Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1379/2022 18.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-1379/2022 (Açar sözlər: nəqliyyat vasitəsinin qanunsuz sahiblikdən qaytarılması) Bakı şəhəri 18 aprel 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1714/2021 nömrəli iş üzrə 02 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Mübahisə predmeti olan “Vaz 21074” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı (buraxlış ili: 2010, mühərrik: 9612293, ban: XTA210740A2953254) avtomobil (bundan sonra – mübahisə predmeti olan avtomobil) 09.07.2020-ci il tarixdən daşınar əşyaların dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə İddiaçı (bundan sonra - iddiaçı) adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. İddiaçı 23.09.2020-ci il tarixli etibarnamə ilə harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus bütün reyestrlərdə qeydə alınmış bütün daşınar əmlakı üzərində sərəncam verməyi, öz mülahizələrinə görə şərtlər müəyyən etməklə qanunla icazə verilmiş əqdləri bağlamağı və s. X2 etibar etmişdir. Sonuncu 20.10.2020-ci i l tarixdə iddiaçının adından mübahisə predmeti olan avtomobili 1 ay 20 gün müddətinə (10.11.2020-ci il tarixədək) idarə etmək üçün Cavabdeh (bundan sonra – cavabdeh ) etibarnamə vermişdir. Mübahisə predmeti olan avtomobil hazırda ünvan 1 ünvanında cavabdehin həyətindədir və sürülmür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisə predmeti olan avtomobilin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan avtomobili 09.09.2020-ci il tarixdə aralarındakı razılaşmaya əsasən nisyə alış-verişlə 21 ay müddətinə hər ayın 10-u 320 manat ödəmək şərti ilə X1 və həmin tarixdə avtomobili 2 aylıq idarə etməyə etibar namə vermişdir. Alqı-satqı zamanı alıcının yanında xalası oğlu kimi təqdim etdiyi X4 olmuş və onlar heç bir ödəniş etmədən avtomobili aparmışlar. 20.10.2020-ci ildə T.Məmmədov müharibə olduğuna görə ödənişlə bağlı bir müddət gözləməsini xahiş etmiş, iddiaçı da inanaraq, 1 ay 20 gün müddətində idarə etmək üçün onun qaynatası olan cavabdehə etibarnamə vermişdir. Təxminən 2 ay əvvəl isə cavabdeh onun evinə gələrək, aldadıldığını, T.Məmmədovun saxta etibarnamə ilə ondan 5500 manat pul aldığını bildirmişdir. Hazırda ona məxsus maşın cavabdehin həyətindədir. Bununla bağlı polisə bildirsə də, avtomobili götürmək üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdeh isə, iddiaya qarşı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı ona qarşı mübahisəli avtomobilin qaytarılmasına dair iddia qa ldırsa da, maşına görə etibarnaməni ona Sürəyya Salamzadə vermiş və həmin etibarnamə əsasında avtomobili faktiki olaraq 5500 manat ödəniş etməklə satın almışdır. Belə ki, avtomobili 18.10.2020-ci il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən avtomobil bazarında görmuş, adını unutduğu bir nəfər şəxslə alqı-satqı barədə razılaşmış və bu şəxs həmin gün avtomobili, 2 gün sonra isə onun adına etibarnamə gətirmişdir. 21.10.2020-ci il tarixdə isə o, həmin şəxsə 5300 manat pul vermişdir. Aralarında baş etibarnamə verilməsi barədə danışıq olmuş, lakin yaşlı olduğundan və latın qrafikası ilə oxuya bilmədiyindən həmin etibarnamədə nə yazıldığını bilməmişdir. 18.01.2021-ci il tarixdə avtomobili öz adına keçirmək istəyərkən etibarnamə 20.12.2020-ci il tarixdən dondurulduğunu bilmiş və həmin g ün avtomibilin texniki pasport üzrə sahibi olan iddiaçının evinə getmiş, lakin qapı bağlı olmuşdur. Bundan sonra, ona etibarnamə verən şəxs Sürəyya Salamzadənin evinə getmiş, qapını açan şəxs həmin işlərə “313 Cars” avtomobil salonunda menecer işləyən Ceyhun adlı şəxsin baxdığını bildirmişdir. Həmin salona gedərək, Ceyhunu tapmış və sonuncu onda olan avtomobilə məxsus texniki pasport və etibarnaməni baxmaq adı ilə götürərək, bildirmişdir ki, Surəyyə Salamzadə onun xalasıdır, avtomobil isə onlarındır. Cavabdeh bunun qarşılığında ödədiyi pul qaytarılmadığı halda, maşını verməyəcəyini bildirmiş, qarşı tərəf isə bundan imtina etmiş, sənədlərə baxdıqdan sonra etibarnaməni cıraraq zibil qabına atmış, lakin avtomobilin texniki pasportunu özündə saxlamışdır. Hazırda Öz pulu ilə aldığı avtomobili sənədləşdirə bilmir, halbuki, ölkə ərazisində avtomobilin faktiki olaraq etibarnamə əsasında satılması hamıya məlumdur. İndiyədək avtomobilin qaytarılması ilə bağlı ona müxtəlif şəxslərdən və müxtəlif nömrələrdən zənglər gəlməkdə davam edir. Bununla bağlı prokurrorluğa müraciət etmişdir və hazırda istintaq davam etdirilir. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(033)-566/2021 nömrəli iş üzrə 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Həsənov) iddia təmin olunmuş, eyni tarixli xüsusi qərardadla isə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 20.10.2020-ci il tarixdə verilmiş ƏN-V seriyalı, 397532 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqına etibarnamənin saxtalaşdırılması və istifadə edilməsi ilə bağlı şəxslərin müəyyən edilərək, hə min şəxslərin əməlində Azərbaycan Respublikası CM-nin 320-ci maddəsinin tərkib əlamətləri olduğundan bu barədə Zaqatala rayon prokuroruna xəbər verilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, avtomobil iddiaçının mülkiyyətindədir. İddiaçının nümayəndəsi Surəyya Salamzadənin bu avtomobillə bağlı cavabdehə verdiyi etibarnamənin qüvvədə olma müddəti başa çatmış, lakin mübahisəli nəqliyyat vasitəsi iddiaçıya geri qaytarılmamışdır. Göründüyü kimi, mübahisəli avtomobil cavabdehin qanunsuz sahibliyindədir. Məhkəmə hesab etmişdir ki, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan avtomobilin cavabdehdə olması və avtomobildən onun istifadə etməsi iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli və cavabdehin belə hərəkətləri qanunsuz sayılmalı, mülkiyyətçinin özünə məxsus avtomobildən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalıdır. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 152.8, 157.2, 181.1, 362.1, 365.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini iddiaya qarşı etirazı ilə eyni məzmunda əsaslandırmışdır. İddiaçı isə apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, bildrimişdir ki, cavabdeh mübahisə predmeti olan avtomobilə hər hansı hüququnun olması və avtomobilin qanu ni əsaslarla onda olması barədə sübutlar təqdim edə bilməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin avtomobilin mülkiyyətçisinə qaytarılması barədə gəldiyi qənaət tam qanuni və əsaslıdır. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1714/2021nömrəli iş üzrə 02 noyabr 2021-ci il tarixli, qətnaməsi ilə (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin dəlilləri və prosessual məsələlər Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmaqla, həmçinin göstərilmişdir ki, məhkəmə yalnız avtomobilin iddiaçının adına qeydiyyatda olmasına əsaslanmış, iş üzrə vacib olan digər halların heç birinə hüquqi qiymət verməmiş, şikayətin dəlilləri üzrə hər hansı araşdırma aparmamışdır. Prosessual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılm ış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh kassasiya şika yəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (İ hissə). Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dö vlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. (İ-İV hissələr). Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtl ə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 365.1.1. Etibarnamənin qüvvəsinə etibarnamənin müddətinin bitməsi nəticəsində xitam verilir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut et məlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası, hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, tərəflərin tələb və etirazlarını əsaslandırdıqları dəlillərə ətraflı qiymət veri lmişdir. Kassasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya vurğulayır ki, qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Eyni zamanda, qeyd olunmalıdır ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstəril ənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1714/2021 nömrəli iş üzrə 02 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.