Məhkəmə qərarları › İş №2(102)-1391/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1391/2020

12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1391/2020 12.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassas iya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.Hüseynov) iddia qismən təmin edilərək, 026R********** saylı xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə 68.030,51 ABŞ dolları əsas borcun, 26.435,47 ABŞ dolları faiz borcunun, 2.000 ABŞ dolları cərimə borcunun, cəmi 96.465,98 ABŞ dolları məbləğində borcun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 20 manat dövlət rüsumu nun, 40 manat xidmət haqqının, cəmi 90 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 oğlundan və Cavabdeh5 müştərək qaydada alınaraq iddiaçı “xxxx” QSC-yə ödənilməsi, tələbin Cavabdeh1 məxsus ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 51.000 manat müəyyən edilməklə G küçəsində mülkiyyətdə olan 0,024 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 109 saylı fərdi yaşayış evinə, Cavabdeh2 məxsus ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 28.000 manat müəyyən edilməklə G küçəsi, XX saylı binanın X saylı mənzilinə yönəlməklə həmin əmlakların açıq hərrac yolu ilə satılması, həmin əmlakların satışından əldə olunan vəsaitdən cəmi 96.465,98 ABŞ dolları məbləğində borcun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 90 manat məbləğində pulun “xxxx” ASCnin hesabına ödənilməsi, qalan məbləğin müvafiq qaydada Cavabdeh1 və Cavabdeh2 verilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 müştərək qaydada alınaraq iddiaçı “xxxx” QSC-yə ödənilməsi, ipoteka predmeti olan Göyçay şəhəri, Üzeyir Hacıbəyov küçəsində mülkiyyətdə olan 0,024 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 109 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh6 Nəsmi oğlunun, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh1 və Cavabdeh10 qızının həmin torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yer ləşən fərdi yaşayış evindən çıxarılmaları, ipoteka predmeti olan G küçəsi, XX saylı binanın X saylı mənzilinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzildən çıxarılması və iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Z.Əliyev, hakimlər F.Talışinski və R.Eyvazov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən v ə qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı “xxxx” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 = = arşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabde h4, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 026R********** saylı kredit razılaşması üzrə 68.030,51 ABŞ dolları məbləğində kredit borcu, 26.435,47 ABŞ dolları məbləğində faiz borcu və 45.563 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 140.028,98 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulması, tələbin G küçəsində, Cavabdeh1 mülkiyyətindəki 0,024 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən XXX nömrəli fərdi yaşayış evinə və G küçəsində yerləşən XX nömrəli binanın Cavabdeh2 mülkiyyətindəki X nömrəli mənzilinə yönəldilməsinə, həmin əmlakların açıq hərracdan satılması və ümumilikdə cəmi 140.028,98 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına “xxxx” QSC-yə ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada tutulması, G küçəsində, Cavabdeh1 mülkiyyətindəki 0,024 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən XXX nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabd eh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh1 və Cavabdeh10 qızının həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi, G küçəsində yerləşən XX nömrəli binanın Cavabdeh2 mülkiyyətindəki X nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzilə istifadə hüququnun itirilməsi, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətna məsi dəyişdirilmədən saxlanılmalıdır. Çünki apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qəbul etdiyi qətnaməni işin aşağıda qeyd edilən halları və həmin hallara tətbiq edilməli olan maddi-hüquq normaları ilə əsaslandırmışdır. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən “Azərbaycan Mikromaliyyələşdirmə Bankı” ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit xətti müqaviləsinə əsasən bank borcalana 120 ay müddətinə 300,000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. Həmin kredit xətti müqaviləsi üzrə «xxxx» QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit razılaşmasına əsasən «xxxx» QSC tərəfindən Cavabdeh1 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667% olmaqla 84.000 ABŞ məbləğində kredit verilmişdir. “Azərbaycan Mikromaliyyələşdirmə Bankı” ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2008-ci il tarixli, «xxxx» QSC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, «xxxx» QSC ilə Cavabdeh4 və Cavabdeh2 arasında bağlanmış, xx.xx.2013-cü il tarixli zaminlik müqavilələri ilə Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 bankın tələb hüququna zamin duraraq təminat vermişlər. Eyni zamanda “Azərbaycan Mikromaliyyələşdirmə Bankı” ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1, ipoteka predmeti olan ona məxsus G küçəsində mül kiyyətdə olan 0,024 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 88,8 kv.m yaşayış, 78,4 kv.m köməkçi sahədən ibarət XXX nömrəli fərdi yaşayış evini, həmçinin «xxxx» QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh2, ipoteka predmeti olan ona məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 20,5 kv.metr yardımçı, 60,5 kv.metr yaşayış, 81 kv.metr ümumi sahədən ibarət 3 otaqlı, X nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü edərək, iddiaçı «xxxx» QSC- nin tələb hüququna təminat vermişlər. AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlara əsasən müvafiq olaraq G küçəsində mülkiyyətdə olan 0,024 ha torpaq sahəsində yerləşən XXX nömrəli fərdi yaşayış evi “Azərbaycan Mikr omaliyyələşdirmə Bankı”nın Gəncə filialının, ünvan 1, 7 nömrəli mənzil «xxxx» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. «xxxx» QSC, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək, müqavilədə nəzərdə tutulmuş məbləği Cavabdeh1 vermiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Buna baxmayaraq, Cavabdeh1, öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamışdır. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Belə olan halda, iddiaçı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci, 319.1-ci, 462-ci, 739.1-ci və 741-ci maddələrinə əsasən, cavabdehlərdən əsas, faiz və cərimə borcunun tutulması nı, borcun ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Çünki, Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə j götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər ^ müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər bo rclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdıraraq qeyd edir ki, Cavabdeh1, kassasiya şikayətində faiz borcunun düzgün hesablanmadığına və məhkəmə mühasibatlıq ekspertizasının keçirilmədiyinə, həmçinin ipoteka predmetlərinin düzgün qiymətləndirilmədiyinə, təkrar ekspertizasının isə keçirilmədiyinə istinad etsə də, onun birinci instansiya məhkəməsində bu barədə vəsatət qaldırmasına və ya bunun onun iradəsindən asılı olmayan səbəbdən mümkün olmamasına dair iş materiallarında məlumat yoxdur. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsi üçün əsas görməmişdir. Çünki, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə kollegiyası həmçinin, ipoteka predmetlərinin ilkin satış qiymətinin düzgün olmaması barədə kassatorun mövqeyini əsaslı saymır. Ona görə ki, həmin xüsusat birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilməklə yoxlanılmış və “xxxx” MMCnin xx.xx.2018-ci il tarixli qiymətləndirmə rəyinə əsasən G küçəsi ərazisində yerləşən 0,024 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən XXX saylı fərdi yaşayış evinin xx.xx.2018-ci il tarixə bazar dəyərinin 51.000 manat və G küçəsi ərazisində yerləşən 2V saylı binanın X saylı mənzilinin xx.xx.2018-ci il tarixə bazar dəyərinin 28.000 manat olduğu müəyyən edilmişdir. Cavabdeh1, həmin hesabatın həqiqətə uyğu n (mötəbər) olmamasını təsdiqləyən sübutları isə məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası, həmçinin, ipoteka predmeti olan əşyaların satıldıqdan bir ay sonra cavabdehlərin evdən çıxarılması barədə məhkəmənin gəldiyi nəticənin qanunsuz olması barədə dəlili də, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsi baxımından əsaslı hesab etmir. Çünki, Cavabdeh1 xx.xx.2008-ci ilİ tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən özünə məxsus olan G küçəsində yerləşən XXX nömrəli fərdi yaşayış evini bank qarşısında ipoteka ilə yüklü edərək, bankın tələb hüququna təminat vermişdir. Bu zaman Göyçay rayon İcra Hakimiyyəti Başçısının Göyçay şəhər i nzibati ərazi nümayəndəsinin xx.xx.2008-ci il tarixli arayışına əsasən, həmin ünvanda yaşayan Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 evə tutma yönəldikdə və o satıldıqda onu qeyd-şərtsiz tərk etmələri barədə xx.xx.2008-ci il tarixli ərizələr də təqdim etmişlər. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən isə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusu na yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar