Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1368/2021 04.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun cavabdeh XXX oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili X4, cavabdehin vəkili X5 iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2701/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh XXX oğlu t ərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh X1 xx.xx.2018-ci il tarixə kredit öhdəliyi üzrə qalan 4.430 manat əsas borc, 1.319,68 manat faiz borcu, 2.170,90 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu, 7.110,86 manat cərimə borcu olmaqla, cəmi 15.031,44 manat məbləğində kredit borcunun, həmçinin mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xah iş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Binəqədi” filialı ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 166 saylı kredit müqaviləsinə əsasən cavabdehə 10 ay müddətinə illik 28 faiz ödənilmək şərtilə 4.600 manat məbləğində istehlak krediti verilmişdir. XXX oğlu kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Ona görə də iddia təmin olunmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Abıyev, iş № 2(060)-5742/2018) iddia tələbi qismən təmin olunmuş, cavabdeh XXX oğlundan 4.430 manat ə sas, 1.319,68 manat faiz, müqavilə üzrə öhdəliyin bitdiyi tarixdən iddia verilən günədək illik 5 faiz hesablanmaqla 1.107,5 manat faiz borcu və 50 manat cərimə olmaqla, cəmi 6.907 (altı min doqquz yüz yeddi) manat 18 (on səkkiz) qəpik məbləğində pulun iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx xxxxxx 2011-ci il tarixli 166 №li kredit müqaviləsinə görə, İddiaçı ASC-nin “Binəqədi” filialı tərəfindən X3 illik faiz dərəcəsi 28 faiz olmaqla, 10 ay müddətinə 4600 manat məbləğində kredit verilmişdir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışına görə, borclu X2 xx.xx.2018-ci il tari xinə ödənilməmiş əsas borcu 4.430 manat, faiz borcu 1.319,68 manat, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu 2.170,90 manat, gecikmiş faiz borcu 7.110,86 manat, cəmi 15.031,44 manatdır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbay can Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneç ilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasaən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecik dirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən 4.430 manat əsas və 1.319,68 manat faiz borcunun tutulması əsaslıdır, lakin 7.110,86 manat gecikmiş faiz (cərimə) borcu yüksəkdir. Birinci instansiya məhkəməsi cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab etmişdir ki, 7.110,86 manat məbləğində gecikmiş faiz (cərimə) borcu tənasübsüz sürətdə yüksəkdir, odur ki, gecikmiş faiz (cərimə) borcu azaldılaraq 50 manat müəyyən edilməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apel yasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), A.Abbasov və T.Məmmədov, iş № 2(105)-2701/2019 ) cavabdeh XXX oğlunun apelyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5742/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi cavabdeh XXX oğlunun apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehə İddiaçı ASC tərəfindən 10 ay müddətinə illik 28 faiz ödənilmək şərtilə 4.600 manat məbləğində istehlak krediti verilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən kredit borcu tam ödənilməmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əla qədar aşağıdakıları qeyd etmişdir: Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinəəsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin pred meti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsir li pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki mübahisə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli il ə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşmür. Belə ki, həmin fərmanın 8.3-cü bəndinə əsasən, xx.xx.2012-ci ildən fərmanın qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri həmin Fərmanının təsir dairəsinə düşür. Hazırki iş üzrə kredit müqaviləsi isə xx.xx.2011-ci il tarixdə bağlanmışdır. Cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2016-cı il tarixdə kredit borcu üzrə ödəniş edilmişdir. Belə olan halda AR MM-in 373.2 və 377-ci maddələrinə əsasən, 3 illik iddia müddətinin keçməsinə dair apelyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, borclu XXX oğlunun iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə 4.430 manat əsas, 1.319,68 manat faiz, müqavilə üzrə öhdəliyin bitdiyi tarixdən iddia verilən günədək illik 5 fa iz hesablanmaqla 1.107,5 manat faiz borcu və 50 manat cərimə olmaqla, cəmi 6.907 (altı min doqquz yüz yeddi) manat 18 (on səkkiz) qəpik məbləğində borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, bank hesabından çıxarışla, təsdiq olunur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh XXX oğlu (vəkil X7) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)2701/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Ka ssasiya şikayətində göstərilmişdir ki, İddiaçı ASC-dən pul məbləği almamışdır. O və digər 63 nəfər şəxs «Santexquraşdırma» idarəsinin işçiləri kimi «əmək haqqı» kartlarının alınması ilə bağlı İddiaçı ASC-nin «Binəqədi» filialında olmuş və orada bəzi sənədlərə qol çəkmişlər. İcra şöbəsinə dəvət olunduğu zaman ona məlum olmuşdur ki, imzaladığı sənədlər əslində xx xxxxxx 2011-ci il tarixində 10 ay müddətinə bağlanmış kredit müqaviləsi olmuşdur. Məhkəmə iş üzrə pulun onun tərəfində götürülüb-götürülməməsini, 5 ildən sonra ödənilmiş pulun tərəfindən ödənilib-ödənilməməsini ümumiyyətlə araşdırmamışdır. Çünki kassasiya şikayətinə əlavə etdiyi qətnamə və çıxarışlardan göründüyü kimi iddia müddətinin bərpası ilə əlaqədar İddiaçı ASC onun kimi müxtəlif şəxslərində adına xırda məbləğlər ödəmişdir. Ba nk tərəfindən pretenziya qaydasına əməl olunaraq ona borcla bağlı məlumat verildiyi bildirilsə də iş materiallarında bununla bağlı heç bir sübut yoxdur. Əgər onun məlumatı olsa idi, hazırkı borc məbləğini vaxtında mübahisələndirmiş olardı. Ondan faiz məbləği xx xxxxxx 2011-ci il tarixli 166 saylı kredit müqaviləsinin sonuna, yəni 2012-ci ilin iyun ayının 26-dək tələb oluna bilərdi. Hazırkı maliyyə arayışından göründüyü kimi faiz borcu ondan 2018-ci ilin yanvar ayının 8-nə kimi tələb olunur. Konstitusiya Məhkəməsinin qərarına əsasən ondan 2170,90 manat tələb olunur ki, bu da yetərincə şişirdilmiş məbləğdir. Necə ola bilər ki, ona 28 % verilmiş 4600 manat kredit müqaviləsi üzrə 1319,68 manat faiz tələb olunur. Lakin konstitusiya məhkəməsinin qərarına əsasın 5 %-lə hesablanmış faiz borcu üzrə 2170,90 manat tələb olunur. Göstərilən borcun necə hesablanması, hansı qaydada göstərilən borcun yaranması məhkəmə tərəfindən araşdırılmamışdır. Ən əsası sözügedən müqavilə üzrə borc tələbi üçün iddia müddəti ötürülmüşdür. Müqavilə 2011-ci il avqust ayının 26-da 10 ay müddətinə bağlanmış, müqavilənin müddəti 2012-ci il 26 iyunda bitmiş, bu tarixdən də iddia müddətinin axımı başlanılmış, iddia müddəti isə 3 il təşkil etməklə xx xxxx 2015-ci ildə bitmişdir. Birinci instansiya məhkəməsi iştirakını təmin etmədiyi üçün iddia müddətini mübahisələndirə bilməmiş, sonradan apellyasiya şikayətində bu halı mübahisələndirmişdir. Lakin məhkəmə qeyd olunanları nəzərə almayaraq göstərmişdir ki, xx xxxxxxxx 2016-cı ildə kredit borcu üzrə ödəniş edilmişdir. Bildirir ki, bu ödənişləri bank özü, 63 nəfərin hər biri barəsində ödəmişdir, guya iddia müddəti təzələnsin. Halbuki həmin dövrdə bank bağlanmış, bankda təhvil-təslim gedirdi və filiallarda ümumiyyətlə ödəniş qəbul olunmurdu. Necə ola bilər ki, o, götürmədiyi kreditə görə 6 ildən sonra aparıb banka 50 manat ödəsin. Harada və necə ödəmişdir bu özü üçün də maraqlıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili X7 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2701/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. İddiaçının vəkili X8 izahatında göstərmişdir ki, cavabdeh XXX oğlu tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Maddə 418.3. Pros essual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin möv qeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2701/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Cavabdeh XXX oğlu kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, borc məbləğinin düzgün müəyyən olunmamasına, borcun onun tərəfindən götürülməməsinə və icra müddəti bitdiyindən iddia müddəti tətbiq edilməklə iddia rədd edilməli olmasına istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apelyasiya şikayətinin d əlilləri məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməməsi və belə məlumat verilmədiyi üçün iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizənin verilməsindən məhrum olması, tələbi isə ümumilikdə 6907,18 manat məbləğində borcun tutulmasının əsassız olduğu üçün təmin edilməməsi ilə bağlı olmuşdur. Mülki işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, məhkəmə tərəfindən cavabdehin kredit borcu xx xxxxxx 2018-ci il tarixədək müəyyən edilərək, iddia həmin tarixə hesablanmış əsas və faiz borcuna münasibətdə təmin edilmişdir. Halbuki iş materiallarından görünür ki, tərəflər ar asında kredit müqaviləsi xx xxxxxx 2011-ci ildə 10 ay müddətinə bağlanmışdır. Kredit müqaviləsinin 1.2-ci bəndinə görə kreditin ödənilmə müddəti xx xxxx 2012-ci il tarixə qədər müəyyənləşdirilmişdir. Bu tarixdən sonra kredit müqaviləsi üzrə müddətlə bağlı hər hansı əlavə razılaşma bağlanmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. (Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarı) Buna görə də, məhkəmə tərəfindən cavabdehin xx xxxx 2012-ci il tarixədək olan əsas və faiz borcu müəyyən edilməli olduğu halda, məhkəmənin kredit üzrə əsas borc və faizlərin xx.xx.2018-ci il tarixə müəyyən edilərək tutulması düzgün olmamışdır. Məhkəmə kollegiyası müqavilənin cavabdeh tərəfindən bağlanmaması və iddia müddətinin ötürülməsinə baxmayaraq apellyasiya instansiya məhkəməsi tərəfindən ərizənin nəzərə alınmadığını, borcun düzgün hesablanmadığını göstərmişdir. Bununla bağlı apellyasiya məhkəməs i qeyd etmişdir ki, tərəflər arasında müqavilə bağlanmış və cavabdeh öhdəliklərin icrası ilə bağlı vəzifələrini yerinə yetirməmişdir. İddia müddətinin tətbiq edilməməsi ilə bağlı isə qeyd edilməlidir ki, müqavilə üzrə kreditin ödəmə müddətinin sonu xx xxxx 2012-ci il tarixədək müəyyən olunmuşdur. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh sonuncu ödənişi xx.xx.2016-cı ildə etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, bu ödənişə qədər artıq iddia müddəti ötürülmüşdür. Göstərilən dəlillərin tam olaraq qiymətləndirilməsinin təmin edlməsi üçün istər müqavilə müddətində və ya məcburi tələb etmə müddətində ödənişlərin olması və ödənişlərin iddia müddətinin kəsilməsinə səbəb olub-olmamasına dair işin halları aydınlaşdırılmamış qalmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya inst ansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsinə formal yanaşmış və bununla bağlı hər hansı dəqiqləşdirmə aparmamışdır. Eyni zamanda nə qədər ki, cavabdehin tələbi borcun tutulmasının əsassız olmasına yönəlmişdir, bu halda borcun düzgün hesablanıb-hesablanmaması aydınlaşdırmalı və xüsusi biliyin zəruri olması halında isə Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinin tələbinə əsaslanmaqla məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinin mümkünlüyünü müzakirə etməli olduğu halda göstərilən prosessual hərəkətlərin yerinə yetirilməsini təmin etməmişdir. Kassasiya şikayətində göstərilən digər dəlillər isə faktiki olaraq apellyasiya icraatında irəli sürülmədiyi üçün hazırkı kassasiya icraatı daxilində araşdırılması mümkün hesab edilə bilməz. Bununla yanaşı cavabdehin apellyasiya şikayətində göstərmiş olduğu digər dəili onun məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmaması ilə bağlı olmuşdur. Lakin apelyasiya məhkəməsi göstərilən dəlilin əsaslı olub olmamasını yoxlamamış və qəbul olunmuş qətnamədə bununla bağlı mövqeyini qeyd etməmişdir. Mülki Prosessual Məcəllənin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiy yət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllə nin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh XXX oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2701/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1368/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1368/2021
04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver