Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1387/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin Cavabdehə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1387/21 (Açar sözlər: Azərbaycan Respublikası Prezidentin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının tətbiqi ilə bağlı) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Rəsulova Aysel Ələddin qızının iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməs i tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1604/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında iki istehlak krediti müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 18 ay müddətinə illik 17% ödəmək şərti ilə 2600 ABŞ dolları məbləğində, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 17% ödəmək şərti ilə 8800 ABŞ dolları kredit verilmişdir. xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli, 01 saylı əlavəyə əsasən kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixinədək uzadılmışdır. Cavabdeh kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri vaxtlıvaxtında yerinə yetirməmiş, müqavilənin şərtlərini pozmuşdur. Eyni zamanda cavabdehin ödənilməmiş qalmış borcu Azərbaycan Respublikası Prezidentin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının tətbiqi dairəsinə düşməsi ilə bağlı ona restrukzasiyaya dair müqavilə balaması təklif edilmiş, cavabdeh təklifi qəbul etməkdən imtina etmişdir. Ona görə bank hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2015-ci il tarixli, İKM 09 saylı kredit müqaviləsi üzr ə əsas borc 789,41 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə faiz borcu 18,14 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu 115,72 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 479,28 ABŞ dolları, cəmi 1402,55 ABŞ dolları, xx.xx.2014-cü il tarixli, İKM 07 saylı kredit müqaviləsi üzrə əsas borc 8800 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2019cu il tarixinə faiz borcu 743,85 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu 1242 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 4484,07 ABŞ dolları, cəmi isə 15269,92 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub cəmiyyətin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixli, İKM 09 saylı istehlak kredit müqaviləsinə əsasən cəmiyyətin “Sumqayıt” filialı tərəfindən Cavabdeh 18 ay müddətinə illik 17% ödəmək şərti ilə 2600 ABŞ dolları məbləğində və xx.xx.2014-cü il tarixli, İKM 07 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 17% ödəmək şərti ilə 8800 ABŞ dolları kredit verilmişdir. xx.xx.2014-cü il tarixli, İKM 07 saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli, 01 saylı əlavəyə əsasən kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixinədək uzadılmışdır. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli, İKM 09 saylı və xx.xx.2014-cü il tarixli, İKM 07 saylı istehlak kredit m üqavilələri üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də, müqavilənin şərtlərini pozmuşdur.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-264/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Almaz Süleymanova) iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2015-ci il tarixli, İKM 09 saylı kredit müqaviləsi üzrə 789,41 ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) əsas borc, xx.xx.2014-cü il tarixli, İKM 07 saylı kredit müqaviləsi üzrə isə 8800 ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) əsas borc və ödənilmiş dövlə t rüsumunun əvəzi olaraq 18,60 manatın iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. İddiaçı ləğv prosesində olan İddiaçı ASC qətnamədən apellyasiya şikayəti vermişdir.
6. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8901/2019 saylı qərardadı ilə (sədrlik edən) iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə cavabdeh tərəfindən verilmiş borc tələbinə dair qarşılıqlı iddia ərizəsinin qəbulundan imtina edilmiş, qarşılıqlı iddia ərizəsi və əlavə edilmiş sənədlərin cavabdehə rəsmi qaydada verilməsi qərara alınmışdır.
7. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Res publikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739-cu maddələrinə və Azərbaycan Respublikası Prezidentin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına istinad etmişdir.
8. Məhkəmənin mövqeyi belə olmuşdur ki, qeyd olunan fərmanla vətəndaşların faiz və cərimə borcunun silinməsi qərara alındığı üçün cavabdehin borcun ödənilməsi ilə bağlı yeni müqavilə bağlamasından imtina etməsindən asılı olmayaraq Fərmanda nəzərdə güzəştlər ona tətbiq edilməlidir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlərT.Məmmədov (sədrlik edən və məruzəçi) Ş.Abasov və S.Qafari) xx xxxxxx 2020-ci il tarixli, 2(105)-1604/2020 nömrəli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-264/2020 saylı qətnaməsi faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz və cərimə borcuna aid hissələrdə ləğv edilmiş, həmin hissələrdə iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, İKM 07 saylı kredit müqaviləsi üzrə 743,85 (yeddi yüz qırx üçABŞ dolları 85 sent) ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 1242 (bir min iki yüz qırx iki) ABŞ dolları faiz borcu, 100 (bir yüz) ABŞ dolları cərimə borcu, xx.xx.2015-cı il tarixli, İKM 09 saylı kredit müqaviləsi üzrə 18,14 (on səkkiz ABŞ dolları 14 sent) ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 115,72 (bir yüz on beş ABŞ dolları 72 sent) ABŞ dolları faiz borcu, 50 (əlli) ABŞ dolları cərimə borcu ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi Azərbaycan manatının ABŞ dollarına olan məzənnəsi ilə manatla tutulması, qalan cərimə borclarına aid hissələrdə iddianın təmin edilməməsi qət edilmişdir.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443, 445.1, 445.2, 448.1, 449, 462, 739-cu maddələrinə istinad etmişdir.
11. Apelyasiya Məhkəməsinin mövqeyi belə olmuşdur ki, borcun məbləği müvafiq Fərmanın təsiri altına düşməsinə baxmayaraq cavabdeh qalıq qalmış borcun ödənilməsi üçün restrukzasiyaya dair müqavilə bağlamaqdan imti na etdiyi üçün tərəflər arasındakı mübahisəyə müqavilədən irəli gələn maddi hüquq normaları tətbiq edilməklə faiz, cərimə və əldən çıxmış fayda kimi məbləğlər hesablanmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, işə yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya məhkəməsinin qətnaməsi maddi və prosessual normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir. Beləki, xx xxxxxx 2015-ci il tarixdə, iddiaçı banka bir il müddətinə “tam sərbəst” depozit məbləği yerləşdirmişdir. Depozitin məbləği 32.500 ABŞ dolları olmuş və sığortalı olmuşdur. Buna görə həmin vəsaitdən iki dəfə az kredit götürmüşdür. Lakin, bank müflis elan olunduqdan sonra depozit məbləğini tələb etsə də, həmin vəsaitin cəmi 13.386 manatlıq hissəsi ona qaytarılmışdır. Onun ləğvetmə prosesində olan banka qarşı 24.604 ABŞ dolları tələbi qeydə alınmışdır. Ləvetmə prosesində olan banka müraciət edərək elə həmin bankın depozitinə qoyulmuş vəsait hesabına onun borclarının silinməsini xahiş etsə də müraciəti təmin edilməmiş və bank hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də qalıq borcunun ödənilməsinə dair onunla yeni müqavilə bağlanmasına razılıq verməmişdir. İşə baxan Apelyasiya Məhkəməsi onun dəlillərinə hüquqi qiymət verməmiş, düzgün olmayan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Rəsulova Aysel Ələddin qızı kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. Maddə: 431.1. Borclu öhdəliyin icrasının onun özündən as ılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
17. Maddə 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər.
18. Azərbaycan Respublikası Prezidentin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 1-ci bəndi. Fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutad a olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin.
19. Həmin Fərmanın 5.1. bəndi. Bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X1 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin.
20. Fərmanın 5.2. bəndi. Bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin.
21. Fərmanın 6.1. bəndi. Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər.
22. Fərmanın 6.2. bəndi. Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmi n edən tədbirlər görsünlər.
23. Fərmanın 6.3. bəndi. Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 418.1., Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual h üququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Hazırkı iş üzrə 1-ci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apelyasiya şikayəti verməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddiaçının şikayəti əsasında faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz və cərimə borcuna aid hissələrdə ləğv edilmiş və həmin hissədə iddia qismən təmin olunmuşdur. Ona görə hazırkı kassasiya baxışının hədləri apelyasiya məhkəməsinin qətnaməsinin həmin hissələri ilə məhdudlaşır.
30. Apellyasiya məhkəməsi iddianı qeyd olunan hissələrdə təmin edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, borcun məbləği müvafiq Fərmanın təsiri altına düşməsinə baxmayaraq cavabdeh qalıq qalmış borcun ödənilməsi üçün restrukzasiyaya dair müqavilə bağlamaqdan imtina etdiyindən tərəflər arasındakı mübahisəyə müqavilədən ir əli gələn maddi hüquq normaları tətbiq edilməklə faiz, cərimə və əldən çıxmış fayda kimi məbləğlər hesablanmalıdır.
31. Məhkəmə kollegiyası həmin mövqe ilə razılaşmır. Çünki belə qənaət qərarın 18-ci bəndində qeyd olunan Fərmanın məqsədlərinə ziddir. Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Orada deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respubli kada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır.
32. Göründüyü kimi həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərməkborcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, həmin Fərmanda dövlətin qarşılayacağı borcun əvəzi olaraq banklara külli miqdarda kredit ayrılması (qərarın 19-cu bəndi), bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilmişdir.
33. Fərmana əsasən (qərarın 22-ci bəndi) banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və.s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu.
34. Qed olunan fərmanda faizlərinin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır.
35. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur.
36. Qərarın 16-17-ci bəndlərində qeyd olunan maddi hüqu q normalarının hazırkı hala tətbiqi müzakirə olunmalıdır. Ona görə ki, Fərmanın tələblərinə uyğun olaraq dövlət öhdəliyin bir hissəsini ödəməyi öz üzərinə götürmş və icra etmişdir.
37. Cavabdeh güzəşt olunan borcun dövlət tərəfindən ödənilməsinə etiraz etməmişdir. Cavabdehin etirazı yeni müqavilə bağlanması ilə əlaqədar olmuşdur ki, etirazını da özünün mövqeyinə uyğun (qərarın 13-cü bəndi) əsaslandırmışdır. Lakin, işə baxan məhkəmə etirazın qanuni əsasını tapmaqda şikayətin dəlillərindən asılı deyil. Ona görə Apelyasiya Məhkəməsi mübahisəni həll edərkən Fərmanın tələblərinin düzgün tətbiq edilməsini yoxlamalı idi.
38. Yuxarıda şərh olunanlar Apelyasiya Məhkəməsinin maddi və prosessual (sübutların dəyərləndirilməsi ilə bağlı normaları) hüquq normalarını düzgün tətbiq etməməsi qənaətinə gəlm əyə əsas verir ki, buda qətnamənin ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1604/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz və cərimə borcuna aid hissələrdə ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.