Məhkəmə qərarları › İş №2(102)-14/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-14/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-14/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: "xxxx" QSC BOKT Cavabdeh3 Vladimirovnaya və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-14/22 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: "xxxx" QSC BOKT nümayəndəsi X6 və vəkili Vəkil, Cavabdeh: Azərbaycan Avtomobil X3 nümayəndəsi Nümayəndə2 və vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli, 2(103)4558/2021 saylı qətnaməsindən iddiaçı "xxxx" QSC BOKT və Cavabdeh3 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 22 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı "xxxx" BOKT QSC məhkəmədə Cavabdeh1 MMC və digərlərinə qarşı iddia qaldıraraq, “Yujural” Proqress” MMC və Azərbaycan Avtomobil X5ndən əsas borca görə 3.388.993 manat, hesablanmış faizə görə 1.095.582,58 manat olmaqla, cəmi 4.484.575,58 manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi; tutmanın Cavabdeh3 mülkiyyətində olan ipoteka qoyulmuş ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 1602,3 kv.metr, torpaq sahəsi 1.99342 ha olan əmlak kompleksinə (“Qızıl-Balıq” X1) yönəldilməsi; ipoteka predmetinin il kin satış qiymətini müəyyən etməklə əmlak kompleksinin açıq hərracdan satılması; əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi; ipoteka predmetinin satıldıqdan sonra boşaldılması; satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin “Yujural” Proqress” MMC və Azərbaycan Avtomobil X5ndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim F.H.Qasımov) iddia qismən təmin edilərək, Cavabdeh1 MMC və Azərbaycan Avtomobil X5ndən müştərək qaydada 2.295.404,07 manat kredit borcunun tutulub iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh3 mülkiyyətində olan ipoteka qoyulmuş ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 1602,3 kv.metr, torpaq sahəsi 1.99342 ha olan əmlak kompleksinə (“Qızıl-Balıq” X1) yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 5.800.000 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına 2.295.404,07 manat kredit borcunun ödənilməsi, tutumanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti satıldıqdan sonra ipoteka predmetinin boşaldılması, satışdan əldə olunacaq vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 MMC və Azərbaycan Avtomobil X5ndən ümumi qaydada tutulması və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 01 aprel 2011-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC tərəfində n "xxxx" MMC-nə "xxxx" ASC və digər müəssisələrin sifarişi ilə ölkəyə yol tikintisi üçün zəruri olan texnikaların gətirilməsi məqsədilə 36 ay müddətinə, illik 16 faizlə 5.770.000 manat kredit xətti açılıb. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 01 aprel 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 1602,3 kv.metr, torpaq sahəsi 1.99342 ha olan olan əmlak kompleksi (“Qızıl-Balıq” X4) Bankın xeyrinə ipoteka qoyulub. Eyni zamanda, 01 aprel 2011-ci il tarixli zaminlik müqaviləsinə əsasən, "xxxx" ASC sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün Bank qarşısında Cavabdeh1 MMC ilə birgə məsuliyyət daşıyacağını öz öhdəsinə götürüb. 30 oktyabr 2014-cü ildə ipoteka hüququ və 11 fev ral 2016-cı ildə tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildiriş dövlət qeydiyyatına alınıb. 09 aprel 2014-cü il tarixdə Bankla borclu Cavabdeh1 MMC arasında sözügedən kredit müqaviləsinə 1 saylı əlavə razılaşma bağlanıb və razılaşmanın şərtlərinə görə, 01 aprel 2011-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC verilmiş 5.770.000 manat kredit vəsaitinin 5.047.818 manat qalıq hissəsinin müddəti 36 ay uzadılmaqla yeni ödəmə müddəti 11 aprel 2017-ci il tarixədək müəyyən edilib. Məhkəmə Mühasibatlıq Ekspertizasının 25 iyul 2019-cu il tarixli ekspert rəyinə görə, sözügedən kredit müqaviləsinin müddətinin bitdiyi 01 aprel 2014-cü il tarixdən etibarən əsas kredit borcu üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə faiz borcu 5 faiz dərəcəsi ilə hesablanmalı olduğu halda, Cav abdeh1 MMC müqavilə müddətinin bitdiyi 11 aprel 2017-ci il tarixə əsas borcu 2.295.404,07 manat, faiz borcu 219.473,37 manat təşkil edir. Lakin, iddia ərizəsində öhdəliyin yerinə yetirilməməsinə görə faiz borcunun 5 faiz dərəcəsi ilə tutulması tələb olunmur və kredit müqaviləsinə 1 saylı əlavə razılaşmada isə faizlərin hesablanması əksini tapmadığından, yalnız müqavilə müddəti üçün hesablanmış 2.295.404,07 manat əsas borc Cavabdeh1 MMC tutulub iddiaçıya ödənilməlidir. Eyni zamanda, zaminlik müqaviləsinə əsasən, Azərbaycan Avtomobil X5 də sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürdüyündən ona münasibətdə də iddia qismən təmin edilməlidir. Daha sonra, "xxxx" MMC 11 avqust 2018-ci il tarixli qiymətləndirmə rəyinə görə, 2018-ci il tarixə sözügedən ip oteka predmetinin real bazar dəyəri 5.800.000 manat təşkil edir. Göründüyü kimi borclu Cavabdeh1 MMC sözügedən kredit müqaviləsi və ona 1 saylı əlavə razılaşma üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyib. Ona görə də kredit borcunun borclu Cavabdeh1 MMC və zamin Azərbaycan Avtomobil X5ndən tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi üçün əsaslar əmələ gəlib və bu səbəbdən də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 427.3, 442, 445.7ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh Azərba ycan Avtomobil X5 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ona münasibətdə ləğv edilib, iddianın ona münasibətdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh3 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov sədrlik edən, məruzəçi, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) iddiaçının apellyasiya şikayəti qismən, cavabdeh Azərbaycan Avtomobil X3 apellyasiya şikayəti tam təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli qətnaməsi qismən- yəni faiz borcunun tutulması tələbinin rədd edilməsi və Azərbaycan Avtomobil X5nə aid hissələrdə ləğv edilib, faiz borcu tələbinə aid hissədə iddia təmin edilərək, borclu Cavabdeh1 MMC faiz borcuna görə 965.174,24 manat pulun tutulub iddiaçıya ödənilməsi, zamin Azərbaycan Avtomobil X5nə aid hissədə iddianın rədd olunması, qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən, Cavabdeh3 apellyasiya şikayətinin təmin edilmədən saxlanılması qət edilib. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələblərinin təmin edilməyən hissəsində ləğv edilib, iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 MMC birgə kassasiya şikayəti verərək iş üzrə apellyasiya instans iyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər Ə.Ə.Əliyev sədrlik edən, məruzəçi, M.T.Əhmədova və İ.K.Xəlilov) kassasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2020-ci il tarixli qətnaməsi faiz borcunun tutulması və zaminliyə xitam verilməsi hissələrində ləğv edilib, mülki iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsində ik inci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov sədrlik edən, məruzəçi, X.A.Cəmilova və V.Ə.Baxışova) iddiaçının apellyasiya şikayəti qismən, cavabdeh Azərbaycan Avtomobil X3 apellyasiya şikayəti tam təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli qətnaməsi qismən- yəni faiz borcunun tutulması tələbinin rədd edilməsi və Azərbaycan Avtomobil X5nə aid hissələrdə ləğv edilib, faiz borcu tələbinə aid hissədə iddia təmin edilərək, borclu Cavabdeh1 MMC faiz borcuna görə 965.174,24 manat pulun tutulub iddiaçıya ödənilməsi, faiz borcunun tutulması barədə tələbin qalan hissədə rədd edilməsi, zamin Azərbaycan Avtomobil X5nə aid hissədə isə iddianın rədd olunması qət edilib. Apelly asiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 01 aprel 2011-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən "xxxx" MMC-nə "xxxx" ASC və digər müəssisələrin sifarişi ilə ölkəyə yol tikintisi üçün zəruri olan texnikaların gətirilməsi məqsədilə 36 ay müddətinə, illik 16 faizlə 5.770.000 manat kredit xətti açılıb. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 01 aprel 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 1602,3 kv.metr, torpaq sahəsi 1.99342 ha olan əmlak kompleksi (“Qızıl-Balıq” X4) Bankın xeyrinə ipoteka qoyulub. Eyni zamanda, 01 aprel 2011-ci il tarixli zaminlik müqaviləsinə əsasən, "xxxx" ASC sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icras ı üçün Bank qarşısında Cavabdeh1 MMC ilə birgə məsuliyyət daşıyacağını öz öhdəsinə götürüb. 30 oktyabr 2014-cü ildə ipoteka hüququ və 11 fevral 2016-cı ildə tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildiriş dövlət qeydiyyatına alınıb. 09 aprel 2014-cü il tarixdə Bankla borclu Cavabdeh1 MMC arasında sözügedən kredit müqaviləsinə 1 saylı əlavə razılaşma bağlanıb və razılaşmanın şərtlərinə görə, 01 aprel 2011-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC verilmiş 5.770.000 manat kredit vəsaitinin 5.047.818 manat qalıq hissəsinin müddəti 36 ay uzadılmaqla yeni ödəmə müddəti 11 aprel 2017-ci il tarixədək müəyyən edilib. Göründüyü kimi, sözügedən krediti verən İddiaçı ASC olub, o, tələb hüququnu "xxxx" ASC güzəşt edib, bununla da kredit münasibətində hüquq varisliyi baş verib, yəni əvvəlki kreditor İddiaçı ASC yeni kreditor "xxxx" ASC əvəz edib. Məhkəmə-mühasibat ekspertizasının 25 iyul 2019-cu il tarixli rəyinə görə müqavilə müddətinin bitdiyi 11 aprel 2017-ci il tarixə faiz borcu 965.174,24 manat təşkil edir. Birinci instansiya məhkəməsi faiz borcunun tutulması barədə tələbi ona görə rədd etmişdir ki, müqavilənin müddəti uzadılarkən 01 aprel 2014-cü il tarixdən sonra faizlərin ödənilməsi müəyyənləşdirilməyib, yeni ödəniş cədvəli əlavə edilməyib. Lakin, bununla razılaşmaq olmaz. Belə ki, kredit müqaviləsi əvəzli müqavilədir: müqavilədə göstərilən faiz başqasının pul vəsaitindən istifadəyə görə ödənilməli olan əvəzdir, yəni istifadə haqqıdır. Kredit müqaviləsinin müddətinin uzadılması barədə razılaşma (1 saylı əlavə) kredit müqaviləsinin tərkib hissəsi hesab olu nur. Həmin razılaşmanın məzmunundan və ya mahiyyətindən ayrı qayda irəli gəlmədiyinə görə Mülki Məcəllənin 397.3-cü maddənin tələbi baxımından belə hesab olunur ki, razılaşma pul vəsaitindən istifadəyə görə əvəz (istifadə haqqı) ödənilməli olduğunu ehtiva edir. Həmçinin nəzərə alınmalıdır ki, kredit verən kommersiya hüquqi şəxsidir. Mülki Məcəllənin 43.5-ci maddəsindən görünür ki, kommersiya hüquqi şəxslərinin əsas məqsədi mənfəət götürməkdən ibarətdir. Ona görə də kredit verənin həmin razılaşma (1 saylı əlavə) ilə pul vəsaitinin heç bir əvəz (istifadə haqqı) ödənilmədən 36 ay müddətində başqa şəxsdə qalmasına razılıq verməsi ağlabatan deyil. Ona görə də faiz borcu tələbinə aid hissədə iddia qismən təmin olunmalıdır. Bundan başqa, kredit müqaviləsinin təminatı kimi kredit verən Bank ilə "x xxx" ASC arasında 01 aprel 2011-ci il tarixli zaminlik müqaviləsi bağlanıb. Sonradan "xxxx" ASC adı dəyişdirilərək "xxxx" ASC adlandırılıb, daha sonra isə "xxxx" ASC “Azərbaycan Avtomobil X5” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilib. İşdən görünür ki, kredit verən Bank ilə kredit alan Cavabdeh1 MMC arasında kredit müqaviləsinin müddətinin 36 ay artırılması barədə 09 aprel 2014-cü il tarixli 1 saylı əlavə razılaşma bağlanarkən zamin Azərbaycan Avtomobil X5ndən buna razılığı alınmayıb. Göründüyü kimi, zamin Azərbaycan Avtomobil X3 təmin etdiyi öhdəlik dəyişdirilib və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və onun üçün digər əlverişsiz nəticələrə səbəb olub. Ona görə də iddia zamin Azərbaycan Avtomobil X5nə aid hissədə rədd olunmalıdır. Apellyasiya instansiyası məh kəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 397.3, 425, 477.0.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələblərinin təmin edilməyən hissəsində ləğv edilib, iddia tələblərinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. İddiaçı kassasiya şikayətini belə əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi iddia tələblərini bütövlükdə təmin etməməklə maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Ca vabdeh3 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Cavabdeh3 kassasiya şikayətini belə əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi iddianı faiz borcunun tutulması tələbinə aid hissədə qismən təmin, zamin Azərbaycan Avtomobil X5nə aid hissədə rədd etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı "xxxx" QSC BOKT nümayəndəsi Günəş Babayeva və vəkili Vəkil öz kassasiya şikayətl ərində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh Azərbaycan Avtomobil X3 nümayəndəsi Taleh Rustəmov və vəkili Fərid Həsənov məhkəmə iclasında kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh3, vəkili Kərim Bağırov və Cavabdeh1 MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 397.1-ci maddəsinə əsasən, müqaviləyə görə tə rəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Həmin Məcəllənin 397.3-cü maddəsinə görə, bu Məcəllədən, müqavilənin məzmunundan və ya mahiyyətindən ayrı hal irəli gəlmirsə, müqavilənin əvəzli olduğu ehtimal edilir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əld ə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 477.0.1-ci maddəsində göstərilir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim e tdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə d əlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəm əsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayətində faiz borcunun təmin olunmayan və zaminə aid hissəsində, Cavabdeh3 kassasiya şikayətində faiz borcunun təmin olunan və zaminə aid hissədə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətlərinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissələrdə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərin i hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı və Cavabdeh3 ayrı-ayrı verdikləri kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxırkən maddi və prosessual hüquq normalarının tələblərini pozuduğunu və işin yuxarıda müəyyən edilmiş halları üzrə səhv nəticəyə gəldiyini göstərilsə də kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 01 aprel 2011-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən "xxxx" MMC-nə "xxxx" ASC və digər müəssisələrin si farişi ilə ölkəyə yol tikintisi üçün zəruri olan texnikaların gətirilməsi məqsədilə 36 ay müddətinə, illik 16 faizlə 5.770.000 manat kredit xətti açılıb. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 01 aprel 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 1602,3 kv.metr, torpaq sahəsi 1.99342 ha olan olan əmlak kompleksi (“Qızıl-Balıq” X4) Bankın xeyrinə ipoteka qoyulub. Eyni zamanda, 01 aprel 2011-ci il tarixli zaminlik müqaviləsinə əsasən, "xxxx" ASC sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün Bank qarşısında Cavabdeh1 MMC ilə birgə məsuliyyət daşıyacağını öz öhdəsinə götürüb. 30 oktyabr 2014-cü ildə ipoteka hüququ və 11 fevral 2016-cı ildə tutmanın ipoteka predmetinə yönəldi lməsi haqqında bildiriş dövlət qeydiyyatına alınıb. 09 aprel 2014-cü il tarixdə Bankla borclu Cavabdeh1 MMC arasında sözügedən kredit müqaviləsinə 1 saylı əlavə razılaşma bağlanıb və razılaşmanın şərtlərinə görə, 01 aprel 2011-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC verilmiş 5.770.000 manat kredit vəsaitinin 5.047.818 manat qalıq hissəsinin müddəti 36 ay uzadılmaqla yeni ödəmə müddəti 11 aprel 2017-ci il tarixədək müəyyən edilib. Məhkəmə Mühasibatlıq Ekspertizasının 25 iyul 2019-cu il tarixli ekspert rəyinə görə, sözügedən kredit müqaviləsinin müddətinin bitdiyi 01 aprel 2014-cü il tarixdən etibarən əsas kredit borcu üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə faiz borcu 5 faiz dərəcəsi ilə hesablanmalı olduğu halda, Cavabdeh1 MMC müqavilə müddətinin bitdiyi 11 aprel 2017-c i il tarixə əsas borcu 2.295.404,07 manat, faiz borcu 219.473,37 manat təşkil edir. Daha sonra, "xxxx" MMC 11 avqust 2018-ci il tarixli qiymətləndirmə rəyinə görə, 2018-ci il tarixə sözügedən ipoteka predmetinin real bazar dəyəri 5.800.000 manat təşkil edir. Bundan başqa, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Azərbaycan Avtomobil X3 "xxxx" QSC qarşı “01 aprel 2011-ci il tarixli zaminlik müqaviləsinə xitam verilməsi” barədə iddiası rədd edilib və məhkəmə gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 13.3-cü bəndinin mənasına görə, borclu ilə kreditor arasında bağlanmış kredit müqaviləsinin müddəti uzadıldıqda zaminlik müqaviləsinin də qüvvədə olma müddəti həmin müddətə uzadılmış hesab edilir. Zaminl ik müqaviləsinə xitam verilməsi üçün Azərbaycan Avtomobil X3 iddia etdiyi kimi Mülki Məcəllənin 477.0.4-cü maddəsində qeyd edilən hallar yoxdur. Apellyasiya instansiyası məhkəməsi, işə əlavə edilmiş sübutları araşdırıb qeyd etmişdir ki, əvvəla kredit verən İddiaçı ASC olub, o, tələb hüququnu "xxxx" ASC güzəşt edib, bununla da kredit münasibətində hüquq varisliyi baş verib, yəni əvvəlki kreditor İddiaçı ASC yeni kreditor "xxxx" ASC əvəz edib. Məhkəmə-mühasibat ekspertizasının 27 iyul 2019-cu il tarixli ekspert rəyinə görə, sözügedən müqavilə müddətinin bitdiyi 11 aprel 2017-ci il tarixə faiz borcu 965.174,24 manat təşkil edir. İşdən görünür ki, birinci instansiya məhkəməsi, faiz borcunun tutulması barədə tələbi ona görə rədd etmişdir ki, sözügedən kredit müqaviləsinin müddəti uzadılarkən 01 aprel 2014-cü il tarixdən sonra faizlərin ödənilməsi müəyyənləşdirilməyib və yeni ödəniş cədvəli əlavə edilməyib. Lakin, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmayıb qeyd etmişdir ki, Mülki Məcəllənin 397.1-ci maddəsinə əsasən, müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Həmin Məcəllənin 397.3-cü maddəsinə görə, bu Məcəllədən, müqavilənin məzmunundan və ya mahiyyətindən ayrı hal irəli gəlmirsə, müqavilənin əvəzli olduğu ehtimal edilir. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, kredit müqaviləsi əvəzli müqavilədir: müqavilədə göstərilən faiz başqasının pul vəsaitindən istifadəyə görə ödənilməli olan əvəzdir, yəni istifadə haqqıdır. Həmçinin, kredit müqaviləsinin müddətinin uzadılması barədə 1 saylı razılaşma kredit müqaviləsinin tərkib hissəsi hesab olunur. Həmin razılaşmanın məzmunundan və ya mahiyyətindən ayrı qayda irəli gəlmədiyinə görə Mülki Məcəllənin 397.3-cü maddəsinin tələbi baxımından belə hesab olunur ki, razılaşma pul vəsaitindən istifadəyə görə əvəz (istifadə haqqı) ödənilməli olduğunu ehtiva edir. Eyni zamanda nəzərə alınmalıdır ki, kredit verən Bank, kommersiya hüquqi şəxsidir və onun əsas məqsədi mənfəət götürməkdən ibarətdir. Mülki Məcəllənin 43.5-ci maddəsinə əsasən, kommersiya hüquqi şəxslərinin əsas məqsədi mənfəət götürməkdən ibarətdir. Ona görə də apellyasiya instansiyası məhkəməsi qeyd o lunan maddələrin tələblərini əsas tutub düzgün olaraq qeyd etmişdir ki, kredit verən iddiaçının sözügedən əlavə razılaşma ilə pul vəsaitinin heç bir əvəz (istifadə haqqı) ödənilmədən 36 ay müddətində başqa şəxsdə, yəni borclu Cavabdeh1 MMC qalmasına razılıq verməsi ağlabatan deyil. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə et məklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllnin 425, 739 və 741-ci maddələrinin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və borclu Cavabdeh1 MMC faiz borcuna görə 965.174,24 manat pulun tutulub iddiaçıya ödənilməsini, habelə faiz borcu tələbini qalan hissədə rədd etməklə düzgün nəticəyə gəlib. Daha sonra, apelly asiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, sözügedən kredit müqaviləsinin təminatı kimi kredit verən Bank ilə "xxxx" ASC arasında 01 aprel 2011-ci il tarixli zaminlik müqaviləsi bağlanıb. Sonradan "xxxx" ASC adı dəyişdirilərək "xxxx" ASC adlandırılıb, daha sonra "xxxx" ASC “Azərbaycan Avtomobil X5” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilib. Apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayətləri ilə eyni məzmunlu olan apellyasiya şikayətlərinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, kredit verən Bank ilə kredit alan Cavabdeh1 MMC arasında kredit müqaviləsinin müddətinin 36 ay artırılması barədə 09 aprel 2014-cü il tarixli razılaşma (1 saylı əlavə) əldə edilərkən zamin Azərbaycan Avtomobil X3 buna razılığı alınmayıb. Mülki Məcəllənin 477.0.1-ci maddəsinə görə, zaminin razılığı olmadan zaminliyin təmin etdiyi öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminlik xitam olunur. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu 31 may 2018-ci il tarixli qərarından görünür ki, kredit müddətinin zaminin razılığı olmadan artırılması Mülki Məcəllənin 477.0.1-ci maddənin təsiri altına düşür. Apellyasiya instansiyası məhkəməsi, qeyd olunan maddənin tələblərini əsas tutub haqlı olaraq qeyd etmişdir ki, zamin Azərbaycan Avtomobil X3 razılığı olmadan sözügedən kredit müqaviləsinin müddəti uzadılıb və nəticədə sonuncunun təmin etdiyi öhdəlik dəyişib, yəni bu dəyişdirmə zamin Azərbaycan Avtomobil Yolları Agentliyinin məsuliyyətinin artma sına və onun üçün digər əlverişsiz nəticələrə səbəb olub. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı faiz borcu tələbinə aid hissədə qismən təmin etməklə, habelə zamin Azərbaycan Avtomobil X5nə aid hissədə iddianı rədd etməklə düzgün nəticəyə gəlib. İddiaçı kassasiya şikayətində, sözügedən kredit müqaviləsinin 10.2-ci bəndinə istinad edib borclu Cavabdeh1 MMC üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, hesablanmış faizlərin, gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla, ümumi məbləğin 16 faizi miqdarında Banka əlavə dəbbə pulu ödəməli olduğunu, Cavabdeh3 isə kassasiya şikayətində, kredit müqaviləsinə 1 saylı razılaşmada qalıq kredit borcunun hər hansı faizlə qaytarılmasının şərtləndirilmədiyi üçün ondan faizlərin tutulmasının qanunsuz olduğunu və sair göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, əvvəla dəbbə pulu tələbi hazırki işə baxılmasının predmeti olmayıb və faiz borcu sözügedən əlavə razılaşmanın müddətinin bitdiyi tarixdən illik 5 faiz olmaqla düzgün müəyyən edilib və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında şərh edilən məcburi göstərişlərə də uyğundur. Həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə görə, kreditor kredit müqaviləsindən irə li gələn öhdəliyin icrası üçün nəzərdə tutumuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Digər tərəfdən, iddiaçı və Cavabdeh3 kassasiya şikayətlərində 09 aprel 2014-cü il tarixli 1 saylı əlavə razılaşmada yalnız müqavilənin müddətinin 36 ay uzadıldığı üçün Mülki Məcəllənin 477.0.1-ci maddəsində nəzərdə tutulan əsasın olmadığını göstərsələr də, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Çünki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1, 477.0.1-ci maddələrinin əlaqəli şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli qərarında göstərilmişdir ki, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallara kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Bu baxımdan və Mülki Məcəllənin 477-ci maddəsinə uyğun olaraq, za minin məsuliyyətinin artılımasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçının və cavabdeh Lidiya Bağırovanın kassasiya şikayətləri ilə eyni məzmunlu olan apellyasiya şikayətlərinin digər dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayətləri təmin edilmədən sax lanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı "xxxx" QSC BOKT və Cavabdeh3 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli, 2(103)-4558/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar