Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-137/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1, X13 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş zərərin əvəzinin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, X13 və Cavabdeh2 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1399/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Torpağın Mülkiyyətə Verilməsinə dair JN serialı, 088A saylı şəhadətnaməyə əsasən Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 44 saylı qərarı ilə 0,21 hektar torpaq sahəsi Şəmkir rayonu, Günəşli kənd sakini X5 və onun ailə üzvləri X8, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə verilmişdir.
2. Torpağın Mülkiyyətə Verilməsinə dair JN serialı, 088B saylı şəhadətnaməyə əsasən Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 44 saylı qərarı ilə 0,25 hektar torpaq sahəsi Şəmkir rayonu, Günəşli kənd sakini X5 və onun ailə üzvləri X8, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə verilmişdir.
3. Torpağa Mülkiyyət Hüququna dair JN serialı, 142 saylı, xx.xx.200 0-ci il tarixli Dövlət Aktına əsasən Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 14 saylı qərarı ilə 3,05 hektar torpaq sahəsi kənd təsərufatı məhsulları istehsalı məqsədi ilə Şəmkir rayonu, Günəşli kənd sakini X5 və onun ailə üzvləri X14, X9, X6 mülkiyyətinə verilmişdir.
4. X16 tərəfindən adi kağız üzərində yazılmış iltizamda o, 0,65 ha həyətyanı sahəni, 3,05 ha torpaq sahəsini yaşayış evi ilə birlikdə özünün və ailə üzvlərinin razılığı ilə İddiaçı satdığını, əvəzinə isə 1000 ABŞ dolları məbləğində nağd pul aldığını göstərmiş və sonradan onun tərəfindən satılan bu əmlakların alqı-satqısına görə narazılıq halları yaranarsa məsuliyyətin onun üzərinə düşəcəyini qeyd etmişdir.
5. Şəmkir rayonu, Günəşli kənd sakinləri X19, X23, X17, X16 və İddiaçı tərəfindən xx.xx.2002- ci il tarixdə adi kağız üzərində tərtib edilməklə Şəmkir rayonu, Yeni-Göyçə İnzibati Ərazi Vahidi üzrə nümayəndəsi S.Vəliyev tərəfindən təsdiq edilmiş qonşuluq aktına əsasən X16 0,65 ha həyətyani, JN0142 nömrəli dövlət aktı əsasında onun ailəsinə çatan pay torpağını (3,05 ha-dan ibarət) şəxsi yaşayış evi ilə birlikdə həqiqətən öz razılığı əsasında İddiaçı satmış, əvəzində isə ondan 1000 ABŞ dolları məbləğində nəqd pul vəsaiti almışdır. Aktın doğruluğu onların imzası ilə təsdiq edilmiş, eyni zamanda aktda 0,65 ha həyətyani, 3,05 ha pay torpağını şəxsi yaşayış evi ilə birlikdə X16 tərəfindən İddiaçı təhvil verildiyi onun imzası ilə, 1000 ABŞ dolları məbləğində nəğd pul vəsaitinin İddiaçı tərəfindən X10 təhvil verildiyi onların hər ikisinin imzası ilə təsdiq edilmişdir.
6. Şəmkir rayonu, Yeni -Göyçə kənd İƏD-i tərəfindən verilmiş arayışa görə xx.xx.2002ci il tarixdə Şəmkir rayonu, Günəşli kəndindən, kənd sakinləri X16, ailəsi və kənd sakinlərinin iştirakı ilə ona məxsus olan 0,65 ha həyətyəni və 3,05 ha çöl torpaq sahəsini İddiaçı qonşuluq aktına əsasən satmışdır.
7. Şəmkir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli, 2(076)417/2021 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh X10 qarşı” alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
8. Azərbaycan Respublikası “X15” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 55 saylı mütəxəssis rəyinə əsasən Şəmkir rayonu, Günəşli kəndində yerləşən, İddiaçı tərəfindən inşa edilmiş, uzunluğu 14,5 metr, eni 9,5 metr olan mövcud bir mərtəbəli, kürsülü fərdi yaşayış evinin inşa edilmə sinə sərf olunan vəsait (tikinti materialları, ustanın əmək haqqı və əvvəllər mövcud olmuş köhnə tikili sökülməsi nəzərə alınmaqla) 27777 manat təşkil edir. Aparılmış mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin və Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi infilyasiya həddinə əsasən 2002-ci ildəki 1000 ABŞ dolları, hazırki mövcud vəziyyətdə 2890 ABŞ dolları (dövr ərzində inflasiya məbəği 1890 ABŞ dolları + əsas məbləğ 1000 ABŞ dolları) təşkil edir.
9. Şəmkir rayonu Günəşli kənd sakinləri X25, X23, X24, X26 və X11 tərəfindən tərtib edilməklə onlar tərəfindən (X23 istisna olmaqla) imzalanmış və Şəmkir rayonu, YeniGöyçə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən 2002-ci ildə X16 ailə üzvlərinin razılığı ilə yaşadıqları fərdi yaşayış evini İddiaçı satmışlar. Evi satdıqdan sonra onlar kənddən köçərək Bakı şəhərinə getmişlər. Həmin müddətdən Sadıqov Məhəmməd və ailə üzvlərinin kəndlə heç bir əlaqəsi olmamışdır. İddiaçı aldığı evi bir müddət sonra tamamilə sökərək yerində yenidən ev tikmişdir. Evin bütün xərcləri İddiaçı tərəfindən çəkilmişdir. Evi tikdirdikdən sonra həmin evdə yaşamış və təsərrufat işlərini aparmışdır. Evin İddiaçı tərəfindən tikilməsinin şahidi olmuşlar.
10. Şəmkir rayonu Yeni-Göyçə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışa əsasən 2002-ci ildə Şəmkir rayonunun Günəşlki kəndində yaşayan X16 özünün və ailə üzvlərinin razılığı ilə Günəşli kəndində yaşadıqları fərdi yaşayış evini Şəmkir rayon sakini İddiaçı satmışdır. X16 evi satdıqdan sonra ailə üzvlər i ilə birlikdə Bakı şəhərinə köçmüşlər 2002-ci ildən hazıradək X5 ailə üzvlərindən heç biri Günəşli kəndində yaşamayıblar. İddiaçı isə evi aldıqdan sonra onu sökdürüb yerində yeni ev tikmişdir. Ev tikilib hazır olandan sonra həmin evdə İddiaçı ailə üzvləri ilə yaşamağa başlayıbdır. Evin bütün xərclərini İddiaçı çəkmişdir.
11. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-528/2021 nömrəli qətnaməsi ilə iddiaçılar X5, X8, Cavabdeh1 və Cavabdeh2 cavabdeh X3 qarşı iddiası qismən təmin edilərək, cavabdeh X2 JN-088A KOD 50412028 və JN-088B KOD 50412028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr əsasında qeydə alınmış 0,21 və 0,25 ha həyətyəni torpaq sahələri və həmin torpaq sahələrində yerləşən tikililərdən çıxarılması, iddianın maddi ziyanla bağlı hissədə təmin olu nmaması qət edilmişdir. Həmin qətnamədən cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-2355/2021 saylı qətnaməsinə əsasən təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2021-ci il tarixdə qətnamə üzrə icra vərəqəsi verilmişdir.
12. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən Cavabdeh2 31 mart 2022-ci il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdehlər Cavabdeh1, X13 və Cavabdeh2 qarşı – cavabdehlərdən Şəmkir rayonu, Günəşli kəndi ərazisində yerləşən fərdi yaşayış evinin təmirinə sərf olunan 27777 manat və alğı-satqı üçün s ərf olunmuş 2890 ABŞ dolları pul vəsaitinin müştərək qaydada tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı sonradan iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehhlər Cavabdeh1 və X7 Şəmkir rayonu, Günəşli kəndi ərazisində yerləşən 0,65 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin təmirinə sərf olunan 27777 manat və alğı-satqı üçün sərf olunmuş 2890 ABŞ dolları pul vəsaitinin müştərək qaydada tutularaq ona odənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və X16 arasında 2002-ci ildə bağlanmış razılaşmaya görə, X16 ona mülkiyyət hüququ ilə məxsus olan və Şəmkir rayonu, Günəşli kəndi ərazisində yerləşən 0,65 ha həyətyanı torpaq sahəsini, həmin torpaq s ahəsində yerləşən fərdi yaşayış evini, 3,05 ha dövlət pay torpaq sahəsini 1000 ABŞ dollarına İddiaçı satmışdır. Buna görə onların arasında həmin tarixdə yazılı müqavilə və qonşuluq aktı tərtib olunmuş, həmin vaxt şahidlərin iştirakı ilə cavabdehlərin atası pulu iddiaçıdan qəbul etmiş, eyni zamanda evi, evin yerləşdiyi həyətyanı torpaq sahəsini və pay torpaq sahəsini, həmçinin müvafiq sənədlərin əslini ona təhvil vermişdir. Bununla da, 2002-ci ildən bu zamana qədər Şəmkir rayonu, Günəşli kəndi ərazisində yerləşən 0,65 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi, 3,05 ha dövlət pay torpaq sahəsi İddiaçı mübahisəsiz sahiblik və sərəncamında olmuşdur. Bu müddət ərzində iddiaçı Şəmkir rayonu, Günəşli kəndi ərazisində yerləşən 0,65 ha həyətyanı torpaq sahəsini, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini, 3,05 ha dövlət pay torpaq sahəsini öz yaxını olan X2 istifadəsinə vermişdir. İddiaçı və X16 arasında bağlanan 2002-ci il tarixli alğı-satqı müqaviləsi tərəflərin öz aralarında qonşuluq aktı şəklində bağlanmış və bununla bağlı tərəflərə Yeni Göyçə kənd İƏD-si tərəfindən müqavilənin bağlanmasını təstiq edən arayış təqdim edilmişdir. Şəmkir rayonu, Günəşli kəndi ərazisində yerləşən 0,65 ha həyətyanı torpaq sahəsinə, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə, 3,05 ha dövlət pay torpaq sahəsinə dair bağlanan müqavilə mövcud qanunvericiliklə rəsmiləşdirilməmiş və sözügedən mülkə dair iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Bu səbəbdən hal-hazırda cavabdehlər tərəfindən iddiaçı və onun yaxını X1 rayonu, Günə şli kəndi ərazisində yerləşən 0,65 ha həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən, 3,05 ha dövlət pay torpaq sahəsindən çıxarılmışlar. Lakin iddiaçı tərəfindən mübahisə predmeti olan yaşayış evinin və torpaq sahəsinin alınması və evin təmiri üçün vəsait sərf olunmuşdur. Belə ki, bu xərclərin hesablanması üçün İddiaçı tərəfindən öz təşəbbüsü ilə məhkəmə tikinti-texniki, mühasibatlıq və qiymətləndirmə ekspertizaları keçirilmişdir. Yekunda Azərbaycan Respublikası X15 tərəfindən tərtib olunan xx.xx.2022-ci il tarixli 55 saylı rəyə əsasən, İddiaçı tərəfindən Şəmkir rayonu, Günəşli kəndində yerləşən fərdi yaşayış evinin təmirinə 27777 manat xərc çəkildiyi, 2002-ci il tarixdə alğı-satqı əsasında verilmiş 1000 ABŞ dollarının isə bu günün məzənnəsinə və mövcud real vəziyyətə uyğun olaraq 2890 ABŞ dolları etdiyi qeyd olunmuşdur. İddiaçı ilə müqavilə bağlayan X16 2020ci il tarixdə vəfat etmiş və onun varisləri olan cavabdehlər-arvadı X20, övladları Cavabdeh1 və Cavabdeh2 sözügedən evi istifadə etməyə başlamışlar. Yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, mərhum X5 hüquqi varisləri, cavabdehlər Cavabdeh1 və X7 Şəmkir rayon, Günəşli kəndi ərazisində yerləşən 0,65 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin təmirinə sərf olunan 27777 manat və alğısatqı üçün sərf olunmuş 2890 ABŞ dolları pul vəsaiti müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmalıdır.
16. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək, iddiaçı tərəfindən göstərilən məbləğdə xərc qoyulmadığını, yalnız evin pəncərələrin işlənmiş pənc ərələrlə dəyişdirdiyini və evin ön hissəsinə kərpic hördüyünü, iddiaçının 20 il ərzində Şəmkir rayonu, Günəşli kəndi ərazisində yerləşən 0,65 ha həyətyanı torpaq sahəsində yerləşən evdə yaşadığını və torpaq sahəsində təsərrufatla məşğul olaraq qazanc əldə etdiyini bildirərək, məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir.
17. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6261/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddia rədd edilmişdir.
18. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddia ərizəsində qeyd edilən Şəmkir rayonu, Günəşli kəndi 0,65 ha həyətyanı və onun ailəsinə çatan pay torpağını (3,05 hektardan ibarət) şəxsi yaşayış evi ilə birlikdə 2002-ci il tarixdə razılaşma yolu ilə Cavabdeh1 atası mərhum X4 1000 ABŞ dolları qarşıl ığında alması xx.xx.2022-ci il tarixli Yeni Göyçə İƏV üzrə nümayəndəsi tərəfindən Qonşuluq aktı ilə təsdiq edilmişdir. Lakin, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmamışdır. Həmçinin bu barədə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-417/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X10 qarşı alğı-satqı müqaviləsinin bağlanmış hesab olunması tələbinə dair iddiası rədd edilmişdir. Odur ki, İddiaçı həmin torpaq sahəsi və fərdi yaşayış evinə dair hər hansı hüququ olmadığından iddia təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Şəmkir rayonu, Günəşli kəndi 0,65 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin təmirinə sərf olunan 27777 manat məbləğində pulun və iddiaçının alqı-satqı üçün sərf olunmuş 2890 ABŞ dolları məbləğində pulun tutulmasına dair hissələri i lə bağlı belə qənaətə gəlmişdir ki, İddiaçı Cavabdeh1 atası mərhum X10 məxsus 0,65 ha həyətyanı və onun ailəsinə çatan pay torpağında (3,05 hektardan ibarət) uzun müddət təsərrufat aparmış və qazanc əldə etmişdir. Beləliklə, iddiaçı istifadə hüququ olmadan qeyd edilən fərdi yaşayış evində uzun illər ərzində yaşayaraq və kənd təsərrüfatı ilə məşğul olaraq torpaq sahəsindən istifadə edərək fayda götürdüyündən iddia tələbi əsassız hesab edilərək iddia təmin edilməməlidir. Məhkəmə, həmçinin, Azərbaycan Respublikası “X15” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 55 saylı rəylə də razılaşmamışdır. Belə ki, iddiaçı tərəfindən ev yenidən inşa edilməmiş, evin ön hissəsinin pəncərələri və həmin hissənin kərpiçlərinin dəyişdirilməsi kimi bərpa işləri aparılmışdır. Buna görə də, iddiaçı tərəfində n mübahisəli fərdi yaşayış evinə 27777 manat vəsaitinin xərclənməsini məhkəmə ağlabatan hesab etmir. Bununla belə, birinci instansiya məhkəmə hesab etmişdir ki, iddiaçı istifadə hüququ olmadan qeyd edilən fərdi yaşayış evində uzun illər ərzində yaşayaraq və kənd təsərrüfatı ilə məşğul olaraq, torpaq sahəsindən istifadə edərək, fayda götürdüyündən iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.
19. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 101.7 və 103.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırmış və əlavə olaraq bildirilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 29076)417/2021 saylı qətnaməsi ilə iddiaçının cavabdeh X10 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması tələbinə dair iddiası tərəflər arasında qonşuluq aktı bağlanan zaman iddiaçının 14 yaşı olması, yəni fəaliyyət qabiliyyətli olmaması səbəbindən rədd eidlmişdir. Məhkəmə cavabdeh tərəfindən ev söküldükdən sonra çəkilib məhkəməyə təqdim olunmuş fotoşəkili inandırıcı sübut qəbul etmiş, amma Azərbaycan Respublikası “X15” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 55 sa ylı tikinti-texniki və qiymətləndirmə ekspertizası üzrə tədqiqatın nəticəsini ağlabatan hesab etməmişdir. Evin tikintisində iştirak etmiş ustanın, fəhlənin, habelə qonşuluq aktı bağlanan zaman iştirak etmiş şəxslərin məhkəmə iclasında şahid qismində dindirilməsinə dair vəsatət də əsassız olaraq təmin olunmamışdır. Məhkəmə təqdim edilmiş ekspert rəyini, ərizələri və aktları, iddiaçının evindən məhrum edilməklə məruz qaldığı zərəri, iddiaçı tərəfindən inşa edlmiş evin cavabdeh tərəfindən sökülməklə iddiaçıya vurulmuş ziyanı nəzərə almayaraq, yalnız cavabdeh tərəfindən məhkəməyə təqdim etdiyi tək fotoşəkillərə əsaslanaraq iddianı rədd etmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1399/2023 saylı qərardadı ilə Cavabdeh2 ölməsi nəzərə alınmaqla iş üzrə icraat ona aid hissədə, yəni “Cavabdeh2 vurulmuş zərərin əvəzinin tutulması” hissəsdə xitam verilmişdir.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1399/2023 nömrəli iş üzrə 11 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Abdiyev(sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - “alğı-satqı üçün sərf olunmuş 2890 (iki min səkkiz yüz doxsan) ABŞ dolları pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulub İddiaçı ödənilməsinin təmin edilməməsi” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamənin çıxarılması, iddianın həmin hissədə təmin edilməsi, cavabdehlər Cavabdeh1 və X7 müştərək qaydada İddiaçı xeyrinə 2890 (iki min səkkiz yüz doxsan ABŞ dolları) məblə ğində pulun, ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutulması qət edilmişdir.
24. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə X16 arasında yazılmış və 2002-ci ilə aid sənədlərdə (qonşuluq aktı və iltizam) də torpaq sahəsinin evlə (tikinti ilə) birlikdə satıldığı göstərilmişdir. İş materiallarında olan fotoşəkillərdən isə torpaq sahəsi üzərində olan tikintinin köhnə olduğu, həmin tikintinin yalnız 2 çöl divarının kərpiçlə yenidən inşa edildiyi və həmin divarlar üzərində olan ümumilikdə 6 pəncərə boşluğuna taxta materialdan çərçivənin və şüşələrin quraşdırıldığı müəyyən edilir. Tikintinin daxilində və üz hissəsində başqa hər hansı işlərin görülməsini təsdiq edən sübut mövcud deyil. Tikintinin ümumilikdə vəziyyəti, onun köhnə olmaqla ötən əsrin 90-cı illərindən də əvvəl inşa edilməsi qənaətinə gəlməyə əsas verir və bunun üçün xüsusi bilik də tələb edilmir. İddiaçı tərəfindən təqdim edilmiş mütəxəssis rəyində əks olunmuş fotoşəkillərdən də tikintinin köhnə olduğu açıq və aşkar şəkildə görünür. Hər bir halda, bu tikinti iddiaçı tərəfindən 2016-2018-ci illərdə inşa edilsə idi, ən azı onun daxili hissəsi mütəxəssis rəyində əks olunmuş görkəmdə və vəziyyətdə olmaz idi. Bu da öz növbəsində qeyd edilən tikintinin məhz 2002-ci ilə aid sənədlərdə qeyd edilən tikinti olması qənaətinə gəlməyə əsas verir. Sadəcə olaraq ötən dövr ərzində həmin tikinti üzərində yalnız yuxarıda qeyd edilən işlər görülmüşdür.
25. Digər tərəfdən tikinti üzərində həmin işlərin iddiaçı ilə X16 arasında məhkəmə mübahisələrinin yarandığı va xtdan əvvəl aparıldığı öz təsdiqini tapmır. Bu barədə şahid ifadələrini isə məhkəmə kollegiyası mötəbər sübut kimi qəbul etmir. Belə ki, iddiaçının əmisi olan şahid öz ifadəsində mübahisəli tikilinin 2016-2018-ci illər ərzində inşa edilyini göstərir. Halbuki, artıq müəyyən edildiyi kimi, mübahisəli torpaq sahəsi üzrəində hər hansı yeni tikinti inşa edilməmiş, mövcud tikinti üzərində isə onun yeni tikinti səviyyəsində çatdırılması həcmində işlər aparılmamışdır. Bu səbəbdən şahidin digər hissələrdə də ifadəsinin həqiqəti əks etdirdiyi şübhə doğurur. Bununla belə, tikinti üzərində aparılması müəyyən edilən işlərin məhkəmə mübahisələrindən əvvəl aparıldığı öz təsdiqini tapmır. Məhkəmə mübahisələri başlanıldıqdan sonra isə tikinti işləri üzərində aparılan hər hansı işin dəyəri cavabdehlərdən tə ləb edilə bilməz. Belə ki, iddiaçı onun və ona aid şəxsin torpaq sahəsindən çıxarılması, onunla X16 arasında yaranmış alqı-satqı münasibətlərinin məhkəmə qaydasında etibarsız hesab edilməsini və bu baxımdan bu işlərə pul vəsaiti sərf etməsinin riskini nəzərə almalı idi.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli tikintidə məhz iddiaçıya aid şəxs bir müddət yaşamışdır. Həmin şəxsin həm tikintinin boş qalmaması, həm də əkinçiliyə nəzarət etmək üçün orada müvəqqəti yaşamasını xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili də bildirmişdir. Bu da öz növbəsində idiaçının əkinçiliklə məşğul olmasını təsdiq edir və iddiaçı tərəfindən həmin şəxsə daha uyğun minimum yaşayış şəraitin yaradılması üçün bu işlərin görülməsini istisna etmir. Bu halın mövcudluğu da iddia tələbinin bu hissədə hər hansı formada əsaslı olmasına dəlalət edə bilməz və bu məqsədlərlə sərf edilmiş vəsait tələb edilə bilməz. Bununla belə, məhkəmə göstərilənləri nəzərə alıb, apellyasiya şikayətinin dəlillərini bu hissədə əsassız hesab edir, o cümlədən mütəxəssis rəyini bu hissədə, habelə tikintinin iddiaçı tərəfindən inşa edilməsini təsdiq edən Şəmkir rayonu Yeni-Göyçə kənd İƏD üzrə nümayəndəliyinin arayışını və kənd sakinlərinin aktını mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, nəticə etibarı ilə birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin bu hissədə rədd edilməsi qənaətinə gəlmişdir.
27. M\əhkəmə “torpaq sahəsinin bu günə olan bazar dəyərinin müəyyən olunaraq tutulması” tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tələbini dəyişdir ərək, nəticədə bu tələbi irəli sürsə də, birinci instansiya məhkəməsi ilkin, artıq mövcud olmayan tələbə hüquqi qiymət verərək 2890 ABŞ dolları pul vəsaitinin cavabdehlərdən tutulması üçün hər hansı əsasın olmaması qənaətinə gəlmişdir. Halbuki, bu tələbin təmin edilməsi, ayrıca olaraq 2890 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasını istisna edir. Bu məbləğin tutulmalı olub-olmamasına ayrıca olaraq yalnız “torpaq sahəsinin bu günə olan bazar dəyərinin müəyyən olunaraq tutulması” tələbinin əsassız olması qənaətinə gəldikdən sonra hüquqi qiymət verilə bilər. Lakin nəzərə alınmalıdır ki, iddiaçı bu tələbində onunla X16 arasında xx.xx.2002-ci il tarixdə torpağın alqı-satqısına dair müqavilənin bağlanmasına əsaslanır. Halbuki, Şəmkir Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(076)-417/202 1 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində iddiaçının həmin vaxt 18 yaşının olmadığı, bu baxımdan onun alqı-satqı müqaviləsinin subyekti olmadığı, bu səbəbdən onların arasında bağlanmış alqı-satqı müqaviləsinin qanuna zidd olduğu qeyd edilmiş, eyni zamanda iddiaçının hazırda həmin əmlakdan məhrum olmasının qanunvericiliyin tələblərinə əməl etməməsindən irəli gəldiyi göstərilmişdir. Digər məhkəmə mübahisəsi üzrə isə cavabdehlərin iddiasına əsasən iddiaçının razılığı ilə mübahisəli torpaq sahəsində olan tikintiyə köçürülmüş X1 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-528/2021 saylı qətnaməsi ilə həmin tikintidən çıxarılmışdır. Bununla belə, tərəflər arasında bundan əvvəl iki dəfə məhkəmə mübahisəsi olmuşdur və həmin mübahisələr üzrə qəbul edilmiş məhkəmə aktları hazırki iş üzr ə preyudisial xarakter daşıyır və “torpaq sahəsinin bu günə olan bazar dəyərinin müəyyən olunaraq tutulması” tələbinin təmin edilməməsini şərtləndirir.
28. Məhkəmə iddiaçının təvəllüdü ilə yanaşı onu da qeyd etməyi zəruri hesab edib ki, ümumiyyətlə Mülki Məcəllədə belə bir əmlakın alqı-satqısının yalnız notarial qaydada rəsmiləşdirilməsinin mümkünlüyü təsbit edilmişdir. Nəticə etibarı ilə onların arasında Mülki Məcəllə ilə müəyyən edilmiş forma tələblərinə (notarial qaydada təsdiq edilmədiyindən) uyğun olmayan, torpaqlara dair şəhadətnamələrdə və aktda adları olan bütün şəxslərin razılığı alınmadan və hüquqi nəticə etibarı ilə alqı-satqı müqaviləsi kimi qiymətləndirilə bilməyən, etibarsız bir əqd bağlanmışdır. Bununla belə, tərəflər öz aralarında daşınmaz əmlakın 1000 ABŞ dolları pula al qı-satqısına dair razılığa gəlsələrdə və iddiaçı tərəfindən həmin məbləğ X10 ödənilsə də onların arasında qanunvericiliyin tələblərinə cavab verən alqı-satqı müqaviləsi bağlanmamışdır (bağlana da bilməzdi). Nəticə etibarı ilə X16 hər hansı hüquqi əsas olmadan iddiaçıya məxsus pulu özündə saxlamış və bu səbəbdən bu hal onun tərəfindən hər hansı hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etməsi və bununla da onun əsasız varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, onun hər hansı hüquqi əsas olmadan əldə etdiyi 1000 ABŞ dolları məbləğində pulu onun ölümündən sonra ondan miras qalmış əmlakı, o cümlədən bu torpaq sahələrini faktiki qəbul etmiş cavabdehlər Cavabdeh1 və X20 tərəfindən iddiaçıya qaytarılmalıdır.
29. Məhkəmə kollegiyası qeyd edib ki, həmin məbləğ iddiaçı tərəfind ən 2002-ci ildə verilmiş və həmin hadisədən 20 ildən artıq müddət ötmüşdür. Ötən müddət ərzində də bu pul vahidinin dəyəri (məzənnəsi) artmışdır. Bu səbəbdən məhkəmə iş materiallarında olan mütəxəssis rəyini “1000 ABŞ dollarının mövcud vəziyyətdə 2890 ABŞ dolları təşkil etməsi” hissəsində mötəbər sübut kimi qiymətləndirirb, belə qənaətə gəlir ki, cavabdehlərdən müştərək qaydada 1000 ABŞ dolları ilə yanaşı ötən illər üzrə yaranmış 1890 ABŞ dolları məbləğində məzənnə fərqi də tutulmalıdır.
30. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehlərdən 2890 ABŞ dolları məbləğində pulu tutmamaqda haqlı olmamışdır. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi bu məbləğin təmin edilməməsinə dair hissədə l əğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı və iddia həmin hissədə təmin edilməklə, qeyd edilən məbləğ cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 144.1, 144.2, 329.1, 439.2, 439.7, 1091.1, 1091.2, 1133.1, 1151.1, 1306.1, 1306.2 və1307-ci və MPM-nin 14.2, 77.1, 82.3, 88, 206.1, 226.2 və 217.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin orlunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən qəbul olunmuş qətnamə ilə h əll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstituson məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır». Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-1399/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin əsaslandırıcı hissəsindən aydın olur ki, apellyasiya şikayətində və məhkəmə prosesində tərəfimizdən mübahisləndirilən heç bir hala hüquqi qiymət verilməmiş və araşdırma aparılmadan cavabdehin təqdim etdiyi sənədə əsaslanmaqla qətnamə çıxarılmışdır. Proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmet inə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hesab edirik ki, məhkəmə yekun məhkəmə aktı çıxararkən yalnız cavabdehin təqdim etdiyi foto şəklə əsaslanmış, yenidən ekspertiza təyin edilməsinə dair vəsatəti təmin etməməklə çıxarılan məhkəmə aktının “hüquqi həqiqətə” yox şifahi mülahizələrə əsasən çıxarılmasına nail olmuşdur. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır. Sadalananlardan göründüyü kimi, məhkə məsi işin qeyd edilən hallarını nəzərə almamış, işin həqiqi və hüquqi hallarına uyğun olmayan qətnamə çıxarmışdır. Qətnamədə iddia tələbinin əsaslandığı dəlillərə cavab verilməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
35. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
36. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dö vriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
37. Maddə 144.1. (2002-ci ildə qüvvədə olan redaksiyada) Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır;
38. Maddə 144.2-ci maddəsinə (2002-ci ildə qüvvədə olan redaksiyada) Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında tə sdiqləmə ilə təsbit olunur;
39. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır;
40. Maddə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır;
41. Maddə 439.7. Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdik də mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir;
42. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin;
43. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir;
44. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir;
45. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir;
46. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar;
47. Maddə 1306.2.Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar;
48. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədlər
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir, həmin dəlillərə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır və həmin hallar üzrə əlavə hüquqi dəyərləndirm ə aparılmasına zərurət görmür.
62. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1399/2023 nömrəli iş üzrə 11 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.