Məhkəmə qərarları › İş №2(102)-1363/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1363/2022

21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1363/2022 21.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi) İnzibati kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızı və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2171/2021 nömrəli iş üzrə 08 dekabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən ver ilmiş kassasiya şikayətinə dair işə 21 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 20.550 manat məbləğində borc pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(046)-1315/2021 nömrəli iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Fəttahov) iddia təmin olunmuş, cavabdehdən 20.550 manat pul və 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi, qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət olunmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-2171/2021 nömrəli iş üzrə 08 dekabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər Ə.Məcidov – sədrlik edən və məruzəçi, V.Məlikov və M.Əsədli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24.1-24.3, 26.1, 26.2, 32.3, 32.4, 32.7, 384.0.4, 387.2.9, 387.3-cü maddələrinə istinadla gəldiyi nətic əni onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin icraatı zamanı, məhkəmənin istifadəsində olan “AZEMİS” vasitəsilə və Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən istifadə edilməklə, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsinə baxış keçirilmiş və bu zaman tərəflərin hər ikisinin fərdi sahibkar statusuna malik olması müəyyən edilmişdir (iddiaçı - VÖEN **********, cavabdeh - VÖEN **********). Bu baxımdan, mübahisə üzrə tərəflərdən hər ikisi fərdi sahibkar statusuna malik olmaqla, həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz ortaq kommersiya fəaliyyətindən irəli gələn münasibət olmaqla korporativ mübahisəyə aid olduğundan hazırkı tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində bax ılmalıdır. Qərardaddan iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və mübahisənin aidiyyətinin ümumi məhkəməyə aid olması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinə görə, məhkəmə MPM-in 25.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, hazırkı iş üzrə tərəflər arasında olan mübahisə onların sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmamışdır. İddiaçı "İxtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı" fəaliyyət növü üzrə 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmış, 22 dekabr 2014cü il tarixdən 22 dekabr 2019-cu il tarixədək, 07 yanvar 2020-ci il ta rixdən 03 yanvar 2025ci il tarixədək fəaliyyəti dayandırılmışdır. Cavabdeh işin məhkəmə aidiyyətinin mübahisələndirilməsi məqsədi ilə 07 oktyabr 2021-ci il tarixdə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verdiyi gün "Sair tumlu və çəyirdəkli meyvələrin becərilməsi" fəaliyyət növü üzrə 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır. Hazırkı mübahisənin predmetini iddiaçının öz təsərrüfatında yetişdirdiyi və cavabdehə satdığı xurma məhsulunun dəyərinin tələb edilməsi təşkil edir. İddiaçı xurma məhsulunu mağazadan deyil, şəxsi təsərrüfatından satmışdır və 2019-cu ildə vergi ödəyicisi olmayan cavabdehin bu məhsulu alması sonuncunun sahibkarlıq fəaliyyəti ilə bağlı deyildir. Belə ki, cavabdehin sahibkarlıq fəaliyyətinin növü meyvə alqı-satqısı deyil, becəri lməsidir. Məhkəmə gəldiyi nəticəni tərəflərin fərdi sahibkar statusuna malik olması barədə elektron məlumata istinadla əsaslandırmışdır. Halbuki həmin məlumatdan tərəflərin sahibkarliq fəaliyyətinin növü müəyyən edilmir. Məhkəmə iddiaçının nümayəndəsinin elektron məhkəmə sistemində yerləşdirilməklə sübut kimi məhkəməyə təqdim etdiyi 9 saylı Ərazi Vergilər İdarəsinin 07 dekabr 2021-ci il tarixli məktubuna münasibət bildirməmiş, müqayisəli təhlil etməmiş, bununla da MPM-in 88-ci maddəsini pozmuşdur. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxla maq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir (maddə 24.2). Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır (maddə 25.1). Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır (maddə 26.1). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıql arına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarı MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11). Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tə ləb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12). Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxs lərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar (bənd 26). Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyə ti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə h əmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır (bənd 27). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv olunmalı və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müba hisə üzrə tərəflərdən hər ikisi fərdi sahibkar statusuna malik olmaqla, həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz ortaq kommersiya fəaliyyətindən irəli gələn münasibət olmaqla korporativ mübahisəyə aid olduğundan hazırkı tələbə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. İş materiallarından görünür ki, məhkəmədə iddia qaldırılan zaman və birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh fərdi sahibkar statusuna (VÖEN-ə) malik olmamış, yalnız birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul olunduqdan sonra – 07.10.2021-ci il tarixdə 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmış və bu barədə məlumatı qətnamədən verdiyi apellyasiya şikayətinə əlavə etmişdir. Başqa sözlə tərəflər arasında hüquq münasibətlərinin yarandığı, habelə işə birinci instansiya məhkəməsində baxıldığı dövrdə cavabdeh fərdi sahibkar statusuna malik olmadığına görə MPM-in 25, 26-cı, və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 26 və 27-ci bəndlərinə əsasən onlar arasında yaranmış mübahisə sahibkarlıq mübahisəsi kimi qiymətləndirilə və kommersiya məhkəməsində baxıla bilməzdi. Ona görə də apellyasiya instansiyası məhkəməsinin istinad olunan prosessual hüquq normalarına və Ali Məhkəmənin Plenum qərarında ifadə edilmiş hüquqi mövqelərə uyğun olmayan qərardadı lə ğv edilməli və iş ümumi məhkəməyə aid olduğundan yeni apellyasiya baxışına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunsun. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2171/2021 nömrəli iş üzrə 08 dekabr 2021-ci il tarixli qərardadı ləğv olunsun və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar