Məhkəmə qərarları › İş №2(102)-1380/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1380/2021

01.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1380/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülki hüquq pozuntusunun cavabdehin hüquqazidd hərəkəti (yaxud hərəkətsizliyi) və təqsiri nəticəsində vurulmasının sübuta yetirilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-202/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nərimanov küçəsi, ev 10/1-də yerləşən 17 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətindədir.

2. Mübahisəli mənzilin atlında yerləşən kafe Cavabdeh (bundan sonra – cavabdeh) istifadəsindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək ona məxsus olan mübahisəli mə nzilin sanitar qovşağındakı kanalizasiya qapağının və unitazın layihə üzrə cavabdeh tərəfindən öz yerinə qaytarılması, cavabdeh tərəfindən qanunsuz aparılmış əlavə tikinti işlərinin sökülməsi və ya bunlarla bağlı 1000 manat məbləğində maddi ziyanın əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2003-cü ildən mübahisəli mənzildə yaşayır və mənzildə heç bir dəyişiklik, layihədən kənar təmir işləri aparmamışdır. Lakin 2003-cü ildə birinci mərtəbədə yerləşən kafenin sahibi, mərhum qonşusu (cavabdehin atası) Eldar Ömərov tərəfindən aparılan təmir işləri zamanı iddiaçının mənzilinə gələn sukanalizasiya boru xətti sındırılmış, nəticədə o, 2 ay ərzində sanitar qovşağından istifadə edə bilməmişlər. Eyni zamanda onun mənzili ilə yanaşı, yuxarı mərtəbələrdəki dörd mənzilin su borularının üstündən kərpiclə divar hörərək həmin boruları nəzarətdə saxlamağa, lazım gəldikdə təmir-bərpa işlərini aparmağa maneçilik törətmişdir. Uzun illər ərzində həmin su boruları sıradan çıxaraq suyun birinci mərtəbədə yerləşən kafeyə damçılamasına səbəb olmuşdur. Bu isə onunla Eldar Ömərov arasında mübahisələrə səbəb olmuşdur. Belə ki, Eldar Ömərov suyun ona məxsus mənzildən axdığını bildirmiş, bu barədə Fövqəladə Hallar Nazirliyinə müraciət edilmiş və həmin idarədən gəlib araşdırma aparılan zaman kərpic tikilinin altındakı su borularından biri, yəni üçüncü mərtəbədən gələn su borusu onun mənzilinin yerləşdiyi ikinci mərtəbədə sınaraq, əvvəlcə onun mənzilinin döşəməsinin altına, oradan da birinci mərtəbəyə su sı zması aşkar edilmişdir. Buna görə də həmin tikili qanunsuz hesab edilərək sökülmüşdür. Eldar Ömərov öldükdən bir müddət sonra mərhumun övladı – iş üzrə cavabdeh iddiaçıya müraciət edərək qeyd edilən problemlərin öz vəsaiti hesabına aradan qaldırmaq istədiyini bildirmiş və iddiaçının razılığı əsasında iddiaçının mənzilində yerləşən sanitar qovşağındakı kanalizasiya qapağını və unitazın yerini dəyişdirmişdir. İddiaçının mənzilində işləyən ustalar təmir işlərini keyfiyyətsiz aparmışlar. O, sanitar qovşağından istifadə etdiyi vaxt bu dəyişikliyi müəyyən etmişdir. Belə ki, kanalizasiya qapağı vannanın altında yerləşərək suyun oradan axmasını təmin edirdi. Lakin indiki vəziyyətdə qapaq hamamın ortasında qapıya yaxın olduğundan hamamda su kranını açan kimi su mənzilin döşəməsinə tökülür. Buna gör ə də mənzilin döşəməsi çürüməyə məruz qalmışdır. Həmçinin hamam otağından istifadə edən zaman kafelin üzərində su yığılıb qaldığından sürüşkənlik yaranır ki, bu da həyat üçün təhlükəlidir. Bundan əlavə qapının ağzındakı taxtanın üzərinin kafellə örtülməsi hamam otağının qarşının bağlanmasını mümkünsüz hesab edir. Ayaqyolunda isə unitazın yeri dəyişdirildiyindən hal-hazırda istifadə etməsi qeyri-mümkün olmuşdur. Belə ki, layihədən kənarda yerləşən unitaz istifadə olunduqca tərpənir və narahatçılıq yaradır. Göstərilənlərə əsasən iddiaçı hesab etmişdir ki, ona məxsus olan mənzilinin sanitar qovşağındakı kanalizasiya qapağı və unitaz layihə üzrə cavabdeh tərəfindən öz yerinə qaytarılmalı, cavabdeh tərəfindən qanunsuz aparılmış əlavə tikinti işlərinin sökülməlidir. Tələbi bu qaydada təmin edi lə bilmədiyi halda onda cavabdehdən onun xeyrinə 1000 manat məbləğində pul tutulmalıdır ki, o, mənzilində cavabdeh tərəfindən yaradılmış problemləri aradan qaldıra bilsin.

5. Birinci instansiya məhkəməsi tərəflərin iştirakı ilə xx xxxxxx 2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilə və həmin mənzilin altında yerləşən və halhazırda kafe kimi işlədilən sahəyə yerlı baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı həmin binanın ikinci mərtəbəsində yerləşən 17 saylı mənzilində yaşamaqla cavabdehin istifadə etdiyi kafe isə birinci mərtəbədə həmin mənzilin altında yerləşir. Baxış zamanı iddiaçının yaşadığı mənzilə aşağı mərtəbədən hər hansı bir müdaxilənin olası aşkar edilmədi. Əksinə baxış zamanı idiaçıın yaşadığı ikinci mərtəbədəki mənzildən birinci mərtəbədə yer ləşən kafeye suyun sızmasının əlamətləri açıqaşkar müşahidə edilmişdir.

6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Rufan Mürsəlov) iddia tələbi rədd edilmişdir.

7. Məhkəmə Mülki Məcəllənin 1096.1, 1096.2 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad edərək iddia tələbini rədd etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin hüquqazidd hərəkətləri nəticəsində iddiaçıya ziyan dəyməsi sübuta yetirilməmişdir.

8. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza mərkəzi tərəfindən apellyasiya instansiyası məhkəməsinə daxil olmuş xx.xx.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, binanın layihə sənədləri təqdim olunmadığı üçün rəy verilməsi mümkün olmamışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Rəşad Həsənov) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, iddiaçının dəlili ondan ibarətdir ki, cavabdeh onun mənzilində yerləşən sanitar qovşağındakı kanalizasiya qapağını və unitazın yerini dəyişmiş, bu yerdəyişmə nəticəsində mənzilinə su sız mış və ona maddi zərər dəymişdir. Mübahisənin həlli üçün iddiaçı cavabdehin onun hüququnun pozulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməlini və həmin əməl nəticəsində bilavasitə ona zərər dəyməsini sübut etməlidir.

12. İddiaçının dediklərindən müəyyən edilir ki, tərəflər arasında mübahisə sanitar qovşağındakı kanalizasiya qapağının və unitazın yerinin dəyişdirilməsi nəticəsində yaranmışdır. Əvvəlki vəziyyətin bərpasını tələb edən iddiaçı ilk əvvəl sübut etməlidir ki, yerdəyişmə həqiqətən də olmuşdur. Öz növbəsində, cavabdeh bildirmişdir ki, kanalizasiya qapağını və unitazın yerini dəyişməmişdir. Lakin iddiaçı kanalizasiya qapağının və unitazın əvvəlki vəziyyəti ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir.

13. Bundan başqa, binanın layihə sənədləri də iş materiallarında mövc ud olmadığı üçün hər hansı bir dəyişikliyin baş verdiyini apellyasiya baxışı zamanı müəyyən etmək mümkün olmamış, həmçinin, Məhkəmənin tikinti-texniki ekspertizası təyin edilməsi barədə qərardadı da bu əsasa görə icra edilmədən geri qaytarılmışdır.

14. Cavabdehin iddiaçının mənzilində müəyyən təmir işləri görməsi işin mübahisəsiz təsdiq olunmuş haldır. Lakin mənzilə suyun axmasının və nəticədə maddi ziyan dəyməsinin təmir işlərinin keyfiyyətsiz görülməsi nəticəsində baş verməsi halı da təsdiq olunmur. Çünki iddiaçı suyun axmasını işlərin keyfiyyətsiz görülməsi ilə deyil, məhz yerdəyişmə ilə əlaqələndirmiş, buna görə də vurulmuş ziyan tələbi ilə yanaşı həmçinin əvvəlki vəziyyətin bərpasını da tələb etmişdir. Yerdəyişmənin baş verməsi isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

15. İddiaçı cavabdeh tərəfindən birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlikdir) törətdiyini sübuta yetirə bilməmişdir. Tərəfin sübut edə bilmədiyi halları məhkəmə mövcud olmamış kimi rədd edir və belə qənaətə gəlir ki, cavabdehin mülki hüquqi məsuliyyətinin yaranmasının qanuni əsası yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şi kayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

20. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Re spublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

22. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

23. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

26. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi h üquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

31. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-202/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar