Məhkəmə qərarları › İş №2(102)-1361/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-1361/2022

17.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1361/2022 17.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2021-ci il tarixli, 2(103)-10891/2021 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayətinin mümkünlüyünü yoxlayıb MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “icarə obyektinin təmirinə xərclənmiş pulların alınması” barədə ilk iddiası və Cavabdeh İddiaçı qarşı “ qarajın boşaldılaraq təhvil verilməsi və ödənilməyən aylıq icarə haqqının ödənilməsi” barədə qarşılıqlı iddiası təmin edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilib, İddiaçı Cavabdeh qarşı “icarə obyektinin təmirinə xərclənmiş pulların alınması” barədə ilk iddiası rədd edilib, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb. 31 dekabr 2021-ci il tarixdə İddiaçı, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2021-ci il tarixli qətnaməsinin ilk iddianın rədd olunan hissəsindən (mübahisələndirilən məbləğ 4.944,20 manat) kassasiya şikayəti veri b və 21 yanvar 2022-ci il tarixdə kassasiya şikayəti mülki işlə birlikdə Ali Məhkəməyə daxil olub. Kassasiya instansiyası məhkəməsi, mülki iş materiallarını öyrənib, kassasiya şikayətini nəzərdə keçirib hesab edir ki, aşağıdakılara görə işə kassasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından İddiaçı kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki halda iş üzrə qəbul edilmiş qətnamənin mü bahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğu, yəni ümumilikdə 4.944,20 manat olduğu halda İddiaçı həmin qətnamədən kassasiya şikayəti verib, apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayətinin mülki prosessual normaların tələblərinə uyğunluğunu yoxlamadan mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərib. Halbuki, Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndəri lir. Həmin Məcəllənin 404-1.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə görə, kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən, işə kassasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından, İddiaçı kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 404-1, 409-cu maddələrinin tələblərin i rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2021-ci il tarixli, 2(103)-10891/2021 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə kassasiya qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti mülki işlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar