Məhkəmə qərarları › İş №2(102)-1392/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1392/2021

01.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1392/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi) 01.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5, Cavabdeh1 nümayəndəsi X3, vəkili X1, Cavabdeh2 vəkili Əskərov Zöhrab İmaməli oğlunun iştirakı ilə, İddiaçı1 Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilə hüquqların tanınması və əmlakın təhv il verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6109/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 və digər Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Satıcı Cavabdeh1 MMC-nin direktoru X9 ilə alıcı İddiaçı1 (bundan sonra – iddiaçı) arasında bağlanmış xx.xx.2012-ci il tarixli 247 saylı müqaviləyə əsasən, satıcı Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilən 1 saylı yaşayış binasının 14-cü mərtəbəsində ümumi tikinti sahəsi 155,6 kvadrat metrdən ibarət olan 3 otaqlı mənzili (bundan sonra – mübahisəli mənzil) alıcının mülkiyyətinə verməyi, alıcı isə mənzilin hə r kvadrat metri üçün 400 manat olmaqla 62240 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən alıcı ümumi məbləğin 30000 manatını satıcıya əvvəlcədən ödəyir. 2. xx.xx.2012, xx.xx.2012 və xx.xx.2012-cü il tarixli mədaxil qəbzlərinə əsasən iddiaçı tərəfindən qeyd olunan mənzilə görə MMC-yə cəmi 47800 manat ödənilmişdir.

3. Cavabdeh1 MMC tərəfındən verilmiş xx.xx.2013-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilən 1 saylı yaşayış binası MMC-yə məxsusdur. Həmin binada yerləşən mübahisəli mənzilin pay dəyəri payçı - iddiaçı tərəfindən tam ödənilmişdir və borcu yoxdur.

4. Satıcı Cavabdeh1 MMC-nin direktoru X9 ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 162 saylı müqaviləyə əsasən satıcı mübahisəli mənzili alıcının mülkiyyətinə verməyi, alıcı isə mənzilin hər kvadrat metri üçün 800 manat olmaqla 124480 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən alıcı ümumi məbləğin 124480 manatını satıcıya əvvəlcədən ödəyir. 5. xx.xx.2019-cu il tarixli mədaxil qəbzinə əsasən, Cavabdeh2 tərəfindən qeyd olunan mənzilə görə Cavabdeh1 MMC-yə 124480 manat ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh ”xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən mübahisəli mənzilə İddiaçı1, 4 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi tikinti sahəsi 155.6 kvadrat metr-dən ibarət olan 3 otaqlı mənzilə İddiaçı2 hüquqlarının tanınması və mənzillərin onlara təhvil veri lməsi barədə qətnamə şıxarılmasını xahiş etmişdir.

7. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzilə İddiaçı1 tərəfindən dəyəri tam ödənilərək mülkiyyət hüququ əldə edilmişdir. Cavabdeh1 MMC tərəfındən xx.xx.2013-cü il tarixdə mənzilin pay dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir. Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi tikinti sahəsi 155.6 kvadrat metr-dən ibarət olan 3 otaqlı mənzilə İddiaçı2 tərəfindən dəyəri tam ödənilərək mülkiyyət hüququ əldə edilmişdir. Cavabdeh1 MMC tərəfındən xx.xx.2013-cü il tarixdə məznilin pay dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir. Lakin həmin mənzillər bugünə kimi həmin mənzillərə subyektiv hüquqları olan şəxslərə təhvil veril məmişdir. Hər dəfə müxtəlif bəhanələrlə mənzillərin verilməsi gecikdirilmişdir. Cavabdehə pretenziya məktubunun ünvanlanmasına baxmayaraq məktubun alınmasından imtina edilmişdir.

8. Daha sonra İddiaçı2 sənədlərinin geri qaytarılması və iddianın ona məxsus hissədə baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Daha sonra İddiaçı1 cavabdehlər siyahısına əlavə edilmə barədə və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək Cavabdeh2 cavabdeh kimi işə cəlb edilməsini, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 08.07.009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, mübahisəli mənzilə iddiaçının hüququnun tanınması və mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Dəqiqləşdirmə barədə ərizə onunla əsaslandırılmışdır ki, sonuncu məhkəmə prosesi zamanı ona məxsus mənzilin guya xx.xx.2009-cu il tarixdə Cavabdeh2 adlı şəxsə satıldığı barədə saxta sənədlər (müqavilə və qəbz) məhkəməyə təqdim edilmişdir. Bir neçə məhkəmə prosesi keçirilməsinə baxmayaraq həmin məhkəmə proselərində Cavabdeh1 MMC-nin rəhbərliyi tərəfindən belə bir alıcının olması bildirilməmişdir. Lakin sonradan saxta yollarla hazırlanmış (indiyə qədər gedən məhkəmə prosesləri göstərir ki, MTK tərəfındən hazır imzalı müqavilə formaları mövcud omuş və istənilən vaxt istifadə edilmişdir) müqaviləni məhkəməyə təqdim etmişlər. Həmin müqaviləyə ilkin baxış zamanı müqavilənin sonradan saxta yollarla hazırlandığı məlum olur. Belə ki, Cavabdeh2 adına hazırlanmış müqavilənin birinci vərəqində müqavilənin tarixi, alıcının adı, soyadı və ata adı kompyuter vasitəsilə yazılmışdır. Həmin vərəqdə heç bir tərəfin imzası olmadığından hər zaman saxta yolla hazırlana bilər. İkinci vərəqdə isə Cavabdeh1 MMC-nin keçmiş rəhbəri X9 adına hazır möhürlü və imzalı vərəqlər mövcud olduğundan alıcının adının kompüter üsulu ilə yazılması mümkün olmadığından qələm vasitəsilə yazılmışdır. Hətta, ikinci vərəqdə alıcının rekvizitlərini, o cümlədən ata adı, ünvanı, şəxsiyyət vəsiqəsi nömrəsi və.s barədə məlumatları yazmağı belə unutmuşlar. Kompüter üsulu ilə birinci alıcıya maliyyə arayışları hazırlaya bilmədiklərindən (səbəb maliyyə arayışı bir vərəqli olduğundan və qələmlə doldurulması tələb edilmədiyindən) məhkəməyə borcun olmaması barədə maliyyə arayışları təqdim edilməmişdir. Lakin bunu ört-basdır etmək üçün hazır möhürlüşəxsin re kvizitləri qələmlə doldurulan kassa mədaxil orderi məhkəməyə təqdim edilmişdir. Saxta birinci alıcıdan fərqli olaraq onun müqaviləsində, maliyyə arayışında, kassa mədaxil orderlərində (3 qəbz) keçmiş direktorun imzası və şirkətin möhürü olan vərəqdə adı, soyadı, ata adı, eləcə də şəxsiyyət vəsiqəsinin nömrəsi yazılmışdır. Bundan başqa, Cavabdeh1 MMC-nin rəhbərliyi barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış və uzun illərdir davam edən cinayət işində zərərçəkmiş şəxs qismində Cavabdeh2 heç vaxt iştirak etməmişdir.

11. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2019-cu il tarixli ********* saylı məktubundan görünür ki, məhkəmənin xx.xx.2020-ci il tarixli 2(011)-7838/2019 sa ylı sorğusuna cavab olaraq, İdarədə “xxxx” MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2, 310 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işinin istintaqı aparılır. Aparılmış istintaq zamanı “xxxx” MMC tərəfindən mübahisəli mənzilin iddiaçı və Cavabdeh2 satılması müəyyən edilmişdir. Eyni zamanda istintaq zamanı auidit yoxlaması keçirilmiş, xx.xx.2013cü il tarixli auditor rəyindən və auditor rəyinə əlavə edilmiş mənzillərin siyahısından görünür ki, 1 saylı yaşayış binasının 14-cü mərtəbə, 155,6 kvadrat metr sahəsi olan 57 saylı mənzil İddiaçı1 satılmışdır.

12. Məktuba əlavə olunmuş «xxxx» MMC tərəfindən ünvan 2 ünvanında inşa edilən 4 ədəd 1 girişli 24 mərtəbəli yaşayış binalarında yaşayış və qeyri-yaşayış sahələrinin alıcılara satılarkən tərtib olu nmuş müqavilələrin və satışa dair əməliyyatları rəsmiyyətə salınmasının düzgünlüyünə dair audit xidmətinin göstərilməsi ilə bağlı tərtib olunmuş xx.xx.2013-cü il tarixli Audit rəyindən müəyyən olunur ki, ünvan 2 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 14-cü mərtəbə, 155,6 kvadrat metretr sahəsi olan 57 saylı mənzili təkrar olaraq sənədləşdirilmiş mənzillər sırasında olmamış, həmin mənzil 1-ci binadakı mənzillərin sahiblərinin adlı sıyahısında İddiaçı1 adına qeydə alınmışdır.

13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2020-ci il tarixli 2(011)-376/2020 saylı qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddia tələbi təmin olunmuşdır.

14. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 178.8, 390.1, 425.1, 152.1, 157.2, 157.8, 324.1, 33 7.1, 340.1-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli qərarına istinad edərək gəldiyi nəticəni belə əsaslandırmışdır ki, aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, mübahisəli mənzil xx.xx.2013-cü il tarixli Audit rəyində təkrar satılmış mənzillər sırasında olmamaqla yanaşı, həmin mənzil iddiaçının adına qeydə alınmışdır. İşdən göründüyü kimi, mübahisəli mənzil ilk dəfə məhz iddiaçı ilə bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə əsasında sonuncuya satılmışdır. Mübahisəli mənzilin alğı-satqısına dair Cavabdeh2 ilə bağlanmış xx.xx.2009-cu il tarixli 162 saylı müqavilə sonradan arxa tarixə bağlanmışdır. Həmin əqd uydurma olmaqla əhəmiyy ətsizdir.

15. Cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişlər. Hər iki apellyasiya şikayəti eyni dəlillərlə əsaslandırılaraq, göstərilmişdir ki, qətnamədə maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə qətnamədə iddiaçı ilə bağlanmış müqavilənin hansı əsasla qanuni hesab edilməsini, Cavabdeh2lə bağlanmış müqavilənin isə etibarsız olmasını əsaslandırmamışdır. İddiaçı qalan pulun ödənilməsini sübut edən kassa mədaxil qəbzini təqdim etməmişdir. Cavabdeh2lə bağlanmış müqavilə iddiaçı ilə bağlanmış müqavilədən 3 il əvvəl bağlanılıb. Audit yoxlaması sübut kimi qəbul edilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Vahid Sadıqov sədrlik edən və məruzəçi, Qü rbət Əsgərov, Azad İmanov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı heasb edərək qeyd etmişdir ki, Cavabdeh2 ilə bağlanmış xx.xx.2009-cu tarixli alqı-satqı müqaviləsi ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış müqavilədir, ona görə də həmin müqavilə bağlandığı andan etibarsızdır (əhəmiyyətsizdir).

18. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə müvafiq olaraq əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərə fə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Lakin, xx.xx.2009cu il tarixli əqd uydurma olmaqla əhəmiyyətsiz olduğundan həmin əqd üzrə Cavabdeh2 “xxxx” MMC-yə hər hansı məbləğdə pul ödəməsi müəyyən edilmir, ona görə də həmin əqdin etibarsızlığından irəli gələn nəticələri hazırki işin icraatı çərçivəsində həll etmək mümkün deyildir.

19. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh xx.xx.2012-ci il tarixli müqavilə üzrə iddiaçıya Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda inşa edilən 1 saylı yaşayış binasının 14-cü mərtəbəsində ümumi tikinti sahəsi 155,6 kvadrat metr-dən ibarət olan 3 otaqlı mənzili iddiaçıya təhvil verilməs i barədə öhdəliyi icra etmədiyindən, bununla da müqavilə şərtlərini və mülki qanunvericilyin yuxarıda sadalanan normalarının tələblərini pozduğundan, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunması barədə nəticəyə gəlmişdir.

20. Cavabdehlər tərəfindən apellyasiya şikayətlərində irəli sürülmüş dəlillər yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri

21. Cavabdeh1 (vəkil X2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmənin Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış müqavilə arxa tarixə bağlamaqla uydurma əqd olmasını yalnız xx.xx.2013-cü il audit rəyinə əsaslanması tam qanunsuz olmaqla əsassızdır. Azərbaycan Respublikası MPM-nin 82.4cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habe lə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmənin qeyd etdiyi cinayət işi üzrə keçirilmiş audit rəyi o vaxt qanuni və əsaslı hesab edilə bilərdi ki, həmin cinayət işi üzrə hökm çıxarılmalı və qüvvəsini almalıdır.

23. Cavabdeh2 (vəkil Əskərov Zöhrab İmaməli oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və pros essual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyasının onunla bağlanmış müqavilənin sonradan arxa tarixə bağlanması və uydurma olması barədə gəldiyi nəticə səhvdir. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. “Cavabdeh1 MMC” ilə müqavilə bağlayaraq hesabına 124480 manat pulu mənzil almaq niyyəti ilə köçürmüşdür. Müqaviləni görünüş üçün bağlamamışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Cavabdeh1 nümayəndəsi X7 və v əkili X2, Cavabdeh2 vəkili Əskərov Zöhrab İmaməli oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətlərinin məzmununa uyğun izahatlar verərək şikayətlərinin təmin edilməsini xahiş etdilər.

27. İddiaçının nümayəndəsi və vəkili X8 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq

28. Mülki Məcəllə:

29. Maddə 337.1 Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

30. Maddə 337.3 Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

31. Maddə 340.1 Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir

32. Maddə 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. (Tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş redaksiyada).

33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

34. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

35. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsi nə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli qərarı: 36. “Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.”

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

39. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araş dırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətlərində qətnamə iş üzrə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kassasiya şikayətlərinin maddi və prosessual hüquq normal arının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

44. Cavabdeh MMC-nin məhkəmələrin xx.xx.2013-cü il audit rəyinə əsaslanması tam qanunsuz olması barədə kassasiya şikayətin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr həmin hala qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş hal kimi deyil, iş materiallarına əlavə edilmiş yazılı sübut növü kimi istinad etmiş, həmin sübutu digər sübutlarla yanaşı qiymətlənidrmiş və məhkəmələri qənaəti MPPM-in 88-ci maddəsinin tələblərinə uyğun olmuşdur.

45. MPM-in 76.1 və 76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmi yyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

46. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Kassasiya şikayətlərinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və q ətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6109/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin h

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar