Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-138/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X-in Cavabdeh2 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi 22.01.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1006/2024 nömrəli iş üzrə 22 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hallar ı 1. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı X tərəfindən Cavabdeh2 24 ay müddətinə, illik 26 faizlə 9.000 manat məbləğində kredit verilmişdir. 2. xx.xx.2022-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 və Cavabdeh3 Cavabdeh2 öhdəliklərini icra etməyəcəyi təqdirdə sonuncunun kredit təşkilatı qarşısında olan öhdəliklərini tamamilə icra etmələrini öz üzərlərinə götürmüşlər.
3. İddiaçı X-nin təqdim etdiyi maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh2 əsas kredit borcu üzrə 7794 manat, faiz borcu 1924,82 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı X (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh2 (bundan sonracavabdeh), Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəs i ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 7.794 manat əsas, 1924,82 manat faiz, 71,53 manat cərimə olmaqla, cəmi 9.790,35 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMQBKT ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanaraq, sonuncuya 24 ay müddətinə, illik 26 faizlə 9.000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasını təmin etmək üçün iddiaçı ilə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış, sonuncular Cavabdeh2 Bank qarşısında olan öhdəliklərini icra etməyəcəyi təqdirdə özlərinin icra edəcəklərini üzərlərinə götürmüşlər. Cavabdeh X ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri b anka ödəməmiş, nəticədə borclu qaldığını qeyd etməklə iddianın təmin edilərək cavabdehlərdən müştərək qaydada 7.794 manat əsas, 1.924,82 manat faiz, 71,53 manat cərimə olmaqla, cəmi 9.790,35 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
6. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-64/2024 nömrəli qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia təmin edilərək, cavabdehlərdən müştərək qaydada 7.794 manat əsas, 1924,82 manat faiz, 71,53 manat cərimə olmaqla, cəmi 9.790 manat pulun iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 427.3, 739.1, 739.2, 470.1, 472.1, 472.2, 472.3, 385.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apel lyasiya instansiyası məhkəməsində icraat
8. Cavabdeh2 apellyasiya şikayəti verərək, iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-64/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Banka xeyli məbləğ ödəsə də, nəzərə alınmamış və məhkəmə-mühasibatlıq ekspertizası keçirilməmiş, məhkəmə yalnız iddiaçının verdiyi maliyyə arayışını əsas götürərək iddia tələbini təmin etmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/4558/2024 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, **********1342 nömrəli kredit müqav iləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 xx.xx.2023-cü il tarixə iddiaçıya olan əsas borcu 7869,93 manat, faiz borcu 434.89 manat təşkil edir.
11. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1006/2024 nömrəli iş üzrə 22 avqust 2024-cü il tarixli qətnaməsi ilə (L.Süleymanov sədrlik edən, məruzəçi), İ.Həsənov və Ş.Rzaquliyev) Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Ağdam Rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(013)-64/2024 nömrəli qətnaməsi faiz borcu tələbinə aid hissədə dəyişdirilmiş, cavabdehlərdən müştərək qaydada 7794 manat əsas, 434.89 manat faiz, 71,53 manat cərimə olmaqla, cəmi 8.300,42 manat kredit borcunun iddiaçının xeyrinə tutulması qət edilmişdir.
12. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavab deh2 iddiaçı ilə kredit müqaviləsi bağlayan zaman müqavilənin bütün şərtləri ilə razılaşmış, həmin şərtlərə əməl edəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun iddiaçıya sözügedən kredit müqaviləsi üzrə ödənilməmiş 7.869,93 manat əsas, 434.89 manat faiz borcu qalmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, sözügedən ekspert rəyi ilə Cavabdeh2 iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş borcunun olması tam təsdiq olunur.
14. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi ilə Cavabdeh2 Banka olan əsas borcu Bankın iddia etdiyi, hesabladığı məbləğdən daha artıq olması müəyyən e dildiyindən, iddia tələbindən kənara çıxmayaraq əsas borcun məbləği iddiaçı öz iddiasında tələb etdiyi məbləğdə, faiz borcu isə ekspert rəyində göstərilən məbləğdə müəyyən edilməlidir.
15. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 739.1, 739.2, 385.1, 443.1, 445.2.1, 445.2.2, 448.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh2 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti əsasında iş üzr ə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, tərəfindən edilən ödənişlər yenə də nəzərə alınmamışdır. Belə ki, ödəniş qəbzlərinin əksəriyyətini özündə saxlamadığından məhkəməyə təqdim edə bilməmişdir. Bank hesabdan çıxarış verməklə ödənilmiş məbləği ekspertə təqdim etməli idi, ancaq iddiaçı bunu etməmiş və işə baxan məhkəmə Bankdan həmin çıxarışın verilməsini tələb etməmişdir. O, ucqar bir ərazidə yaşayan savadsız adamdır. Qəbzlərin saxlanılmasını bilməyib. Banka olan borcu maddi imkansızlıqla əlaqədar ödəyə bilməmişdir. Ancaq bu günədək 5.000 manatdan artıq ödəniş etmişdir. Belə olan halda, onun Banka olan borcu uzağı 5.000-6.000 manat arası ola bilərdi. İş üzrə borc məbləğinin dəqiq müəyyən edilməsi üçün iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi zərurid ir. Belə olan halda, əsas borcun məbləğini dəqiq müəyyən etmək olar. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 385.1. Borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəizini ödəməyə borcludur.
22. Maddə 443.1. Borclu icranı gecikdirdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər.
23. Maddə 443.5. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
26. Madd ə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
27. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır.
30. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qi ymətləndirilməməlidir.
32. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi
33. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında lə ğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
34. Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
35. Belə ki, işə əlavə edilmiş ekspertin rəyinə görə, Cavabdeh2 26 sentyabr 2023-cü il tarixə iddiaçıya olan əsas borcu 7869,93 manat, faiz borcu 434.89 manat təşkil edir.
36. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 iddiaçı ilə kredit müqaviləsi bağlayan zaman müqavilənin bütün şərtləri ilə razılaşmış, həmin şərtlərə əməl edəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun iddiaçıya s özügedən kredit müqaviləsi üzrə ödənilməmiş 7.869,93 manat əsas, 434.89 manat faiz borcu qalmışdır.
37. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, sözügedən ekspert rəyi ilə Cavabdeh2 iddiaçıya yuxarıda göstərilən məbləğdə ödənilməmiş borcunun olması tam təsdiq olunur. Ona görə də ekspert rəyi ilə Cavabdeh2 Banka olan əsas borcu Bankın iddia etdiyi və hesabladığı məbləğdən daha artıq olması müəyyən edildiyindən, iddia tələbindən kənara çıxmayaraq qeyd etmişdir ki, əsas borcun məbləği iddiaçı öz iddiasında tələb etdiyi məbləğdə, faiz borcu isə ekspert rəyində göstərilən məbləğdə müəyyən edilməlidir.
38. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, Cavabdeh2 kassasiya şik ayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. Qeydə olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 avqust 2024-cü il tarixli, 2(104)-1006/2024 saylı qətn aməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.