Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1378/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması 15.04.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-522/2020 nömrəli iş üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 15 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açı q məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, Cavabdeh və İddiaçı arasında bağlanmış 26 may 2016-cı il tarixli kredit müqaviləsi ilə İddiaçı Cavabdeh illik 12 faizlə, 12 ay müddətinə 29620 ABŞ dolları məbləğində kredit vermişdir, sonuncu isə həmin krediti və hesablanmış faizləri müqavilədə nəzərdə tutulmuş valyutada ödəməyi öhdəsinə götürmüşdür.
2. İddiaçı-nin 05 mart 2018-ci il və 14 iyun 2018-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh 26 may 2017-ci il tarixədək əsas borcu 29620 ABŞ dolları, faiz borcu 2644,16 ABŞ dolları, cərimə borcu 39,49 ABŞ dolları olmaqla, cəmi borcu 32303,65 ABŞ dolları təşkil edir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2020-ci il tarixli məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə Cavabdeh İddiaçıyə 26 may 2017-ci il tarixinə olan cəmi borcu 32224,84 ABŞ dolları məbləğində, o cümlədən əsas borc üzrə 29591,22 ABŞ dolları və faiz borcu üzrə 2633,62 ABŞ dolları müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı-nin xeyrinə 26 may 2016-cı il tarixli kredit müqaviləsi üzrə 29620 ABŞ dolları əsas borc, 2644,16 ABŞ dolları hesablanmış faiz borcu, 39,49 ABŞ dolları dəbbə pulu, cəmi 32303,65 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən Cavabdeh 26 may 2016-cı il tarixli kredit müqavi ləsinə əsasən illik 12 faizlə, 12 ay müddətinə 29620 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamış və borcu ödəməkdən boyun qaçırmışdır
6. Quba Rayon Məhkəməsinin 25 iyun 2018-ci il tarixli, 2(027)-1281/2018 saylı qətnaməsi ilə (hakim F.M.Yaqubov) İddiaçı-nin Cavabdeh qarşı borc tələbinə dair iddia təmin edilib, Cavabdeh 26 may 2016-cı il tarixli, 100.L.N.1604.26051.00001 saylı kredit müqaviləsi üzrə yaranmış 29620 ABŞ dolları məbləğində əsas borc, 2644,16 ABŞ dolları məbləğində faiz borcu, 39,49 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 32303,65 (otuz iki min üç yü z üç dollar altmış beş sent) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi müəyyənləşdirilmiş vaxt ərzində icra etməyi öhdəsinə götürməsinə baxmayaraq, icra etməmişdir, halbuki, iddiaçı Bank öz üzərinə götürdüyü bütün öhdəliklərini icra etmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 448.1, 739.1, 739.2-ci, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsasla ndırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-522/2020 nömrəli iş üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 25 iyun 2018-ci il tarixli, 2(027)-1281/2018 saylı qətnaməsi – «Cavabdeh 26 may 2016-cı il tarixli, 100.L.N.1604.26051.00001 saylı kredit müqaviləsi üzrə yaranmış 29620 ABŞ dolları məbləğində əsas borcunun, 2644,16 ABŞ dolları məbləğində faiz borcunun İddiaçı-nin xeyrinə tutulması» hissəsində dəyişdirilmiş, əsas borcun 29591,22 ABŞ dolları və faiz borcunun 2633,62 ABŞ dolları məbləğində müəyyən ed ilməsi, qətnamənin – «Cavabdeh 26 may 2016-cı il tarixli, 100.L.N.1604.26051.00001 saylı kredit müqaviləsi üzrə 39,49 ABŞ dolları məbləğində cərimə borcunun (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla) və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması» hissəsində dəyişdirilmədən saxlanılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 99,87 manat hissəsinin Cavabdeh, 23 qəpik hissəsi isə İddiaçı-dən alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməsi qət edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır.
12. Bununla yanaşı məhkəmə kollegiyası hesab etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2020-ci il tarixli məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə əsas borcun 29591,22 ABŞ dolları və faiz borcunun 2633,62 ABŞ dolları məbləğində müəyyən edilməsi əsaslı olub, işin həqiqi hallarına uyğun olduğuna görə qəbul edilməli və kredit müqaviləsi üzrə əsas və faiz borcu ekspert rəyində olan məbləğdə müəyyən olunmalıdır.
13. Eyni zamanda kredit müqaviləsi üzrə dəbbə borcunun qeyd olunan məbləğdə təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla iddiaçı bank arasında kredit müqaviləsi 18 aprel 2014-cü ildə 50000 manat kredit verilməsi barədə bağlanmışdır. İddiaçı bank ABŞ dollarının kəskin deyişməsi ilə bağlı yaranmış şəraitdən öz xeyrinə istifadə etmiş və18 aprel 2014-cü il tarixli kredit müqaviləsinin predmetində özbaşına, təktərəfli olaraq dəyişiklik edərək valyutanı ABŞ dolları ilə ifadə etmiş, həm də müqavilənin tarixini 26 may 2016-cı il olaraq dəyişdirmişdir.
16. Bundan başqa apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə ondan tutulması qət edilmiş faiz borcunun və dəbbə pulunun hansı qaydada hesablanması əsaslandırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi.
19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə idd iaçı hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlə rə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
24. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
25. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə göt ürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)
26. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)
27. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)
28. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)
29. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1) Mülki Prossesual Məcəllə
30. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
31. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
32. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
33. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
35. Kassasiya inst ansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası kredit müqaviləsinin tarixinin və predmetinin valyutasının iddiaçı bank tərəfindən birtərəfli qaydada dəyişdirilməsi ilə bağlı kassa siya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (31)
38. Bundan başqa kassasiya şikayətinin digər dəlili olan apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə cavabdehdən tutulması qət edilmiş faiz borcunun və dəbbə pulunun hansı qaydada hesablanmasının əsaslandırılmaması ilə bağlı qeyd edilməlidir ki, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, ekspertin 19 mart 2020-ci il tarixli rəyi ilə Cavabdeh İddiaçı-yə 26 may 2017-ci il tarixinə olan cəmi borcu 32224,84 ABŞ dolları məbləğində, o cümlədən əsas borc üzrə 29591,22 ABŞ dolları və faiz borcu üzrə 2633,62 ABŞ dolları müəyyən edilmişdir. Eks pert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, qeyd edilən ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməmişdir.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-522/2020 nömrəli iş üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.