Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1375/2020 13.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Cavabdeh1 və vəkili Ağayev Nəsrulla Qiyas oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-6242/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(003)466/2019 saylı qətnaməsi ilə (hakim T.X.Əkbərov) iddiaçı “ xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış 004R********** saylı kredit razılaşması üzrə 22.970,67 ABŞ dolları əsas borc, 8.970,02 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları məbləğində cərimənin, cəmi 32 940,69 ABŞ dolları məbləğində borcun Cavabdeh1 “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış 004KK**********01 saylı kredit razılaşması üzrə 3 587,72 ABŞ dolları əsas borc, 358,77 ABŞ dolları faiz borcu, 35,87 ABŞ dolları məbləğində cərimə, cəmi 3 982,36 ABŞ dolları məbləğində borcun, ümumilikdə 36923,05 ABŞ dolları məbləğində borcun qətnamənin icra edildiyi günə olan manat məzənn əsi ilə manatla, ödənilmiş dövlət rüsumu üzrə 30 manatın “xxxx” QSC-nin xeyrinə ödənilməsi, tələbin Şəki şəhəri, Ruhulla Axundov küçəsində Cavabdeh1 mülkiyyətində olan 0,0806 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 36 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracda satılması və onun satışından əldə olunmuş vəsaitin hesabına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “xxxx” QSC-nə olan borcunun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-6242/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi T.S.Səmədov, İ.S.Şirinov və E.C.Kazımov) iddiaçı “xxxx” ASC-nin və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı ş əhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin Şəki şəhəri, Ruhulla Axundov küçəsində Cavabdeh1 mülkiyyətində olan 0,0806 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 36 nömrəli fərdi yaşayış evinin satışı hissəsində dəyişdirilməsi, evin ilkin satış qiymətinin 100.000 (bir yüz min) manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin iddianın təmin olunmamış, yəni Şəki şəhəri Ruhulla Axundov küçəsində Cavabdeh1 mülkiyyətində olan 0,0806 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 36 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin fərdi yaşayış evinə və torpaq sahəsinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin olunması, Şəki şəhəri Ruhulla Axundov küçəsində Cavabdeh1 mülkiyyətində olan 0,0806 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 36 nömrəli fərdi yaşayış evi hərracda satıldıqdan sonra bir ay müddətində Cavabdeh1 və Cavabdeh3 evdən çıxarılmaları qət edilmişdir. İşin halları: İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, əsas borca hesablanmış faiz və cərimənin tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada “xxxx” QSC-nin xeyrinə 004R********** saylı kredit razılaşması üzrə 22970,67 ABŞ dolları məbləğində kredit borcu, 9384,02 ABŞ dolları məbləğində faiz borcu və 16518,14 ABŞ dolları məbləğində cərimə borcu 004KK**********01 saylı kredit razılaşması üzrə 3587,72 ABŞ dolları məbləğində kredit borcu, 779,58 ABŞ dolları məbləğində faiz borcu və 2924,68 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 56164,81 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, Şəki şəhəri Ruhulla Axundov küçəsində Cavabdeh1 mülkiyy ətində olan 0,0806 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 36 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılması, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına "xxxx” QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması və Şəki şəhəri Ruhulla Axundov küçəsində Cavabdeh1 mülkiyyətində olan 0,0806 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 36 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin fərdi yaşayış evinə və torpaq sahəsinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 “xxxx” QSC ilə bağladığı xx xxxxx 2014-cü il tarixli 09L000005246 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 200.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 “xxxx” QSC ilə bağladığı xx xxxxxx 2014-cü il tarixli, 004R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx xxxx 2015ci il tarixli 004R**********S saylı, xx xxx 2016-cı il tarixli 004R**********SA saylı, xx xxxxxxx 2016-cı il tarixli 004R**********SB saylı, xx xxxxx 2017-ci il tarixli 004R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxx 2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 7029.33 ABŞ dolları ödəmiş, onun 22970.67 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx xxxxxxxx 2018-ci il tarixə 476 gün üçün hesablanmış faiz borcu 9384.02 ABŞ dolları və cərimə borcu 16518.14 ABŞ dolları təşkil edir. Bundan başqa, Cavabdeh1 “xxxx” QSC ilə bağladığı xx xxxx 2015-ci il tarixli, 004KK**********01 saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2 % olmaqla, müəyyən olmuş kredit limiti daxilində plastik kart vasitəsi ilə 3700 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx xxxx 2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 112.28 ABŞ dolları ödəmiş, onun 3587.72 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qayta rmadığı üçün xx xxxxxxxx 2018-ci il tarixə 180 gün üçün hesablanmış faiz borcu 779.58 ABŞ dolları və cərimə borcu 2924.67 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh - ipoteka verən Cavabdeh1 ilə bank arasında bağlanılmış xx xxxxx 2014-cü il tarixli, 04MQ00001401 saylı ipoteka müqaviləsi əsasında Şəki şəhəri Ruhulla Axundov küçəsində Cavabdeh1 mülkiyyətində olan 0,0806 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 36 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən 37 №-li reyestr kitabının 89 №-li vərəqində qeydiyyata alınmış RX ** ***** №-li çıxarışla Şəki şəhəri Ruhulla Axundov küçəsində Cavabdeh1 mülkiyyətində olan 0,0806 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 36 nömrəli fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün “xxxx” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan “xxxx” QSC cavabdeh - ipoteka verən Cavabdeh1 xx.xx.2018-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, xx.xx.2018-ci il tarixində ipoteka bildirişi qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidm ətinin 12 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və xx.xx.2018-ci il tarixdə həmin idarədə qeydiyyata alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh1 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh1 və vəkili Ağayev Nəsrulla Qiyas oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası məhkəməmühasibatl ıq ekspertizasının təyin olunması barədə kassatorun tələblərinə və faiz borclarına heç bir münasibət bildirməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh1 kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə borcun tutulması hissəsində ləğv olunmalı, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı və qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesa b edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin aşağıda qeyd olunan halları üzrə əsaslandırılmışdır. İş materiallarında olan “xxxx” QSC-nin maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli, 004R********** saylı kredit razılaşması üzrə banka 22970,67 ABŞ dolları əsas borcu, 8970,02 ABŞ dolları faiz borcu, 10445 ABŞ dolları cərimə, cəmi 42385,69 ABŞ dolları borcu yaranmışdır. İşdə olan “xxxx” QSC-nin maliy yə arayışından görünür ki, Cavabdeh1 xx xxxx 2015ci il tarixli, 004KK**********01 saylı kredit razılaşması üzrə banka 3587,72 ABŞ dolları əsas borcu, 358,77 ABŞ dolları faiz borcu, 35,87 ABŞ dolları cərimə, cəmi 3982,36 ABŞ dolları borcu yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi “İpoteka haqqında” Qanunun tələblərinə zidd olaraq qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərardadı ilə Şəki şəhəri, Ruhulla Axundov küçəsində Cavabdeh1 mülkiyyətində olan 0,0806 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 36 nömrəli fərdi yaşayış evinin hazırkı real bazar qiyməti barədə rəyin verilməsinin “xxxx” MMC-nə həvalə edilməsi qərara alınmışdır. “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin xx.xx.2019-cu il tarixli, MB 12/775 №-li ekspert rəyinə əsasən Şəki şəhəri Ruhulla Axundov küçəsində 0,0806 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 36 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 100.000 manat müəyyən edilmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərardadı ilə mübahisəli evin hazırkı real bazar dəyərini müəyyən etmək məqsədi ilə “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, MB 12/775 №-li mütəxəssis rəyi, hazırkı dövrün real bazar qiymətini əks etdirdiyindən, həmin rəydə göstərilən qiymət əsas götürülməlidir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 39.3-cu və 3 9.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərilməli, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətiəndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.1 -ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanların və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidilər. Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instan siyası məhkəməsinin gəlmiş olduğu nəticəni qismən, yəni borc məbləğinin tutulması hissəsində qanuni və əsaslı hesab etmir. Belə ki, Cavabdeh1 apellyasiya şikayətində həm ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməməsini, həm də borclu ilə kreditor arasında əsas və faiz borclarının düzgün müəyyən olunmamasını mübahisələndirsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən borc məbləğinin müəyyən edilməsinə dair apellyasiya şikayətinin digər dəlilinə hüquqi qiymət verilməmişdir. Bundan əlavə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışlarında yalnız ödənilməmiş borc məbləğləri qeyd olunmuş, cavabdeh tərəfindən hansı məbləğlərdə borcun ödənilməsi həmin maliyyə arayışlarında göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə görə işə baxılarkən x üsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdeh1 ka ssasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-6242/2019 saylı qətnaməsi borcun tutulması hissəsində ləğv olunsun və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1375/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1375/2020
13.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver