Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1373/2020 12.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)869/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon məhkəməsinin (hakim - Ceyhun Qədimov) xx xxxxxx 2017ci il tarixli qətnaməsi ilə iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən 15767 ABŞ dolları məbləğində əsas kredit borcu, 5585 ABŞ dolları məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla 999 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində dəbbə pulunun (ekvivalenti ödəniş gününə müvafiq olaraq manatla) iddiaçının xeyrinə tutulması, tələbin cavabdehin mülkiyyətində olan **-XD-*** dövlət nömrə nişanlı, «Hyundai-İ-30» markalı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, avtomobilin satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməsi, avtomobilin satışından əldə olunan vəsaitin iddiaçının tələbi ödənildikdən sonra artıq qalan hissəsinin cavabdehə verilməsi qət e dilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər İsmayıl Vəliyev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 2(103)-4408/2018 saylı, 25aprel 2018ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Akif İsgəndərov - sədrlik edən və məruzəçi, Əhməd Əhmədov, İlqar Dəmirov) 2(102)-6543/18 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – iddianın təmin olunan hissəsində ləğv edilmiş və həmin hissədə yenidən baxılması üçün mülki iş həmin məhkəməy ə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Abiddin Hüseynov - sədrlik edən və məruzəçi,Xəyalə Cəmilova, İlham Kərimli) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı «xxxx» ASC Cavabdeh qarşı iddia məhkəməyə müraciət edərək, cavabdehdən 15767 ABŞ dolları məbləğində əsas borcun, 5585 ABŞ dolları məbləğində faiz borcunun, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə 999 ABŞ dolları məbləğində faiz borcunun, 4270 ABŞ dolları məbləğində dəbbə pulu borcunun, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutulmasına, tutmanın ipoteka ilə yüklü edilmiş, cavabdehə məxsus olan «Hyundai İ-30» markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsinə, avtomobilin açıq hərrac vasitəsilə satılmasına və əldə olunmuş vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xxxxnın ‘‘Sənaye” filialı və Cavabdeh arasında xx.xx.2013-ci il tarixində bağlanmış 01178 №-li kredit müqaviləsinə əsasən iddiaçı bank cavabdehə 36 ay müddətinə 20453 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin şərtlərinə görə kredit üzrə istifadə olunmuş vəsaitə 17% illik faiz borcu hesablanmalı və hər ay Banka ödənilməli idi. Həmçinin borcalanın kredit öhdəliklərini təmin edilməsi məqsədi ilə da Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə, 1178 №-li İpoteka müqaviləsi bağlanmış və onun mülkiyyətində olan **-XD-*** dövlət qeydiyyat nişanlı "Hyundai İ-30" markalı minik avtomobili ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh kredit vəsaitindən istifadə etdiyinə baxmayaraq müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. Bu səbəbdən cavabdehin banka 15767 ABŞ dolları məbləğində əsas borcu, 5585 ABŞ dolları məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə 999 ABŞ dolları məbliğində faiz borcu və 4270 ABŞ dolları məbləğində dəbbə pulu borcu yaranıb. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında iddiaçı tərəfindən dəfələrlə xəbərdar olunmuş, lakin o, bu müddətə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görməmişdir. Kredit və ipoteka müqavilələrinin tələblərinə görə cavabdehdən kredit borcu tutulmalı, borcun təminatı ipotekaya qoyulmuş avtomobilə yönəldilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsisinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmdışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ölkədə devalvasiya baş verdiyindən ödəmələrdə gecikmələr yaranmışdır. Məhkəmələr bu faktı nəzərə almamışdır. Əvvəlki valyuta ilə borcu ödəməyə hazırdır. Tərəflə rin izahatları: İddiaçının nümayəndəsi və vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəmə si işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 01178 saylı kredit müqaviləsinə əsasən Bank cavabdehə 36 ay müddətinə illik 17 faiz ödənilməsi şərtilə 20453 ABŞ dolları məbləğində kredit vermişdir. Öhdəliyin təminatı olaraq cavabdeh mülkiyyətində olan «Hyundai İ-30» markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobili bank qarşısında ipoteka ilə yüklü etmiş, yüklülük rəsmi reyestrdə qeydə alınmışdır. İşin apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə pulun verilmə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə cavabdehin Banka 16189,33 ABŞ dolları əsas, 5732,80 ABŞ dolları faiz; xx.xx.2016-cı il tarixinə yaranmış əsas borca görə illik 5% dərəc əsi ilə hesablanmaqla xx.xx.2017-ci il tarixinədək 16189,39 ABŞ dolları əsas, 6771,62 ABŞ dolları faiz borcunun olduğu müyyən edilmişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə isə ipoteka ilə yüklü edilmiş “Hyundai İ-30” minik markalı, **-XD-*** dövlət nömrə nişanlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin nəzəri orta bazar qiyməti təxminən 20000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 442, 448.1, 467, 296.1, 319.1-ci maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi əsas, faiz və dəbbə borcu tələbi və iddia tələbinin ipoteka predmetinə tutma yönəldilməsi hissəsində əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunmuş hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Cavabdeh Bankdan qeyd olunan məbləğdə kredit götürdüyünü mübahisələndirməmiş, iddiaçıya daha az məbləğdə borcun qaldığı (daha artıq məbləğdə ödəniş edildiyi) barədə hər hansı sübut təqdim etməmişdir. İşin apellyasiya baxışı zamanı məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş, birinci instansiya məhkəməsinin iddia tələbi həcmində kredit borcunun tutulması barədə düzgün nəticəyə gəldiyi ekspert rəyi ilə bir daha təsdiq olunmuşdur. İşdən daha sonra görünür ki, yeni apellyasiya baxışı zamanı, həmçinin ipoteka predmetini n ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə əmtəəşünaslıq ekspertizası keçirilmiş, ekspertə ipoteka predmeti olan avtomobil təqdim olunmamış, ekspert nəzəri hesablama yolu ilə avtomobili qiymətləndirmişdir. Məhkəmə bununla bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qanunun mənasından göründüyü kimi məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Hazırkı iş üzrə cavabdeh avtomobili ekspertizaya təqdim etməmişdir. Ona görə də ekspert avtomobilə real vəziyyətinə uyğun qiymət qoya bilməmiş, yalnız nəzəri hesablama əsasında avtomobili qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyi ilə müəyyən edilmiş qiyməti avtomobilin ilkin satış qiyməti olaraq müəyyən edilməsini ağlabatan hesab etməmişdir. Belə ki, avtomobil 2013cü ildə əldə edilmiş, avtomobilin hal-hazırda kimin faktiki istifadəsində olması və harada olması, texniki cəhətdən hansı vəziyyətdə olması barədə məlumat yoxdur. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, 2013-cü ildə əldə edilmiş və 6 il ərzində istismar edilmiş avtomobilə ekspert rəyi ilə müəyyən edilmiş məbləğin ilkin satış qiyməti kimi müəyyən edilməsi də işin faktiki hallarına uyğun hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinin təyinatı tutma yönəldilmiş ipoteka predmeti olan əmlakın satışının mövcud bazar qiymətinə uyğun olaraq həyata keçirilməsini təmin etməkdən, bununla da tərəflərdən birini əlverişsiz vəziyyətə düşməsinin qarşısını almaqdan ibarətdir. Qanun yaranmış vəziyyətdə həm ipoteka qoyanın, həm də ipoteka saxlayanın mənafeyini eyni həcmdə müdafiə olunmasını tələb edir. Bu baxımdan tərəflər arasında razılaşma olmadan, həmçinin əmlakın real bazar qiymətini müəyyən etmədən, yalnız qanunda nəzərdə tutulduğuna istinad edərək ehtimal əsasında, ipoteka predmeti olan əmlaka tərəflərdən birinin mənafeyinə zidd, əmlakın möv cud vəziyyətinə açıq-aşkar uyğun olmayan ilkin satış qiymətinin qoyulması qanunun məqsədlərinə riayət edilməsi kimi qəbul oluna bilməz. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, qətnamədə ilkin satış qiyməti müəyyən edilmədikdə “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsində nəzərdə tutulan məqsədlər bu barədə məhkəmə qətnaməsinin icra edilməsi mərhələsində təmin olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə müvafiq olaraq açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə görə borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlili ilə bağı məhkəmə kollegiyası qeyd edir ki, bu hal, yəni ölkədə devalvasiyanın baş verməsi hazırkı iş üzrə cavabdehin kredit müqaviləsi üzrə öhdəlikləri icra etməkdən azad olunmasına, yaxud tələb olunan əsas borcun, faizlərin və ya dəbbə pulunun azaldılmasına əsas olan hal deyildir. Şikaytin dəlili qanuni məhkəmə qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola bilməz. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, mə hkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-869/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1373/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1373/2020
12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver