Məhkəmə qərarları › İş №2(102)-1390/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1390/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1390/2022 14.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Pulun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2189/2021 nömrəli iş üzrə 17 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin ha lları 04 noyabr 2018-ci il tarixli pul öhdəliyinə dair yazılı qeydə əsasən Cavabdeh qeyd olunan tarixdə İddiaçı, in, un, n və iştirakı ilə qəbz yazaraq 105780 manat pulu dən aldığını, in də həmin pulu İddiaçı oğlundan aldığını, həmin pulun qaytarılmasına o, zəmanət verdiyini qeyd edərək həmin pul öhdəliyinə dair sənədə özü və iştirak edən şəxslər imza etmişlər. “Cinayət işinin başlanılmasının rədd edilməsi”nə dair Xaçmaz rayon X4 Bölməsinin 14 mart 2020-ci il tarixli qərarına əsasən İddiaçı Xaçmaz rayon Polis Şöbəsinə etdiyi şikayəti əsasında araşdırma aparılarkən Cavabdeh izahatı alınmış, həmin izahatında cavabdeh Ehtiram Əmircanov İddiaçı ona “WhatsApp” sosial şəbəkəsi vasitəsilə göndərdiyi hesabatda göstərilən məbləğin 124000 manat deyil 109000 manat olduğunu, həmin puldan 2000 manatını in kənddə mağaza yeri alması ilə əlaqədar İbad adlı şəxsə verdiyini, in Azaddan alaraq ona verdiyi puldan 105000 manat ziyan etdiyindən borclu qaldığını və həmin pulu Azada qaytaracağına söz verdiyini göstərmişdir. X2 14 mart 2020ci il tarixli qərarı ilə toplanmış materiallar əsasında cavabdeh X1 İddiaçı aldığı puldan 105000 manat pul borclu qaldığı və həmin pulu İddiaçı qaytaracağını öhdəsinə götürdüyü müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 155622 manat pul məbləğində pul vəsaitinin, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 18.09.2020-ci il tarixdən müəyyən edilmiş 6,5% bank uçot dərəcəsinə 2 faiz bəndi əlavə edilməklə həmin pul vəsaitinə hesabl anmış 13227 manat məbləğində faizin, 350 manat məbləğində hüquqi müdafiə xərclərinin, 30 manat məbləğində məhkəməyə ödənilmiş dövlət rüsumunun, cəmi 169229 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2018-ci ilin mart ayında tanışı in vasitəsilə Cavabdeh ilə tanış olmuş, həmin vaxt cavabdehin işgüzar bir şəxs olduğunu ona bildirmiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh ferma yaradıb quşçuluqla məşğul olmaq istəyir və bunun üçün onun pula ehtiyacı var. Cavabdeh də in dediklərini təsdiq edərək Xaçmaz rayonun Xudat şəhərində ferma yaradıb quşçuluq işi (ev quşlarının saxlanılması) ilə məşğul olması üçün ona 60000 manat məbləğində pulu verməsini xahiş etmiş və bildirmişdir ki, həmin pulu quşçuluq işinə yönəldib həm əldə ediləcək gəliri özünə 50 faiz, ə 25 faiz və ona 25 faiz olmaqla böləcək, həm də verdiyi pul vəsaitini ona qaytaracaq və əgər ferma yaradıb quşçuluqla məşğul ola bilməsə və ya həmin iş gəlir gətirməsə o, yalnız ona verdiyi məbləği qaytaracaqdır. İlkin olaraq o, cavabdehə bank vasitəsilə hissə-hissə 60000 manat pul göndərmiş, lakin sonradan cavabdeh ona zəng vuraraq işləri tamamlamaq üçün yenidən ona pul lazım olduğunu bildirmiş və razılaşdıqları şərtlər qüvvədə olmaqla ona əlavə pul göndərməsini xahiş etmişdir. Ona görə də o, cavabdehə müxtəlif vaxtlarda onun istəyi ilə əlavə olaraq 64000 manat məbləğində pul göndərmiş və bununla da o, ümumilikdə cavabdehə 124000 manat pul vermişdir. Sonradan o, cavabdehin vəd etdiyi quşçuluq işi ilə bağlı gördüyü işlər lə maraqlandıqda cavabdeh ona onun işinə qarışmamasını, ona verdiyi pullara özü zamin olduğunu, verdiyi pullarla bağlı ona hesabat vərəqəsi təqdim edəcəyini və yaxın zamanda gördüyü işin nəticəsini görəcəyini bildirmişdir. Bir müddət sonra 2019-cu ilin sentyabr ayında o, tanışı lə birlikdə Xudat şəhərinə gələrək fermada xeyli sayda ev quşlarının olduğunu görmüş və cavabdeh bildirmişdir ki, həmin quşların satışından yaxşı gəlir əldə ediləcək və həmin gəliri razılaşdıqları şərtlərlə aralarında böləcəklər. Lakin, təxminən 2 ay sonra 2019-cu ilin noyabr ayında təkrar Xudat şəhərinə gedib cavabdehlə görüşdükdə və quşların satışı barədə maraqlandıqda, Etiram quşları satsa da guya ki, xərclər çox olduğundan heç bir gəlir əldə edilmədiyini bildirmiş və ona verdiyi pul vəsaiti, xərclər və gəlirlə r barədə özünün tərtib etdiyi hesabat xarakterli əlyazma olan vərəqləri vermişdir. Hesabat vərəqlərində göstərilmiş rəqəmlərə, məlumatlara diqqət yetirdikdə cavabdehin quşların satışından 126487 manat gəlir əldə etdiyi və həmin gəliri tam olaraq özünə götürdüyü ona məlum olmuşdur. Belə olan halda cavabdehdən razılaşdıqları kimi, verdiyi 124000 manat məbləğində pul vəsaitinin və gəlirin razılaşmalarına uyğun olaraq 25 faizini dərhal ona qaytarmasını tələb etmiş, lakin o, əldə edilmiş gəliri tam götürməklə yanaşı, ona verdiyi 124000 manat məbləğində pul vəsaitini geri qaytarmaqdan imtina etmiş və bu günədək də müxtəlif bəhanələrlə həmin pul vəsaitinin qaytarılmasından boyun qaçırır. Halbuki, cavabdehlə olan razılaşmaya əsasən əldə edilmiş gəlir cavabdehə 50 faiz, ə 25 faiz və ona 25 faiz olm aqla bölünməli və cavabdeh ona verdiyi 124000 manat məbləğində olan pul vəsaitini geri qaytarmalı idi. Cavabdeh və onunla, eləcə də daha 4 nəfərin iştirakı ilə 04 noyabr 2018-ci il tarixdə əlyazma tərtib edərək in vasitəsilə ondan 105780 manat aldığını və onu qaytaracağına zəmanət verdiyini göstərmişdir. Həmin əlyazma bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bununla yanaşı, Xaçmaz Rayon Polis Şöbəsinin 14 mart 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən cavabdeh məndən 109.000 manat aldığını öz izahatında göstərmişdir. Digər tərəfdən, cavabdehin öz imzası ilə təsdiq etdiyi digər əlyazmasında isə həmin işdən (ev quşlarının satışından) 126487 manat gəlir əldə etdiyi göstərilmişdir. Beləliklə, cavabdeh ondan cəmi 109000 manat aldığı nı etiraf etsə də, əslində onun cavabdehə verdiyi məbləğ 124000 manatdır və bunu təsdiq edə bilər. Çünki həmin məbləğin demək olar ki, əksəriyyəti in vasitəsilə cavabdehə verilmişdir. Odur ki, cavabdehə verdiyi 124000 manat pul vəsaiti və ev quşlarının satışından əldə edilmiş 126487 manat gəlirin 25 faizi, yəni 31622 manat pul vəsaiti, cəmi 155622 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir. Digər tərəfdən isə, cavabdeh ona verdiyi 124000 manat pul vəsaitini və gəlirin 25 faizi olan 31622 manat pul vəsaitini, cəmi 155622 manat məbləğində pul vəsaitini ona ödəməkdən boyun qaçırmaqla ondan faydalandığına görə o, qanunvericiliyin tələbinə uyğun olaraq həmin məbləğdən bank uçot dərəcəsinə uyğun faizlər ödəməlidir. Nəzərə alaraq ki, qanunvericiliyə əsasən faizlər iki fa iz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında hesablanır, borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər və sonuncu dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 18.09.2020-ci il tarixdən müəyyən edilmiş bank uçot dərəcəsi 6,5 faizdir, onda sonuncu bank uçot dərəcəsinə 2 faiz bəndi əlavə edilməklə, yəni 8,5 faiz dərəcəsi ilə cavabdeh tərəfindən ona ödənilməli olan 155622 manat pul vəsaitinə 01.09.2019-cu il tarixdən 01.09.2020-ci il tarixədək müddət üçün hesablanmış faiz 13227 manat təşkil edir. Odur ki, 155622 manat məbləğinə bank uçot dərəcəsinə görə hesablanmış 13227 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq on a ödənilməlidir. Bununla yanaşı, hazırki iddia üzrə ona hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 350 manat məbləğində hüquqi müdafiə xərci və 30 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq ona ödənilməlidir. Xaçmaz Rayon Məhkəməsinin (hakim Xıdır Quliyev) 14 aprel 2021-ci il tarixli, 2(067)449/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilib, Cavabdeh 105780 manat əsas məbləğ, iddiaçı tərəfindən hüquqi yardımla əlaqədar Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun hesabına ödənilmiş 350 manat və iddianın verilməsi ilə əlaqədar dövlət rüsumu olaraq ödənilmiş 30 manat olmaqla, ümumilikdə 106160 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddia ərizəsini qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi göstərmişdir ki, İddiaçı iddia tələbində Cavabdeh 2 dəfəyə ümumilikdə 124000 manat məbləğində pul göndərdiyini, cavabdehin həmin pulun dövriyyəsindən 126487 manat gəlir əldə edildiyini, razılaşmalarına əsasən cavabdehin ona həmin məbləğin 25 faizini, yəni 31622 manatını verməli olduğunu, ümumilikdə isə cavabdehin ona 155622 manat pul ödəməli olduğunu, cavabdeh həmin məbləği ona ödəməkdən boyun qaçırmaqla ondan faydalandığından bank uçot dərəcəsinə müvafiq olaraq cavabdehin ona əlavə olaraq 13227 manat pul ödəməli olduğunu göstərsə də məhkəmə araşdırması zamanı yalnız 105780 manat məbləğə münasibətdə iddia tələbi əsaslı olduğu öz təsdiqini tapmış, iddianın digər məbləğlərə münasibətdə əsaslı olduğunu sübut edən sənədi və sübutu iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Şikayət belə əsaslandırılmışdır ki, onun İddiaçıla deyil, sonuncunun tanışı lə iş birliyi olmuş, onlar Xaçmaz rayonu ərazisində cavabdehə məxsus fermada cücə saxlamışlar. İşlədikləri dövrdə X6 dən ümumilikdə 105700 manat məbləğində pul almış, digər iştirakçıların iştirakı ilə qəbz yazaraq in İddiaçı alaraq ona verdiyi 105700 manat pulu qaytarmasına zəmanət vermişdir. Yəni, cavabdeh ə borclu olduğunu etiraf edir, belə olduğu halda cavabdehə qarşı iddiaçı şəxs olmalıdır. Sonuncu isə cavabdehə qarşı iddia qaldırmamışdır. Bu hal cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda qeyd olunan tərəflərin izahatları ilə də öz təsdiqini tapmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya instansiyası mə hkəməsinin iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, İddiaçı tanımır, Cavabdeh uzun müddət və S.i isə müəssisədə işləyəndən tanıyır. Adlarını qeyd etdiyi şəxslərin ferması vardı və o həmin fermada iki-üç il işləmişdir. Birinci il ona 10000 manat, ikinci il 15000 manat verilsə də, sonuncu məbləğ yadında deyil. 36000 manat pulu İddiaçı verməli idi. Fermanın işlədilməsi ilə bağlı ümumilikdə 105000 manat ziyan hesablanmışdır. Cavabdeh İddiaçı pul aldığını görməmişdir. Qeyd olunan 105000 manat ziyan pulunu Cavabdeh əlavə işləyib qaytarmalı idi. Bir dəfə şəhərdə bu barədə söhbət edib və kağıza imza etməklə məbləğin mövcudluğu barədə iltizam tərtib etmişlər. Həmin vaxt orada olmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Telman Quliyev sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə və Lətifə Məmmədova) 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh 105780 manat əsas məbləğ, iddiaçı tərəfindən hüquqi yardımla əlaqədar Bakı şəhəri, “Mərkəz” Vəkil Bürosunun hesabına ödənilmiş 350 manat və iddianın verilməsi ilə əlaqədar dövlət rüsumu olaraq ödənilmiş 30 manat olmaqla, ümumilikdə 106160 manat məbləğində pulun alınaraq İddiaçı xeyrinə tutulması barədə düzgün nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublika sının Mülki Məcəlləsi: Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğ v edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nə ticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegi yası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2189/2021 nömrəli iş üzrə 17 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar