Məhkəmə qərarları › İş №2(102)-1370/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1370/2024

02.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1370/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, hüquqdan sui-istifadə, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 dekabr 2023-cü il tarixli, 2(107)1319/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 32/196, 147 saylı mənzil İddiaçı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. İddiaçı mənzilin yerləşdiyi binanın yanında 22,2 kv.m sahəsi olan qeyri-yaşayış binası (qaraj) onun istifadəsində olmuşdur.

3. Sonradan həmin qaraj Cavabdeh1 adına 08 iyun 2022-ci il tarixli Texniki pasportla qeydiyyata alınmış və sonuncu 25 noyabr 2022-ci il tarixdə qarajı nəvəsi Cavabdeh2 bağışlamışdır.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 iddiası təmin edilərək, İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 22,2 kv.m. olan qeyri-yaşayış binası (qaraj) sahəsindən çıxarılmas ı və həmin qeyriyaşayış binasının (qarajın) boşaldılaraq Cavabdeh2 təhvil verilməsi, İddiaçı Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin və texniki pasportun etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin olunmaması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2017-ci ildə ünvan 2 ünvanında yerləşən mənzilə aid olan daş qarajı almaq üçün ödədiyi 14000 manat pulun əvəzinin, qarajın təmiri üçün xərclədiyi 3500 manat pulun əvəzinin, 10229 manat məbləğində əldən çıxmış faydanın əvəzinin, 5000 manat məbləğində mənəvi zərərin əvəzinin, qarajın adına sənədləşdirilməsi üçün etibarnamə verilməsinə görə ödədiyi 149 manat pulun əvəzinin, qaraja dair sənədlərin hazırlanması üçün ödənilmiş 75,40 manat pulun əvəzinin, qaraja dair texniki Pasportun verilməsi üçün ödənilmiş 360,54 manat pulun əvəzinin, cəmi 33313,94 manat məbləğində pulun əvəzinin və məhkəmə üçün ödənilmiş 190 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ilin dekabr ayında ünvan 2 ünvanında yerləşən mənzili daş qarajla satıldığını elandan bilib, X13 ilə əlaqə saxlamış, sonuncu mənzili və həmin mənzilə aid sənədsiz daş qarajı təxminən 20 il əvvəl 1998-ci ildə 31500 ABŞ dolları mənzilə görə və mənzilin üstündə satılan sənədsiz daş qaraja görə 2000 ABŞ dolları olmaqla, ümumilikdə 33500 ABŞ doll arı məbləğində pul ödəməklə Məzahir adlı şəxsdən bacısı X5 adına aldığını bildirmişdir. 20 ilə yaxın müddət ərzində mənzil və sənədsiz daş qarajı X9 və bacısının faktiki sahibliyində və istifadəsində olmuşdur. İddiaçı Nüsrət Quliyevin vasitəsi ilə sonuncunun bacısı X7 məxsus olan mənzilin qiymətini 133000 manata, mənzilə aid olan sənədsiz daş qarajın qiymətini isə 14000 manat olmaqla, ümumilikdə 147000 manata razılaşmaqla, almışdır. İddiaçı iki il sonra, yəni 2019-cu ilin sonlarında aldığı sənədsiz daş qaraja işıq çəkdirmək üçün ASAN Kommunala müraciət etmiş, bu zaman ona qaraj sənədsiz olduğuna görə və qarajın ən azı Texniki pasportu olmadığı üçün qaraja işıq çəkdirmək mümkün olmadığını bildirmişlər. İddiaçı 28 aprel 2020-ci ildə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə ərizə ilə müraciət edərək, ünvan 3 ünvanında yerləşən mənzillərə görə əlavə qarajın tikilməsinə icazə verilməsi barədə qərarın surətinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən ərizəsinə cavab olaraq göndərilmiş məktubda keçmiş Kirov rayon XDS-nin İK-si tərəfindən “Qarabağ” Kooperativinə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 32/196 ünvanında yerləşən mənzillərə görə əlavə qarajın tikilməsinə icazə verilməsi barədə 28 iyun 1991-ci il tarixli, 12/269 nömrəli qərarın surətini əldə etmişdir. Lakin Arxiv tərəfindən verilmiş qərarın surətində qeyd edilmişdir ki, qərara cizgi sənədi və adlı siyahı əlavə edilməmişdir. 02 iyun 2020-ci ildə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, yaşadığı mənzilə aid olan qaraja görə tərtib edilmiş cizgi sənədini və adlı siyahını vermələrini xahiş etmişdir. Müraciətinə cavab olaraq bildiriblər ki, 1991-ci ilə aid Binəqədi rayon İcra Hakimiyyəti Başçısının sərəncamları cari arxivdə saxlanma müddəti başa çatdığı üçün aidiyyəti üzrə Azərbaycan Milli Arxiv İdarəsinə təhvil verilmişdir. Eyni zamanda, ərizədə qeyd edilən adlı siyahı və cizginin əsli sərəncama əlavə olunmadığı üçün Arxivə təhvil verilməmişdir. Bundan sonra, aldığı sənədsiz daş qarajın sənədləşdirilməsi ilə bağlı mənzili satan Səxavət Quliyevanın qardaşı Nüsrətdən və digər qonşulardan maraqlanmış, soraqlaşmış və nəhayət qonşuların birindən “Qarabağ” Kooperativi tərəfindən mənzillərə görə əlavə qaraj inşa edilməsi ilə bağlı adlı siyahının surətini əldə etm işdir. Həmin adlı siyahıda, ünvan 4 ünvanında yerləşən 147 saylı mənzilə görə tikilmiş qarajın ilk sahibi kimi Cavabdeh1 adı qeyd edilmişdir. Həmçinin öyrənmişdir ki, aldığı qarajı adına sənədləşdirmək üçün qaraj əvvəlcə mənzilin ilk sahibinin adına sənədləşdirilməli, sonra isə aldığı həmin qarajı öz adına keçirə bilər. Bundan sonra, satıcı Quliyeva Səxavətin qardaşı Nüsrət Quliyevlə əlaqə saxlamış və ondan mənzilin ilk sahibi olmuş Məzahir adlı şəxslə əlaqə yaratmaq üçün köməklik göstərməsini xahiş etmişdir. Nüsrət mənzilin ilk sahibi olmuş Məzahirin mənzili onlara satandan sonra başqa ünvana köçdüklərini, 20 ilə yaxındır onu görmədiyini, eşitdiyinə görə Məzahirin əslən Qəbələ rayonundan olduğunu bildirmişdir. Buna görə də, Nüsrət və digər tanışları vasitəsilə Məzahiri axtarmağa başlamış, 2021-ci ilin yanvar ayında mənzilin birinci sahibi Cavabdeh1 ilə və onun oğlu X3 telefon nömrələrini əldə etmiş, onlarla əlaqə saxlamış və məsələni izah etmişdir. Məzahir etiraz etməmiş, Qəbələ rayonunda olduğunu, Bakıya gələ bilmədiyini deməklə, qarajı sənədləşdirmək üçün oğlu Mehmanın adına etibarnamə verəcəyini və qarajın sənədləşmə işlərində köməklik edəcəyini demişdir. Bundan sonra səyyar notarius vasitəsilə etibarnamə verilməsi xərcləri ilə bağlı Məzahirin oğlu Mehman öz şəxsiyyət vəsiqəsinin surətini və "xxxx" hesab kartını iddiaçıya göndərmiş, iddiaçı Mehmanın kart hesabına 149 manat pul köçürtmüşdür. 13 dekabr 2021-ci il tarixdə Cavabdeh1 qarajı iddiaçının adına sənədləşdirmək üçün Qəbələ regional “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisi vasitəsilə oğlu Mehman M ustafayevin adına etibarnamə vermişdir. Lakin, Mehman çox vaxt rayonda olduğuna görə qarajın sənədləşməsi üçün sənədlərin toplanması üçün Bakıdakı aidiyyəti orqanlara gedib-gələ bilmədiyindən onun adına verilmiş etibarnamə heç nəyə yaramamışdır. 28 mart 2022-ci il tarixdə Cavabdeh1 Bakı şəhəri 43 saylı notariat ofisi vasitəsilə 28 mart 2022-ci ildə iddiaçının qardaşı X11 adına Baş etibarnamə vermişdir ki, lazımi sənədləri toplayıb qarajı sənədləşdirə və qaraja dair Texniki pasportu ala, sonra da qarajı öz adına keçirə bilsin. 28 may 2022-ci il tarixdə Cavabdeh1 tərəfindən qardaşı X11 adına verilmiş etibarnamədən görünür ki, Cavabdeh1 qardaşı X11 adına - ünvan 5 ünvanında yerləşən ünvan 6na əsasən Azadlıq (Lenin) prospektində 32/196 (32) nömrəli evin arxasında yerləşən daş qarajı özəlləşdir ilməsi üçün tələb edilən bütün sənədləri toplamağı, qaraja müvafiq icra orqanının sənədi və icazəsi olduqdan sonra, özəlləşdirməyi, çıxarış almağı, tikinti işləri aparmağı, sənədləşdirməyi, bununla bağlı bütün dövlət və qeyri-dövlət orqanlarında o cümlədən bütün RİH-də, arxiv idarələrində, Bələdiyyədə, Qəsəbə Nümayəndəliyində, ASAN X/M-də, notariat ofislərində onu təmsil etməyi, sənədləri təhvil verib qəbul etməyi, kadastr layihəsini almağı, toplanmış sənədləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və yaxud ASAN X/M-nə təhvil verib torpağa və üzərindəki qaraja çıxarış, texniki pasport almağı, rüsumlar ödəməyi, gələcəkdə həmin əmlakın yüklü olubolmaması barədə arayış aldıqdan sonra sərəncam verməyi, satmağı, pulunu almağı, bağışlamağı, dəyişməyi, buna dair müqavilə imzalamağı, ilkin alqı-satqı müqaviləsi imzalamağı, Bank əməliyyatları aparmağı, notariusun depozit hesabından pulu qəbul etməyi, vergi və digər rüsumları ödəməyi, bağlanmış müqavilələri ləğv etməyi, ərazidə söküntü işləri aparılarsa dövlət tərəfindən ayrılacaq kompensasiyanı almağı, Bölgü-Eskiz layihəsində imza etməyi, elektrik, qaz, su, telefon xətlərinin çəkilməsi, qeydiyyata alınması və müvafiq tipli sayğacın quraşdırılması, o cümlədən quraşdırılmış sayğacların digər şəxsin adına keçməsi ilə əlaqədar aidiyyətı olan orqan və təşkilatlarda, o cümlədən "xxxx" ASC, “Azəriqaz” İB-də, "xxxx" ASC-də, rayon QİS-də, ASAN X/M, Asan Kommunal Mərkəzlərində, FHN-nin bütün idarə və təşkilatlarında, Telefon Qovşağı idarələri ndə təmsil etməyi, adımdan ərizə yazmağı, imza etməyi, sayğac quraşdırmağı, bununla əlaqədar müqavilə bağlamağı, Abunə kodu və kartı almağı, rüsumlar ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından bütün əməliyyatları aparmağı və digər hərəkətləri etməyi etibar edir” kimi səlahiyyətlərin verilməsini etibar etmişdir. Bundan sonra, qarajın cizgisi çəkilərək digər sənədlərlə birlikdə İcra Hakimiyyətinə müraciət edilmiş və müsbət qərar alaraq müvafiq məktubla Əmlak Xidmətləri Məkanına sənədləşmə üçün müraciət edilmişdir. Əmlak Xidmətləri Məkanı tərəfindən tərtib edilmiş 31 may 2022-ci il tarixli Mədaxil qəbzindən müəyyən edilir ki, sənədsiz daş qarajın sənədləşdirilməsi üçün Cavabdeh1 tərəfindən qardaşı Taleh Əliyevin adına verilmiş 28 mart 2022-ci il tarixli etibarnamə əsasın da qardaşı qarajın sənədləşdirilməsi üçün tələb olunan 75,40 manat dövlət rüsumunu Əmlak Xidmətləri Məkanına Kapital Bank vasitəsilə ödəmişdir. Həmçinin, Mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçının qardaşı Taleh Əliyev 22 iyun 2022-ci il tarixdə saat 12:49-da Əmlak Xidmətləri Məkanında olmuş və verilmiş etibarnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərə görə 360,54 manat pulu Əmlak Xidmətləri Məkanına Kapital Bank vasitəsilə nağd ödəyərək, sənədsiz qaraja dair Cavabdeh1 adına tərtib edilmiş Texniki Pasportu götürmüşdür. Texniki Pasportu düzəltdirəndən sonra iddiaçı təkrar Mehmanla və Məzahirlə əlaqə yaradıb bildirmişdir ki, qarajın sənədi, yəni Texniki pasportu hazırdır, məsələnin sonlandırılması üçün qarajın onun adına keçi rilməsi üçün Məzahirin və onun həyat yoldaşının razılığı lazım olacaq. Bundan sonra, Məzahirdən nə zənglərinə, nə də ki, səs yazılarına cavab gəlməmişdir. Tanışları vasitəsilə cavabdeh ona eşitdirmişdir ki, qaraja görə Məzahir 5000 manat pul istəyir. Lakin, o, vicdanlı alıcı kimi 2017-ci ildə Nüsrətin vasitəsilə bacısı Səxavət Quliyevadan aldığı mənzilin üstündə bu qaraja görə əlavə 14000 manat pul ödəmiş, 6 il qaraj onun qanuni sahibliyində və istifadəsində olmuş, bu müddət ərzində 3500 manat pul xərcləyib qarajı təmir etdirmişdir. Sonradan iddiaçının ünvanına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən məhkəmə bildirişi gəlmiş və məlum olmuşdur ki, Cavabdeh2 adlı bir nəfər ona qarşı həmin məhkəmədə “qarajdan çıxarılma, qarajın boşaldılıb təhvil verilməsi” tələbinə dair iddia qaldırmışdır. M üəyyən edilmişdir ki, Cavabdeh1 1998-ci ildə X2, X5 isə 2017-ci ildə iddiaçıya satdığı və vicdanlı alıcı kimi onun qanuni sahibliyində və istifadəsində olan daş qarajı, iddiaçı tərəfindən xərc çəkib, Texniki Pasportu düzəltdiriləndən sonra 25 noyabr 2022-ci il tarixdə nəvəsi Cavabdeh2 bağışlamışdır. Bununla da, Cavabdeh1 onun mülkiyyətçi kimi gözlənti hüquqlarını pozmuş, nəvəsi Cavabdeh2 isə əsassız olaraq varlandırmışdır. Cavabdeh1 ona qarşı bu qanuna zidd hərəkətləri nəticəsində 17500 manat (14000 manat qarajın alınmasına görə ödədiyi pul vəsaiti, 3500 manat qarajın təmiri üçün ödədiyi məbləğ) maddi ziyan, məhrum olduğu gəlirlər (əldən çıxmış fayda) 2018-ci ildə 1706,25 manat, 2019-cu ildə 1440,5 manat, 2020-ci ildə 1265,4 manat, 2021-ci ildə 1588,6 manat, 2022-ci ildə 1938,8 manat, 2023 -cü ildə 2289,5 manat hesablanmaqla - 10229 manat əldən çıxmış fayda və 5000 manat mənəvi zərər olmaqla və müvafiq rüsumlar da hesablanmaqla, ümumilikdə ona 33313,94 manat məbləğində maddi ziyan və mənəvi zərər vurulmuşdur. Cavabdeh1 bu kimi qanuna zidd hərəkətləri nəticəsində iddiaçı qonşular arasında rüsvay olmuş, işgüzar nüfuzuna xələl yetirilmiş, ağır iztirablar, fiziki və mənəvi sarsıntılar keçirtmişdir. Qarşılaşdığı bu qanuna zidd hərəkətlər, davranışlar səbəbindən gecələr yuxusu qaçıb, yata bilmir, əsəblərim pozulub ona mənəvi zərər yetirilmişdir.

7. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi, vəkil Nümayəndə2 iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçı cavabdehlərə qarşı hazırki iddia qaldırmağa subyektiv hüququ olmamış, qanunsuz olaraq qara ja görə pulu Nüsrət Quliyev və onun bacısı Səxavət Quliyevaya vermiş, pulu hansı əsasla cavabdehlərdən tələb etdiyini əsaslandıra bilməmişdir. İddiaçının 3500 manat qarajın təmirinə xərclənmiş pulları sübut edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin cavabdehlərin mülkiyyətində olan daşınmaz əmlak qanunsuz olaraq iddiaçının istifadəsində olduğu üçün əldən çıxmış faydanı cavabdehlər iddiaçıya qarşı qaldıra bilərlər. 5000 manat məbləğində mənəvi zərərin iddiaçıya dəyməsinə dair iddia ərizəsində mülahizədən başqa heç bir mötəbər sübutlara istinad olunmamış və məhkəməyə təqdim edilməmişdir. 149 manat etibarnaməyə iddiaçı öz istəyi ilə xərcləmişdir. İddiaçı qaraja dair sənədlərin hazırlanması üçün ödənilmiş 75,40 manat, qaraja dair Texniki Pasportun verilməsi üçün isə 360,54 manat pul xərcləmiş və həmin sənədlər iddiaçının özündədidr. Qaraja aid sənədlər cavabdehlərin hesabına edilmişdirlər. İddiaçı qaraja işıq çəkdirmək bəhanəsi ilə cavabdehi aldadıb etibarnamə almış, sonra iddiaçının və ailə üzvlərinin imzalarına zərurət yarananda aydın olmuşdur ki, iddiaçı cavabdehlərin əmlakına sahiblənmək istəyir. Ona görə də, Cavabdeh1 iddiaçının adına vermiş olduğu etibarnaməni ləğv etdirmişdir. İddiaçı qarajı qanunla müəyyən olunmuş qaydada əldə etmiş olsaydı, notariat qaydasında təsdiqlənmiş müqaviləsi olmalı idi və sərəncam vermək üçün isə həmin əmlak dövlət reyestrində qeydiyyata alınmalı idi. Belə bir müqavilə notariat qaydasında bağlanmamış və dövlət reyestrində qeydə alınmamışdır.

8. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X13 ifadəsində gö stərmişdir ki, o, 1999-cu ildə tanışı ünvan 8 ünvanında olan mənzili Cavabdeh1 33500 ABŞ dolları müqabilində həm mənzili, həmdə həyətdə olan 24 kvadratmetr qarajı almışdır. Həyətdəki qarajı şifahi sözlə razılaşmış, mənzili isə sənədləşdirərək almışdır. İlkin olaraq 31500 ABŞ dolları mənzilə və 2000 ABŞ dolları isə sahəsi 24 kvadratmetr olan qaraja verməklə ümumilikdə 33500 ABŞ dollar pulu vermişdir. Məzahir 9 ay evdən çıxmamış, ona problemlər yaratmışdır. Məzahir evdən çıxmadığı üçün məcbur qalıb Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə qərar çıxartdıqdan sonra Məzahir və ailəsini evdən çıxarda bilmişdir. 18 il həmin ünvanda yaşamışdır. Yaşadığı müddətdə Məzahir və ailəsi həmin qarajdan istifadə etməmişdir. 2017-ci ilin dekabr ayında yaşadığı həmin mənzili və qaraj ı İddiaçı 147000 manata satmışdır. Alı ilə 133000 manat mənzilə və 14000 manat qaraja görə alqı-satqı etmişlər. 2022-ci ilin oktyabr ayında Alı onunla mobil telefonla əlaqə saxlayıb Məzahirin onu aldadaraq həmin mənzilin qarajını öz adına keçirtdiyini demişdir. Həmin dövrdə verilmiş müvafiq sərəncam və adlı siyahıya əsasən qaraj mənzilin üzərində rəsmiləşdirilmiş və bu səbəbdən qarajda mənzilin üzərində sənədləşdirilmişdir.

9. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, iddiaçı onun qardaşıdır. Cavabdeh1 Bakı şəhəri, 8 mkr. qəsəbəsində, Azadlıq (Lenin) prospektində 32/196 saylı evin arxasında yerləşən daş qarajın özəlləşdirilməsi üçün tələb edilən bütün sənədləri toplamaq, özəlləşdirməyi, çıxarış almağı və s. adından bütün əməliyyatları aparma ğı və digər hərəkətləri etməyi etibar etməsinə dair ona Bakı şəhəri 43 saylı notariat ofisində 28 mart 2022-ci il tarixdə qeydə alınmış etibarnamə vermişdir. Bundan sonra qarajın sənədləşdirilməsi üçün 31 may 2022-ci il tarixdə Cavabdeh1 adı qeyd olunmaqla, "xxxx" ASC-yə Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX xidmətə görə 75,40 manat, 22 iyun 2022-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX Bakı ŞƏİ daşınmaz əmlakın Dövlət Reyestri xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tarifləri olaraq 360,54 manat məbləğində ödəniş edilmişdir.

10. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Cavabdeh1 onun atasıdır. Mübahisə predmeti olan daş qaraj faktiki sənədlə sahibi olmuş atası tərəfindən evlə birlikdə X10, onun bacısı X5 adın a notariat orqanında rəsmiləşdirilmiş və alqı-satqı müqaviləsi əsasında satılmışdır. Daha sonra qarajı evlə birlikdə İddiaçı almışdır. Bu barədə onun və atasının məlumatı olmuşdur. Qarajın rəsmiləşdirilməsi üçün iddiaçı ona və atasına müraciət etmiş, buna görə atası ona və iddiaçının qardaşına etibarnamə vermişdir.

11. Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2(025)-1034/2023 nömrəli qətnaməsi ilə (hakim E.B.İsayev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən mənzilə aid olan daş qarajı almaq üçün ödənilmiş 14000 manat məbləğində pul vəsaitinin, qarajın təmiri üçün xərclənilən 3500 manat məbləğində pul vəsaitinin, qaraja dair sənədlərin hazırlanması üçün ödənilmiş 75,40 manat dövlət rüsumunun və qaraja dair texniki pasportun verilməsi üçün ödənilmiş 360,54 manat dövlət rüsumunun, cəmi 17935,94 manat pul vəsaitinin və iddianın verilməsi üçün ödənilmiş 190 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddianın təmin olunan hissədə əsaslığı iddiaçının məhkəməyə təqdim etdiyi sübutlarla təsdiq olunur. Belə ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehlərin hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməli, bu səbəbdən İddiaçı tərəfindən qarajın alınması, təmir bərpa işləri və sənədləşdirilməsi üçün ödənilən pul vəsaitləri və dövlət rüsumları iddiaçıya cavabdehlər tərəfindən qaytarılmalıdır.

13. Cavabdeh tərəfin iddianı qəbul etməyərək verdiyi izahatına tənqidi yanaşan məhkəmə qeyd etmişd ir ki, cavabdehin izahatı müdafiə xarakterini daşıyır. Ona görə ki, cavabdeh iddia tələbinə etirazlarının əsaslandıqları hallara dair heç bir sübutu onlarda olmadığı səbəbindən məhkəməyə təqdim edə bilməmişlər.

14. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı iddiasının 10229 manat məbləğində əldən çıxmış faydanın, 5000 manat məbləğində mənəvi zərərin əvəzinin, qarajın adına sənədləşdirilməsi üçün etibarnamə verilməsinə görə ödədiyi 149 manat pulun əvəzinin xeyrinə tutulması barədə tələbini sübut edə bilmədiyi üçün təmin edilməməlidir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 152.1, 152.2, 152.3, 152.4, 152.5, 152.6, 157.1, 157.2, 157.4, 157.5, 157.7, 157.8, 158.2, 158.3, 158.4, 159, 182, 324. 1, 324.2, 324.4, 324.5, 324.5, 331.1, 337.1, 1091.1, 1091.2, 1092.1.1, 1092.1.2, 1092.2, 1092.3, 1093.1, 1093.2, 1093.2.1, 1093.2.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 218.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddianın həmin hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

18. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 dekabr 2 023-cü il tarixli, 2(107)-1319/2023 nömrəli qətnaməsi ilə (hakim Ə.T.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Mehdiyevdən və M.A.Əsədlidən ibarət tərkibdə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2(025)-1034/2023 nömrəli qətnaməsi iddianın təmin edilmiş - 2017-ci ildə ünvan 9 ünvanında yerləşən mənzilə aid olan daş qarajı almaq üçün ödədiyi 14000 manat pulun, qarajın təmiri üçün xərclədiyi 3500 manat pulun, qaraja dair sənədlərin hazırlanması üçün ödənilmiş 75,40 manat pulun və qaraja dair texniki Pasportun verilməsi üçün ödənilmiş 360,54 manat pulun əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qə tnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiasının həmin hissədə rədd edilmiş, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbinin təmin edilmiş hissələrindən biri qarajın təmiri üçün xərclədiyi 3500 manat pulun əvəzinin ödənilməsidir. Əvvəla, mülki işin materiallarında mübahisəli qarajda hər hansı təmir işlərinin aparılması ilə bağlı heç bir sübut və ya dəlil mövcud deyildir. Hazırki iş üzrə ünvan 10 ünvanında yerləşən qarajın hansı əsasla Nüsrət Quliyevin sahibliyinə, o cümlədən hansı əsasla sonuncunun sahibliyindən iddiaçının sahibliyinə keçməsi heç bir sübut və ya dəlillə təsdiqini tapmır. B elə olan halda, iddiaçı həmin qaraja münasibətdə nə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsi baxımından vicdanlı əldə edən, nə də həmin Məcəllənin 158-ci maddəsi baxımından sahib statusuna sahib olmamaqla, hər hansı zərərin əvəzinin ödənilməsini tələb etmə hüququ da yaranmır.

20. İşin hallarından görünür ki, Bakı şəhəri 43 saylı notariat ofisinin 7E-6586 reyestr nömrəsində 28 mart 2022-ci il tarixdə qeydə alınmış etibarnamə ilə Cavabdeh1 X14 Bakı şəhəri Binəqədi (Kirov) rayonu XDİK-nin 12/263 saylı xx.xx.1991-ci il tarixli qərara əsasən Bakı şəhəri 8 mkr. qəsəbəsində Azadlıq (Lenin) prospektində 32/196 saylı evin arxasında yerləşən daş qarajın özəlləşdirilməsi üçün tələb edilən bütün sənədləri toplamaq, özəlləşdirməyi, çıxarış almağı və s. adından bütün əməliyyatları apa rmağı və digər hərəkətləri etməyi etibar etmişdir. Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən qeyd edilən etibarnamə ünvan 10 ünvanında yerləşən qarajın iddiaçının sahibliyinə və ya mülkiyyətinə verilməsi üçün deyil, həmin qarajın cavabdehin adına mülkiyyət hüququ ilə qeydiyyata alınması üçün verilmişdir. O cümlədən, iddiaçı qeyd edir ki, cavabdeh mübahisə edilən qarajın onun adına rəsmiləşdirilməsi üçün tanışları vasitəsilə iddiaçıdan 5000 manat pul istəmişdir. Bu hal da, həmin qarajın artıq iddiaçıya satılmış olması barədə iddiaçının iddialarını şübhə altına alır.

21. Apellyasiya məhkəməsi daha sonra göstərmişdir ki, iddiaçının təmin olunmuş tələblərindən biri də sənədləşdirmə işlərinin aparılması üçün ödənilmiş 75,40 manat, qaraja dair texniki Pasportun verilməsi üçün ödənilmiş 360,54 manat dövlət rüsumlarının qaytarılmasıdır. Hazırki halda işdəki sənədlərdən görünür ki, mübahisə edilən dövlət rüsumları Cavabdeh1 tərəfindən ödənilmişdir. Ona görə də, iddiaçının həmin rüsumları tələb etməsi əsassızdır. İddiaçı həmin rüsumların cavabdehin adından əslində iddiaçının qardaşı X15 tərəfindən ödənildiyini iddia edir ki, belə olan halda da, sonuncu hazırki iddiaçıya həmin pulu tələb etmək üçün hər hansı etibarnamə vermədiyindən iddiaçının həmin pulu hansı əsasla tələb etdiyi aydın deyildir.

22. Göründüyü kimi, birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə düzgün olmamışdır. Ona görə də, cavabdehin apellyasiya şikayəti qismən – iddianın təmin olunmuş hissəsi ilə bağlı əsaslıdır.

23. Apellyasiya kollegiyası iddiaçının apellyasiya şikayəti ilə b ağlı qeyd etmişdir ki, onun tələbinin təmin edilməyən hissəsi 10229 manat məbləğində əldən çıxmış faydanın əvəzinin və 5000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin təmin olunmuş hissəsinin əsassız olduğu qənaətinə gəldiyindən iddianın təmin olunmamış hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, iddiaçının hansı əsasla hansı mənəvi zərərə məruz qalması, o cümlədən hansı faydalardan məhrum olması işin halları ilə sübut edilmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

24. İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 dekabr 2023-cü il tarixli, 2(107)-1319/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelly asiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 21, 157.8, 158.4, 159, 182-ci, Mülki Prosessual Məcəllənin 380.1-ci maddələrinin tələbləri pozulmuşdur.

26. Belə ki, apellyasiya məhkəməsinin X4 2017-ci ildə ünvan 11 ünvanında yerləşən mənzili və həmin mənzilə aid olan sənədsiz daş qarajı alana qədər, həmin sənədsiz daş qarajın Cavabdeh1 aid olmasını iddiaçının bilməməsinə baxmayaraq, qarajı 2017-ci ildə Səxavət Quliyevadan almağını biləndən sonra Cavabdeh1 susmasına, heç bir iddia və tələb irəli sürməməsinə, hətta 28 mart 2022-ci il tarixdə iddiaçının qardaşı X11 adına həmin sənədsiz daş qarajın sənədləşdirilməsi və sənədlər düzələndən sonra onun adına keçirilməsi üçün sərəncam vermək və s. səlahiyyətləri nəzərdə tutan etibarnamə verməsinə, lakin etibarından sui-istifadə edərək, iddiaçını aldadaraq öz şəxsi pul vəsaiti hesabına qaraja dair sənədləşmə işlərini aparandan sonra, özünün verdiyi etibarnamə əsasında və qarşılıqlı razılaşmaya əsasən tərəfindən rüsumlar ödənilib qaraja Texniki Pasport alınandan sonra verdiyi vədə əməl etməyərək, 2017-ci ildən iddiaçının qanuni istifadəsində olan qarajı onun adına keçirməkdən imtina etməsinə, qardaşının adına etibarnamə veriləndən 6 ay sonra, yəni 18 sentyabr 2022-ci il tarixdə gedib həmin etibarnaməyə xitam verməsinə, qarajın Texniki Pasportunun dublikatını əldə edərək qarajı bağışlama müqaviləsi əsasında nəvəsinin hazırki iş üzrə digər iddiaçı Cavabdeh2 İlkin oğlunun adına keç irməklə iddiaçıya qarşı “delikt” törətməsinə, onun əmlak hüquqlarını pozmasına, nəvəsini əsassız olaraq varlandırmasına, bununla da cavabdehlərin günahı ucbatından ona zərər vurulmasına və mənəvi zərər vurulmasına düzgün hüquqi qiymət verməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir.

27. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

28. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

29. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

30. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən hazırki kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

31. Azərbaycan Respublikası K onstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 və 1092.1.1-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da ş amil edilir.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. He ç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 34. “Məhkəmə qətnaməsi ha qqında” Azərbaycan Respublikasının Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının Ali 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

36. Belə ki, iş üzrə mübahisəsiz hallarına görə ünvan 1nda yerləşən qaraj Kirov (hazırda Binəqədi) rayonu XDS-nin İcraiyyə Komitəsinin 28 iyun 1991-ci tarixli Qərarı ilə yaradılmış “Qarabağ” qaraj-tikinti kooperativi tərəfindən inşa olunmuş və ünvan 12 ünvanında yaşayan Cavabdeh1 istifadəsinə verilmişdir. Cavabdeh1 1998-ci ildə mülkiyyətindəki mənzili X1, qarajı da həmin şəxsin faktiki sahiblik və istifadəsinə vermişdir. Səxavət Quliyeva isə öz növbəsində mənzili 2017-ci ildə hazırki iş üzrə iddiaçıya satmaqla, qalajdan da faktiki sahiblik sonuncuya keçmiş və o, uzun müddət ərzində ondan istifadə etmişdir. Lakin, 2022-ci ilin iyun ayında qaraj üzərində hüquqlar Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona müvafiq Texniki Pasport verilmişdir. 25 noyabr 2022-ci il tarixli bağışlama müqaviləsi ilə qaraj Cavabdeh2 mülkiyyətinə keçmiş və s onuncu İddiaçı oradan çıxarılması ilə bağlı iddia ilə məhkəməyə müraciət etməklə, tələbi təmin olunmuşdur.

37. Hazırda, iddiaçı qeyd olunan qarajın dəyərini ayrıca ödəməklə, onun sahibliyinə almasını, uzun müddət ərzində istifadə etməsini, sonradan qarajı öz adına rəsmiləşdirilməsi ilə bağlı Cavabdeh1lə razılaşmaqla, bunun xərclərini ödəməsini, cavabdehin isə sonradan qarajı adına keçirtməkdən imtina etməsini bildirməklə, çəkilən xərclərin dəyərinin və ona vurulmuş ziyanın ödənilməsini məhkəmədən xahiş etmişdir.

38. İddianı rədd edən apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisəli qarajın hansı əsasla Nüsrət Quliyevin (onun bacısı Səxavət Quliyevanın) sahibliyinə, sonradan isə iddiaçının sahibliyinə keçməsinə dair sübut təqdim olunmadığından iddia rədd olunmalıdır. Bu zaman, apellyasiy a məhkəməsi Mülki Məcəllənin 157.7 və 158-ci maddələrinə istinad etmişdir.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi sübutetmə yükünü düzgün bölüşdürməmiş, qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.

40. Belə ki, nəzərə alınmalıdır ki, mübahisəli qaraj tikilərək ilk olaraq Cavabdeh1 istifadəsinə verilsə də, onun həmin zaman qüvvədə olmuş mülki qanunvericiliyin tələblərinə əsasən qaraj üzərində mülkiyyət hüququ yaranmamışdır.

41. Yuxarıda qeyd olunduğu kimi, qaraj “Qarabağ” qaraj-tikinti kooperativi tərəfindən inşa olunmuş və Cavabdeh1 həmin kooperativin üzvlərindən biri olmuşdur. 42. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 94-cü maddəsinə əsasən kolxozlar və digər kooperativ təşkilatl arı, onların birləşmələri öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq, mülkiyyət hüququ əsasında onlara məxsus olan əmlaka sahiblik edir, həmin əmlakdan istifadə edir və onun üzərində sərəncam verirlər. Kolxozların və digər kooperativ təşkilatlarının, onların birləşmələrinin mülkiyyətində olan əmlakların, onların birləşmələrinin mülkiyyətində olan əmlak üzərinə sərəncam hüququ ancaq mülkiyyətçiyə məxsusdur.

43. Göründüyü kimi, qaraj üzərində mülkiyyət hüququ Cavabdeh1 deyil, Qaraj-tikinti kooperativinə məxsus olmuş, qaraj sonuncunun istifadəsinə həmin ərazidə yaşayan sakin olaraq verilmişdir.

44. Həmçinin mübahisəsizdir ki, cavabdehin qaraj üzərində sahiblik və istifadə hüququ 2022-ci ilin iyun ayınadək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.

45. Halbuki, Mülki Məc əllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

46. Məhkəmənin qənaətinə görə, hazırki iş üzrə müəyyən olunmalı olan hal, cavabdehin öz mənzilini satarkən, kooperativin üzvü kimi qarajdan sahiblik və istifadə hüququnun qalıb-qalmaması olmuşdur ki, bu istiqamətdə apellyasiya məhkəməsi tərəfindən araşdırma aparılmamışdır.

47. Nəzərə alınmalıdır ki, Cavabdeh1 Binəqədi rayon Polis İdarəsində verdiyi izahatında mənzilini Nüsrət adlı şəxsə satmasını, lakin qarajı satmadığını, sonun cunun müvəqqəti istifadəsinə verdiyini bildirmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsində cavabdehlərin adından verilən etirazda və apellyasiya şikayətində də, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əks olunan bu izahata istinad olunmuşdur.

48. Lakin, apellyasiya instansiyası məhkəməsi cavabdehin bu izahatını işin müəyyən olunan digər halları ilə yanaşı qiymətləndirməmiş və iddiaçının qaraj üzərində sahibliyinin qanuni olub-olmamasını müəyyən etməmişdir.

49. Kassasiya kollegiyasının mövqeyinə görə, cavabdeh mülkiyyətində olan mənzili sataraq başqa yaşayış məntəqəsinə köçdüyü halda, həmin mənzilin yanında yerləşən, kooperativin mülkiyyətində olmuş qaraja sahibliyinin saxlanılmasını sübut etmək vəzifəsi məhz cavabdeh tərəfin üzərinə düşür.

50. Həmçinin, cavabd eh özü izahatlarında etiraf etmişdir ki, qaraj iddiaçının istifadəsində olmuş, sonuncu özü cavabdehlə əlaqə saxlayaraq, qarajın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün etibarnamə istədiyini, onun razılaşaraq iddiaçının qardaşının adına etibarnamə göndərdiyini bildirmişdir.

51. Yəni, qaraj 24 ilə yaxın cavabdehin sahiblik və istifadəsində olmamış, o, həmin əmlakın taleyi ilə maraqlanmamış, onun saxlanılması üçün hər hansı vəsait xərcləməmiş, qarajın başqa şəxslərin, o cümlədən iddiaçının sahibliyində və istifadəsində olmasından məlumatlı olmuş, bu sahibliyə etiraz etməmiş, əksinə əmlaka dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün iddiaçıya imkan yaratmışdır.

52. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiy a məhkəməsi, Cavabdeh1 mənzilini Səxavət Quliyevaya satarkən qaraja da sahiblik hüquqlarını ötürüb-ötürməməsinə, sonuncunun və müvafiq olaraq sonradan mənzilin yeni mülkiyyətçisi kimi iddiaçının da qarajdan sahibliyi qanuni olub-olmamasına, cavabdehlərin qaraj üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq, onu iddiaçının sahibliyindən geri tələb etməklə, sonuncunun da qarşılıqlı olaraq həmin əmlaka sərf etdiyi vəsaitini tələb etmək hüququnun yaranıb-yaranmamasına, əks halda cavabdehin Mülki Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanıb-varlanmamasına, cavabdehlərin hüquqlarından sui-istifadəyə yol verib-verməmələrinə hüquqi qiymət verilməli olduğu halda, bununla bağlı qətnamədə hər hansı əsaslandırma etməmişdir.

53. Azərbaycan Respublikası Konstitusiy a Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları).

54. Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

55. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliy i qoyur.

56. Beləliklə, apellyasiya məhkəməsi iddiaçının mübahisəli qaraj üzərində sahibliyinin qanuni olub-olmaması, cavabdehin bununla bağlı davranışının hüquqdan suiistifadə olub-olmamasına hüquqi qiymət verməyərək iddianı rədd etməklə, prosessual hüquq normalarını Mülki Prosessual Məcəllənin 88 və 217.3-cü maddələrini pozmuş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.

57. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbinin mübahisəli əmlakın rəsmiləşdirilməsi və Texniki Pasportun alınması üçün ödənilmiş rüsumların cavabdehdən iddiaçının xeyrinə tutulmasından imtinanı belə əsaslandırmışdır ki, işdəki sənədlərə əsasən bu rüsumlar cavabdeh tərəfindən ödənilmişdir.

58. Apellyasiya məhkəməsi b u zaman nəzərə almamışdır ki, qarajın sənədləşdirilməsinin iddiaçı və onun qardaşı tərəfindən həyata keçirilməsini cavabdehlər də mübahisələndirməmişlər. İddiaçı həmin rəsmiləşdirmənin onun vəsaiti hesabına olmasını göstərmiş, şahid qismində dindirilmiş qardaşı X15 bu halı təsdiq etmişdir.

59. Apellyasiya məhkəməsi qaraj üzərində hüquqların ilkin qeydiyyatının Kirov (hazırda Binəqədi) rayonu XDS-nin İcraiyyə Komitəsinin 28 iyun 1991-ci tarixli Qərarına uyğun olaraq Cavabdeh1 adına həyata keçirildiyi üçün rüsumların ödənilməsinə dair qəbzlərdə onun adının qeydə alınmasını nəzərə almamış və bu hissədə də qətnaməni tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamışdır.

60. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin qalan hissələri tələbin yuxarıda qeyd olunan hissəsindən asıl ı olduğundan və apellyasiya məhkəməsi həmin tələblərlə bağlı əlavə əsaslandırma aparmadığından, qətnamə iddianın həmin tələblər üzrə də rədd olunmuş hissəsində ləğv olunmalı, iddiaçının bütün tələblərinə mülki prosessual qanunvericiliyinə uyğun olaraq sübutetmə yükü tərəflərin üzərinə qoyulmaqla, hüquqi qiymət verilməlidir.

61. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

62. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

63. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

64. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, bununla bağlı tərəflərin vəsatətlə ri bir daha müzakirə olunmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 dekabr 2023-cü il tarixli, 2(107)-1319/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar