Məhkəmə qərarları › İş №2(102)-1397/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1397/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1397/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 noyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh x4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 mart 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim B.Ələkbərov) 05.12.2016-cı il tarixli 2(001)-537/2016 nömrəli qətnaməsi ilə iddiaçı x1-nin cavabdehlər x2, x3, x4, x5 və x6 qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi" tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh x2ndan iddiaçı x1-nin xeyrinə 14.04.2011-ci il tarixli 10-91 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 51.310 ABŞ dolları əsas borc, əsas borca illik 5 % hesablanmaq şərti ilə 268,12 ABŞ dolları faiz borcu, 5.100 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 56.678,12 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə borc, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun 74%-i 22,20 manat pul tutulmuş, məhkəmə mühasibat ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manatın 26%-i, yəni 13 manatı iddiaçı x1-dən, 74%-i, yəni 37 manatının isə cavabdeh x2ndan tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməsi, məhkəmə məsrəf ini təşkil edən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 150 manatın 26%-i, yəni 39 manatı iddiaçı x1-dən, 74%-i yəni 111 manatının isə cavabdeh x2ndan tutularaq x7-nin hesablaşma hesabına köçürülməsi, tutmanın x3na məxsus Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon məhəllə 3126, küçə 1-də, 0,03 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 209,3 kv.m ümumi sahəsi olan 21 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlak ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə açıq hərracdan satılması, realizə edilmiş əmlakın dəyərindən 14.04.201l-ci il tarixli 10-91 saylı kredit müqaviləsi üzrə cəmi 56.678,12 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə borc, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun 74%-i 22,20 manatı x1-yə, məhkəmə mühasibat ekspertizası tədqiqatının dəy ərini təşkil edən 50 manatın 74%-i, yəni 37 manatı Azərbaycan Respublikası dövlət büdcəsinə, həmçinin aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 150 manatın 74%-i, yəni 111 manatının x7-nin hesablaşma hesabına ödənilməsi, borc məbləği ödənildikdən sonra əmlakın satışından qalan pul vəsaitinin cavabdeh x3na qaytarılması, ipoteka predmetini təşkil edən evin ilkin satış qiyməti 150.000 manat məbləğində müəyyən edilməsi və bu fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlər x3, x4, x5 və x6 həmin evdən çıxarılmaqla, evin boşaldılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər N.Cəfərov, V.Baxışova, V.Həsənov) 17.01.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh x2nın apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05.12.2016-cı il tarixli qətnaməsi - kredit müqaviləsi üzrə borcun və məhkəmə xərclərinin tutulmasına aid olan hissədə ləğv edilmiş, borcun tutulması barədə tələb qismən təmin olunmuş, əsas borc kimi 19.734,52 ABŞ dolları, beş faizlə hesablanmış faiz borcu kimi 268,12 ABŞ dolları, cəmi 20.002,64 ABŞ dolları pul, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat x2ndan alınaraq “x8 yə verilməsi, həmin tələbin qalan hissəsinin rədd olunması, ipoteka predmetinin satışdan əldə edilən vəsaitdən 20.002,64 ABŞ dolları və 30 manat pulun “x8yə ödənilməsi, əmlakın qiymətləndirilməsi xərci olan 150 manat pulun x2ndan alınaraq x7-yə, mühasibat ekspertizanın xərci olan 50 manat x2ndan alınaraq Məhkəm ə Ekspertizası Mərkəzinə verilməsi qət edilmiş, qətnamənin qalan hissəsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 28 iyun 2018-ci il tarixli qərarı ilə (sədrlik edən-hakimlər M.Əhmədova, Ə.Rüstəmov və Ə.Nurməmmədov, iş No 2(102)-4444/18 saylı mülki iş) Bakı Apellyasiya Məhkəməsi MK-nın 17 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev (sədrlik edən, məruzəçi), R.Qurbanov və A.Hüseyn, 2(103)-12413/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli qətnaməsi cavabdeh x4na münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı x1 cavabdehlər x2, x3, x4, x5 və x6 qarşı " kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə 27.10.2015-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 58.1-ci maddəsinin tələbinə uyğun olaraq x1 x8 ilə əvəz edilmiş, x8 iddiaçı qismində işə cəlb edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh x4 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozul muş, düzgün tətbiq edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun t ələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05 dekabr 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayətinin cavabdeh x4 tərəfindən verildiyini nəzərə alaraq qətnamənin qanuniliyi və və əsaslı lığı yalnız ona münasibətdə hissədə yoxlanılmışdır. İş materiallarından görünür ki, x8 x1-nin nüquq varisi kimi tanınaraq iddiaçı əvəz edilmişdir. İş materiallarında olan x1 ilə x2 -əbriman qızı arasında 14 aprel 2011-ci il tarixdə bağlanmış 10-91 saylı kredit müqaviləsinə əsasən x2na 12 ay ərzində qaytarmaq şərti ilə illik 17 % faizlə mənzilin təmiri məqsədilə 120 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı kimi tərəflər arasında 14 aprel 2011-ci il tarixdə bağlanmış 10-91 saylı ipoteka müqaviləsinə əsasən 16 mart 2011-ci il tarixdə Moskva şəhərinin notariusu x9 tərəfindən reyestrdə 1d-654 nömrə ilə təsdiq edilmiş etibarnamə əsasında x3nın adından çıxış edən x2 sonuncuya məxsus ünvan 1-də, 0,03 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 209,3 kv.m üm umi sahəsi olan, 21 saylı fərdi yaşayış evini ipotekaya qoyulmuşdur. İpotekaya qoyulmuş əmlak x10 tərəfindən 140 000 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan məxaric orderinin surətindən görünür ki, x2 x1 - dən 120 000 ABŞ dolları kredit götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 11.05.2006- cı il tarixli, **********62-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, ipoteka predmetini təşkil edən ünvan 1-də, 0,03 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 209,3 kv.m ümumi sahəsi olan, 21 saylı fərdi yaşayış evi mülkiyyət hüququ üzrə x3nın adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitab ının 931 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 17 dekabr 1992-ci il arixdə verilmiş Vİ->JQ seriyalı, 294487 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, x4 ilə x3 17 dekabr 1992-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş və bu oarədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1347 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ər "xxx" soyadında qalmış, arvada sə "xxx" soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin konsulu tərəfindən 11 mart 2011-ci il tarixdə reyestrdə 7E/12 nömrə ilə təsdiq edilmiş etibarnamə əsasında x4nun adından çıxış edən x2 tərəfindən tərtib edilmiş ərizənin surətind ən görünür ki, o, ünvan 1-də olan, 21 saylı fərdi yaşayış evinin ipotekaya qoyulmasına etiraz etmir. İş materiallarında olan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə. Rəsulzadə qəsəbə üzrə nümayəndəsi tərəfindən 14 may 2006-cı ildə tərtib edilmiş 624 nömrəli forma 2 nömrəli arayışın surətindən görünür ki, x3, x4, x5 və x6 ipoteka predmeti olan fərdi yaşayış evində qeydiyyatdadırlar. İş materiallarında olan x7 tərəfindən 11 yanvar 2016-cı il tarixdə tərtib edilmiş əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, ipoteka predmetini təşkil edən ünvan 1də, 0,03 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 209,3 kv.m ümumi sahəsi olan, 21 saylı fərdi yaşayış evinin bazar dəyəri 150000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazir liyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 oktyabr 2016-cı il tarixli, 2863 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən x2nın 14 aprel 2011-ci il tarixli, 10-91 saylı kredit müqaviləsi üzrə x1-yə olan əsas borcu 68349,83 ABS dolları, 14 aprel 2012-ci il tarixdən 09 oktyabr 2015-ci il tarixə əsas borca illik 5 % hesablanmaq şərti ilə isə faiz borcu 268,12 ABS dolları müəyyən edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, x2 -əbriman qızı yaranmış borcla bağlı bank tərəfindən xəbərdarlıq edilmişdir. İş materiallarında olan x7nin 11 anvar 2016-cı il tarixli, ƏEM/Y 06-006/16 nömrəli məktubundan görünür ki, Mərkəzin göstərdiyi iş və xidmətlərin dəyəri MMC-nin tarif cədvəlinə müvafiq olaraq 150 (yüz əlli) manat təşkil edir. İş material larında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 oktyabr 2016-cı il tarixli, 2863 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatının dəyər 50 (əlli) manat təşkil edir. İş materiallarında olan 03 avqust 2015-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, x1 iddia ərizəsinə məhkəmədə baxılması üçür 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan əvvəlki Apellyasiya icraatı zamanı keçirilmiş təkrar məhkəməmühasibat ekspertizasının 20.11.2017-ci il tarixli, 18313 nömrəli rəyindən müəyyən olunur ki, 09.10.2015-ci il tarixinə kreditalanın kreditverənin qarşısında əsas borc kimi 19.734,52 ABŞ dolları məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Ekspert rəyində qey d olunmuşdur ki. bankın təqdim etdiyi sənədlərə görə kredit müqaviləsi üzrə dəbbə pulu hesablanmamışdır, ona görə ekspert dəbbə pulu hesablamamışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1 -ci maddəsinə əsasən, əgə r borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan poteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilə r. Həmin qanunun 34.1 -ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməmişdir. Həmin qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipotekaqoyanla ipotekasaxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 59.3 və 59.3.1 maddələrinə əsasən ipoteka qoyulmuş y aşayış evinə və ya mənzilə tutma yönəldildikdə və ya o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olsun. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin konsulu tərəfindən 11 mart 2011-ci il tarixdə reyestrdə 7E/12 nömrə ilə təsdiq edilmiş etibarnamə əsasında x4nun adından çıxış edən x2 tərəfindən tərtib edilmiş ərizənin surətindən görünür ki, o, ünvan 1-də olan, 21 saylı fərdi yaşayış evinin ipotekaya qoyulmasına etiraz etməmişdir. Göstərilənlərə əsasən apellyasiya instansiyas ı məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh x4na münasibətdə dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh x4nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 26 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar