Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1375/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı İddiaçı: İddiaçı 2 qızı Cavabdeh: Cavabdeh2 Cavabdeh: Cavabdeh 3 İlkin iddia: “kredit müqaviləsinin etibarsız hesab edilməsi” Qarşılıqlı iddia: “borcun qaytarılması” Qarşılıqlı iddia: “kredit müqaviləsinin etibarsız hesab edilməsi” Açar qaytarılması sözlər: müqavilənin etibarsız hesab edilməsi və borcun Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçılar İddiaçı və İddiaçı 2 q ızının nümayəndəsi və vəkili Vəkil Sərkar oğlunun, Cavabdeh2 vəkili Bəgülov Rasim Ayaz oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4288/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı və İddiaçı 2 qızı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 06 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İşdə olan Bakı şəhəri 9 saylı Notariat Kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş və reyestrdə ****** nömrə ilə qeyd edilmiş 24 avqust 2017-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən Cavabdeh2 borc alan İddiaçı 80.000 ABŞ dolları şəklində verilir, bugünki manatla kurs üzrə (1 ABŞ dolları=1.70 manat) 136.000 (bir yüz otuz altı min) manat məbləğində pul borc verir. Borc alan 24.11.2017-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan Bakı şəhəri 9 saylı Notariat Kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş və reyestrdə **** nömrə ilə qeyd edilmiş 24 avqust 2017-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən Cavabdeh2 borc alan İddiaçı 2 qızına 80.000 (səksən min) ABŞ dolları şəklində verilir, bugünki manatla kurs üzrə (1 ABŞ dolları=1.70 manat) 136.000 (bir yüz otuz altı min) manat məbləğində pul borc verir. Borc alan 24.11.2017-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı Cavabdeh2 və cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onunla Cavabdeh2 arasında 80.000 ABŞ dolları (136.000 manat) məbləğində pula dair bağlanmış 24 avqust 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 İddiaçı qarşı «borcun qaytarılması» barədə qarşılıqlı iddia verərək (iddianın dəyişdirilmiş formasında), cavabdeh İddiaçı ilə bağlanmış 24.08.2017-ci il tarixli kredit müqaviləsinə əsasən ödənilməli olan 80.000 ABŞ dolları məbləğində vəsaitin və həmin vəsaitin vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi faiz uçot dərəcəsinə uyğun olaraq 8 faiz üzrə 6.400 ABŞ dollarının, cəmi 86.400 ABŞ dollarının qətnamənin icra olunduğu g ünə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla və dövlət rüsumu kimi ödənilmiş 30 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı 2 qızı Cavabdeh2 və Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya instansiya məhkəməsinə müraciət edərək, onunla Cavabdeh2 arasında 80.000 ABŞ dolları (136.000 manat) məbləğində pulu almasına dair ****** nömrəli reyestrdə təsdiq olunmuş 24 avqust 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli, 2(005)4 292/2019 nömrəli qərardadı ilə (hakim V.Ş.Quliyev) iddiaçı İddiaçı 2 qızının Cavabdeh2 və Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair 2(005)-4292/2019 nömrəli mülki işlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair 2(005)4291/2019 nömrəli mülki iş bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, 2(005)4291/2019 saylı qətnaməsi ilə (hakim V.Ş.Quliyev) İddiaçı Cavabdeh2 və cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair, həmçinin iddiaçı İddiaçı 2 qızının Cavabdeh2 və Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiaların təmin edilməməsi, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı «borcun qaytarılması» tələbinə dair qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı 80.000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü manata məzənnə ilə və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh2 xeyrinə tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumlarının iddiaçılara aid edilməsi qət olunmuşdur. Qətnamədən iddiaçılar İddiaçı və İddiaçı 2 qızı apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4288/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qərardadı ilə (hakimlər – R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və Z.A.Şirinov) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, 2(005)-4291/2019 saylı qətnaməsinin qismən, yəni qarşlıqlı iddianın təmin olunması hissəsində («İddiaçı 80000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü manata məzənnə ilə və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh2 xeyrinə tutulması» hissədə) ləğv edilməsi, mülki iş üzrə icraata həmin hissədə xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4288/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və Z.A.Şirinov) İddiaçı Cavabdeh2 və cavabdeh Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı «kredit müqaviləsinin etibarsız he sab edilməsi» tələbinə dair və iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı «borcun qaytarılması» tələbinə dair qarşılıqlı iddiaya dair, həmçinin iddiaçı İddiaçı 2 qızının Cavabdeh2 və Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, 2(005)-4291/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı və İddiaçı 2 qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, 2(005)-4291/2019 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı lar İddiaçı və İddiaçı 2 qızı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı və İddiaçı 2 qızının nümayən dəsi və vəkili Vəkil Sərkar oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 vəkili Bəgülov Rasim Ayaz oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə iddiaçılar İddiaçı, İddiaçı 2 qızı, Cavabdeh2 və Cavabdeh 3 Ofisinin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -39 0-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. -739.1-ci maddəsinə görə borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən)pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana)keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan)isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır.Tərəflərin r azılaşması ilə yazılı formadan da istifadə edilə bilər. -334.1-ci maddəsinə görə əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. -337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcbur etmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcbur etmə əqdin etibarsızlığına səbəb olur. Məcbur etmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcbur etmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcbur etmə sayılmır. -339.1-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər.Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir.Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa,aldadılmış tərəf əqdi mübahisələndirə bilər.Barəsində suslan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki,digər tərəf vicdanla bunu gözləsin. -354.2-ci maddəsinə əsasən həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşdə olan sübutlardan məlum olur ki, kredit (borc) müqavilələri notariat qaydasında təsdiq olunmaqla,əqdin iştirakçıları tərəfindən imzalanmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı əqdin məcburetmə (zorakılıq) nəticəsində bağlanmasını iddia etsə də, bu barədə və eyni zamanda,əqdin aldatma yolu ilə bağlanması ilə bağlı məhkəməyə hər hansı mötəbər süb ut təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıbbağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı lar əqdin mübahisələndirilməsi üçün müddəti də ötürmüşlər. İş materiallarından məlum olur ki, borc müqavilələri 24 avqust 2017-ci il tarixdə bağlanmışdır və iddiaçılar iddia etdikləri məcburetmə və ya aldatma hərəkətləri ilə bağlı öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gün də məhz həmin tarix hesab olunmalıdır (iddiaçı tərəf bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir). Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar isə hazırki tələblərlə məhkəməyə 2019-cu ilin sentyabr ayında, yəni 02 il 01 ay sonra müraciət etmiş, bununla da Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan 1 illik müddət ötürülmüşdür. Bu halın özü də (iddianın əsassızlığı ilə bağlı yuxarıda qeyd edilənlərlə yanaşı) iddiaların rədd olunması üçün qanuni əsas təşkil edir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları n əzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı və İddiaçı 2 qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4288/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1375/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1375/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver