Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1374/2021 15.01.2021 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1624/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı X1 Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh, x oğluna, X3 və X4 qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 8681,5 ABŞ dolları əsas borc, 4225,61 ABŞ dolları faiz borcu və 1515,69 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxxxxx 2017-ci il tarixdən, xx.xx.2018-ci il tarixədək gecikdiriilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 467,7 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 14890,5 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-70/2020 saylı qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı X1 ASC-nin cavabdehlər Cavabdeh, X5, X6 və X4 qarşı borcun tutulması tələbinə dair iddia qismən təmin edilib, İddiaçı X1 ASC («xxxx» ASC) və Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli,27-M-1-0100-14 №-li «Bank hesab, kredit və zaminlik müqaviləsi»nin ləğv edilməsi, İddiaçı X1 ASC-nin (« xxxx» ASC) xeyrinə cavabdehlər Cavabdeh, x oğlu, X6 və X2 müştərək qaydada 5455.54 (beş min dörd yüz əlli beş dollar əlli dörd sent) ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə xx xxxxxxx 2017-ci il tarixdən, xx.xx.2020-ci il tarixədək gecikdiriilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 854.45 (səkkiz yüz əlli dörd dollar qırx beş sent) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə ümumilikdə cəmi 6309.99 (altı min üç yüz doqquz dollar doxsan doqquz sent) ABŞ dolları məbləğində borc və dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (T.Quliyev, G.Tağızadə, L.Məmmədova) xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməyərək Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-70/2020 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. İş materiallarından müəyyən olunur ki, kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi qeyd edilsə də, həmin pozuntuların nədən ibarət olması göstərilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə əsasən kas sasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdirsə, kassasiya şikayəti qaytarılır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.1-ci maddəsinin tələbinə əsasən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, şikayət işlə birlikdə onun geri qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.1, 408.1.3, 408.3-cü maddələrini rəhbər tutaraq QƏRA RA ALDİM: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1624/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-1374/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-1374/2021
15.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver