Məhkəmə qərarları › İş №2(102)-1373/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1373/2021

21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1373/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi xnun Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi xnun vəkili X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə 19 may 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qə bul etdi. İşin halları 1. 24.02.2015-ci il tarixli İKM saylı istehlak kredit razılaşmasına əsasən, Cavabdeh 6 ay müddətinə, aylıq faiz 27% dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 82.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Müqaviləyə 24.08.2015-ci il tarixli 02 saylı əlavə ilə kredit qalığının ödənilmə müddəti kredit müqaviləsində nəzərdə tutulmuş şərtlərə uyğun 15.12.2015-ci il tarixə qədər uzadılmışdır.

3. Buna baxmayaraq borclu borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyini icra etməmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmişdir.

4. Bank 27.04.2018-ci ildə hazırkı iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhk əməsində icraat

5. İddiаçı “xxxx” ASC, Cavabdeh 82.000 ABŞ dolları əsas, 11745 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca 5% hesablanmış faiz borcu 9453 ABŞ dolları olmaqla, cəmi 103.198 (yüz üç min yüz doxsan səkkiz) ABŞ dolları borcun tutulması və 30 manat məbləğində dövlət rüsumu olmaqla qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına (§1-3) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq müqavilə öhdəliklərini icra etməmişdir. Ona görə də tələbdə göstərilən borc ondan tutulmalıdır.

7. Cavabdeh birinci instansiya məhkəməsindəki icraatda iddiaya qarşı yazılı etiraz təqdim etməmişdir.

8. Həmin icraat zamanı alınmış, Məhkəmə Ekspertizası Mərkəzinin 02.10.2019-cu il tarixli, 15703 saylı rəyinə əsasən, 24 fevral 2015-ci il tarixli, KM 02 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh Valeh oğlunun «xxxx» ASC-yə 15.12.2015-ci il tarixə (müqavilə müddəti bitən tarixə): 99.896,50 ABŞ dolları: əsas borc üzrə-82.000,00 ABŞ dolları, faiz borcu üzrə-17.896,50 ABŞ dolları, 09.04.2018-ci il tarixə (maliyyə arayışının tarixinə) müqavilə müddəti bitən tarixdən 5% uçot dərəcəsi ilə 109.394,83 ABŞ dolları: əsas borc üzrə-82.000,00 ABŞ dolları, faiz borcu üzrə-27.394,83 ABŞ dolları təşkil edir. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarında cərimənin necə hesablandığı dəqiq göstərilmədiyindən 24 fevral 2015-ci il tarixli, İ KM 02 saylı kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır.

9. Zəngilan Rayon Məhkəməsinin (hakim G.İmano va) 22 oktyabr 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 82000 ABŞ dolları əsas, 11745 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca 5% hesablanmış faiz borcu 9453 ABŞ dolları olmaqla, cəmi 103.198 (yüz üç min yüz doxsan səkkiz) ABŞ dolları borcun iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir.

10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh kredit razılaşmalar müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, onun bank qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-L.Məmmədova (sədrlik edən və məruzəçi), F.Məmmədov və G.Tağızadə) 19 may 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Zəngilan Rayon Məhkəməsinin x saylı, 22 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məcburi köçkündür, heç bir yerdə işləmir, məcburi köçkünlər üçün nəzərdə tutulmuş cəmi 60 manat maddi yardım alır. 103.198 ABŞ dolları iddiaçının xeyrinə ödənilməsinə maddi imkanı yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

18. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirm iş sayılır.

19. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

20. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

21. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qa ytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

24. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunm amasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

28. Baxılan işin yuxarıda qeyd edilən faktiki halların dan görünür ki, bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə göstərilən məbləği Cavabdeh borc vermiş və tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş cədvəllərində razılaşdırmışlar. Buna baxmayaraq, cavabdeh ödəmələri vaxtında aparmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və bankın tələb hüququ meydana gəlmişdir. Belə olan halda, iddiaçının əsas borcun, ona hesablanmış müqavilə fazinin və gecikdirməyə görə illik 5%-in tutulması haqqında tələbləri yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır (§ 18-21).

29. Eyni zamanda cavabdehin etirazları iddianı tam və ya qismən aradan qaldıran mahiyyətdə deyil. Ona görə də, iddia tələblərinin qismən təmin edilməsi qanuni və əsaslı olmuşdur.

30. K ollegiya, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir ona görə ki cavabdehin maddi vəziyyətinin pis olmağı və bu səbəbdən borcu ödəyə bilməməsi mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etmir.

31. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə 19 may 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar