Məhkəmə qərarları › İş №2(102)-1369/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1369/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1369/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı və vəkili X1 işirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 03 mart 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 nənəsi X2 məxsus mən zili İddiaçı satmaq barədə razılığa gəlmişlər, lakin sonradan alqı-satqı baş tutmamışdır. Cavabdeh1 müvafiq sözügedən razılaşma zamanı İddiaçı aldığı pul vəsaitindən geri qaytarmadığı 13.500 manatı 15 avqust 2018-ci il tarixdə ödəməyi öhdəsinə götürmüşdür.

2. İddiaçı həmin məbləğin qaytarılmadığını bildirərək aşağıdakı iddia tələbini irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 13.500 (on üç min beş yüz) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməkl ə tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlərin mübahisəli evi satdıqlarını öyrənmiş və onlardan Quba RPŞ-nə şikayət etmişdir. Hal-hazırda cavabdehlərdən pulunu tələb etsə də, pulu ödəməkdən imtina edirlər.

5. Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, nənəsi X3 özünə məxsus ünvan 1 ünvanında yerləşən evini 35.000 manata satmaq qərarına gəlmiş, lakin yaşı çox olduğu üçün etibarnamə verərək, alğı-satqının aparılmasını ona etibar etmişdir. Gülşən ona evin alınması üçün 20.000 manat pul vermiş, o həmin pulu Gülşənə qaytarmışdır. Həmçinin Quba rayon Polis şöbəsində verdiyi izahatı qəbul etmir. İddiaçı ona hədə qorxu gəldiyi və polisə müraciət etdiyi üçün qorxmuşdur. Əslində o, izahatında 20.000 manatla bağlı etiraf etmiş, 13.500 manat məb ləğində heç kimə borclu olmadığını bildirmişdir.

6. Quba Rayon Məhkəməsinin (hakim R.Həsənov) 07 avqust 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı məhkəməyə tərəflər arasında borcla bağlı əlyazmanın mövcudluğunu bildirsə də, qeyd edilən sübutun məhkəməyə təqdim olunması üçün məhkəmə prosesinin dəfələrlə təxirə salınmasına baxmayaraq iddiaçı məhkəməyə sübut təqdim etməmişdir. Sübuetmə yükü baxımından iddiaçı cavabdehlərin ona 13.500 manat pul borclu qaldıqlarını sübut etməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Məmmədov (sədrlik edən və məruzəçi), S.Qafari və F.Məmmədov) 03 mart 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə İddia çı apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli, x saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə olunaraq iddia qismən təmin edilmiş, Cavabdeh1 13.500 (on üç min beş yüz) manatın, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manatın və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 15 (on beş) manat dövlət rüsumlarının alınaraq İddiaçı verilməsi, iddia tələbinin Cavabdeh2 Sadıq qızına qarşı olan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh1 mənzil satmaq məqsədi ilə İddiaçı 33500 manat almış, 20000 manatı qaytarsa da, 13500 manat qaytarmayaraq heç bir hüququ əsas olmadan varlanmış, iddiaçının hesabına əmlak əldə etmişdir. Cavabdeh1 13.500 manat ı 15 avqust 2018-ci il tarixdə qaytardığını göstərsə də, bu halı sübuta yetirə bilməmiş, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı bu işi özü təşkil etmiş, Cavabdeh1 bu oyuna salmış, ona verdiyi 33.500 manat məbləğində pulu geri istəyəndə Cavabdeh1 bütün pulun hamısını vermək istəsə də, İddiaçı yalnız 20.000 manatı almış, geri qalan pulu isə avqust ayının 15-də alacağını bildirmişdir. Avqust ayının 15 səhər saat 6-da İddiaçı Cavabdeh1 yaşadığı evin qapısını döymüş, Bakı şəhərinə həkimə getdiy i üçün 13.500 manat pulu istəmiş, cavabdeh ona həmin pulu verdikdə qəbzə imza etməyi xahiş etdi, lakin İddiaçı gecikdiyi üçün gələndən sonra qəbzə imza edəcəyini bildirmişdir. Cavabdeh1 İddiaçı pulu öz anasının yanında vermişdir. İddiaçı inanaraq ona həmin vaxtı dərhal qəbzə imza etdirmədi. İddiaçı səhər 6-da qapını döyməsini qonşular eşitmiş və görmüşdür. Əgər Cavabdeh1 İddiaçı pulu həmin vaxt verməsəydi İddiaçı tez çıxıb getməz, qapıda haray salar və münaqişə yaranardı. Əgər Cavabdeh1 İddiaçı pulu həmin vaxt verməsəydi o, polis şöbəsinə noyabr ayında yox elə həmin gün ən azından bir neçə gün sonra şikayət edərdi. Cavabdeh1 pulu qaytarmaq barədə şahidləri olmuş, lakin bir məhkəmə iclasında iştirak etdiyi üçün onları gətirə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətində hansı maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi göstərilmədiyindən, onun təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

17. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

18. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

19. Maddə 1093.1. Öhdəli yin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

22. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

23. Kassasiya i nstansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarını n pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.

26. İş materiallarında olan Quba rayon Polis şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısının 11 dekabr 2018-ci il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi ilə bağlı araşdırma zamanı Cavabdeh1 və anası Cavabdeh2 Sadıq qızı tərəfindən İddiaçı 13500 manat pulunun dələduzluq yolu ilə ələ keçirmələri mötəbər sübutlarla öz təsdiqini tapmadığından, tərəflər arasında baş verənlər cinayət xarakterli deyil, mülki xarakterli olduğundan Cavabdeh1 və anası Cavabdeh2 Sadıq qızı barəsində cinayət işinin başlanması rədd edilmiş dir.

27. Cavabdeh1 Quba rayon Polis şöbəsinə verdiyi izahatda bildirmişdir ki, İddiaçı aldığı pul vəsaitindən 20000 manatı qaytarmış, qalan 13.500 manatı isə 15 avqust 2018-ci il tarixdə qaytaracağı barədə razılaşmışlar. Həmin tarixdə isə qalan bütün borcu qaytarmışdır.

28. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 nənəsi X2 məxsus mənzili İddiaçı satmaq barədə razılığa gəlmiş, bu məqsədlə İddiaçı 33.500 manat almış, lakin onların arasında olan razılaşma baş tutmamış, 20 iyun 2018-ci il tarixdə Cavabdeh1 iddiaçıya 20.000 manat qaytarmış, qalan 13.500 manatı 15 avqust 2018-ci il tarixdə qaytarmağı öhdəsinə götürmüş, bu barədə aralarında əlyazma tərtib edilmişdir.

29. Belə olan halda, 13500 manatı qaytarmasını sübut etmək vəzifəsi Cavabdeh1 üzərinə düşür. Cavabdeh1 isə 13.500 manatı 15 avqust 2018-ci il tarixdə qaytardığını göstərsə də, bu halı təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 qalan 13.500 manat qaytarmayaraq heç bir hüququ əsas olmadan varlanmış, iddiaçının hesabına əmlak əldə etmişdir. Mübahisə üzrə Cavabdeh1 varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh1 varlanmasına haqq qazandıran qanuni əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiklərini, yəni 13.500 manatı İddiaçı qaytarmalıdır.

31. Kollegiya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

32. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 03 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar