Məhkəmə qərarları › İş №2(102)-1399/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1399/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1399/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Vəkil oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 avq ust 2019-cu il tarixli 2(006)177/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh əsas borc üzrə 30000 manat, faiz borcu üzrə 4773,33 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 34803,33 manat məbləğində pulun alınaraq ləğv prosesində olan «xxxx» ASC-yə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manatın Cavabdeh tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi R.Ə.Qurbanov, hakimlər E.Q.Nəbiyev və A.Ə.Hüseyn, iş № 2(103)-12823/2019) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli 2(006)-177/2019 saylı qətnaməsinin f aiz borcuna aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı ləğv prosesində olan «xxxx» ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30000 manat məbləğində əsas borc, 13305,50 manat məbləğində faiz borcu, ümumilikdə 43305,50 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (əlavə 1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün aylıq ödəniş məbləğinin 1% cərimə vaxtı keçmiş kredit üzrə 2% faizi ödəyir. X oğlu tərəfindən imza edilən 27.02.2015-ci il tarixli 018/15 saylı kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən isə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəmək borcalanın vəzifəsi kimi qeyd edilmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən cavabdehdən tələb edilən 13305.50 manat məbləğində faiz borcunu tam təmin etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə iddia tələbinin artırılması üçün müddət verilməsi birinci instansiya məhkəməsindən xah iş edilmiş, lakin təmin edilməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 oktyabr 2019-cu il tarixli 2(103)-12823/2019 saylı iş üzrə qətnaməsinin ləğv edilib, iddia tələbinin tam şəkildə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil oğlu Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni, işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, “xxxx” ASC ilə Cavabdeh arasında 27.02.2015-ci il tarixli 018/15 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 16 faiz ödəmək şərti ilə 30000 manat məbləğində kredit verilmişdir. Birinci instansiya məhkəməsi kredit borcunun məbləğinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2019cu il tarixli 14249 saylı ekspert rəyində göstərilmişdir ki, 27.02.2016-cı il tarixə Cavabdeh «xxxx» ASC-yə olan əsas borcu 30000 manat, faiz borcu isə 4800 manat təşkil edir. 20.04.2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh kredit müqaviləsi üzrə «xxxx» ASC-yə əsas borc üzrə 30000 manat, kredit müqaviləsinin müddətinin sonuna olan faiz borcu üzrə 4773,33 manat, cəmi 34773,33 manat məbləğində borcu vardır. Apellyasiya kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış 27 fevral 2015-ci il tarixli kredit müqaviləsinin şərtlərinə görə kredit məbləği 12 ay müddətinə verilmişdir. İddiaçı isə kredit müqaviləsinin müddəti, yəni 12 aylıq müddət bitdikdən sonra 05.12.2017-ci il tarixə qədər həmin müqavilənin şərtlərinə uyğun hesablanmış faizlərin ödənilməsini tələb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında isə qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablan mış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Lakin iddia ərizəsində kredit müqaviləsinin müddəti bitdikdən sonra zərərin ödənilməsi (Mülki Məcəllənin 445.7 və ya 449.1-ci maddələrinə əsasən) tələbi irəli sürülməmişdir. Eyni zamanda iş materiallarına əsasən iddiaçının istinad etdiyi hallar (məhkəmə tərəfindən iddia tələbinin artırılması barədə ərizə verilməsi üçün şəraitin yaradılmaması) təsdiq olunmur. Bu baxımdan apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş faiz borcunun tutulması barədə tələblər qismən əsaslıdır və birinci instansiya məhkəməsi düzgün olaraq kredit müqaviləsi üzrə sonuncu ödəniş tarixinə, yəni 27.02.2016-cı il tarixə olan faiz borcunun tutulması barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, X oğlu tərəfindən imza edilən 27.02.2015-ci il tarixli 018/15 saylı kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəmək borcalanın vəzifəsi kimi qeyd edilmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən cavabdehdən tələb edilən 13305.50 manat məbləğində faiz borcunu tam təmin etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə iddia tələbinin artırılması üçün müddə t verilməsi birinci instansiya məhkəməsindən xahiş edilmiş, lakin təmin edilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı apellyasiya şikayətinin dəlilləri eyni olduğundan və həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verildiyində n və kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından kassasiya şikayətində göstərilən dəlillərin təkrar qiymətləndirilməsinə zəmin görmür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə verilmiş apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372. 7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kass asiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 oktyabr 2019-cu il tarixli 2(103)12823/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar