Məhkəmə qərarları › İş №2(102)-1371/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1371/2023

17.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1371/2023 17.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: alimentin artırılması, müalicə xərclərinin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı alimentin artırılması, tibbi əməliyyat və müalicə xərclərinin tutulması tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6990/2022 nömrəli iş üzrə 28 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının və cavabdehin kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat q aydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1945-ci il təvəllüdlüdür, xx.xx.2016-ci il tarixli XXX nömrəli vəsiqəyə əsasən ümumi xəstəlik səbəbindən 2-ci qrup əlildir, işləmir, pensiyaçıdır.

2. Cavabdeh 1979-cu il təvəllüdlüdür, gömrük orqanlarında işləyir, xx.xx.2022-ci il tarixə aylıq əmək haqqı 2.005 manat təşkil edir.

3. İddiaçı ana, cavabdeh onun yeganə övladıdır.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnamələrinə əsasən xx.xx.2010-cu il tarixdən iddiaçı üçün cavabdehdən aliment tutulur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-XXX/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq 300 manat müəyyən edilmişdir.

5. Avrasiya Hospitalı tərəfindən verilən xx.xx.2022-ci il tarixli məktuba əsasən, iddiaçıya “Hər iki diz oynağının qonartrozu və kontrakturası” diaqnozu təyin edilmişdir və “hər iki diz oynağının total endoprotezləşməsi” cərrahi əməliyyatı tövsiyə olunmuşdur. Mövcud preyskuranta əsasən bir diz oynağı üçün qoyulan implant (Amerika istehsalı) 4.600 manat, bir diz oynağı üçün cərrahi məsrəfin 2.500 manat təşkil edəcəyi nəzərdə tutulmuşdur.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 xx.xx.2022-ci il tarixli XXX nömrəli ekspert rəyinə görə, iddiaçının hər iki diz oynağının endoprotezləşməsi cərrahiyyə əməliyyatına ehtiyacı vardır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə DGK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 240/2xx-xx/004138 1000 nömrəli arayış əsasında onun aylıq əmək haqqı 5.250 manat yetəri qədər olduğundan, xx.xx.2022-ci il tarixdən başlayaraq ondan tutulan alimentin həcminin artırılaraq 1/4-i (25%) məcburi qaydada hər ay tutulmasını, İİ qrup əlil və əmək qabiliyyətinin olmadığını nəzərə alaraq 10.000 manat məbləğdə birdəfəlik qaydada tibbi əməliyyat və müalicə üçün yardımın alınaraq ona ödənilməsini xahiş etmişdir.

8. İddianın əsaslarına görə, 2022-ci ildə kommunal xərclərin artırılması, ərzağın, dərmanların, çörəyin qiymətlərinin bahalaşması, cavabdehdən aldığı 300 manat aliment və əmək pensiyası onun xərclərini ödəməyə çatmır. Cavabdeh DGK-da işləyir, aylıq maaşı yetərincədir. Hazırda səhhətində yaranmış problemlərlə əlaqədar hər iki diz qapaqlarının dəyişməsi üçün tibbi əməliyyat olunmalı və müalicə almalıd ır. Bunun üçün apteklərdən müxtəlif inyeksiya, dərmanlar və ayaqlar üçün korsetlər də alınmalıdır.

9. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-925/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Süleymanova) iddia qismən təmin edilərək, tibbi əməliyyat xərci üçün 7.100 manatın cavabdehdən tutularaq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı və cavabdeh ondan apellyasiya şikayətləri verərək, iddiaçı qətnamənin iddia rədd olunan, cavabdeh iddia təmin edilən hissələrdə qismən ləğv olunaraq, iddiaçı iddianın tam təmin edilməsin, cavabdeh tam rədd olunmasını xahiş etmişlər.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyas ının 2(103)-6990/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Alimentə aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, yetkinlik yaşına çatmış övladdan valideynin xeyrinə aliment hər ay ödənilməli olan sabit pul məbləğində tutula bilər. Bu qayda Ailə Məcəlləsinin 82.3-cü maddəsində müəyyən edilib. Qazancın və digər gəlirlərin ¼ hissəsi kimi aliment valideyndən uşağın saxlanması üçün tutulur. Bu qayda Ailə Məclləsinin 76.1.1-ci maddəsində müəyyən edilib. Ona görə də birinci instansiya məhkəməsi alimentin qazancın və başqa gəlirlərin ¼ hissəsi miqdarında tutulması barədə tələbi düzgün olaraq rədd edib. Tibbi əməliyyat xərcinə aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıldır. Belə ki, “Avrasiya Hospital” adı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna görə, ana xx.xx.2022-ci il tarixdə həmin tibb müəssisəsində ambulator müayinədə olmuşdur. Xəstəyə “hər iki diz oynağının qonartrozu və kontarkturası” diaqnozu təyin edilmiş və “hər iki diz oynağının total endoprotezləşməsi” cərrahi əməliyyatı tövsiyyə edilmişdir (iş v. 60). Məhkəmə-tibbi ekspertizanın xx.xx.2022-ci il tarixli rəyinə görə, “Avrasiya Hospital”da ananın adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən ona “hər iki diz oynağının qonartrozu və kontarkturası” düzgün təyin edilmişdir, mütəxəss is müayinəsi zamanı hazırda onda “hər iki diz oynağının qonartrozu və kontarkturası”nın olduğu müəyyən edilmişdir ki, bununla əlaqədar xəstənin hər iki diz oynağının endoprotezləşməsi cərrahiyyə əməliyyatına ehtiyacı vardır (iş v. 107). “Avrasiya Hospital” adı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna görə, mövcud preyskuranta əsasən bir diz oynağı üçün qoyulan implant (Amerika istehsalı) 4.600 manat, bir diz oynağı üçün cərrahi məsrəf 2.500 manat təşkil edir (iş v. 60). Göründüyü kimi, bu xərc bir diz oynağı üçün 7.100 manat (4.600 manat + 2.500 manat), iki diz oynağı üçün 14.200 manat təşkil edir. Birinci instansiya məhkəməsi zəruri olan xərcin yarısının - 7.100 manatın tutulmasını qət edib. Bu, düzgün nəticədir. Belə ki, xərcin qalan hissəsi ananın özü tər əfindən ödənilməlidir. Ananın həmin xərci ödəməyə maddi imkanı var. O, hər ay pensiya və aliment alır, bundan başqa, mülkiyyətində Bakı şəhərinin mərkəzində yerləşən iki mənzil var: Səbail rayonu, Bünyat Sərdarov küçəsi, ev № 17-də yerləşən 21 №-li mənzil (ümumi sahəsi 41,10 kv.m) və 22 №-li mənzil (ümumi sahəsi 57,38 kv.m). O, həmin mənzillərdə tək yaşayır.”

13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.3, 76.1.1, 83.1-ci maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı və cavabdeh ondan kassasiya şikayətləri verərək, iddiaçı qətnamənin iddia rədd olunan, cavabdeh iddia təmin edilən his sələrdə qismən ləğv olunaraq, iddiaçı iddianın tam təmin edilməsini, cavabdeh tam rədd olunmasını xahiş etmişlər.

15. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə, 1. məhkəmə cavabdehin 6.326 manat məbləğində orta aylıq gəliri olmasının iş ilə bağlılığını əsaslandırmamışdır; 2. məhkəmənin tutduğu 7.100 manat ilə bir diz oynağını əməliyyat etdirsə, digər diz oynağını kim və necə əməliyyat etdirməlidir? 3. baxmayaraq ki, iddiaçı alimentin artırılmasını cavabdehin əmək haqqısının ¼ hissəsində tələb etmişdir, məhkəmə onu sabit pul məbləğində də tuta və artıra bilərdi.

16. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, 1. cavabdeh anasına baxır. Onun saxlanması üçün ayda 300 manat pul ödəyir. Ona münasibətdə Ailə Məcəlləsinin 83.1-ci maddəsinin tətbiqi qanunsuzdur; 2. qanunverici yetki nlik yaşına çatan övladın əmək qabiliyyəti olmayan valideyni saxlamadıqda və valideyni ağır xəstəliyə tutulduqda, şikəst olduqda, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə yetkinlik yaşına çatan övladı valideynlərinə görə əlavə xərclərdə işttirak edə bilməsini nəzərdə tutur. İş üzrə iddiaçının ağır xəstəliyə tutulması, şikəst olması və ona qulluq üçün kənar şəxsə ehtiyacının olması sübuta yetirilməmişdir; 3. qətnamədən aydın deyil ki, məhkəmə hansı preyskuranta əsaslanaraq bu məbləği müəyyən etmişdir. Məhkəmənin istinad etdiyi mövcud preyskurantı kimin, hansı orqan tərəfindən təsdiqlənməsi qətnamədən görünmür. Həmin preyskurantı mötəbər hesab etmək olardımı? b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamı şdır. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

17. Ailə, uşaqlar və dövlət İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.

19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 6.2. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır; Maddə 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar; Maddə 82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış öv ladlardan məhkəmə qaydasında tutulur; Maddə 82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir; Maddə 83.1. Yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, əlilliyi müəyyən edildikdə, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təq dim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə

53. İddianın dəyişdirilməsi İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və ta m baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin g əldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə v ə ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Kassasiya şikayətlərində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətlərdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

23. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya in stansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

26. Kassasiya şikayətlərinə gəldikdə, iddiaçının kassasiya şikayətinin 1 və 2-ci dəlilləri, cavabdehin kassasiya şikayətinin isə 2 və 3-cü dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir.

27. İddiaçının kassasiya şikayətinin alimentin artırılması cavabdehin əmək haqqısının ¼ hissəsində tələb edilsə də, məhkəmənin onun sabit pul məbləğində tuta biləcəyi barədə dəlili əsassızdır. Belə ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin MPM-in 53 və 218.3-cü maddələrinin imperativ göstərişlərini nəzərə alaraq, iddiaçının verdiyi tələblər üzrə qətnamə çıxarmaları qanuni olmuşdur.

28. Cavabdehin kassasiya şikayətinin Ailə Məcəlləsinin 83.1-ci maddəsinin ona münasibətdə tətbiqini n qanunsuzluğuna dair dəlilində isə qanunsuz tətbiqin nədən ibarət olması konkretləşdirilməmiş və əsaslandırılmamışdır.

29. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6990/2022 nömrəli iş üzrə 28 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı və Cavabdeh kassasiya şikayətləri təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar