Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1365/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və X1 ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdeh X oğlunun və vəkili X oğlunun iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 29 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh X oğlu və vəkili X oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli 2(014)-1090/2019 saylı qətnaməsi ilə (hakim Nizam Əliyev) iddia qismən təmin edilmiş, İddiaçı JN-028F saylı (k od ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X oğlunun və ailə üzvləri X2 və X3 adına Ünvan kəndində 0.15 hektar həyətyanı torpaq sahəsində olan bir mərtəbəli, iki otaqlı fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 29 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi E.Ş.Hüseynov, hakimlər A.A.Mahmudov və V.İ.Məlikov, iş № 2(107)-2935/2019) cavabdeh X oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Ağdaş Rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli 2(014)-1090/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh2 və X oğluna qarşı «fərdi yaşayış evinə istifadə hüququnun tanınması və köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə birgə nikahlarından olan iki uşaqları ilə, gəlin köçərək yaşadığı Cavabdeh2 atası X oğluna məxsus yaşayış sahəsindən istifadə hüquqlarının tanınmasına və həmin yaşayış evinə qeydiyyata alınaraq oraya köçürülməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh X oğlu və vəkili X oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya kollegiyası qətnamə qəbul edərkən 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30-cu maddəsini tətbiq etməli olduğu halda, həmin Məcəllənin 68 və 70-ci, Mülki Məc əllənin 11-ci və Mülki Prosessual Məcəllənin 13cü maddələrini tətbiq edərək, apellyasiya şikayətini təmin etməməklə və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla qeyd edilən və digər maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməklə düzgün nəticəyə gəlməmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-2935/2019 saylı 29 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdeh X oğlu və vəkili X6 Apellyasiya Məhkəməsinin MK-nın 29 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasın ın yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildirişlər göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-2935/2019 saylı 29 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbi nə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 ilə İddiaçı rəsmi nikah qeyd etdirməklə evlənmişlər. İddiaçı mübahisəli evə 2011-ci ilin avqust ayından köçmüşdür. Fərdi yaşayış evi özbaşına tikili olmaqla dövlət qey diyyatından keçməmişdir. Cavabdeh2 ilə İddiaçı arasında olan rəsmi nikah 30 mart 2018-ci il tarixdə ləğv edilənədək iddiaçı cavabdehlərlə birlikdə həmin evdə yaşamaqla birgə təsərrüfat aparmışdır. 2018-ci ildə tərəflər arasında münasibətlər korlanmış, onların arasında münaqişələr yaşanmış, bunun səbəbi olaraq cavabdeh 2018ci ildən evdən getmişdir. Apellyasiya kollegiyası qeyd etmişdir ki, tərəflər arasında mübahisəli hüquq münasibəti yaranarkən mübahisəli ev daşınmaz əmlakın dövlət reyestirində qeydə alınmasa da, həmin ev mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Apellyasiya kollegiyası, həmçinin müəyyən etmişdir ki, tərəflər arasında hüquq münasibətləri yarandığı vaxt mübahisəli yaşayış sahəsi mülkiyyət hüququ əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alı nmamışdır. Məhz bu səbəbdən, 2011-ci ildə iddiaçı cavabdehlərin yaşadığı evə gəlin köçərkən, həmin evin mülkiyyətçisi olmadığından, onun yaşayış evindən istifadə ilə bağlı mülkiyyətçi ilə notarial qaydada təsdiqlənən yazılı razılaşma bağlamaq imkanı olmamışdır. Apellyasiya kollegiyası hesab etmişdir ki, mübahisəli yaşayış sahəsindən istifadə ilə bağlı tərəflər arasında hüquq münasibəti yaranarkən mübahisəli yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmadığı üçün mübahisə edilən hüqüq münasibətlərini tənzimləyən hüquq norması olmadığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən qanunun anologiyası üzrə anoloji münasibətləri tənzimləyən hüquq normalarına, yəni tərəflər arasınd a hüquq münasibətləri yarandığı zaman qüvvədə olan qanunvericiliyə əsasən həll edilməlidir. Belə ki, tərəflər arasında 2011-ci ildə yaranmış mülki hüquq münasibətlərinə mübahisəli evə mülkiyyət münasibətlərindən irəli gələn deyil, sosial kirayə müqaviləsindən irəli gələn normalar tətbiq olunmalıdır. Apellyasiya kollegiyasının iş üzrə gəldiyi nəticədən görünür ki, iddiaçı 06 avqust 2011-ci il tarixdə Cavabdeh2 ilə ailə quraraq, mübahisəli evə gəlin köçüb. Cavabdeh 2011ci ildən 2018-ci ilə qədər mübahisəli evdə yaşayıb, həmin nikahdan iki uşaqları olub. Beləliklə, yuxarıda göstərilən müddəaları nəzərə alaraq hesab etmişdir ki, cavabdehin iddiaçının ailə üzvü olduğu və bu səbəbdən mübahisəli yaşayış sahəsindən cavabdehlərlə birlikdə yararlanmaq və faydalanmaq qənaətinə gəlmək olar. Həmçinin, apellyasiya kollegiyası qeyd etmişdir ki, tərəflər arasında hüquq münasibəti yarandığı zaman mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da mövcud olmuş və tərəflər oradan yaşayış sahəsi kimi istifadə etmişlər. Cavabdehlər mübahisəli evə köçürüldükdən sonra normal şərtlər daxilində evdə yaşamaq hüququna malik olduqları kimi iddiaçının da həmin evə köçərək həmin şərtlər daxilində evdə yaşamaq hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir. Hazırkı iddia tələbinin qanuni əsası kimi qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü və 123-cü maddələri deyil, 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci və 70-ci maddələri çı xış edir. Mənzil Məcəlləsinin 68-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki h üquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Həmin Məcələnin 70-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 N°-li Qərarının 7-ci bəndində izah olunmuşdur ki, kirayəçi ilə birgə yaşayıb ümumi təsərrüfatı birgə idarə edən və sırf ailə münasibətlərində olan başqa şəxslər də ailə üzvləri sırasına daxil ola bilərlər. Müəyyən edilmiş qaydada evə köçürmə dedikdə, bir qayda olaraq, yaşayış sahəsinə pasport qaydalarına əməl olunmaqla köçürmə başa düşülür. Lakin, pasport qeydiyyatına alınmaqdan əsassız olaraq imtina edildikdə, məhkəmə mənzilə köçürülən şəxsin yaşayış sahəsinə hüququnu tanıya bilər. Ərin (arvadın) yaşayış sahəsinə hüququ haqqında mübahisəni həll edərkən məhkəmə işin konkret hallarını nəzərə almaqla kirayəçinin və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin ər (arvad) mənzilə köçürülərkən etiraz etmədiklərini faktiki razılıq kimi qəbul edib, onların mənzilə pasport qeydiyyatı olmadığı hallarda belə, yaşayış sahəsinə hüquqlarını tanıya bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının göstərilən müddəaları əvvəllər qüvvədə olmuş mənzil qanunvericiliyinin izah olunmasına yönəlmiş olsa da, apellyasiya kollegiyası hesab etmişdir ki, göstərilən müddəalar hazırda qüvvədə olan Mənzil Məcəlləsində öz əksini tapmış hüquq münasibətlərinə də şamil oluna bilər. Belə ki, Ali Məhkəmənin Plenumu tərəfindən istinad edilən müddəalar həm qüvvədən düşmüş, həmdə ki qüvvədə olan mənzil qanunvericiliyinin oxşar münasibətlərinə şərh verir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya kollegiyası qətnamə qəbul edərkən 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30-cu maddəsini tətbiq etməli olduğu halda, həmin Məcəllənin 68 və 70-ci, Mülki Məcəllənin 11-ci və Mülki Prosessual Məcəllənin 13-cü maddələrini tətbiq edərək, apellyasiya şikayətini təmin etməməklə və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla qeyd edilən və digər maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməklə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin də dəlili olmuş kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, iddia tələbinin qanuni əsası kimi qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü və 123-cü maddələri deyil, 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci və 70-ci maddələrinin çıxış etməsi barədə apellyasiya kollegiyasının gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdehin öz kassasiya şikayətinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə qiymət verildiyini və məhkəmə kollegiyasının ape llyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə y ol verilməmiş, MPM-in 13, 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh X oğlunun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-2935/2019 saylı 29 oktyabr 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1365/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1365/2020
11.03.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver