Məhkəmə qərarları › İş №2(102)-1390/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1390/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1390/2021 15.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ iAçar sözlər: barışıq sazişinin təsdiq edilməsi, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-175/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair iş ə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 50000 manat əsas, 60000 manat məbləğində faiz borcu, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın cavabdehə məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0.049 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin iddiaçıya ödənilməsi, həçmin vəs ait əsas və faizlərin ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(067)-658/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Xəlilov) iddia qismən təmin edilmiş, cavabdehdən xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 50000 manat məbləğində əsas borc, 29000 manat məbləğində faiz borcu, 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, kredit borcunun cavabdehə məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 0.049 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 318.4 kv.m fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 100.000 manat müəyyən edilməsi, həmin fərdi yaşayış evi və torpaq sahəsinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin iddiaçıya ödənilməsi, əldə edilmiş pul vəsaitinin əsas borcun və faizlərin ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ipoteka qoyulmuş yaşayış evi və torpaq sahəsinə tutma yönəldilib satıldıqdan sonra fərdi yaşayış evində yaşayan cavabdehin və evin ipoteka ilə yüklü edilməsinə razılıq vermiş ailə üzvlərinin həmin evdən istifadə hüquqlarına xitam verilməklə, 1 ay ərzində evdən və evin yerləşdiyi torpaq sahəsindən çıxarılmaları, iddianın qalan hissəsinin təmin edilməməsi qət olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Sumqay ıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-175/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçı və cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xa hiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya baxışı zamanı məhkəməyə tərəflər arasında bağlanmış barışıq sazişi təqdim edilərək, iddiaçı ilə cavabdeh arasında razılıq əldə edildiyindən barışıq sazişinin təsdiq edilməsi məhkəmədən xahiş edilmişdir. Barışıq sazişinin şərtlərinə əsasən: “1. Tərəflər razılığa gələrək təsdiq edirlər ki, Cavabdeh İddiaçı xx.xx.2017-ci il tarixli kredit müqaviləsi, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-658/2019 saylı, xx xxxx 2019-cu il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-175/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamələri üzrə bu barışıq sazişi imzalanan tarixədək ödənilməmiş 38000 manat məbləğində əsas və 29000 mana t məbləğində faiz borcu olmaqla cəmisi 67000 (altmış yeddi min) manat qalıq borcu vardır;

2. İddiaçı bu sazişə görə Cavabdeh tərəfindən borc pulu hissə-hissə, xx xxx 2021-ci ilədək ödəməyi öhdəsinə götürdüyü üçün 67000 manat məbləğində borc pulun 14000 manat məbləğində faiz borcunu qarşı tərəfə güzəşt etməyi öhdəsinə götürür;

3. Cavabdeh bu barışıq sazişi üzrə təsdiq edilmiş qalıq borcu, yəni 53000 manat məbləğində borc pulu hissə-hissə, aşağıdakı tarixlərdə 2021-ci ilin may ayının 31-nə kimi İddiaçı ödəməyi öhdəsinə götürür: 3.1. Cavabdeh öhdəsinə götürür ki, 53000 manat qalıq borcdan 2021-ci ilin mart ayının 15-nə qədər 3000 manat məbləğində pulu, 2021-ci ilin mart ayının 31-nə qədər isə əlavə 7000 manat pulu İddiaçı ödəyəcəkdir. 3.2. Cavabdeh öhdəsinə götürür ki, qalan 43000 manat məblə ğində borc pulu isə 2021-ci ilin aprel ayının 1-dən 2021-ci ilin may ayının 31-nə kimi İddiaçı ödəyəcəkdir;

4. Tərəflər təsdiq edirlər ki, Cavabdeh tərəfindən 2021-ci ilin may ayının 31-nə kimi qalıq 53000 manat məbləğində pul tam və vaxtında bu saziş əsasında İddiaçı ödənilmədikdə və barışıq sazişinin şərtləri Cavabdeh tərəfindən pozularsa 2021-ci ilin may ayının 31-dən sonra bu barışıq sazişi və saziş əsasında qəbul edilmiş məhkəmə qərardadı avtomatik olaraq məcburi icraya yönəldiləcəkdir.

5. Bu barışıq sazişi və məhkəmə qərardadı əsasında cavabdeh tərəfindən bu saziş icra edilmədikdə barışıq sazişi üzrə ipoteka predmetinin qiyməti 100000 manatdır. xx.xx.2021-ci il tarixədək ödənilməmiş qalıq borc məbləği cavabdehə məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 0.049 ha torpaq s ahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, sahəsi 318.4 kv.m olan fərdi yaşayış evinə yönəldiləcək, ipoteka predmetinin ilkin satış qiyməti 100000 manat müəyyən ediləcək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi açıq hərracdan satılacaq, satışdan əldə edilən pul vəsaiti İddiaçı ödəniləcək, satışdan əldə edilmiş pul vəsaitinin əsas borcun və faizlərin ödənilməsinə kifayət etmədikdə qalan borc Cavabdeh tutularaq İddiaçı ödəniləcək, ipoteka qoyulmuş yaşayış evi və torpaq sahəsinə tutma yönəldilib satıldıqdan sonra ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan Cavabdeh həmin evdən istifadə hüquqlarına xitam veriləcəkdir, 1 ay ərzində evdən və evin yerləşdiyi torpaq sahəsindən çıxarılacaqdır;

6. Bu barışıq sazişi ilə Cavabdeh xx xxx 2021-ci il tarixədək borcu tam ödədikdə Cavabdeh məxsus əmlaklar ipoteka yüklülüyündən azad edilməlidir.” Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili məhkəməyə barışıq sazişi ilə yanaşı iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi Nümayəndə notarial qaydada təsdiq edilmiş yazılı ərizələrini təqdim edərək, işi sülh yolu ilə yekunlaşdırmaq niyyətində olduqlarını bildirdi və barışıq sazişini təsdiq etməklə iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin notarial qaydada təsdiq edilmiş ərizələrində də barışıq sazişini təsdiq etməklə iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi MPM-ə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəm ə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261.0.1261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər (maddə 52.3, 191.2, 261.0.5, 417.1.5). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş barışıq sazişi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv olunmalı və mülki işin icraat ına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.5 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi Nümayəndə arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: “1. Tərəflər razılığa gələrək təsdiq edirlər ki, Cavabdeh İddiaçı xx.xx.2017-ci il tarixli kredit müqaviləsi, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-658/2019 saylı, xx xxxx 2019-cu il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-175/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamələri üzrə bu barışıq sazişi imzalanan tarixədək ödənilməmiş 38000 manat məbləğində əsas və 29000 manat məbləğində faiz borcu olmaqla cəmisi 67000 (altmış yeddi min) manat qalıq borcu vardır;

2. İddiaçı bu sazişə görə Cavabdeh tərəfindən borc pulu hissə-hissə, xx xxx 2021-ci ilədək ödəməyi öhdəsinə götürdüyü üçün 67000 manat məbləğində borc pulun 14000 manat məbləğində faiz borcunu qarşı tərəfə güzəşt etməyi öhdəsinə götürür;

3. Cavabdeh bu barışıq sazişi üzrə təsdiq edilmiş qalıq borcu, yəni 53000 manat məbləğində borc pulu hissə-hissə, aşağıdakı tarixlərdə 2021-ci ilin may ayının 31-nə kimi İddiaçı ödəməyi öhdəsinə götürür: 3.1. Cavabdeh öhdəsinə götürür ki, 53000 manat qalıq borcdan 2021-ci ilin mart ayının 15-nə qədər 3000 manat məbləğində pulu, 2021-ci ilin mart ayının 31-nə qədər isə əlavə 7000 manat pulu İddiaçı ödəyəcəkdir. 3.2. Cavabdeh öhdəsinə götürür ki, qalan 43000 manat məbləğində borc pulu isə 2021-ci ilin aprel ayının 1-dən 2021-ci ilin may ayının 31-nə kimi İddiaçı ödəyəcəkdir;

4. Tərəflər təsdiq edirlər ki, Ca vabdeh tərəfindən 2021-ci ilin may ayının 31-nə kimi qalıq 53000 manat məbləğində pul tam və vaxtında bu saziş əsasında İddiaçı ödənilmədikdə və barışıq sazişinin şərtləri Cavabdeh tərəfindən pozularsa 2021-ci ilin may ayının 31-dən sonra bu barışıq sazişi və saziş əsasında qəbul edilmiş məhkəmə qərardadı avtomatik olaraq məcburi icraya yönəldiləcəkdir.

5. Bu barışıq sazişi və məhkəmə qərardadı əsasında cavabdeh tərəfindən bu saziş icra edilmədikdə barışıq sazişi üzrə ipoteka predmetinin qiyməti 100000 manatdır. xx.xx.2021-ci il tarixədək ödənilməmiş qalıq borc məbləği cavabdehə məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 0.049 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, sahəsi 318.4 kv.m olan fərdi yaşayış evinə yönəldiləcək, ipoteka predmetinin ilkin satış qi yməti 100000 manat müəyyən ediləcək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi açıq hərracdan satılacaq, satışdan əldə edilən pul vəsaiti İddiaçı ödəniləcək, satışdan əldə edilmiş pul vəsaitinin əsas borcun və faizlərin ödənilməsinə kifayət etmədikdə qalan borc Cavabdeh tutularaq İddiaçı ödəniləcək, ipoteka qoyulmuş yaşayış evi və torpaq sahəsinə tutma yönəldilib satıldıqdan sonra ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan Cavabdeh həmin evdən istifadə hüquqlarına xitam veriləcəkdir, 1 ay ərzində evdən və evin yerləşdiyi torpaq sahəsindən çıxarılacaqdır;

6. Bu barışıq sazişi ilə Cavabdeh xx xxx 2021-ci il tarixədək borcu tam ödədikdə Cavabdeh məxsus əmlaklar ipoteka yüklülüyündən azad edilməlidir.” Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1 75/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar