Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1390/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRAR Açar sözlər: mülkiyyətə qəsd və başqa maneələrin aradan qaldırılması (neqator tələb), subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsinin istifadəsinə törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 dekabr 2023-cü il tarixli 2(103)-6065/2023 saylı qətnaməsind ən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 may 2024-cü ildə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1. “Sovet İşçisi-1” Mənzil Kooperativinin (MK) hüquqi varisi olan “Ay-Ulduz” Mənzil Kooperativi ünvan 1 ünvanında yaşayan sakinlərə mənzil-kommunal xidmətlərin göstərilməsi məqsədilə xx.xx.2006-cı il tarixdə təsis edilmiş, kooperativin üzvləri İddiaçı Məhəmməd oğlu, X3, X7, X8 və X12 olmuşlar. 2. “Sovet İşçisi-1” MK-nın xx.xx.1995-ci il tarixli ümumi yığıncaq qərarına əsasən, MK-ya məxsus ünvan 2 ünvanında yerləşən 53,3 m2 sahəsi olan qeyri-yaşayış sahəsi 10 il müddətinə İddiaçı icarəyə verilmişdir.
3. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxlərin Dövlət Qeydiyyatı İda rəsi tərəfindən xx.xx.2018-ci il tarixdə təqdim edilmiş məlumatda göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(102)-5644/2016 saylı qərarına əsasən, “Ay-Ulduz" Mənzil Kooperativinin sədri xx.xx.2011-ci il tarixdən Cavabdeh2dır.
4. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş məktubda göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi ünvanında yerləşən 55,1 kv metr qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracın qalibi İddiaçı olsa da, hərracın qalibi alqı-satqı müqaviləsini bağlamaqdan imtina etmiş, bu səbəblə komitənin xx.xx.2019-cu il tarixli sərəncamı ilə hərracın nəticələri ləğv olunmuşdur.
5. Cavabdeh2 İddiaçı qarşı “qeyri-yaşayış sahəsinin boşaldılm ası və dəyən zərərin ödənilməsi” tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin aktı isə Ali Məhkəmənin xx.xx.2015-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
6. Həmin iş üzrə məhkəmələr hesab etmişlər ki, Cavabdeh2 müvafiq iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyildir.
7. Cavabdeh2 və digərlərinin İddiaçı qarşı “Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi ünvanında yerləşən 55,1 kv metr qeyri-yaşayış sahəsinin boşaldılması və vurulmuş ziyanın ödənilməsi” barədə ilkin, İddiaçı Cavabdeh2 və digərlərinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia tələblər i Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır.
8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qismən - ilkin iddianın rədd olunması hissəsində qismən ləğv edilmiş, Cavabdeh2 və digərlərinin İddiaçı qarşı “Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi ünvanında yerləşən 55,1 kv metr qeyri-yaşayış sahəsinin boşaldılması və vurulmuş ziyanın ödənilməsi” barədə ilkin iddia tələbləri qismən təmin olunaraq Bakı şəhəri, D.Əliyeva küçəsi, 241 saylı binada yerləşən 53.1 kv metr ölçüdə olan qeyri-yaşayış sahəsinin boşladılması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi icraya yönəld ilmiş, D.Əliyeva küçəsi 241 saylı binada yerləşən 53,1 kv metr. ölçüdəki qeyri-yaşayış sahəsi İddiaçı tərəfindən boşaldılmış, bununla bağlı xx.xx.2019-cu il tarixdə akt tərtib edilmişdir.
10. İddiaçı “Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinin icraatına xitam verilməsi haqqında icra məmurunun xx.xx.2019-cu il tarixli qərarının ləğv olunması” barədə şikayəti Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin olunmamış, həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qərardadı ilə qüvvədə saxlanılmışdır.
11. İddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qarşı “Cavabdeh2 “Ay-Ulduz” MK-nın sədri seçilməsinə dair reyestr məlumatlarında edilmiş dəyişikliyin ləğv olunması vəzifəsinin cavabd ehin üzərinə qoyulması” tələbi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təmin olunmamış, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
12. İddiaçı X2 və qeyrilərinə qarşı “kooperativin ləğv edilməsi və ümumi yığıncağın protokollarının etibarsız hesab olunması” tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnməsi ilə rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmış, apellyasiya instansiyası məhkəməsinin aktı isə Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
13. İddiaçı “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və 20 avqust 2019-cu il tari xli aktın ləğv olunması” barədə şikayət ərizəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin olunmamış, həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən binanın birinci mərtəbəsindəki, onun qanuni sahibliyində olan 53 kv metretr qeyri-yaşayış sahəsinin istifadəsinə cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, 85 yaşı var, Azərbaycan Dövlət İqtisad Universitetinin 50 il stajı ol an professorudur. Mübahisəli qeyri-yaşayış sahəsi 25 ildir ki, onun qanuni istifadəsindədir, qeyri-yaşayış sahəsinin alt hissəsi də xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Buna baxmayaraq, cavabdehlər ona məxsus olan qeyriyaşayış sahəsinə gələrək hər dəfə müxtəlif qanunsuzluqlara və özbaşınalıqlara yol verir, onu nalayiq sözlərlə təhqir edir və hədə-qorxular gələrək 25 ildən artıqdır ki, qanuni sahibliyində və istifadəsində olan qeyri-yaşayış sahəsinə daxil olmağa maneçiliklər törədirlər. Dəfələrlə cavabdehləri xəbərdar etsə də, bunun nəticəsi olmamışdır. Cavabdeh2 əvvələr ona həmin qeyri-yaşayış sahəsini boşaltmağa dair iddia irəli sürsə də, onun iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 12 fevral 2015-ci il tarixli qərarına əsasən Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2014-cii il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmaqla Cavabdeh2 ona qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbi rədd olunmuşdur. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə ünvan 2 ünvanındakı binanın birinci mərtəbəsində, ümumi sahəsi 53 kv metretr olan qeyri-yaşayış sahəsinin onun sahibliyində olması təsdiq olunmuşdur və bu məsələnin mübahisəsiz halıdır. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli qərardadı ilə Cavabdeh2 ona qarşı “53.1 kv metr ölçüdə olan sahənin boşaldılması və dəymiş maddi ziyanın tutulması”na dair tələbi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2018-ci tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti tə min edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, cavabdeh X1 qeyri-yaşayış sahəsinə aid olan bütün prosessual hüquqlarına və iştirakına xitam verilmişdir. Buna baxmayaraq, Cavabdeh2 və binaya ümumiyyətlə aid olmayan və hazırda binada qanunsuz söküntü, tikinti və dağıntı işləri apardığına görə inzibati məsuliyyətə də cəlb edilmiş digər Cavabdeh1 Kəbi oğlu ona məxsus olan obyektə gələrək ona qarşı qanunsuz hərəkətlərə yol vermiş, o cümlədən onu təhqir edərək hədə-qorxular gəlməklə öz obyektinə daxil olmaqda maneçiliklər yaratmaqda davam etmişdir. Bu hal dəfələrlə davam etmiş, sonuncu dəfə bir müddət əvvəl yenə də obyektə gələrək həmin hərəkətləri təkrarlamış və obyektə daxil olaraq onunla mübahisələr etmişlər. Ca vabdehlər öz hərəkətlərini onunla əsasladırırlar ki, sözü gedən qeyri-yaşayış sahəsini onlara təhvil verməlidir. Sözü gedən bina “Sovet İşçisi” Kooperativi tərəfindən inşa edilmişdir, kooperativin 40 faiz təsisçi payı ona məxsusdur və 53 kv metretr qeyri-yaşayış sahəsi ona kooperativ tərəfindən 1997-ci ildə verilmişdir. Nəsimi rayon icra Hakimiyyəti tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış xx.xx.2011 tarixli Q-21 saylı məktuba əsasən, ünvan 4 ünvanında yerləşən 100,2 kv metr olan sahənin onun istifadəsində olması təsdiq olunmuşdur. D.Əliyeva küçəsi 241 saylı 5 mərtəbəli binada yerləşən ona məxsus 100,2 kv metr. qeyriyaşayış sahəsinin tərəfindən icarəyə götürülməsinə və özəlləşdirilməsinə etiraz edilmədiyi, həmçinin Azərbaycan Respublikasi Prezidentinin 629 saylı xx.xx.19 97-ci il tarixli sərəncamına əsasən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi və özəlləşdirilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edildiyi bildirilmişdir. DƏDRX-nin MA seriyalı ******* saylı çıxarışına əsasən ümumi sahəsi 102 kv metretrdən, 46.9 kv metr sahəsi olan zirzəmi adına özəlləşdirilməklə üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır. Sahəsi 55 kv metretr sahəsi olan mübahisəli qeyri-yaşayış sahəsi özəlləşdirmə mərhələsindədir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X5 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ona ünvanlanmış 17 may 2016-cı il tarixli **********52670 saylı məktubun surətindən görünür ki, “AY-ULDUZ" Mənzil Kooperativinin qeydiyyat qovluğuna əsasən reyestr məlumatları aşağıdakılardır: q urumun adı "AY-ULDUZ" Mənzil Kooperativi; qeydiyyata alındığı tarix xx.xx.2006; əvvəlki dövlət qeydiyyat №-si 0106-P202-45192; dövlət qeydiyyat №-si (VÖEN) **********; təşkilati-hüquqi forması Kooperativ; hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 241, mənzil 60; qanuni təmsilçi İddiaçıdur; təsisçilər və nizamnamə kapitalında mayaların miqdarı - X6 - 20%, İddiaçı - 20%, X7 - 20%, X12-20% və X8 - 20%-dir. “AY-ULDUZ" Mənzil Kooperativinin beş nəfər təsisçilərindən onun həyat yoldaşı X7 vəfat etdiyindən Nizamaməyə əsasən təsisçi X4 da payı ona keçmişdir. Göründüyü kimi cavabdehlərin ünvan 2 saylı binanın birinci mərtəbəsində yerləşən 53 kv metretr qeyri-yaşayış sahəsindən istifadəsinə olan maneəçilikləri törətmələri qanunsuz və qəbul edilməzdir. Bu barədə onlara dəfəl ərlə bildirsə də, nəticəsi olmamışdır. Odur ki, məsələnin məhkəmə yolu ilə həllinə zərurəti yaranmışdır.
16. Cavabdeh1 iddia ərizəsinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi məsələlər həqiqəti əks etdirmir. Belə ki, mübahisə predmeti olan əmlakın İddiaçı məxsus olması qeydi öz əksini tapsa da, bundan öncə məhkəmələr tərəfindən çıxarılmış və qanuni qüvvəsini almış yekun aktlar mübahisəli əmlakın iddiaçıya məxsus olmamasını təsdiq etmişdir. ünvan 2 ünvanında yerləşən binanın birinci mərtəbəsindəki 53 kv metretr qeyri-yaşayış sahəsi “Ay-Ulduz” MK-a məxsusdur. İddiaçı bundan öncə də mübahisəli əmlaka dair başqa bir tələblə məhkəməyə müraciət etmiş, onun həmin əmlak üzərində hər hansı bir hüququnun, məhz bu əsasla da subyektiv hüququnun olmaması səbəbindən iddia tələbi təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi yekun aktda bütün bu faktlar öz əksini tapmışdır. Buna baxmayaraq, İddiaçı yenidən əsassız bir tələblə məhkəməyə müraciət etmiş, heç bir hüququnun olmadığı əmlaka dair onlara qarşı tələblə çıxış etmişdir. İddiaçının bundan öncə də əsassız tələblə onlara qarşı məhkəməyə müraciət etməsi ədalət mühakiməsini yanıltmaqdan başqa bir şey deyildir. Mübahisəli qeyri-yaşayış sahəsi kooperativə məxsus olmaqla bina sakinləri üçün nəzərdə tutulmuşdur. Həmin sahə bina sakinlərinin maddi vəsaiti hesabına təmir edilmiş, xeyir-şər üçün ərsəyə gətirilmişdir. Buna baxmayaraq, iddiaçı bir neçə dəfə sözügedən əmlaka qarşı qanunsuz əməllərə yol vermiş, qeyri-yaşayış sahəsinin qapılarını sındırar aq özbaşına həmin sahəyə daxil olmuşdur. Bundan sonra Nəsimi rayon İcra şöbəsinin icra məmurları tərəfindən akt tərtib edilərək onun əməllərinin qarşısı alınmışdır. Mülki iş üzrə iş materiallarından da aydın olduğu kimi iddiaçı iddia tələbinin əsasını təşkil edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş, yalnızca şifahi mülahizələr əsasında iddia tələbi ilə çıxış etmişdir. İddiaçının irəli sürdüyü tələblər əsaslı və həqiqətə uyğun olmadığından ümumiyyətlə sübuta yetirilə bilməz. Mübahisəli əmlak isə kooperativin mülkiyyəti olduğu və iddiaçı həmin kooperativin sədri vəzifəsindən azad edildiyi üçün onun əmlaka dair hər hansı bir hüququ mövcud deyildir. Belə ki, mülki qanunvericiliyin tələbinə müvafiq olaraq kooperativə məxsus əmlakın idarə edilməsi, ona dair sərəncam verilməsi koop erativə məxsus olmaqla, yalnızca onun adından səlahiyyətli şəxslər tərəfindən həyata keçirilə bilər. İddiaçı isə kooperativin keçmiş sədri olduğundan onun belə bir hüququ ümumiyyətlə mövcud deyildir.
17. Cavabdeh2 iddia tələbinə qarşı etiraz ərizəsi vermiş, etirazını əsaslandırarkən qeyd etmişdir ki, iddiaçının iş üzrə iddia qaldırmaq hüququ yoxdur. Çünki ünvan 1 ünvanında yerləşən “Ay-Uİduz” Mənzil Kooperativinin sədri xx.xx.2011-ci il tarixdən o, yəni Cavabdeh2dır. Uzun illərdir həmin kooperativin 1-ci mərtəbəsində yerləşən “Ay-Ulduz” MK-ya məxsus faktiki 55,01 kv metr qeyri-yaşayış sahəsi kooperativə məxsusdur və qonşular tərəfindən xeyir-şər yeri kimi istifadə edilir. Dəfələrlə iddiaçı binanın sakinlərinə maneçilik törədərək həmin qeyri-yaşayış sahəsini ələ keçirməyə çalışsa da, qonş ular buna imkan verməyiblər. Çünki vaxtı ilə iddiaçı kooperativin sədri olmasından istifadə edərək, həmin xeyir-şər yerini öz şəxsi mənafeyi üçün istifadə etmək istəmiş, hətta bir müddət oranı kafeyə çevirərək, həyətdə çox böyük mübahisələr yaratmış və oradan öz şəxsi gəlirləri üçün qanunsuz istifadə etmişdir. Dəfələrlə iş məhkəmə predmetinə çevrilmiş və bütün məhkəmə prosesləri bina sakinlərinin lehinə nəticələnmişdir. Bütün məhkəmə mübahisələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qədər baxılaraq sübuta yetirilmişdir ki, qeyri-yaşayış sahəsi D.Əliyeva küçəsi 241 saylı binanın sakinlərinə məxsusdur, kooperativə məxsus xeyir-şər evi kimi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin iddiaçıya heç bir aidiyyətı yoxdur, yəni həmin sahə sakinlərə, kooperativin üzvlərinə məx susdur. xx.xx.2016-cı il tarixdə həmin yeri aktlaşdıraraq iddiaçıdan təhvil almışlar. Həmin aktı iddiaçı öz imzası ilə təsdiq etmişdir. Sakinlərin vəsaiti hesabına qeyri-yaşayış sahəsində abadlıq işləri aparılıb, Ulu Öndərin guşəsi yaradılmışdır. Lakin bütün bunlara baxmayaraq İddiaçı tərəfindən qapılar sındırılmış, o, özbaşına həmin sahəyə daxil olmuşdur. Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmurları, 22-ci Polis Bölməsinin əməkdaşları, FNH-nin Nəsimi rayon DYMN-nin inspektoru, hal şahidləri və digərləri tərəfindən xx.xx.2019-cu il tarixdə akt tərtib olunaraq, iddiaçının qanunsuz hərəkətlərinə son qoyulsa da, o, yenidən həmin sahəyə qanunsuz daxil olmuş, Nəsimi rayon İcra Şöbəsinin icra məmurları və digər dövlət orqanlarının işçiləri tərəfindən İddiaçı hərəkətlərinə son qoyulara q xx.xx.2023-cü il tarixli aktla həmin qeyri-yaşayış sahəsi boşaldılmışdır. İddiaçı qanunsuz hərəkətlərinə son qoyulsa da, İddiaçı yenidən sakitliyi pozaraq məhkəməyə müraciət edib onun və Cavabdeh1 barəsində həqiqətə uyğun olmayan əsassız iddia qaldırmışdır. İddiaçı iddiasının heç bir əsası yoxdur və həmin iddianı qaldırması üçün səlahiyyəti də yoxdur.
18. Bakı şəhəri Sabunçu Nəsimi Məhkəməsinin e-2(006)-2031/2023 saylı 28 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim N.Abbasov) iddia rədd edilmişdir.
19. Məhkəmə qeyd etmişdir ki, qüvvəyə minmiş məhkəmə qərarları ilə iddiaçının mübahisəsi gedən qeyri-yaşayış sahəsinə mülkiyyət (sahiblik, istifadə və sərəncam) hüquqlarının olmaması müəyyən edilmişdir və beləliklə də onun mübahisəli qeyri-yaşayış sahəsinə dair hazırda qanunla nəzərdə tutulmu ş qaydada hər hansı hüququ olmadığı üçün, iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə halda tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu, MM-in 146, 152.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli Qərarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə istinadla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsindəki icraa t
21. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
22. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.
23. Bakı Apellyasiya Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(103)6065/2023 saylı qətnaməsi ilə (Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhrəmzadə), apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddia tələbi buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən irəli sürüldüyündən, digər şərtlərin yoxlanılmasına zərurət yoxdur və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamaq üçün əsas mövcud deyildir.
25. Apellyasiya instansiyası məhkə məsi öz mövqeyini əsaslandırmaq üçün MMnin 5.3, 111.1, 111.10, 152.1, 252.2, 152.3, 152.4, 152.5, 157.4, 157.8, 165.1-ci, 139.1-ci maddəsinə, “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Qanunun 2.2-ci, MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Cavabdeh2 kassasiya şikayətinə qarşı etiraz təqdim etmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddia əsassızdır, iddiaçının hazırk ı iddianı irəli sürməyə subyektiv hüququ yoxdur, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
29. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
30. Maddə 111.1. Kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər.
31. Maddə 111.10. Kooperativin idarə heyəti və (və ya) onun sədri kooperativin cari fəaliyyətinə kooperativ üzvlərinin ümumi yığıncaqları arasındakı dövrdə rəhbərlik edir, onun işlərini aparır, kooperativi təmsil edir. Kooperativ üzvlərinin sayı əllidən çox olduqda kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən onun üzvlərindən kooperativin idarə heyəti seçilir. İdarə heyətinə rəhbərliyi kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən seçilən (təyin edilən) sədr həyata keçirir. Kooperativin idarə heyətinin və (və ya) onun sədrinin (təyin edilməsi), onların səlahiyyətləri və səlahiyyət müddəti, idarə heyəti sədrinin kooperativin əmlakına sərəncam vermək hüququ, onun əmək haqqı, məsuliyyəti, habelə vaxtından əvvəl vəzifədən azad edilməsi (istefa verməsi) əsasları və qaydası kooperativin nizamnaməs i ilə müəyyənləşdirilir.
32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
33. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
34. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
35. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
36. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə m üəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın
37. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
38. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyu lmasını məhkəmə vasitəsilə tələb edə bilər.
39. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
40. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun
41. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestri ndə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına ist inad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
48. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki ha llarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual h üquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
53. İşin məhkəmələr tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, iddiaçının mübahisəsi gedən qeyri-yaşayış sahəsinə mülkiyyət (sahiblik, istifadə və sərəncam) hüquqlarının olmaması müəyyən edilmişdir və beləliklə də onun hazırkı iddianı irəli sürməyə subyektiv hüququ yoxdur.
54. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdır maq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
55. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6065/2023 nömrəli mülki iş üzrə 14 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.