Məhkəmə qərarları › İş №2(102)-1376/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1376/2020

27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1376/2020 27.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-1654/2019 saylı qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova, iş № 2(001)-14388/2017) iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabd eh1 və qeyrilərinə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh1 əsas kredit borcuna görə 553.664 manat, faiz borcuna görə 112.731.03 manat, cəriməyə görə 5000 manat, cəmi 671.395,03 manat bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhərinin N-də yerləşən mənzilinə, Badamdar qəsəbəsində yerləşən fərdi yaşayış evinə və X3 məxsus Ndəki fərdi yaşayış evinə yönəldilməsi, 8-ci mikrorayonda yerləşən mənzilin ilkin satış qiymətinin 160.000 manat, Badamdar qəsəbəsindəki fərdi yaşayış evinin ilkin satış qiymətinin 350.000 manat, Saray qəsəbəsindəki evin ilkin satış qiymətinin 125.000 manat dəyərində qiymətləndirilməsi, həmin əmlakların açıq hərracdan satılması, əldə olunmuş pul və saitindən hərracın keçirilməsi üzrə xərclər çıxıldıqdan sonra qalan pul vəsaitinin hesabına kredit borclarının ödənilməsi, yaşayış sahələri satıldıqdan sonra ən geci 1 ay ərzində onların boşaldılması, cavabdehlərin oradan çıxarılması, satışdan əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə qalan borcun Cavabdeh1 alınaraq banka verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Mərdanova, E.M.Həsənov və F.F.Babayev) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsinə aid hissədə dəyişdirilib cavabdeh X2 mülkiyyəti ndə olan Bakı şəhəri, N saylı fərdi yaşayış evinin bazar dəyəri 160.000 manat, Cavabdeh1 mülkiyyətində olan N saylı evin 53 saylı mənzilinin bazar dəyərinin 165.000 manat, N saylı fərdi yaşayış evinin bazar dəyərinin 445.000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: Bankla Cavabdeh1 arasında xx xxxxxxx 2016-cı il tarixdə Baş kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 illik istifadə dərəcəsi 17 faiz olmaqla 36 ay müddətinə 585.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi borcluya və digər cavabdehlərə məxsus olan yuxarıda göstərilən yaşayış sahələri ipoteka ilə yüklü edilmiş, ipoteka müqavilələri notariatda təsdiq olunmuş və dövl ət qeydiyyatına alınmışdır. 2017-ci ilin sentyabr ayında bank borcluya və digər şəxslərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh1 müqavilə öhdəliyinin icrasını lazımınca təmin etməməsini əsas göstərməklə Cavabdeh1 əsas kredit, faiz və cərimə borclarına görə cəmi 746.778.24 manat tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsini və s. xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı “xxxx” ASC kassasiya şikayəti verərək ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyən etmiş Dövlət Reyestri Xidmətinin rəyinin daha düzgün və mötəbər olmasına baxmayaraq məhkəmənin yalnız 2017-ci ilin dekabr ayında qeydiyyata alınmış və qısa bir müddət ərzində fəaliyyət göstərən “xxxx ” MMC-nin rəyinə əsaslanaraq əmlakların ilkin satış qiymətini müəyyən etməsini və s. əsas göstərməklə qətnamənin ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən olunmasına dair hissədə ləğv edilməsi və işin həmin hissədə yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materialla rını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, tərəflər xx xxxxxxx 2016-cı il tarixli Baş kredit müqaviləsini bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Müqaviləyə əsasən bank Cavabdeh1 585.000 manat məbləğində kreditin verməsini, cavabdeh isə həmin məbləği ona hesablanmış faizlərlə birlikdə müəyyən olunmuş müddətdə və qaydada banka qaytarmaq barədə üzərlərinə öhdəliklər götürmüşlər. Mülki Məcəllənin öhdəlik münasibətlərini tənzimləyən 3 85.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müəyyən olunduğu kimi bank üzərinə götürdüyü öhdəliyə əməl edərək müqavilədə müəyyən olunmuş kredit məbləğini borclu Cavabdeh1 ödəmiş, sonuncu isə kreditin müqavilədə müəyyən olunmuş müddətdə və məbləğdə ödənilməsini təmin etməməklə öhdəliyini lazımınca icra etməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin icra edilməməsi üçün borclunun məsuliyyətini müəyyən edən Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müqavilə öhdəliyinin borclu tərəfindən təmin olunmaması səbəbindən bank borcun tutulmasının ipoteka predmetinə yönəldilməsini tələb etmiş və məhkəmə tərəfindən Mülki Məcəllənin 295 və 319-cu maddələrinin tələbi əsas göstərilməklə tutmanın ipoteka predmetlərinə yönəldilməsi qət edilmiş və bu zaman ipoteka predmetlərinin ilkin satış qiymətləri müəyyən edilmişdir. İşdən görünür ki, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilmə si üçün qiymətləndirmə fəaliyyətini həyata keçirən müxtəlif mütəxəssislərə müraciət olunmuş və onlar tərəfindən fərqli qiymətlər müəyyən olunmuşdur. İşə baxan məhkəmə kollegiyası tərəfindən ipoteka müqavilələrində müəyyən qiymətlərlə həmin rəylərdə müəyyən olunmuş qiymətlər müqayisəli şəkildə təhlil olunmaqla əmlakların yuvarlaqlaşdırılmış orta bazar dəyərləri müəyyən olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən əmlakların müəyyən olunmuş dəyərlərini şübhə altına alan və eləcə də həmin qiymətlərlə əmlakların real bazar dəyəri arasında kəskin qiymət fərqinin olmasını təsdiq edən sübutlar müəyyən olunmadığından, kollegiya əmlakların ilkin bazar qiymətlərinin düzgün olmaması barədə kassasiya şikayətinin dəlillərinin əsassız sayır və hesab edir ki, qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsa slar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar