159.3); dördüncü növbədə - xalalar və bibilər, dayılar vəəmilər (maddə 1159.4); beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları vəəmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları (maddə 1159.5). Qeyd olunan maddi hüquq normalarının tələblərindən müzakirə olunan məsələnin həllinə yanaşdıqda müəyyən edilir ki, xx.xx.2014-cü il tarixdə ölmüş Nizami Lətifov azyaşlı Haqverdi Abdurahmanovun atası İlham Abdurahmanovun əmisidir; o Nizami Lətifovun birinci növbəli vərəsələri sırasına daxil deyildir. Belə olan halda hesab edilməlidir ki, iddiaçının Nizami Lətifovun miras əmlakına dair verilmiş vərəsəlik şəhadətnaməsinin qismən də olsa belə mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin Qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Ona görə də apelyasiya məhkəməsinin qənaətincə birincin instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, X1 qanuni nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, X1 qanuni nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh1, X12, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı qanuni nümayəndəsi olduğu X5 atası X7 miras əmlakına vərəsəlik hüququnun müəyyən olunması, xx xxxxxx 2016-cı ildə vəfat etmiş atası İ.Abdurəhmanovdan miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan 0.06 ha torpaq sahəsinin ona aid hissəsinə verilmiş 2V-02-143 reyestr nömrəli xx xxxxxx 2016-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, xx.xx.2014-cü ildə vəfat etmiş X24 miras əmlakı üzrə xx xxxxxx 2016-cı ildə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə miras əmlakın ünvan 2 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan olan 0.06 ha torpaq sahəsinin mərhum X33 məxsus 1/10 hissəsindən ibarət olması hissəsinin etibarsız sayılması, ümumi birgə mülkiyyətdə olan 0.06 ha torpaq sahəsinin X33 məxsus hissəsi kimi müəyyən edilməsi, ünvan 1 saylı evin 0.06 ha torpaq sahəsinə paylı mülkiyyət hüququna dair dövlət reyestrinin ləğv edilməsi, torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olmasının müəyyən edilməsi, cavabdehlər Cavabdeh1 və X6 ləyaqətsiz vərəsə hesab edilməsi, X5 mərhum X8 mirasını qəbul etmiş tək vərəsəsi olmağının müəyyən olunması tələbinə dair iddiası qismən, yəni xx xxxxxx 2016-cı ildə vəfat etmiş atası İ.Abdurəhmanovdan miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan 0.06 ha torpaq sahəsinin ona aid hissəsinə verilmiş 2V-02-143 reyestr nömrəli xx xxxxxx 2016-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması hissəsində təmin edilməli, 2V-02- 143 reyestr nömrəli xx xxxxxx 2016-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayılmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, iddia qismən təmin edildiyindən ½ hissədə (ödənilmiş 10 (on) manat dövlət rüsumunun 5(beş) manatı özünə aid edilməli, ½ hissəsi isə 5 (beş) manatı isə cavabdehlər X2 və X4 tutularaq iddiaçı X11 verilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası qət etdi: X1 qanuni nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. xx xxxxxx 2016-cı ildə vəfat etmiş İ.Abdurəhmanovdan miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan 0.06 ha torpaq sahəsinin ona aid hissəsinə verilmiş 2V- 02-143 reyestr nömrəli xx xxxxxx 2016-cı il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun 5(beş) manatı özünə aid edilsin, 5 (beş) manatı isə cavabdehlər X2 və X4 tutularaq iddiaçı X11 verilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-1259/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1259/2020
29.07.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver