Məhkəmə qərarları › İş №2(102)-1384/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1384/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1384/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması 20.06.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 dekabr 2022-ci il tarixli, 2(103)7892/2022 saylı qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə 20 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları İddiaçı ASC ilə Cavabde h arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli, GA.123647.1 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh 84 ay müddətinə, illik 30% dərəcəsi ilə kredit limiti ayrılmışdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13 noyabr 2019-cu il tarixli, 101846123647/4 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh 16 ay müddəitinə, illik 18% ödəmək şərti ilə yaşayış sahəsinin alınması üçün 70.000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi 16 saylı evin 109 saylı mənzili (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 48 M 7 m l) Bankın xerinə ipoteka qoyulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı AS C (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13 noyabr 2019-cu il tarixli, 101846-123647/4 saylı kredit müqaviləsi üzrə əsas borca görə 48.863,13 manat, faiz borcuna görə 11.449,38 manat olmaqla, cəmi 60.312,51 manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın Bank qarşısında ipoteka qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi,16 saylı evin 109 saylı mənzilinə (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 48 M 7 m l) yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilərək açıq hərracdan satılması, satışdan əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka predmeti hərracdan satıldıqd an sonra Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi 16 saylı evin 109 saylı mənzildən (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 48 M 7 m l) çıxarılması və həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında 08 noyabr 2019-cu il tarixli, GA.123647.1 saylı kredit limitinin ayrılması haqqında baş saziş imzalanmışdır. Həmin baş saziş üzrə öhdəliklərin təminatı kimi Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi, 16 saylı evin 109 saylı mənzilini (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 48 M 7 m l) 08 noyabr 2019-cu il tarixli, GA.123647.1 saylı ipoteka müqaviləsinə əsasən Bankın xeyrin ə ipoteka qoymuşdur. Tərəflər arasında bağlanmış baş sazişə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 13 noyabr 2019-cu il tarixli, 101846-123647/4 saylı kredit müqaviləsinə əsasən 16 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 70.000 manat kredit verilmişdir. Borcalan Cavabdeh sözügedən kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, Cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə 26 avqust 2021-ci il tarixli, 001/007/4269/2021 saylı bildiriş ipoteka qoyan Cavabdeh 27 avqust 2021-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt gön dərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni 02 sentyabr 2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə borclu Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Ona görə də Cavabdeh 13 noyabr 2019-cu il tarixli, 101846-123647/4 saylı kredit müqaviləsi üzrə əsas borca görə 48.863,13 manat, faiz borcuna görə 11.449,38 manat olmaqla, cəmi 60.312,51 manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın Bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi, 16 saylı evin 109 saylı mənzilinə (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 48 M 7 m l) yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka predmeti hərracdan satıldıqdan sonra Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi, 16 saylı evin 109 saylı mənzilindən (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 48 M 7 m l) çıxarılması və həmin mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC-nin 22 iyun 2022-ci il tarixli, 59 saylı hesabatdan görünür ki, Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi, 16 saylı evin 109 saylı mənzilinin (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 48 M 7 m l ) bazar dəyəri 170.000 manat, likvid dəyəri isə 150.000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2022-ci il tarixli, 9/2039 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, borcalan Cavabdeh 13 noyabr 2019-cu il tarixli, 101846-123647/4 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla 21 mart 2021-ci il tarixə əsas borcu 48.863,75 manat, faiz borcu isə 11.293,84 manat təşkil edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(001)1699/2022 saylı qətnaməsi ilə (hakim S.Səlimova) iddia qismən təmin edilərək, Cavabdeh əsas borca görə 48.863,13 manat, faiz borcuna görə 11.293,84 manat, məhkəmə xərcinə görə 311,75 manat olmaqla, cəmi 60.468,72 manat kredit borcunun tut ulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi, 16 saylı evin, 109 saylı mənzilinə (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 48 M 7 m l) yönəldilməklə, ilkin satış qiymətinin 150.000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin hazırkı qətnamə ilə müəyyən olunmuş borcun və məhkəmə xərclərinin ödənilməsinə yönəldilməsi, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi 16 saylı evin 109 saylı mənzilinin (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 48 M 7 m l) hərracdan satıldıqdan 1 ay sonra Cavabdeh mənzildən çıxarılmaqla mənzilin boşaldılması və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, m əhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehin iddiaçı ilə bağladığı 08 noyabr 2019-cu il tarixli, GA.123647.1 saylı kredit limitinin ayrılması haqqında baş saziş üzrə 13 noyabr 2019-cu il tarixli, 101846-123647/4 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində əsas borca görə 48.863,13 manat, 13 noyabr 2019-cu il tarixli, 101846-123647/4 saylı kredit müqaviləsinin qüvvədə olduğu müddətə faiz borcuna görə 11.293,84 manat borcu yaranmışdır. Məhkəmə araşdırması zamanı cavabdehin əsas borca görə 48.863,13 manat, faiz borcuna görə 11.293,84 manat borcunun yaranması öz təsdiqini tapdığından iddia ərizəsi bu məbləğdə borcun cavabdehdən iddiaçının xeyrinə tutulmasına, tutmanın ipoteka predmetinə yönəldilməklə ipoteka predmet inin açıq hərracdan satılmasına, satışdan əldə olunacaq vəsait hesabına borcun və məhkəmə xərclərinin ödənilməsinə, ipoteka predmeti hərracda satıldıqdan sonra ən geci bir ay ərzində ipoteka qoyan ipoteka predmetini tərk etmədikdə cavabdehin mənzildən çıxarılmaqla mənzilin boşaldılmasına dair iddia tələbləri əsaslıdır və ona görə də təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti "xxxx" MMC tərəfindən müəyyən olunan ipoteka predmetinin likvid dəyəri olan 150.000 manat əsas götürülməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mül ki Məcəllənin 319, 425 və 442-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 1.0.9., 34 və 59-cu maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyun 2020-ci il tarixli, 01 saylı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair qərardadına istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən qeyd olunmuşdur ki, guya borcun gecikdirilməsi ilə əlaqədar, Bank tərəfindən cavabd ehə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. “Bu halda, Bank tərəfindən “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə 26 avqust 2021-ci il tarixli, 001/007/4269/2021 saylı bildiriş ipoteka qoyan Cavabdeh 27 avqust 2021-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni 02 sentyabr 2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.” Halbuki, qeyd olunan məsələ ilə əlaqədar olaraq ona məktub göndərilməmişdir. Bundan əlavə, Mülki Məcəllənin 443.5-ci maddəsinin dispozisiyasından da göründüyü kimi Bank tərəfindən məhkəməyə müraciət o lunmadan qabaq ilk öncə borcun gecikdirilməsi ilə əlaqədar olaraq vaxt təyin edilməli, artıq bundan sonra məhkəməyə müraciət olunmalı idi. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş materiallarını və sübutları tam araşdırmamış, sübutlara tətbiq edilməli olan müvafiq normalara asaslanaraq hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçı tərəfindən göndərilmiş iddia ərizəsi 31 yanvar 2022-ci il tarixində məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. Lakin, iş materiallarına diqqət yetirilsə aydın şəkildə görünür ki, üçüncü hazırlıq iclasında 10 oktyabr 2022-ci il tarixə baxış iclası təyin olunmuş və ilk baxış iclasında da qətnamə ilə iddia təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 dekabr 2022-ci il tarixli, 2(103)7892|2022 saylı qətnaməsi ilə (hakimlər F.F.Bab ayev sədrlik edən, məruzəçi, Ş.A.Məmmədova və R.Ə.Eyvazov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası mülki iş materiallarını araşdıraraq qeyd etmişdir ki, cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli p ozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldıqları kimi iddiaçıya ödəməlidir. Apellyasiya şikayətində irəli sürülən, məhkəmə tərəfindən araşdırma aparılmadan, birinci baxış iclasında dərhal qətnamə qəbul edilməsi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki iş üzrə üç dəfə hazırlıq iclası keçirilmiş, iş üzrə ekspertiza təyin olunmuş, iş üzrə əlavə araşdırmaya ehtiyac qalmadığı, tərəflər hər hansı sübut təqdim etmdiklərindən məhkəmə baxışı təyin olunmuş və qətnamə çıxarılmışdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki prosessual qanunvericilikdə qətnamənin neçənci məhkəmə baxışında elan olunması ilə bağlı hər hansı bir tələb yoxdur. İşə baxan hakim iş üzrə məhkəmə araşdırmasının kifayət etdiyini hesab edərsə, istənilən məhkəmə baxışınd a qətnamə elan edə bilər. Həmçinin, mülki iş materialları ilə müəyyən olunur ki, cavabdehə iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən qabaq xəbərdarlıq məktubu göndərilmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahsələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 319, 385, 425, 442 və 443-cü maddələrinə, “İpoteka haqqında” Qanunun 34 və 59-cu maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.1 və 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehə ipoteka predmetinə tutma yönəldilməsi barədə 26 avqust 2021-ci il tarixli, 001/007/4269/2021 saylı bildirişin göndərilməsi qeyd olunsa da, cavabdehə heç bir bildiriş göndərilməmiş, məhkəmələr tərəfindən isə bu hala heç bir qiymət verilməmişdir. Məhkəmələr qətna mə çıxararkən mülki iş materiallarını və sübutları tam araşdırmamış, sübutlara tətbiq edilməli olan müvafiq normalara əsaslanaraq hüquqi qiymət verməmişlər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsinigecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olu nmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir; Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca ic ra edilməməsi başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 34.1 İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə 59.1. Yaşayış e vi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Maddə 59.2. Yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağl anması üçün məhkəməyə müraciət edə bilər. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tə rk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış ye ri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fakt iki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi iddianın- cavabdehin mənzilindən çıxarılmaqla mənzilin boşaldılması tələblərinə aid hissələrdə istisna olmaqla, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 08 noyabr 2019-cu il tarixli, GA.123647.1 saylı kredit limitinin ayrılması haqqında baş sazişə əsasən Bank cavabdehə 490.000 manat məbləğində, 84 ay müddətinə, illik maksimum 30% dərəcəsi ilə kredit limiti ayırmış, cavabdeh isə saziş və saziş çərçivəsində bağlanan kredit və kredit xətti müqavilələri ilə müəyyən olunan şərtlərlə və qaydada kredit limitindən istifadə etməyi və götürülmüş krediti kredit müqavilələrinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən Banka ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndinə əsasən kredit müqavilələri üzrə hesablanmış faizlər kreditin verilmə tarixindən etibarən kredit tam həcmdə qaytarılan günədək borcalanın adına açılan ssuda hesabı üzrə borc məbləğinə aylıq 30, illik isə 360 gün hesabı ilə gündəlik olaraq hesablanır. Müqavilənin 5.1.6-cı bəndinə əsasən bank borcalan bu müqavilə ilə müəyyənləşdi rilən öhdəliklərindən bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə bu müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Daha sonra tərəflər arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli kredit limitinin ayrılması haqqında baş saziş üzrə 13 noyabr 2019-cu il tarixli, 101846-123647/4 saylı kredit müqaviləsinə əsasən, Bank illik 18% ödəmək, 16 ay müddətinə qaytarmaq şərti ilə cavabdehə yaşayış sahəsinin alınması üçün 70.000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə əsasən bu kredit müqaviləsi 08 noyabr 2019-cu il tarixli, GA.123647.1 saylı kredit limitinin ayrılması haqqında baş saziş əsasında bağlanmış və onun ayrılmaz hissəsi sayılır. Həmçinin arasında bağlanmış 13 noyabr 2019-cu il tarixli, 101846- 123647/4 saylı k redit müqaviləsinin ödəniş cədvəlinə əsasən, Cavabdeh götürdüyü 70.000 manat kreditə görə 13 noyabr 2019-cu ildən 13 mart 2021-ci il tarixədək olan dövr ərzində əsas borca görə 70.000 manat, faiz borcuna görə 9256,88 manat ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda tərəflər arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli, GA.123647.1 saylı ipoteka müqaviləsinə əsasən, tərəflər arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli kredit limitinin ayrılması haqqında baş sazişdə nəzərdə tutulan öhdəliklərin, yəni verilmiş kreditin və ona hesablanmış faizlərin, habelə icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin, kredit və ipoteka müqavilələrinin şərtlərinin yerinə yetirilməsinə dair bütün mübahisələrin baxılması və həlli ilə bağlı xərclərin ödənilməsinin icrasını təmin etmək üçün DƏDRX-n in Bakı şəhər Ərazi İdarəsində qeydə alınan xüsusi mülkiyyət hüququ ilə cavabdehə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi 16 saylı evin 109 saylı mənzilinin (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 48 M 7 m l) Bankın xeyrinə ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qanunilyini və əsaslılığını iddianın təmin olunan hissələrində yoxlayıb qeyd etmişdir ki, cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldıqları kimi iddiaçıya ödəməlidir. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddianın- cavabdehin mənzilindən çıxarılmaqla mənzilin boşaldılması tələblərinə aid hissələrdə istisna olmaqla, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, bu hissədə apellyasiya instansiyası məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Lakin, kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddianı- cavabdehin mənzildən çıxarılmaqla mənzilin boşaldılması hissələrində təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3 və 59.4-cü maddələrinin tələblərini pozmuşdur. Belə ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olmaları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinin tələblərindən irəli gəlir. Həmin maddənin tələbləri baxımından, bunun üçün aşağıdakı iki şərtdən ən azı birinin mövcud olması zəruridir: yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulması v ə ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmaları. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Beləliklə, təkcə fərdi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka ilə yüklü edilməsi “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsindəki dispozisiya şərtinin reallaşması üçün yetərlidir. Bu zaman, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələri tələb olunmur. Qalan, yəni ipoteka müqaviləsi kredit müqaviləsinin deyil, digər müqavilələrin (podrat və s.) təminatı üçün bağlandığı hallarda “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsindəki vəzifənin reallaşması üçün hökmən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmalıdırlar. İpoteka predmeti olan fərdi yaşayış evindən və ya mənzildən orada yaşayan şəxslərin çıxarılmasının ipoteka saxlayan tərəfindən tələb olunması qaydası “İpoteka haqqında” Qanunun hazırda qüvvədə olan redaksiyasının 59.4-cü maddəsində təsb it olunmuşdur. Həmin normaya əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsində ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka predmeti olan yaşayış sahəsindən məcburi qaydada çıxarılması üçün ayrıca məhkəmə qərarının verilməsi qanunda nəzərdə tutulmamışdır. Yəni, ipoteka saxlayan yalnız ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında icra haqqında qanunvericiliyə uyğun olaraq ipoteka predmeti olan yaşayış evi və ya mənzilin boşaldılmasına məhkəmədənkənar qaydada nail ola bilər. Bununla yanaşı, nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin 28 dekabr 2018-ci il tarixinədək mövcud olmuş redaksiyasında bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulurdu. Beləliklə, Qanunun əvvəlki redaksiyası ipoteka saxlayan üçün alternativ iki sənəddən biri (tutmanın y önəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı) ilə öz tələb hüququnu həyata keçirməyə imkan yaradırdı. Lakin sözügedən tarixdən sonra qanunverici bu proseduru sadələşdirərək, ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka predmeti olan yaşayış sahəsindən məcburi qaydada çıxarılmasını yalnız ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi, tərəflər arasında mübahisəli hüquq münasibəti 28 dekabr 2018-ci il tarixdən sonra yaranmışdır. Bu səbəbdən də iddi anın sözügedən hissəsinə məhkəmədə baxıla bilməz və Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinin tələblərinə uyğun olaraq işin icraatına həmin hissələrdə xitam verilməli və iddiaçıya izah edilməlidir ki, həmin tələblər üzrə icra qurumuna müraciət edə bilər. Sözügedən mülki prosessual normaların mənasına görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə məhkəmə iş üzrə icraata xitam verir. Apellyasiya instansiyası məhkəməsi, iddianın qeyd olunan hissələrinə məhkəmədə baxılmalı olmamasını nəzərə almadan, həmin hissələrə də mahiyyəti üzrə baxaraq qətnamə qəbul etməklə, qeyd olunan maddi hüquq normalarının tələblərini pozmuşdur. Ona görə kassasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qeyd olun an hissələrdə ləğv edilməli, həmin hissələrdə iş üzrə icraata xitam verilməlidir. “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin mənasına görə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia tələbi üzrə məhkəmənin verdiyi icra sənədi, ipoteka qoyanın və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin “İcra haqqında” Qanunla müəyyən edilmiş qaydada icra məmuru tərəfindən ipoteka predmeti olan fərdi yaşayış evindən və ya mənzildən məcburi qaydada çıxarılmaları üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 dekabr 2022-ci il ta rixli, 2(103)-7892/2022 saylı qətnaməsi qismən, iddianın- Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 16 saylı evin 109 saylı mənzilindən çıxarılmaqla mənzilin boşaldılması tələblərinin təmin edilməsi hissələrində ləğv edilsin, həmin hissədə iş üzrə icraata xitam verilsin. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar