Məhkəmə qərarları › İş №2(102)-1378/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1378/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1378/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun ödənilməsi, iddia müddəti) 15.03.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.10.2021-ci il tarixli, 2(103)9488/2021 saylı qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı q əbul etdi. İşin halları

1. Cavabdeh iddiaçılardan 2008-ci ilin aprel-may aylarında 6000 manat, 25.06.2008ci ildə isə 41000 manat faizə borc almışdır. Cavabdeh 08.04.2009-cu il tarixli iltizamda borcdan 2500 manat, 2400 ABŞ dolları qaytardığını bildirmiş və qalan borcu may ayının axırına qədər ödəmək barədə öhdəlik götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı 20.09.2016-cı ildə iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 42628 manat məbləğində pulun alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20.12.2016-cı il tarixli, 2(009)-5030/2016 saylı qiyabi qətnaməsi ilə (hakim A.Tağıyev) iddia tə min edilmiş, lakin məhkəmənin 25.06.2021-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilərək, işə mahiyyəti üzrə baxılması təzələnmişdir.

4. Daha sonra iddiaçılar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, Cavabdeh 42.628 manat və əldən çıxmış fayda kimi 80.000 manat pulun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və ərizədə göstərmişlər ki, cavabdehin öz öhdəliklərini yerinə yetirməməsi və borcunu vaxtında qaytarmaması nəticəsində onlara zərər vurulmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onların əmlak vəziyyətləri kəskin pisləşmiş, həmin müddət ərzində əldə edə biləcəkləri fayda kimi 80.000 manat pul vəsaiti əldən çıxmışdır.

5. Cavabdeh nümayəndəs i və vəkili X3 22.07.2021-ci il tarixdə iddia müddətinin tətbiqinə dair ərizə verərək iddia müddətinin tətbiq edilməsi ilə iddia tələblərinin rədd edilməsini məhkəmədən xahiş etmiş, izahatında bildirmişdir ki, qəbzin məzmunu kifayət qədər sual yaradır. Qəbz iki yazıdan ibarətdir və müxtəlif qələmlərlə yazılıb. Birinci hissədə imza yoxdur. İkinci hissə birinci hissədə göstərilənləri müəyyən həcmdə təkrarlayır. Qəbzin məhz kimə ünvanlandığı da məlum deyil. Yəni borc sahibinin istənilən şəxs olması mümkündür. Bu sübutun mötəbərliyinə kifayət qədər şübhə var. Lakin həmin qəbz mötəbər sayılsa belə, bu zaman iddia müddəti ötürülmüşdür. Müddət tərəfin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan hesablanır. Həmin qəbz 2009-cu ilin may ayında yazılmışdırsa, bu zaman 2012-ci ilin may ay ında müddət bitmişdir. Cavabdehin bildirdiyinə görə tərəflər arasında faizli kredit münasibətləri mövcud olub. Cavabdeh tərəfindən bu məbləğ faizləri ilə birlikdə ödənilib. Həqiqətən də 2009-cu ilin may ayı cavabdeh tərəfindən pulun son ödəniş vaxtı kimi razılaşdırılıb. Cavabdeh deyilən vaxta qədər borc məbləğinin böyük hissəsini qaytarıb və bu ödənişlər, tərəflərin ümumi qohumlarının vasitəsi, yaxud iştirakı ilə həyata keçirilib. Lakin öhdəliyin icrası üçün razılaşdırılmış son tarixdə borc məbləğinin bir hissəsi - cavabdehin hesablamalarına görə 8000 manat, iddiaçının o vaxtkı hesablamalarına görə 18 000 manat hissəsi-qalıb. Bu fərq faizlərin hesablanması ilə bağlıdır. Belə ki, cavabdehin müəyyən dövrdən sonra faiz ödəmək imkanının olmadığı, bu səbəbdən yalnız əsas borcu qaytarmaq istədiy ini bildirməsi müqabilində iddiaçı tərəf əvvəlcə buna razılıq vermiş, ödəmə edildikdən sonra isə ödənilən pulun bir hissəsini faiz ödəmələrinə hesabladığı üçün belə bir fərq yaranmışdır. Ödəmələr məhz razılaşdırılmış vaxtda həyata keçirilmişdir. Cavabdeh ödənişi etdikdən sonra iddiaçı tərəf qalan hissənin 18000 manat olduğunu bəyan etmiş, cavabdeh bu məbləğlə razılaşmamışdır. Bu səbəbdən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(009)5030/2016 saylı qətnaməsi ilə (hakim Ş.Süleymanova) iddia təmin edilməmiş, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilmişdir.

7. Məhkəmə iddia müddətinin keçdiyini nəzərə alaraq, cavabdehin ərizəsi əsasında iddia müddətini tətbiq etmə klə iddia tələbini rədd etmiş və iddianın rədd edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iltizam (qəbz) mötəbər sübut hesab edilsə belə, hər iki halda, iddia müddəti 2012-ci ilin may ayında bitmişdir. Çünki, qəbzdə son ödəniş vaxtı may ayı olaraq göstərilir ki, bu səbəbdən may ayının son günü öhdəliyin son icra günü olaraq qəbul edilməlidir. Qəbzdən görünür ki, iddia müddətinin axımının başlandığı gün 2009-cu ilin may ayıdır və iddia müddətinin axımının dayandırılması və ya kəsilməsi ilə bağlı hallar da müəyyən edilməmişdir. Məhkəmə iddia tələbinin əldən çıxmış faydaya görə 80.000 manat məbləğində pul tələbi ilə bağlı hesab etmişdir ki, əsas tələb və ona istinadən törəmə tələb olduğundan iddia tələbinin bu hissəsinə də iddia müddəti tətbiq edilərək təmin edilməməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 375, 377-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən eyni əsaslarla əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, cavabdeh İddiaçı1 doğma xalası qızıdır. O, iddiaçılardan 2008-ci ilin əvvəlində 10 %-lə 6000 manat borc pul almış, ayda 500 manat qaytaracağını demişdir. 2 ay pulu qaydasında ödədikdən sonra yenidən borc olaraq 41000 manat pul istəmiş, həmin pulu iddiaçılar ona vermişdir. Bir müddət sonra cavabdeh pulu ödəmədiyindən İddiaçı1 cavabdehin evinə gedərək ona öz xət ti ilə qəbz imzalatmışdır. Qəbzdə cavabdeh 2008-ci il iyun ayının 25-də iddiaçılardan 41.000 manat borca pul aldığını qeyd edib, hər ay əsas məbləğin 5 %-ni ödəməyə söz vermişdir. Cavabdeh 25 noyabr 2008-ci ilə kimi faizləri, 2 ay üçün hər aya 500 manat vermiş, sonradan isə ödənişləri dayandırmışdır. İddiaçı1 anası X2 və cavabdeh Türkiyə Respublikasında yaşayırlar. Cavabdeh 17 sentyabr 2012-ci ildə 1000 ABŞ dolları, 25 dekabr 2012-ci ildə 1000 ABŞ dolları, 14 may 2013-cü ildə 2000 ABŞ dolları, 2014-cü ilin avqust ayında 500 ABŞ dollarını xalası X1 qaytarmış, qalan borcunu da qısa müddətdə qaytaracağına söz vermişdir. Səmayə Orucova da həmin pulları bank vasitəsilə qızı Leylaya göndərmişdir. Cavabdeh müxtəlif bəhanələr gətirərək iddiaçıları aldatmış, borcunu ödəməmiş, iddiaçılar da onları a ldatdığını başa düşdükdən sonra 20 sentyabr 2016-cı il tarixdə məhkəməyə müraciət etmişlər. İş materiallarında olan 08 sentyabr 2009-cu il tarixli iltizamı yazan və imzalayan cavabdehdir. O, adını və soyadını iltizamda qeyd edib. İltizam ayrı-ayrı vaxtlarda yazılmayıb, qələmin mürəkkəbi qurtardığına görə başqa qələmlə yazılıb. İltizam şübhə doğurmur və cavabdeh iltizamın onun tərəfindən yazılaraq imzalandığını inkar etmir. İltizam sübut növüdür, lakin məhkəmə iltizamı sübut kimi qəbul etməməkdə haqlı olmamışdır. Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizəsində göstərmişdir ki, “tərəflər arasında faizli kredit münasibətləri mövcud olub. Cavabdeh tərəfindən bu məbləğ faizləri ilə birlikdə ödənilib. 2009-cu ilin may ayı cavabdeh tərəfindən pulun son ödəniş vaxtı kimi razılaşdırılıb. Cavabdeh deyilən vaxta qədər borc məbləğinin böyük hissəsini qaytarıb və bu ödənişlər tərəflərin ümumi qohumlarının vasitəsi, yaxud iştirakı ilə həyata keçirilib. Lakin öhdəliyin icrası üçün razılaşdırılmış son tarixdə borc məbləğinin bir hissəsi - cavabdehin hesablamalarına görə 8000 manat, iddiaçının o vaxtkı hesablamalarına görə 18 000 manat hissəsi qalıb. Bu fərq faizlərin hesablanması ilə bağlıdır. Belə ki, cavabdehin müəyyən dövrdən sonra faiz ödəmək imkanının olmadığı, bu səbəbdən yalnız əsas borcu qaytarmaq istədiyini bildirməsi müqabilində iddiaçı tərəf əvvəlcə buna razılıq vermiş, ödəmə edildikdən sonra isə ödənilən pulun bir hissəsini faiz ödəmələrinə hesabladığı üçün belə bir fərq yaranmışdır. Ödəmələrin olunan hissəsi məhz razılaşdırılmış vaxtda həyata keçirilmişdir. Cavab deh ödənişi etdikdən sonra iddiaçı tərəf qalan hissənin 18000 manat olduğunu bəyan etmiş, cavabdeh bu məbləğlə razılaşmamışdır. Razılıq olduğu halda bu barədə yazılı razılaşma imzalanacaqdı. Borc məbləği ilə bağlı iddiaçının bu mövqeyi, əslində razılaşmanı pozmuşdur. Bu baxımdan məhkəməyə bildirmək istəyirik ki, əslində razılaşmaya əsasən ödənilməli olan məbləğin bir qismi ABŞ dolları, bir qismi manat olmaqla hissə-hissə cəmi 34.000 manatdan artıq olmaqla ödənilmiş, lakin, iddiaçı ödəmənin bir hissəsini faizlərə çıxdığını deyərək əsas borcdan 24.000 manatdan artıq hissənin verildiyini qəbul etmişdir”. Ərizədən göründüyü kimi, cavabdeh qəbz yazıb imzaladığı 08 aprel 2009-cu ildən sonra ümumi qohumlarının vasitəsi, yaxud iştirakı ilə iddiaçılara pul ödədiyini bildirir. Məhkəmə isə pulun hans ı tarixdə, kimin vasitəsilə, neçə manat ödənildiyini aydınlaşdırmamışdır. Cavabdehin etirafı ilə sübuta yetir ki, 08 aprel 2009-cu ildən sonra iddiaçılara ödənişlər etmişdir. Bu ödənişlərin məbləği 2012-ci ilin sentyabr ayında 1.000 ABŞ dolları, həmin ilin dekabr ayında 1.000 ABŞ dolları, 2013-cü ilin iyun ayında 2.000 ABŞ dolları, 2014-cü ilin avqust ayında 500 ABŞ dolları, cəmi 4500 ABŞ dolları, yəni o vaxtki məzənnə ilə 3510 manat ödəmiş, başqa ödəniş olmamışdır. Sonrakı müddətdə cavabdeh pulu ödəmədiyinə görə, 20 sentyabr 2016-cı il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. 34.000 manat ödəniş etdiyi barədə cavabdehin dedikləri əsassızdır, heç bir sübuta söykənmir. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa mali k olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir, iddia müddəti buraxılmamışdır.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.10.2021-ci il tarixli, 2(103)9488/2021 saylı qətnaməsi ilə (hakimlər R.Həsənov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və V.İbayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin nümayəndəsi iddiaçı tərəfindən təqdim edilmiş yazılı qəbzdəki imzanın cavabdehə məxsus olmadığını bildirsə də, onun iddiaçılardan həqiqətən də həmin dövrdə faiz ödəmək şərtilə borc pul aldığını, borc üzrə ödənişlər etdiyini, onun hesabı ilə borcunu ödəyib qurtardığını, lakin bu barədə iddiaçılara müraciət etdikdə, onun qəbzdə qeyd edilən qədər borcunun qaldığını bildirdiklərini, bundan sonra cavabdehin iddiaçılara heç bir pul ödəmədiyini bildirmişdir. İddiaçılar isə cavabdehin həmin müddətdən sonra da ödənişlərini davam etdirdiyini və bu səbəbdən iddia müddətinin keçmədiyini bildirmiş və bununla bağlı təqdim etdiyi yazılı qəbzə istinad etmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər mübahisələndirmirlər ki, onların arasında həqiqətən də, 2008-2009-cu illəri əhatə edən müddət ərzində faiz müqabilində borc verilməsi ilə bağlı münasibətlər olmuş və həmin borca görə cavabdeh 2009-cu ilin may ayınadək öhdəliklərini icra etməyi öhdəsinə g ötürmüşdür. İddiaçılar cavabdeh tərəfindən həmin müddətdən sonra da, İddiaçı1 Türkiyə Respublikasında yaşayan anası vasitəsilə borcundan ödəniş etdiyini bildirsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişlər

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrası üçün aralarında müəyyən edilmiş müddət kimi 2009-cu ilin may ayının sonu qəbul edilməli, iddia müddətinin axımı da həmin vaxtdan hesablanmalıdır. Lakin iş materiallarından göründüyü kimi, iddiaçılar tərəfindən həmin vaxtdan üç il ərzində cavabdehə qarşı pul tələbi ilə bağlı iddia irəli sürülməmişdir. İddiaçılar məhkəməyə iddia tələbi ilə 4 ildən sonra, 20.09.2016-cı il tarixdə müraciət etmişlər. Bununla da, iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş iddia müddəti ötür ülmüşdür ki, iddia müddətinin ötürülməsi də iddianın rədd olunması üçün əsasdır.

14. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçılar apellyasiya şikayətinin dəlillərini məhkəmə iclasında sübut edə bilməmişlər. Belə ki, onlar cavabdehə 47.000 manat borc verdiklərini, bu barədə hazırda tələb edilən borcun həmin ümumi borcdan qalan məbləğ olduğunu, 08 aprel 2009-cu ildən sonra cavabdeh tərəfindən ödənişlərin olunmasını qeyd etsə də, bu barədə hər hansı mötəbər və əsaslı sübutlar təqdim edə bilməmişdir, iş materiallarından isə bu hallar müəyyən edilmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçılar İddiaçı2 və İddiaçı1 kassasiya şikayəti verərək apellyasiya instansiyası m əhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsini anlaşılmayan ifadələrlə yazmışdır, məhkəmənin gəldiyi qənaət düzgün deyil. Cavabdeh Türkiyədə İddiaçı1 anası Səmayə Orucovaya 17.09.2012-ci ildə 1.000 ABŞ dolları, 25.12.2012-ci ildə 1.000 ABŞ dolları, 14.05.2013-cü ildə 2.000 ABŞ dolları, 2014-cü ilin avqust ayında 500 ABŞ dolları qaytarmışdır və bu barədə bank sənədlərinin 3 ədədini apellyasiya şikayətinə əlavə etmişlər. Lakin məhkəmə bu bank səbədlərini tədqiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların nümayəndəsi Vəkil oğlunu məhkəmə iclasının vaxtı və yeri barədə ümumiyyətlə xəbərdar etməmiş, məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndə və Vəkil məhkəmə iclasının vaxtı və yeri barədə məlumatsız olduğunu, işə baxılmasının təxirə alınmasını, Vəkil iştirakının təmin edilməsini xahiş etmiş, lakin hakim İddiaçı2 izahatını dinləməmiş və qətnaməni qüvvədə saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi MPM-nin 376, 377ci maddələrinin tələblərinə əməl etməmiş, yüksək keyfiyyətli hüquqi yardım almaq hüququndan iddiaçıları məhrum etməklə Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin İ bəndinə zidd hərəkət etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmama sına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

19. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə

373. İddia müddətləri 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə

375. İddia müddətinin tətbiqi 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərək əti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan bi ri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq nor malarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin nümayəndəsi iddiaçı tərəfindən təqdim edilmiş yazılı qəbzdəki imzanın cavabdehə məxsus olmadığını bildirsə də, onun iddiaçılardan həqiqətən də həmin dövrdə faiz ödəmək şərtilə borc pul aldığını, borc üzrə ödənişlər etdiyini, onun hesabı ilə borcunu ödəyib qurtardığını, lakin bu barədə iddiaçılara müraci ət etdikdə, onun qəbzdə qeyd edilən qədər borcunun qaldığını bildirdiklərini, bundan sonra cavabdehin iddiaçılara heç bir pul ödəmədiyini bildirmişdir. İddiaçılar isə cavabdehin həmin müddətdən sonra da ödənişlərini davam etdirdiyini və bu səbəbdən iddia müddətinin keçmədiyini bildirmiş və bununla bağlı təqdim etdiyi yazılı qəbzə istinad etmişdir. Tərəflər arasında həqiqətən də, 2008-2009- cu illəri əhatə edən müddət ərzində faiz müqabilində borc verilməsi ilə bağlı münasibətlər olmuş və həmin borca görə cavabdeh 2009-cu ilin may ayınadək öhdəliklərini icra etməyi öhdəsinə götürmüşdür. İddiaçılar cavabdeh tərəfindən həmin müddətdən sonra da, İddiaçı1 Türkiyə Respublikasında yaşayan anası vasitəsilə borcundan ödəniş etdiyini bildirsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilm əmişlər.

26. İddiaçıların kassasiya şikayətində irəli sürdüyü dəlillərdən biri ondan ibarətdir ki, iddia müddəti ötürülməmişdir. Çünki öhdəlik müddəti bitdikdən sonra cavabdeh bir neçə dəfə borcu Türkiyədə İddiaçı1 anası Səmayə Orucovaya 17.09.2012-ci ildə 1.000 ABŞ dolları, 25.12.2012-ci ildə 1.000 ABŞ dolları, 14.05.2013-cü ildə 2.000 ABŞ dolları, 2014cü ilin avqust ayında 500 ABŞ dolları verməklə qaytarmışdır.

27. İddiaçılar bunu təsdiq edəcək sübut kimi Səmayə Orucova tərəfindən 17.09.2012-ci ildə 1.000 ABŞ dolları, Samaya Arslan tərəfindən 25.12.2012-ci ildə 1.000 ABŞ dolları, Səmayə Orucova tərəfindən 14.05.2013-cü ildə 2.000 ABŞ dolları məbləğdə pulun İddiaçı1 göndərilməsi barədə bank köçürmələrini təqdim etmişdir.

28. Nəzərə alınmalıdır ki, bu sənədlər, həmin məbləğlərin cavabdeh t ərəfindən ödənilən pul olması barədə nəticəyə gəlməyə əsas vermir. Həmin bank köçürmələrində göstərilən pulun məhz cavabdeh tərəfindən Səmayə Orucovaya verilməsini sübut etmə yükü iddiaçıların üzərinə düşür.

29. Çünki hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hə r bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.03.2019-cu il tarixli Qərarı).

30. Qeyd olunan bank köçürmələrinin Səmayə Orucovaya cavabdeh tərəfindən verilməsini təsdiq edən sübut ancaq iddiaçıların izahatlarıdır. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti isə ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

31. Hazırki işdə Səmayə Orucovanın 17.09.2012-ci ildə, 25.12.2012-ci ildə və 14.05.2013-cü ildə bank vasitəsi ilə İddiaçı1 göndərdiyi pulların cavabdeh tərəfindən ödənilən vəsait olması iddiaçıların izahatlarından başqa heç bir sübutla təsdiqlənmir. Buna görə də kasatorların həmin bank köçürmələrinə istinadla apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin ləğvi barədə irəli sürdükləri dəlillər əsassızdır.

32. Kassasiya kollegiyası kassatorun vəkilinin məhkəmə iclasında iştirakının təmin edilməməsi dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. İş materiallarında olan xəbərnamələrdən, sms xəbərdarlıqdan görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, məhkəmə iclasında iştirak edən İddiaçı2ı oğlu v əkilinin xəstə olması səbəbindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə iddiaçının vəkilinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Bu normanın tələbinə görə məhkəmə iclasına gəlməyən şəxs təkcə məhkəməyə gələ bilməyəcəyi barədə məlumat verməklə kifayətlənməməli, bunun üzürlü səbəbi barədə sübutu təqdim etməlidir. İddiaçı tərəf qanunun bu tələbinə əməl etməmiş, üzürlü səbəb barədə sübutu təqdim etməmişdir.

33. İddia müddəti institutunun əhəmiyyəti ümumən onda ifadə olunur ki, iddia müddəti instit utu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələri nə və müdafiəsinə məcbur edir.

34. Mülki Məcəllənin 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxsin arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir.

35. Belə müqavilələrdən birini MM-in 739.2-ci maddəsində göstərilən kre dit müqaviləsi təşkil edir. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.

36. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.

37. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdi rilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri).

38. Apellyasiya instansiyası məhkəməsi işin hallarını bu baxımdan araşdıraraq qeyd etmişdir ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrası üçün aralarında müəyyən edilmiş müddət kimi 2009-cu ilin may ayının sonu qəbul edilməli, iddia müddətinin axımı da həmin vaxtdan hesablanmalıdır. Lakin iş materiallarından göründüyü kimi, iddiaçılar tərəfindən həmin vaxtdan üç il ərzində cavabdehə qarşı pul tələbi ilə bağlı iddia irəli sürülməmişdir. İddiaçılar məhkəməyə iddia tələbi ilə 4 ildən sonra, 20.09.2016-cı il tarixdə mü raciət etmişlər. Bununla da, iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür ki, iddia müddətinin ötürülməsi də iddianın rədd olunması üçün əsasdır.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

40. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu, sübutlara düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır.

41. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.10.2021-ci il tarixli, 2(103)9488/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar