Məhkəmə qərarları › İş №2(102)-1365/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1365/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1365/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası, həbsdə olan şəxsin şikayət vermə müddətlərinə əməl olunması edilməsi imkanlarının araşdırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-582/2023 nömrəli, 17 yanvar 2024-cü il tarixli qərardadından ca vabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 50.000 ABŞ dolları və 22.000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 29 aprel 2022-ci il tarixli, 2(060)-14/2022 saylı qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia qismən təmin edilərək, Cavabdeh 38000 ABŞ dolları məbləğində pulun (ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla) alınaraq İddiaçı hüquqi varisi X1 hüquqi varisi X3 ödə nilməsi qət edilmişdir.

3. İddiaçının hüquqi varisi Rauf Səfərəliyev qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat

4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonraapellyasiya instansiyası məhkəməsi) 6 sentyabr 2023-cü il tarixli, 2(105)-582/23 saylı qətnaməsi ilə İddiaçı hüquqi varisi X2 apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin 29 aprel 2022-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq, Cavabdeh 22.000 manat və 12000 ABŞ dolları məbləğində pulun (ödəniləcək günə manat ilə məzənnəsi nəzərə alınmaqla) alınıb İddiaçı hüquqi varisi X3 verilməsi qət edilmişdir.

5. Cavabdehin nümayəndəsi Vəkil qətnamədən kassasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə vermişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər - Səyyad Qafari (sədrlik edən və məruzəçi), Elman Əhmədov və Ayaz Mahmudov) 2(105)-582/2023 nömrəli, 17 yanvar 2024-cü il tarixli qərardadı ilə apellyasiya instansiyası məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayəti verməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmiş və kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli qətnam əsi xx.xx.2023-cü il tarixdə cavabdehin və onun nümayəndəsi Vəkil elektron kabinetinə yerləşdirilmiş, həmçinin Cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində olduğundan, poçt vasitəsilə ona göndərilmiş, xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Lakin cavabdehin nümayəndəsi və Vəkil tərəfindən xx.xx.2023-cü il tarixdə kassasiya şikayəti, həmçinin prosessual müddətin bərpa edilməsinə dair ərizə verilmişdir.

8. Məhkəmə kollegiyası qeyd etmişdir ki, prosessual müddətin bərpa edilməsi üçün o hallar mövcud olmalıdır ki, həmin hal onun prosessual hərəkətinin aparılması imkanından məhrum etsin.

9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrinin deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borclu dur.

10. Eyni zamanda məhkəmə kollegiyası vurğulamışdır ki, buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmadığını sübut etməlidir. Çünki qanunla müəyyən edilmiş prosessual müddətin işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını müəyyənləşdirməyə yönəlmişdir. 11. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir (Mülki Prosessual Məcəllənin 10-1.3- cü maddəsi). Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

12. Lakin cavabdeh tərəf bu zaman prosessual müddətin məhz nümayəndəsi Vəkil elektron kabinetinə yerləşdiyi vaxtdan hesablanmalı olmasını nəzərə almamışdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3, 135.5, 408.1.4-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Cavid İsmayılzadənin şikayəti üzrə bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkün sayılaraq kassasiya instansiyasına göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki işdə vəkil ilə bağlanmış müqavilənin təyinatı cavabdehin hüquqlarının apelyasiya instansiyasında qorunması olmuşdur, təmsil edilməsi olmamışdır. İş apellyasiya instansiyası baxışında olarkən cavabdeh tərəfindən vəkilə etibarnamə verilməsi mümkün olmamışdır. Yalnız vəkil olaraq prosesdə çıxış etmişdir. Beləliklə, elektron məhkəmə sistemi ilə qətnamənin vəkilə təqdim edilməsi hələ o anlama gələ bilməzdi ki, cavabdeh vəkilə onun adından təqdim olunan istənilən məhkəmə aktını qəbul edib, ondan dərhal şikay ət verib və ya digər hüquqi addımlar ata bilərdi. Apellyasiya məhkəməsi isə hesab etmişdir ki, vəkil hazırki iş üzrə qətnaməni elektron qaydada almışdırsa demək ki, bu həm də cavabdehin alması deməkdir və şikayət vermə müddəti də vəkilin aldığı vaxtdan hesablanmalı idi. Bu cür əsasla kassasiya şikayətlərinin mümkün sayılmayaraq geri qaytarılması cavabdehin məhkəməyə müraciət etmək və ədalətli məhkəmə araşdırması kimi təməl konstitusion hüququnu pozmuşdur.

16. Kassasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 26, 60.1-ci hissəsinə, 71-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 393, 46, 50.1, 217.1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edil ən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

19. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

20. Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir.

21. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

22. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibəti ni və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 23. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

24. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

25. Maddə

146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhk əməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.

26. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

27. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...

28. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

29. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməs i kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunması barədə ərizəyə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilməlidir.

33. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə də müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apelyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

34. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ m ütləq hüquq deyildir və qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.

35. Qətnamənin rəsmi qaydada verilməsi anlayışı MPM-nin 135.5-ci maddəsində müəyyən edilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

36. Baxılan işdə apelyas iya instansiyası məhkəməsinin müddətin bərpa olunmasından imtina etməsi barədə əsaslandırması ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin 6 sentyabr 2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə cavabdehin və onun nümayəndəsi Vəkil elektron kabinetinə yerləşdirilmiş, həmçinin Cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində olduğundan, poçt vasitəsilə ona göndərilmiş, xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Lakin cavabdehin nümayəndəsi və Vəkil tərəfindən xx.xx.2023-cü il tarixdə kassasiya şikayəti, həmçinin prosessual müddətin bərpa edilməsinə dair ərizə verilmişdir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir və MPM-nin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Cavabdeh tərəf prosessual müddətin qətnamənin məhz nümayəndəsi Vəkil elektron kabinetinə yükləndiyi vaxtdan hesablanmalı olmasını nəzərə almamışdır.

37. Məhkəmə kollegiyası, “prosessual müddətin qətnamənin məhz nümayəndəsi Vəkil elektron kabinetinə yükləndiyi vaxtdan hesablanmalı olması” barədə apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır.

38. Belə ki, məhkəmə aktından şikayət verilməsi, digər prosessual səlahiyyətlərdən fərqli olaraq xüsusi səlahiyyət sayılır. Buna görə də MPM-nin vəkilin hüquq və vəzifələrini müəyyən edən 68.3-cü maddəs ində deyilir ki, vəkil məhkəmə aktından o halda şikayət verə bilər ki, işdə iştirak edən şəxsin bu barədə tapşırığı olsun. Bu cür səlahiyyət etibarnamə ilə rəsmiləşdirilir (MPM-nin 73.1-ci maddəsi) və məhkəmə aktından şikayət verilməsi səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (MPM-nin 74.2-ci maddəsi).

39. Lakin iş materiallarından cavabdehin Vəkil etibarnamə verilməsi müəyyən edilmir. Bu halda cavabdehin qətnamədən şikayət vermə müddətinin Vəkil elektron kabinetinə qətnamənin yükləndiyi vaxtdan hesablanmalı olması barədə mövqe əsassızıdır. Vəkil qətnamə onun elektron kabunetində yerləşdirildiyi tarixdən kassasiya şikayəti vermək və imzalamaq səlahiyyəti olması iş materialları ilə müəyyən olunmur. Qətnamə çıxarılan vaxt cavabdeh həbsdə olmuş, kassa siya şikayəti verilməsi səlahiyyətlərini nəzərdə tutan etibarnaməni xx.xx.2023-cü il tarixdə vermiş, etibarnamə MPM-nin 73.3-cü maddəsinə uyğun olaraq Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Müalicə müəssisəsinin rəisi tərəfindən təsdiq edilmişdir.

40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual normalar formal tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı və müddətin bərpa olunması barədə ərizəyə yenidən baxılması üçün göndərilməlidir.

41. Məhkəmə kollegiyası eyni zamanda işə yenidən baxacaq məhkəmənin nəzərinə aşağıdakı halları çatdırmağı zəruri hesab edir. Nəzərə alınmalıdır ki, cavabdeh həbsdə saxlanılır və bundan irəli gələrək onun prosessual müddətlərə əmə l etmək imkanları məhkəmə tərəfindən daha dəqiq araşdırımalıdır. 6 sentyabr 2023-cü il tarixli qətnamənin xx.xx.2023-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilməsi xüsusatı ilə bağlı qeyd olunmalıdır ki, cavabdeh həbsdə saxlandığına görə, bu hala formal yanaşılmamalı, müddətin bərpa olunması barədə vəsatətə qiymət verilərkən onun elektron kabinetdən istifadə imkanları araşdırılmalı, bundan asılı olaraq qərar qəbul olunmalıdır.

42. Bundan başqa, Cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində olduğundan qətnamənin surətinin poçt vasitəsilə ona göndərilməsi və xx.xx.2023-cü il tarixdə qəbul edilməsi faktına qiymət verilərkən nəzərə alınmalıdır ki, iş materiallarında olan xəbərnaməyə görə həmin tarixdə sənəd cavabdehə deyil, müəssisəyə çatdırılmışdır. Dax il olmuş sənədin müəssisə tərəfindən cavabdehə hansı tarixdə verilməsi, prosessual müddətlərin hesablanması baxımından əhəmiyyətlidir.

43. Məhkəmə kollegiyası xatırladır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar).

44. Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir

45. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-582/2023 nömrəli, 17 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilsin və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar