Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1383/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: X3 İddiaçı2 ASC Cavabdeh5 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1383/21 (Açar sözlər: kreditin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: X3 İddiaçı2 ASC-nin vəkili X1, Cavabdeh: Cavabdeh5 vəkili Vəkil iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-146/2020 saylı qətnaməsindən iddiaçı X3 İddiaçı2 ASC və Cavabd eh5 ayrıayrılıqda verdikləri kasasiya şikayətləri üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh5 və xx müştərək qaydada əsas borca görə 58.442 ABŞ dolları, faiz borcuna görə 11.930 ABŞ dolları, hesablanmış cəriməyə görə 1.000 ABŞ dolları, cəmi 71.372 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh5 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, Kamil Hüseynov küçəsində yerləşən, ümumi sahəsi 67,8 kv.metr olan 16 saylı evə yönəldilməsi və cavabdeh xx mülkiyyətində olan Sum qayıt şəhəri, 41 “A” saylı məhəllədə, 2 “A” saylı binada yerləşən 12 saylı mənzilə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim C.B.Məmmədov) iddia qismən təmin edilərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada ödəniş günü milli manata məzənnədə əsas borca görə 58.442 ABŞ dolları, faiz borcuna görə 11.930 ABŞ dolları, hesablanmış cəriməyə görə 100 ABŞ dolları, ümumilikdə 70.472 ABŞ dollarının tutulub iddiaçıya ödənilməsi, tutmanın ilkin satış qiyməti 48.000 manat müəyyən edilməklə Cavabdeh5 mülkiyyətində olan Sumq ayıt şəhəri, Corat qəsəbəsi, Kamil Hüseynov küçəsində yerləşən 16 saylı evə və ilkin satış qiyməti 52.000 manat müəyyən edilməklə cavabdeh xx mülkiyyətində olan Sumqayıt şəhəri, 41 “A” məhəllə, 2 “A” saylı binada yerləşən 12 saylı mənzilə yönəldilməsi, hər iki mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, qalan vəsaitin müvafiq surətdə Cavabdeh5 və xx qaytarılması və qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdeh5 apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim lər G.F.Tağızadə sədrlik edən, məruzəçi, A.Q.Hüseynov və T.O.Quliyev) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh5 kasasiya şikayəti verərək, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər G.A.Quliyev sədrlik edən, məruzəçi, Ə.A.Mirzəliyev və T.A.Qoldman) kasasiya şikayəti təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəmə sinə qaytarılıb. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov sədrlik edən, məruzəçi, Ş.R.Abasov və S.A.Qafari) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsinə faiz borcunun tutulmasına və ipoteka predmetlərinin ilkin satış qiymətlərinə aid hissələrdə dəyişiklik edilib və cavabdehlərdən müştərək qaydada ödəniş günü milli manata məzənnədə əsas və faiz borcuna görə 27.321,05 ABŞ dollarının tutulub iddiaçıya verilməsi, Cavabdeh5 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, Kamil Hüseynov küçəsi, 16 saylı evin ilkin satış qiymətinin 50.000 manat, cavabdeh xx məxsus Sumqayıt şəhəri, 41 “A” məhəllə, 2 “A” say lı evin 12 saylı mənzilin ilkin satış qiymətinin 56.000 manat müəyyən edilməsi və qalan hissədə qətnamənin Cavabdeh5 apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması qət edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi mübahisəni düzgün həll etsə də, kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğini, həmçinin ipoteka predmetlərinin ilkin satış qiymətlərini düzgün müəyyən etməyib. Ona görə də Cavabdeh5 apelyasiya şikayətinin dəlillərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinə əsas və faiz borcunun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətlərinə aid hissədə dəyişiklik edilməli, qalan hissədə qətnamə Cavabdeh5 apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhk əməsi hüquqi mövqeyini Mülki Məcəllənin 317.1, 448.1, 448.2, 449.4-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində ikinci icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsas və faiz borcunun 27.321,05 manat müəyyən edilməsi hissəsində ləğv edilib, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş edib. İddiaçı kasasiya şikayətini belə əsaslandırıb ki, apelyasiya instansiyası məhkəməsi əsas və faiz borcunun tutulması hissəsində səhv nəticəyə gəlib və məhkəmənin gəldiyi nə ticə maddi, prosessual hüquq normalarının tələblərinə uyğun deyil. Cavabdeh5 kasasiya şikayəti verərək, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Cavabdeh5 kasasiya şikayətini belə əsaslandırıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı LPO İddiaçı2 ASC vəkili xx öz kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh5 vəkili Vəkil məhkəmə iclasında kasasiya instansiyası məhkəməsinə yazılı ərizə təqdim edib, iş üzrə ape lyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kasasiya şikayətindən imtina etdiyini və ərizənin qəbul edilərək, Cavabdeh5 münasibətdə kasasiya icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh5, digər cavabdehlər Cavabdeh1 və xx məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edil-mə-məsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyən-ləş-di-ril-miş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İdd iaçının kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi əsas və faiz borcunun tutulması hissəsində mübahisələndirildiyindən, Cavabdeh5 isə yazılı ərizə verib kasasiya şikayətindən imtina etdiyindən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı iddiaçının kasasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalı, Cavabdeh5 münasibətdə isə kasasiya icraatına xitam verilməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzg ün tətbiq edib və işdə, iddiaçının kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddia olunan əsas və faiz borcunun məbləğini düzgün müəyyən etməməsini göstərsə də, kasasiya instansiyası məhkəməsi iddiaçının bu dəlili ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borclu Cavabdeh1 36 ay müddətinə, illik 22 faiz ödəmək şərti ilə 65.000 ABŞ dolları kredit verilib. Kredit müqavilə si üzrə öhdəliklərin təmin edilməsi üsulu kimi cavabdehlər Cavabdeh5 və xx ayrı-ayrılıqda xx xxxxxxx 2015-ci il tarixli zaminlik müqavilələri bağlanıb və onlar kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərilərinə götürüblər. Eyni zamanda tərəflər arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli ipoteka müqavilələrinə əsasən, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi Cavabdeh5 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, Kamil Hüseynov küçəsində yerləşən 16 saylı ev və xx mülkiyyətində olan Sumqayıt şəhəri, 41 “A” saylı məhəllə, 2 “A” saylı evin 12 saylı mənzili iddiaçının xeyrinə ipoteka qoyulub. İddiaçı tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 iddi açıya ödənilməmiş 56.768 ABŞ dolları əsas, 11.930 ABŞ dolları faiz borcu vardır. Həmçinin işə əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, borclu Cavabdeh1 xx xxxxxx 2017-ci il tarixə iddiaçıya ödənilməmiş ümumilikdə 62.614,24 ABŞ dolları kredit borcu var, həmin borcun da 59.868,08 ABŞ dolları əsas borcu, 2.746,15 ABŞ dolları isə faiz borcunu təşkil edir. Eyni zamanda ekspert rəyində qeyd edilmişdir ki, borclu Cavabdeh1 tərəfindən xx xxxxxx 2017ci il tarixdən sonra 33.867,10 ABŞ dolları ödəniş edilib. Lakin ekspert qarşısında qoyulmuş sualda borc məbləğinin hesablama tarixinin xx xxxxxx 2017-ci il tarixədək müəyyən edilməsi qeyd edildiyindən, 33.867,10 ABŞ dolları nəzərə alınmamışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin məhz borclu Cavabdeh1 tərəfindən pozulması və lazımınca icra edilməməsi işin mübahisə olunmayan halıdır. Bu səbəbdən də öhdəliyini icra etməyən borclu Cavabdeh1 iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur və mülki qanunvericiliyə görə borclu Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu Cavabdeh1 öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbl əğinin kreditora ödənildiyi günə qədər tutulur. Apelyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, apelyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, sözügedən kredit müqaviləsi üzrə borclu Cavabdeh1 hər ay əsas və faiz borcu kimi 2.483,17 ABŞ dolları, sonuncu ay isə 2.471,74 ABŞ dolları ödəniş etməli idi. İddiaçı isə hazırki iddia ilə məhkəməyə 2017-ci ilin fevral ayında müraciət edib. İş üzrə verilmiş ekspert rəyindən də görünür ki, borclu Cavabdeh1 ona verilmiş krediti və hesablanmış faizləri ödəniş qrafiki üzrə ödəməyib və ödənişləri gecikdirib. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni işə əlavə edilmiş sübutlarla, o cümlədən ekspertin rəyi ilə əsaslandırmışdır. İddiaçı ekspertin rəyi ilə razılaşmasa da, ekspertin rəyinin əsassızlığına dair məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübu t etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kasasiya instansiyası məhkəməsi iddiaçının kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinə faiz borcunun tutulmasına aid hissədə dəyişiklik edib, cavabdehlərdən müştərək qaydada tutulacaq əsas və faiz borcunun məbləğini cəmi 27.321,05 ABŞ dolları müəyyən etməklə düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisə ləndirilən hissədə iddiaçının kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda işdən görünür ki, Cavabdeh5 yazılı ərizə ilə kasasiya instansiyası məhkəməsinə müraciət edərək, qətnamədən verdiyi kasasiya şikayətindən imtina etdiyi üçün kasasiya şikayətindən imtina barədə ərizəsinin qəbul edilib, ona münasibətdə kasasiya icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası MPM-nin 410.1-ci maddəsinə əsasən, kasasiya şikayəti vermiş şəxs kasasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 410.2-ci maddəsində göstərilir ki, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kasasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətna mə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kasasiya şikayətindən imtinanı qəbul edirsə, kasasiya instansiyasında icraata xitam verilir. Göründüyü kimi hazırda Cavabdeh5 qətnamədən verdiyi kasasiya şikayətindən kasasiya instansiyası məhkəməsində qərar çıxarılanadək imtina edib və onun kasasiya şikayətindən imtina etməsi qanuna zidd deyil, hər hansı bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmur. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh5 kasasiya şikayətindən imtina etməsi onun hüququ sayıldığından, habelə işdə, onun kasasiya şikayətindən imtina etməsini istisna edən heç bir hal olmadığından, onun kasasiya şikayətindən imtinası qəbul edilməklə, ona münasibətdə kasasiya instansiyasında icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 410.3-cü maddəsində göstərilir ki, kasasiya instansiyasında icraata xitam verilməsi barədə kasasiya məhkəməsi qərar çıxarır. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, Cavabdeh5 kasasiya şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə kasasiya icraatına xitam verilməli və iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, iddiaçının kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh5 kasasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə kasasiya instansiyasında icraata xitam verilsin. İş üzrə Sumqayıt Apellyasi ya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-146/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə iddiaçı X3 İddiaçı2 ASC kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1383/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1383/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver