Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1368/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, onun vəkili X2 və cavabdehin vəkili X1 iştirakları ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli qətnaməsindən iş üzrə cavabdeh İcbari tibbi sığorta üzrə X3 şəhər X4 hüquqi şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 10 iyul 2019-cu il tarixli qətnaməsi il ə (hakim U.Osmanov, iş № 2(051)-1585/19) İddiaçı cavabdeh İcbari tibbi sığorta üzrə X3 şəhər X4 hüquqi şəxsə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov-sədrlik edən, M.Əsədli-məruzəçi və İ.Quliyev, iş № 2(107)-2691/19) apelyasiya şikayəti qismən təmin edilərək,Mingəçevir Şəhər Məhkəməsinin 10 iyul 2019-cu il tаrixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul ediməklə iddia qismən təmin edilmiş, cavabdeh İcbari tibbi sığorta üzrə X3 şəhər X4 hüquqi şəxsdən qanunsuz işdən çıxarma nəticəsində məcburi işburaxma dövrü üçün əmək haqqı qismində 7910 (yeddi min doqquz yüz on) manat məbləği ndə pulun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh İcbari tibbi sığorta üzrə X3 şəhər X4 hüquqi şəxs kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh İcbari tibbi sığorta üzrə X3 şəhər X4 hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz işdən çıxarma nəticəsində məcburi işburaxma dövrü üçün əmək haqqı qismində 7910 (yeddi min doqquz yüz on) manat məbləğində maddi, 5000 (beş min) manat məbləğində mənəvi ziyanın, cəmi 12910 (on iki min doqquz yüz on) manatın cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş e tmişdir. Sonradan iddiaçı iddia tələbinin həcmini artıraraq 10000 (on min) manat məbləğində mənəvi ziyan, cəmi 17910 (on yeddi min doqquz yüz on) manat cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehin vəkili R.Kərimli məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etd ilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 17 oktyabr 2019cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxararkən aşağıdakıları nəzərə almışdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı 23.05.2018-ci il tarixdə cavabdeh İcbari tibbi sığorta üzrə X3 şəhər X4 hüquqi şəxsə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 09.07.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında Dövlət Agentliyi “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X9 direktoru Könül Əkbərovun 30.03.2018-ci il tarixli 215 saylı əmri ləğv edilmiş, İddiaçı İcbari tibbi sığorta üzrə Dövlət Agentliyi “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” X6 Terapiya şöbəsinin şöbə müdiri vəzifəsinə bərpa edilmişdir. Həmin iş üzrə cavabdeh tərəfindən apelyasiya, daha sonra kassasiya qaydasında verilmiş şikayətlər təmin edilməmişdir. Hazırkı iş üzrə iddiaçı cavabdehdən işləmədiyi dövr üçün əmək haqqı tələb etmiş, cavabdeh tərəf isə həmin pulu ödəməkdən imtina etmişdir. Buna görə də iddiaçı 12.06.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etdiyi məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hüququnun pozulduğunu 02.04.2018-ci il tarixdən (əmək müqaviləsinə xitam verildiyi tarixdən) bildiyi halda cavabdehə qarşı məhkəməyə iddia müddətini ötürərək 12.06.2019-cu il tarixdə məcburi işburaxma dövrü üçün maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə müraciət etmişdir. Məhkəmə qətnaməsini Əmək Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsi ilə əsaslandımışdır. Apelyasiya instansiyası məhkəməsi aşağıda qeyd e dilən hüquq normalarına istinad edərək birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-cı maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. Həmin maddənin 2-ci hissəsində göstərilmişdir ki, işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Həmin maddənin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mən əvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Əmək Məcəlləsinin 290-cı maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv ar asında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Əmək Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şam il edilmir. Yuxarıda qeyd edilən maddələrin məzmunundan da göründüyü kimi işə bərpa tələbi ilə bağlı olmayan, lakin maddi tələblərlə bağlı yaranmış əmək mübahisələrinin həlli üçün məhkəməyə müraciət etmə müddəti göstərilmişdir. Halbuki hazırkı işdə iddiaçının mübahisəsi işə bərpa tələbi ilə bağlıdır. Yəni, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsini hazırkı mübahisəyə tətbiq etməklə birinci instansiya məhkəməsi səhvə yol vermişdir. Digər tərəfdən, iddiaçı işə bərpa olunduqdan sonra əmək haqqını tələb etmiş, imtina edildiyi təqdirdə isə məhkəməyə müraciət etməklə iddia müddətini ötürməmişdir. Bundan başqa qanunvericilikdə işə bərpa haqqında iddia ilə birlikdə maddi və mənəvi ziyanın ödənilməsinə dair məhkəmədə iddia qaldırılması imperativ norma kimi göstərilməmişdir. Yəni, işçi hüquq unun pozulduğunu aşkar etdiyi gündən etibarən müddətin axımı başlayır. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçının iddia ərizəsi qanunsuz işdən çıxarma nəticəsində məcburi işburaxma dövrü üçün əmək haqqı qismində verilməyən 7910 (yeddi min doqquz yüz on) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş əmək haqqına dair sənədlərdən görünür ki, iddiaçı qanunsuz işdən çıxarma nəticəsində məcburi işburaxma dövrü üçün əmək haqqı qismində verilməyən 7910 (yeddi min doqquz yüz on) manat məbləğində pulu tələb etməkdə haqlı olmuşdur. İddia ərizəsinin mənəvi ziyanla bağlı hissəsini isə apelyasiya instansiyası məhkəməsi əsassız saymışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7№-li Qərarında Plenum izah etmişdir ki,“...məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu sözügedən qərarında həmçinin izah etmişdir ki, Azər baycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi iddiaçının iddiasının bu hissəsi konkret faktlarla sübuta yetirilmədiyi, habelə iddiaçı ona konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirmədiyi üçün, məhkəmə onun mənəvi ziyan tələbini əsassıs hesab edir. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 10 i yul 2019cu il tаrixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə qanunsuz işdən çıxarma nəticəsində məcburi işburaxma dövrü üçün əmək haqqı qismində 7910 (yeddi min doqquz yüz on) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etd ikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları apelyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunan hissədə sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırd ığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərkən bu tələblərə əməl etmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şəki Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh İcbari tibbi sığorta üzrə X3 şəhər X4 hüquqi şəxsin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 17 oktyabr 2019-cu il tarixli, 2(107)-2691/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1368/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1368/2020
03.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver