Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1378/2025 14.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ İş № 2(102)-1378/2025 Açar sözlər: məhkəmə aidiyyəti, işin ümumi məhkəməyə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan və İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Füzuli Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(064)- 1/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə 17 mart 2016-cı il tarixdə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, 28 iyun 2014-cü il tarixli, 76 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 5000 manat əsas borcun 1880 manat faiz borcunun, 1100 manat penyanın, 20 manat dövlət rüsumunun, cəmi 8000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı başqa icraatda iddia ərizəsi ilə 17 mart 2016-cı il tarixdə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, 28 iyun 2014-cü il tarixli, 71 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 5000 manat əsas borcun 1880 manat faiz borcunun, 1100 manat penyanın, 20 manat dövlət rüsumunun, cəmi 8000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Füzuli Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir.
4. Füzuli Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(064)-1/2025 nömrəli qərardadı ilə (hakim E.A.İsmayılov) mülki işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1, 31.1, 32.4, 44.2.2-ci maddələrinə, Azər baycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarına istinad edərək hesab etmişdir ki, iş üzrə iddiaçı və Cavabdeh2 vergi ödəyicisi olmaqla fərdi sahibkar statusunda olduqlarına, Cavabdeh2 VÖEN-nin aktiv olmamasının onun fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirilməsinə əsas vermədiyinə, iş üzrə mübahisənin predmetini sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdən (kommersiya mübahisələrindən) irəli gəldiyinə, beləliklə də iş üzrə tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlə rinin xarakteri əsasında hazırkı mübahisəyə baxılmasının kommersiya məhkəməsinin səlahiyyətinə aid olduğu müəyyən edildiyinə görə iş materialları baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Şikayətin dəlilləri:
6. İddiaçı şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin Füzuli Rayon Məhkəməsinə göndərilməsi barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir.
7. Şikayət belə əsaslandırılmışdır ki, Cavabdeh2 VOEN statusunun dayandırılması onun faktiki sahibkar olmaması anlamına gəlir. Həmçinin ikinci Cavabdeh1 sahibkarlıq statusu olmamışdır.
8. Birinci instansiya məhkəməsinin 06 mart 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə gönd ərilmişdir.
9. Şikayətə etiraz verilməmişdir. Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 24.2. (xx.xx.2021-ci il tarixədək qüvvədə olan redaksiyada) Mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 24.2. (xx.xx.2021-ci il tarixdən qüvvədə olan redaksiyada) Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 25.1. (xx.xx.2021-ci il tarixədək qüvvədə olan redaksiyad a) Mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Maddə 25.1. (xx.xx.2021-ci il tarixdən qüvvədə olan redaksiyada) Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. (xx.xx.2021-ci il tarixədək qüvvədə olan redaksiyada) İdarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. Maddə 26.1. (xx.xx.2021-ci il tarixdən qüvvədə olan redaksiyada) Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının:
5. Məhkəmələr nəzərə almalıdır ki, MPM-in 31.2-ci maddəsinin tələbləri baxımından 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş məhkəmədə həll edilməlidir. Eyni qayda, apellyasiya və kassasiya instansiyası məhkəmələrinə də aiddir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
12. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsi baxılması üçün Füzuli Rayon Məhkəməsin ə göndərilməlidir.
13. Belə ki, işi kommersiya məhkəməsinə göndərən birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 24.2 və 26.1-ci maddələrinin hazırda qüvvədə olan redaksiyasına istinad etmişdir.
14. Lakin, iş materiallarından müəyyən olunur ki, iddialar 17 mart 2016-cı il tarixdə birinci instansiya məhkəməsinə verilməklə, həmin vaxtdan müxtəlif səbəblərdən iş üzrə yekun qərarın qəbul edilməsi təmin edilməmişdir.
15. İddia verilən zaman qüvvədə olmuş prosessual qanunvericiliyin tələblərinə uyğun cavabdehlərdən azı biri fiziki şəxs olduğundan və onun sahibkarlıq fəaliyyəti olmadığından, iddia aidiyyət qaydalarına riayət edilməklə Füzuli Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmişdir.
16. Belə olan halda, Mülki Prosessual Məcəllənin 31.2-ci maddəsinə və Azərbaycan Respublikas ı Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının 5-ci bəndinə əsasən hazırkı iş, icraata qəbul etmiş Füzuli Rayon Məhkəməsində həll olunmalıdır.
17. Qarışıq məhkəmə tərkibi, yuxarıda qeyd olunan əsasa görə iddianın ümumi məhkəməyə aidiyyətini müəyyən etdiyindən, cavabdehlərdən Cavabdeh2 vergi ödəyicisi statusunun dayandırıldığı üçün onun fərdi sahibkar hesab edilməli olmamasına dair iddiaçının şikayətinin dəlilinə əlavə hüquqi qiymət verilməsini zəruri bilmir.
18. Yuxarıda göstərilənləri nəzərə alaraq Qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, Füzuli Rayon Məhkəməsinin qərardadı ləğv edilməli və iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
19. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 2(064)-1/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.