Məhkəmə qərarları › İş №2(102)-1375/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1375/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1375/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair ilk iddiası, Cavabdeh1 İddiaçı ASC-yə qarşı «əsassız alınmış pulun qaytarılması» tələbinə dair qarşılıqlı iddiası üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə faizlərin və zərərin tutulması, iddia müddətinin tətbiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2021-ci il tarixli, 2( 103)-8642/2021 saylı qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" İKB ilə Cavabdeh1 arasında bağlanmış 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 15 % qaytarmaq şərtilə 29.870 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan “Toyota Prado” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək üçün həm də Cavabdeh2 ilə 24 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır.

2. Bakı şəhə ri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(006)2889/2018 saylı qətnaməsi ilə (hakim N.Tağıyeva) iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada ödəniş vaxtı milli manata məzənnədə əsas borca görə 22.050,06 ABŞ dolları, faiz borcuna görə 7.284,34 ABŞ dolları, hesablanmış cəriməyə görə 800 ABŞ dolları olmaqla, cəmi 30.134,40 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan “Toyota Prado” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılmas ı və əldə edilən pul vəsaiti hesabına kredit borcunun ödənilməsi qət edilmişdir.

3. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2019-cu il tarixli, 2(103)- 4869/2019 saylı qətnaməsi ilə (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilərək, faiz borcunun 3.243,58 ABŞ dolları, əsas, faiz borcunun və cərimənin cəmi məbləğinin 26.093,64 ABŞ dolları müəyyən edilməsi və qalan mübahisələndirilən hissədə qətnamənin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

4. Həmin qətnamədən iddiaçı "xxxx" İKB ASC tə rəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18.10.2019-cu il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 26.02.2021-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.241,65 ABŞ dolları məbləğində əldən çıxmış fayda və 3.530 ABŞ dolları məbləğdə banka dəymiş zərər olmaqla, cəmi 4.771,65 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsum unun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 banka gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.241,65 ABŞ dolları məbləğində əldən çıxmış fayda və 3.530 ABŞ dolları banka dəymiş zərər olmaqla, ümumilikdə cəmi 4.771,65 ABŞ dolları borcu vardır. 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də, cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə q oyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəklində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir.

7. Cavabdeh1 İddiaçı ASC-yə qarşı «əsassız alınmış pulun qaytarılması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC tərəfindən əsassız olaraq alınmış 3.542 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 8.Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, sözügedən kredit müqaviləsi üzrə Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(006)-2889/2018 saylı qətnaməsi qəbul edildikdən sonra qətnamənin surəti rəsmi qaydada cavabdehlərə təqdim edilmədiyi halda, Nəsimi Rayon Məhkəməsi tərəfindən 06.08.2018-ci il tarixli icra sənədi verilmiş və bunun əsasında icraat başlanmış, avtomobilin hərraca çıxarılması üçün prosedur həyata keçirilmiş və Cavabdeh1 avtomobilinin dəyər-dəyməzə satılmaması üçün məcbur olub həmin qətnamə üzrə "xxxx" İKB ASC-yə 12.02.2019-cu il tarixdə 29.635 ABŞ dolları məbləğində pul ödəmişdir. Daha sonra cavabdeh tərəfindən qətnamənin surəti rəsmi qaydada alınmış və apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2019-cu il tarixli, 2(103)-4869/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi faizin tutulması hissəsində dəyişdirilərək, faiz borcu 3.243,58 ABŞ dolları məbləğində, əsas borc, faiz və cərimənin ümumilikdə cəmi məbləği 26.093,64 ABŞ dolları müəyyən edilmişdir. Cavabdeh tərəfindən borc məbləği Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi və 06.08.2018-ci il tarixli icra sənədi əsasında 12.02.2019-cu il tarixdə artıqlaması ilə banka ödənilmiş olsa da, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası tərəfindən yenidən 19.04.2019-cu il tarixli icra sənədi verilmiş və Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən yenidən icra tədbirləri həyata keçirilmişdir. Çoxsaylı müraciətlərdən sonra İddiaçı ASC tərəfindən borcun ödənildiyinə dair məktub verilmiş və bundan sonra icra işi üzrə icraata xitam verilmişdir. Daha sonra Cavabdeh1 dəfələrlə İddiaçı ASC-yə müraciət edərək, artıq ödədiyi məbləğin geri verilməsini tələb etsə də, onun bu tə ləbi təmin edilməmişdir. Hətta 29.01.2021-ci il tarixli 58 saylı vəkil sorğusu ilə bütün bu qeyd edilən hallar göstərilməklə İddiaçı ASC-yə müraciət edilsə də, tələbləri təmin edilməmişdir. Bundan sonra İddiaçı ASC əsassız və qanunsuz olaraq artıq aldığı pul məbləğini geri qaytarmamaq üçün hazırkı əsassız və qanunsuz iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, yuxarıda da qeyd olunduğu kimi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.04.2019-cu il tarixli, 2(103)-4869/2019 saylı qətnaməsinə əsasən Cavabdeh1 həmin 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə "xxxx" İKB ASC-yə (İddiaçı ASC-yə) cəmi 26.093,64 ABŞ dolları borclu olduğu təsdiq edilsə də, onun tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ləğv edilmiş 14.06.2018-ci il tarixli, 2(006)-2889/2018 saylı qətnaməsinə və icra sənədinə əsasən banka 29.635 ABŞ dolları məbləğində pul ödəmişdir. Bununla da, "xxxx" İKB ASC (İddiaçı ASC) tərəfindən Cavabdeh1 əsassız olaraq 3.542 (29.635 – 26.093 = 3.542) ABŞ dolları məbləğində artıq pul alınmışdır. Cavabdeh1 və Cavabdeh2 tərəfindən banka nəinki zərər vurulmamışdır, əksinə İddiaçı ASC Cavabdeh1 3.542 ABŞ dolları məbləğində pulu əsassız alaraq ona zərər vurmuşdur. Bu səbəbdən həmin pul məbləğ İddiaçı ASC-dən tutularaq Cavabdeh1 qaytarılmalıdır.

9. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2(006)-2761/2021 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair ilkin iddiasının iddia müddəti tətbiq edilməklə rədd edilməsi, Cavabdeh1 İddiaçı ASC-yə qarşı «ə sassız alınmış pulun qaytarılması» tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, 3.542 ABŞ dolları məbləğdə pulun ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla İddiaçı ASC-dən tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18.10.2019-cu il tarixli, 2(102)-6145/2019 saylı qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(006)-2889/2018 saylı qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması» tələb inə dair iddiası qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada ödəniş vaxtı milli manata məzənnədə əsas borca görə 22.050,06 ABŞ dolları, faizə görə 7.284,34 ABŞ dolları, hesablanmış cəriməyə görə 800 ABŞ dolları olmaqla, cəmi 30.134,40 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan «Toyota Prado» markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və əldə edilən pul vəsaiti hesabına kredit borcunun ödənilməsi qət edilmişdir. Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2019-cu il tarixli, 2(103)- 4869/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, faizin 3.243,58 ABŞ dolları, əsas borcun, faizin və cərimənin isə cəmi məbləğinin 26.093,64 ABŞ dolları müəyyən edilməsi və qalan mübahisələndirilən hissədə qətnamənin apellyasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılması qət edilmişdir. İddiaçı "xxxx" İKB ASC apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18.10.2019-cu il tarixli, 2(102)-6145/2019 saylı qərarı ilə iddiaçı "xxxx" İKB ASC-nin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2019- cu il tarixli, 2(103)-4869/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

11. Məhkəmə qeyd etmişdir ki, ilkin iddia üzrə iddiaçı ilkin iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün nəzərdə tutulan iddia müddətini ötürmüşdür.

12. Məhkəmə hesab etmişdir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

13. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, 3.542 ABŞ dolları məbləğində pulun İddiaçı ASC tərəfindən əsassız olaraq alınması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən işin mübahisə edilməyən faktiki halıdır. İddiaçı ASC 3.542 ABŞ dolları əsassız varlandığından, qarşılıqlı iddia təmin edilməli, həmin pul vəsaiti ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla İddiaçı ASC-dən tutularaq Cavabdeh1 ödənilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 376, 377, 378, 375-ci maddələrinə və Azərbaycan Respublikası Prosessual Mülki Məcəlləsinin 82.3-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və İddiaçı ASCnin cavabdehlər Cavabdeh1 və Cav abdeh2 qarşı “borcun tutulması" barədə iddia tələbinin təmin edilməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2021-ci il tarixli, 2(103)-8642/2021 saylı qətnaməsi ilə (hakimlər R.M.Həsənov (sədrlik edən və məruzəçi), V.Ə.İbayev və Ş.Ə.Məhərrəmova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən irəli sürülən tələblər tərəflər arasında bağlanmış 24 dekabr 2014-cü il tarixli müqavilədən irəli gəldiyindən, həmin müqavilə üzrə iddia müddəti isə üzrsüz səbəbdən ötürüldüyündən, həmçinin iddia müddətinin tətbiqinə dair ilk iddia üzrə cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə verdiyindən, birinci instansiya məhkəməsinin bu əsasla ilk iddianı rədd etməsi əsaslı olmuşdur.

18. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın təmin edilməsi ilə bağlı qeyd etmişdir ki, iş materialları ilə qarşılıqlı iddiaçı tərəfindən 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış və məhkəmənin qətnaməsi əsasında tutulmalı olan 26.093,64 ABŞ dolları borcun müqabilində borclular Cavabdeh1 və Cavabdeh2 tərəfindən tələbkar İddiaçı ASC-yə 3.542,00 ABŞ dolları artıq ödəniş edilmişdir. Bununla da, bank qarşılıqlı iddiaçının hesabına əsassız varlanmışdır.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, qarşılıqlı iddia tələbi əsaslı olmuşdur və birinci instansiya məhkəməsinin qarşılıqlı iddianı təmin etməklə bağlı gəldiyi nəticə əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası t ərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir.Bundan başqa məhkəmə tərəfindən ilkin iddia tələbinin iddia müddəti tətbiq edilməklə rədd edilməsi anlaşılmazdır. Belə ki, qətnamədə iddia müddətinin axımının hansı tarixdən başlanıldığı və bank tərəfindən məhkəməyə iddia tələbi ilə müraciət etməli olduğu tarixlər dəqiq göstərilməmiş və iddia müddətinin nə qədər ötürüldüyü qeyd edilməmişdir. Həmçinin məhkəmə normaları tətbiq edərkən tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir. Belə ki, Cavabdeh1 banka olan borc məbləğini ödəyərkən, məhkəmə qətnaməsi qanuni qüvvəsini almamışdır və sonuncu ödəniş tarixi olan 12.02.2019-cu il tarixə banka olan borc məbləği ödəniş məbl əğindən artıq olmuşdur. Borclunun banka güzəştlə bağlı müraciəti nəzərə alınaraq onun banka olan borc məbləği tam olaraq tələb edilməmişdir. Bundan başqa, qarşılıqlı iddia üzrə iddiaçı qeyd olunan məbləği tələb etmək müddətini ötürmüşdür. Qarşılıqlı iddiaçı iki il ərzində qeyd olunan məbləği tələb edə bilərdi. Belə ki, sonuncu ödəniş 12 fevral 2019-cu il tarixdə edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

367. Müddət anlayışı 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirmək dən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə

373. İddia müddətləri 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə

375. İddia müddətinin tətbiqi 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə

377. İddia müddətinin başlanması 377.

1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə

380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya m üəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə

472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tu tulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları a raşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müə yyən edilmiş qüvvəsi yoxdur. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

25. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sü but olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

26. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsi n (maddə 418.3).

27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruz əsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ilkin iddianın rədd edilməsinə dair hissədə ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

30. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə "xxxx" İKB ilə Cavabdeh1 arasında bağlanmış 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 15 %-lə 29.870 ABŞ dolları məbləğində kredit verilmiş, kreditin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan “Toyota Prado” minik markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmiş, həmçinin Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Borcalan müqavilə öhdəliklərini y erinə yetirmədiyinə görə kreditor borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli, 2(006)-2889/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada ödəniş vaxtı milli manata məzənnədə əsas borca görə 22.050,06 ABŞ dolları, faiz borcuna görə 7.284,34 ABŞ dolları, hesablanmış cəriməyə görə 800 ABŞ dolları olmaqla, cəmi 30.134,40 ABŞ dolları kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan “Toyota Prado” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və əldə edilən pul vəsaiti hesabına kredit borcunun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi M ülki Kollegiyasının 19 aprel 2019-cu il tarixli, 2(103)- 4869/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilərək, faiz borcunun 3.243,58 ABŞ dolları, əsas, faiz borcunun və cərimənin isə cəmi məbləğinin 26.093,64 ABŞ dolları müəyyən edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı "xxxx" İKB ASC tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18.10.2019-cu il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

31. Həmçinin iş materiallarında olan İddiaçı ASC-nin Nəsimi rayon İcra və Probasiya şöbəsinə ünvanlandığı 31.01.2020-ci il tarixli məktubun kserosurətindən görünür ki, Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 19.04.2019-cu il tarixli qətnaməsi üzrə 12.02.2019-cu il tarixdə ödəniş edilmiş və qalıq borc ona güzəşt edilmişdir (səh. 47).

32. İş materiallarından həmçinin görünür ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-4869/2019 saylı, 19.04.2019-cu il tarixli icra vərəqəsi üzrə borclu Cavabdeh1 mülkiyyətində olan “Toyota Prado” markalı avtomobilin axtarışı elan olunmuşdur (səh. 53).

33. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə məhkəmələrin gəldiyi nəticə və əsaslandırılması ilə razılaşır. Belə ki, Cavabdeh1 kreditorun əvvəlki iddiası üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 26.093,64 ABŞ dolları məbləğdə pul ödəməli olduğu halda, 29635 ABŞ dolları məbləğdə pul ödəmişdir. Məhkəmələr yaranan fərqi haqlı olaraq bankın əsassız varlanması kimi qəbul etmiş və bu fərqin qaytarılması barədə düzgün nəticəyə gəlmişdir.

34. Lakin ilkin iddianın rədd olunması zamanı məhkəmənin araşdırması yarımçıq olmuşdur. Belə ki, İddiaçı ASC iddia tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 445.2, 445.7, 449.1, 472.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

35. Birinci instansiya məhkəməsi həmin tələbə iddia müddəti tətbiq etməklə iddianı rədd etmişdir. Bu zaman məhkəmə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.241,65 ABŞ dolları məbləğində əldən çıxmış fayda və 3.530 ABŞ dolları banka dəymiş zərərin hansı dövr üçün hesablandığını, ilkin iddiada irəli sürülmüş tələblər üzrə iddia müddətinin axımının nə vax tdan başlanmasını, bu tələblərin hansı növə aid olduğunu, həmin tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində hansı iddia müddətinin nəzərdə tutulduğunu göstərməmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi də bu halları araşdırmamış, tərəflər arasında kredit müqaviləsinin 24 dekabr 2014-cü ildə 36 ay müddətinə bağlandığını və 3 ildən sonra müqavilənin qüvvədə olma müddətinin başa çatdığını bildirmiş, Mülki Məcəllənin 373-cü maddəsinə istinad etməmişdir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı tələb üzrə iddia müddətinin araşdırılması zamanı ilk növbədə həmin tələbin hansı növə aid olduğu müəyyən edilməlidir. Çünki Mülki Məcəllənin 373-cü maddəsində iddia müddətləri tələblərin növünə görə müəyyən edilmişdir.

38. Həmçinin iddia müddətinin tətbiqi, hər bir halda iddia müddətinin axımının başlanğıcının müəyyənləşdirilməsini tələb edir. Buna görə də iddia müddəti tətbiq edilmiş məhkəmə aktında həm iddia tələbinin növü, həm bu növ tələblər üçün Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş müddətlər göstərilməli, həm də iddia müddətinin axımının başlanğıcı müəyyən edilməlidir. Lakin məhkəmələr bu cür araşdırma aparmamışdır.

39. Bundan başqa, ilkin iddianın həlli zamanı həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə istinad etmişdir. Bu normaya görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

40. Lakin məhkəmələr bu normanın baxılan işə hansı faktla bağlı tətbiq olunduğunu, hansı faktın yenidən sübut edilməsinə ehtiyac olmadığını açıqlamamışdır.

41. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

42. A pellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddiaya aid hissədə hüquqi müəyyənlik prinsipinə cavab vermədiyinə görə həmin hissədə ləğv olunmalıdır.

43. Məhkəmə kollegiyası işə yenidən baxan məhkəmənin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, “müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və Mülki Məcəllənin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.

44. MM-nin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalard a suiistifadə edilməsinə yol verilmir.

45. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

46. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir.

47. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri).

48. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

49. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.

50. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir.

51. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

53. Lakin bu müddəa kreditorun hər hansı digər ə saslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

54. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir

55. Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəld ikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir.

56. Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır.

57. Mülki prosessual qanunvericiliyin müddəalarından irəli gələrək, qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun v ə hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir.

58. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddə sinin tələbləri baxımından düzgün qiymət verməlidir.

59. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2021-ci il tarixli, 2(103)-8642/2021 saylı qətnaməsi ilkin iddianın rədd edilməsinə dair hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar