Məhkəmə qərarları › İş №2(102)-14/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-14/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-14/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı xxxxnın Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) Hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-565/2022 nömrəli, 09 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı xxxx tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. ASC “Xalq” B ankı Cavabdeh1 arasında bağlanmış 19 avqust 2014-cü il tarixli, **********55914 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 bank tərəfindən illik 14 faiz ödəmək şərti ilə 36 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

3. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 aprel 2017-ci il tarixli, 2(044)2655/2017 nömrəli qətnaməsi ilə ASC “Xalq” Bankının iddiası qismən təmin edilmiş, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, **********514 saylı kredit müqaviləsi üzrə 13.011,82 ABŞ dolları məbləğində əsas borc, 3.101,15 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları məbləğində penya, cəmi 16.132,97 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasınadair xidmət haqqı kimi ödənilmiş 30 manatın alınaraq ASC “Xalq” Bank ın xeyrinə ödənilməsinə, tutmanın kredit üzrə öhdəliklərin təminatı kimi Əliyev Akif Qəmbər oğluna məxsus olan və 42.000 manat məbləğində qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində istifadəsində olan 0,063 ha torpaq sahəsində yerləşən 54 nömrəli binanın 3-cü girişində, 1-ci mərtəbəsində 55,8 kv.m. yaşayış, 22,5 kv.m. yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 78,3 kv.m. təşkil edən 4 otaqlı, 2 nömrəli mənzilə yönəldilməsi, həmin evin açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra xx.xx.2014cüil tarixli, **********514 saylı kredit müqaviləsi üzrə 13.011,82 ABŞ dolları məbləğində əsas borc, 3.101,15 ABŞ dolları faiz borcu, 20 ABŞ dollar məbləğində penya, cəmi 16.132, 97 ABŞ dolları borcun qətnamə icra olunan günə manata məzənnəsi üzrə və dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqındabildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsinin təmin edilməsi, qalan vəsaitin isə Əliyev Akif Qəmbər oğluna qaytarılması, yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan sonra sözü gedən mənzildə qeydiyyatda olan Əliyev Akif Qəmbər oğlu, Cavabdeh1 və Nümayəndə1 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə yaşayış evindən məcburi qaydada çıxarılması qət edilmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin 0 3 may 2018-ci il tarixli, 2(104)-295/2018 nömrəli qətnaməsi ilə cavabdehlər Əliyev Akif Qəmbər oğlu, Cavabdeh1 və Nümayəndə1 apellyasiya şikayəti qismən təmin edilmiş, Gə ncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 aprel 2017-ci il tarixli qətnaməsinin faiz borcu ilə bağlı hissədə dəyişdirilməsi, Cavabdeh1 13.011,82 ABŞdolları məbləğində əsas, 2.956,78 ABŞ dolları məbləğində faiz borcu, 20 ABŞ dollarıməbləğində penya, cəmi 15.988,60 ABŞ dolları pulun ödəniş gününə olan manat məzənnəsi nisbəti ilə tutularaq ASC “Xalq” Bankın xeyrinə ödənilməsi qət edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2018-ci il tarixli, 2(102)-7897/18 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının iş üzrə 03 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 6. 07.12.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, ASC “Xalq Bankı” cavabdehə həmin tarixə 15.805,29 manat bo rcu olduğunu bildirmiş və 3 gün ərzində həmin borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəklərini qeyd etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı ASC “Xalq” Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadeh Cavabdeh1 xx.xx.2014-cü il tarixli, **********5914 № li kredit müqaviləsi üzrə iddiaçı qarşısında 1.324,13 ABŞ dolları məbləğində, xx.xx.2017-ci il tarixinə qədər hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, 2.080,08 ABŞ dolları məbləğində xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış zərərin əvəzi, 6.576,87 ABŞ dolları məbləğində xx.xx.2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğində illik 15% dərəcəsi ilə hesablanmış penya, cəmi 9.981,04 ABŞ dolları məbləğində pul vəsaitinin və iddia ərizəsinə görə ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(104)295/2018 nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Cavabdeh1 həmin qətnamə ilə müəyyən edilmiş cəmi 15.988,60 ABŞ dolları məbləğində borcu xx.xx.2020-ci il tarixdə banka ödəmiş və bununla əlaqədar olaraq, ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam verilmişdir. Lakin buna baxmayaraq cavabdehin xx.xx.2017-ci il tarixdən kreditin qaytarılması müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə kredit müqa viləsi üzrə iddiaçı qarşısında 1.324,13 ABŞ dolları məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə penya da ödənilməlidir ki, xx.xx.2020-ci il tarixədək hesablanmış qeyd edilən məbləğ 6.576,87 ABŞ dolları təşkil edir. Bank kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən əsas borcun ödənildiyi xx.xx.2020-ci il tarixə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini (illik 5%) əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixd ən (xx.xx.2017-ci il) xx.xx.2020-ci il tarixədək olan dövr üçün müvafiq məbləğ 2.080,08 ABŞ dolları təşkil edir.

9. Cavabdehin nümayəndəsi Nümayəndə1 birinci instansiya məhkəməsindəki icraatda bildirmişdir ki, Cavabdeh1 krediti bankdan şəxsi istehlak məqsədi üçün götürmüş, onlar heç vaxt borclarından imtina etməmiş, avtomobillərini, qızıllarını satıb əldə olan pulu banka ödəmişlər, bank tərəfindən onlara təmizlik kağızı verilmiş və onun əsasında onlar evlərini ipotekadan çıxartmışlar. Daha sonra bankdan xəbərdarlıq məktubu gəlmişdir ki, onların banka borcu var. Əgər onların banka borcu qalmış olsa idi, bank onlara evin ipotekadan çıxarılması üçün sənəd verməzdi.

10. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hakim K.Hüseynov) 09 sentyabr 2021ci il tarixli, 2(044)-2539/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının tələbinin əsası olaraq istinad etdiyi xx.xx.2014-cü il tarixli, **********55914 saylı kredit müqaviləsi üzrə cavabdeh öhdəliklərini tam yerinə yetirmişdir. Bu faktı iddiaçı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvi üçün ərizəsində də qeyd etmişdir. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvi üçün ərizədən görünür ki, ASC Xalq Bankı ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********55914 saylı kredit müqaviləsi üzrə öhdəliklərini Cavabdeh1 tam olaraq yerinə yetirdiyi üçün ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının və həmin əmlak üzərində qeydiyyata alınmış bildirişin ləğvinin həyata keçirilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçının xx.xx.2014-cü il tarixli, **********55914 saylı kredit müqaviləsi üzrə tələbləri cavabdeh tərəfindən təmin edilmiş və buna görə də cavabdehin tələbinə əsasən iddiaçı ipoteka ilə yüklü edilmiş əmlakın ipotekasının dövlət qeydiyyatının və həmin əmlak üzərində qeydiyyata alınmış bildirişin ləğvini xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, ipoteka ilə təmin edilmiş əsas öhdəlik cavabdeh tərəfindən tam icra olunaraq xitam verilməsə idi, ipotekaya xitam verilməzdi və iddiaçı ipotekanın qeydiyyatını aparan Azərbaycan Res publikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə bu barədə müraciət etməzdi. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh xx.xx.2014-cü il tarixli, **********55914 saylı kredit müqaviləsi üzrə öhdəliyini tam icra edərək həmin öhdəliyə xitam verildiyi üçün iddia tələbi əsassızdır və rədd edilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2, 48.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 311.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini x ahiş etmişdir.

14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi düzgün araşdırmamış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 443.1 və 443.2-ci maddələrini tətbiq etməli olduğu halda bunu etməmiş və iddianı təmin etməmişdir. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,

445. Və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddəl ərinin tələblərindən irəli gəlir. Məhkəmə tərəfindən müəyyən edilmiş Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin tam yerinə yetirilməsinə dair hal sübut edilməmişdir. Çünki, Bank tərəfindən Qeydiyyat orqanına ünvanlanmış xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvi üçün ərizə Bankın hazırki tələbi üzrə işə aidiyyəti olmadığı üçün cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirilməsini təsdiq edən sübut hesab oluna bilməz. Qeyd olunan ərizə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(104)-295/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş ipoteka predmetinin dəyərindən tutulmalı olan kredit müqaviləsi cəmi 15.988,60 ABŞ dolları məbləğində borcun Cavabdeh1 tərəfindən ödənildiyini göstərir və yalnız bu faktı təsdiq edən sübut kimi çıxış edə bilər. Başqa sözlə, müvafiq ərizə cavabdeh tərəfindən kredit müqaviləsi üzrə 13.011,11 ABŞ dolları məbləğində əsas borcun və xx.xx.2017-ci il tarixədək hesablanmış 2.956,78 ABŞ dolları məbləğində adi faizlər üzrə borcun ödənildiyini təsdiq edir. Bankın hazırki tələbi isə həmin tarixdən hesablanmış 1.324,13 ABŞ dolları məbləğində adi faizlərin və 2.080,08 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) cavabdehdən tutulması ilə bağlıdır. Ona görə də həmin ərizənin bu işə aidiyyəti yoxdur.

15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-565/2022 nömrəli, 09 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və İ.T.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkə məsinin 09 sentyabr 2021-ci il tarixli 2(044)-2539/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı xxxx kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

18. İddiaçı kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırmışdır ki, məhkəmələr bankın tələb etdiyi xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 2.080,08 ABŞ dolları məbləğində zərərin (əldən ç ıxmış faydanın) əvəzini təmin etməməklə hüquqi aktların tələblərini pozmuş, işə aid olmayan sübut, yəni bank tərəfindən qeydiyyat orqanına ünvanlanmış daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvi haqqında xx.xx.2020-ci il tarixli ərizə əsasında kredit müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xitam verilməsi qənaətinə gəlinmişdir. Halbuki, qeyd olunan ərizə Gəncə Apellyasiya Məhkəməsinin 03 may 2018-ci il tarixli, 2(104)-295/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş ipoteka predmetinin dəyərindən tutulmalı olan kredit müqaviləsi üzrə cəmi 15.988,60 ABŞ dolları məbləğində borcun Cavabdeh1 tərəfindən ödənildiyini göstərir və yalnız bu faktı təsdiq edən sübut kimi çıxış edə bilər. Başqa sözlə, müvafiq ərizə Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə 13.011,11 ABŞ dolları məbləğin də əsas borcun və xx.xx.2017-ci il tarixədək hesablanmış 2.956,78 ABŞ dolları məbləğində adi faizlər üzrə borcun ödənildiyini təsdiq edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Cavadeh Cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 443.1 və 443.2-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarının göstərişlərinin pozulduğu göstərilmişdir. Lakin qeyd olunan maddi hüquq normalarının tələblərinin pozulması iş materiallarında öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı tərəfindən hansı faydadan və necə məhrum olduğu b ildirilməmiş və bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Halbuki, Konstitusiya Məhkəməsi xx.xx.2014-cü il tarixli qərarında bu kimi halların birmənalı olaraq sübut olunması öhdəliyini iddiaçının üzərinə qoymuşdur. Apellyasiya instansiyası məhkəməsi iddiaçı bankın əsassız iddiasını təmin etməməklə qanunvericiliyin müddəalarını düzgün tətbiq etmişdir. Tətbiq edilən hüquq İnsan Hüquqlarının və X3 X2:

20. Maddə 6, hissə.

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyası:

21. Maddə 60, hissə

1. Hər kəsin hüquq və aza dlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

24. Maddə 390.1. Fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məc əllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

25. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

26. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

27. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

28. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

29. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

30. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

31. Maddə 462.1 və

467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliy in icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.

32. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

33. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, fai zlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır v ə kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçü n apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iddiaçının icra edilməyən pul öhdəliyi üzrə faiz tələblərinə münasibətdə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

42. Belə ki, ASC “Xalq” Bankı, Cavabdeh1 ilə bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn və ödənilməmiş, ümumilikdə 9.981,04 ABŞ dolları (xx.xx.2017ci il tarixinə qədər hesablanmış 1.324,13 ABŞ dolları adi faizlər, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər illik 5% dərəcəsi ilə hesablanmış 2.080,08 ABŞ dolları, xx.xx.2020-ci il tarixədək illik 15% dərəcəsi ilə hesablanmış 6.576,87 ABŞ dolları penya) borcun olduğunu bildirir və həmin məbləğdə pulun cavabdehdə n tutulmasını tələb edir (§ 7-8).

43. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı bank sözügedən kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi haqqında iddia qaldırmış, müəyyən müddət ərzində məhkəmə çəkişmələri davam etmiş, nəhayət Cavabdeh1 məhkəmə qətnaməsi ilə müəyyən edilmiş, cəmi 15.988,60 ABŞ dolları məbləğində borcu xx.xx.2020-ci il tarixdə banka ödənmişdir (§ 2-5, 8).

44. İşə mahiyyəti üzrə baxan məhkəmələr iddianı rədd edərkən mövqelərini belə əsaslandırmışlar ki, iddiaçının tələbinin əsası olaraq istinad etdiyi xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh öhdəliklərini tam yerinə yetirmişdir. İpoteka ilə təmin edilmiş əsas öhdəlik cavabdeh tərəfindən tam icra olunaraq xitam verilməsə idi, ipotekaya xitam verilməzdi və iddiaçı ipotekanın qeydi yyatını aparan quruma bu barədə müraciət etməzdi. Beləliklə, cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə öhdəliyini tam icra edərək həmin öhdəliyə xitam verildiyi üçün iddia əsassızdır (§ 11-12, 16).

45. Bununla belə birinci instansiya məhkəməsi iddia tələbinin Mülki Məcəllədə nəzərdə tutulan qanuni əsas(lar)ını ümumiyyətlə göstərməmiş, apellyasiya məhkəməsi isə bu xüsusata münasibət bildirmədən, həmin Məcəllənin borc öhdəliyinin icra edilməməsinə dair müvafiq maddələrini ümumi şəkildə sadalasa da, hər bir tələbin qanuni əsası olan konkret normanın dispozisiya şərtləri ilə iddiaçının bildirdiyi və işin müəyyən edilmiş faktiki halları arasında uyğunluğa (uyğunsuzluğa) dair hüquqi dəyərləndirmə aparmamış, rayon məhkəməsinin mövqeyini təkrarlayaraq qətnaməni qüvvəsində saxlamışdır.

46. Halbuk i, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.

47. Kollegiya vurğulayır ki, mübahisənin mahiyyətinə qiymət vermədən, aidiyyəti maddi hüquq normalarını yoxlamadan, sadəcə qanunun bəzi ümumi normalarının sadalanması ilə iddianın əsassız olması barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qə bul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

48. Bu qaydalara riayət edilməməsi həm İnsan Hüquqlarının və X3 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun, həm Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun pozulmasına dəlalət edir (§ 20-21).

49. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üz rə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

50. Kassasiya kollegiyası bildirir ki, mövcud mübahisənin düzgün həlli üçün ilk növbədə müqavilənin ləğvi və ondan irəli gələn hüquqi vəziyyət nəzərə alınmalıdır.

51. Bu institutla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, “...müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 4 21.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Burada “tərəflərin razılaşması ilə yol verildikdə” müddəasının “əvvəlcədən müqavilədə nəzərdə tutulan hallarda” mənasını ehtiva etdiyi xüsusilə qeyd edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır. Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləs indən “məhkəmənin qərarına əsasən" müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir.... Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir....Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır.... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə b ildirilməsi ilə həyata keçirilir.... kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır”. Konstitusiya Məhkəməsinin Plenumu kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd et mişdir ki, “müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir.... Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.”

52. Konstitusiya Məhkməsinin formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi, yaxud məhkəmədə borcun tutulması və (ya) ipoteka predmetinə yönəldilməsi barədə iddia qaldırması müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür.

53. Baxılan işin halların görünür ki, iddiaçının cavabdehə qarşı bu məzmunda olan tələblərinə məhkəmələr tərəfindən baxılmış və qət olunan borc məbləği xx.xx.2020-ci il tarixdə banka ödənmişdir (§ 3-5, 8).

54. Hazırkı iddiada bankın kredit müqavi ləsinin müddətinin bitdiyi xx.xx.2017-ci il tarixədək adi faiz üzrə hesablanmış 1.324,13 ABŞ dolları tələbi ilə bağlı qeyd edilməlidir ki, daha əvvəl cavabdehə borcun tam qaytarılması haqqında bildirişin göndərilməsi və ya qeyd olunan iddianın qaldırılması müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edilməsi sayıldığı üçün həmin tarixdən sonra artıq qüvvədə olmayan müqavilədəki (adi) faizin hesablanması və tələb edilməsi yolverilməzdir.

55. Bununla belə, kreditorun müqavilə ləğv edildikdən sonrakı dövrdə (müqavilə müddətinin bitdiyi vaxtadək, habelə bu tarixdən sonra öhdəlik tam icra edilənədək) pul vəsaitini qanunsuz şəkildə özündə saxlayan borcludan müvafiq vəsaitin azı illik 5 faizini tələb etmək hüququ istisna olunmur.

56. Bu baxımdan iddiaçının həm xx.xx.2017-ci il tarixədək o lan 1.324,13 ABŞ dolları, həm də xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan 2.080,08 ABŞ dollarına dair tələblərinin illik 5 faizlə əsaslı olub-olmamasına hüquqi qiymət verilməlidir.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən Qərarında vurğulamışdır ki, “...Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”.

58. Baxılan işdə isə iddiaçının faiz tələbləri üzrə qeyd olunan maddi hüquq normaları müzakirə edilməmiş və məsələy ə göstərilən konteksdə hüquqi qiymət verilməmişdir.

59. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi qismən – iddianın “1.324,13 ABŞ dolları məbləğində, xx.xx.2017-ci il tarixinə qədər hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği 2.080,08 ABŞ dolları məbləğində xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış zərərin əvəzi”nin ödənilməsi hissələrində ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.

60. Kollegiya iddianın “6.576,87 ABŞ dolları məbləğində xx.xx.2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğində illik 15% dərəcəsi ilə hesablanmış penya” hissəsində apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas görmür. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tari xli kredit müqaviləsi ləğv edildiyi üçün artıq qüvvədə olmayan əqdə söykənən penya tələbinin rədd edilməsi (yuxarıda qeyd olunan hüquqi mövqelər də nəzərə alınmaqla) qanunvericiliyə uyğun olmuşdur. Odur ki, həmin hissədə kassasiya şikayəti rədd edilməklə qətnamə qüvvəsində saxlanılmalıdır.

61. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-565/2022 nömrəli, 09 fevral 2022-ci il tarixli qətnaməsi qismən - iddianın “1.324,13 ABŞ dolları məbləğində, xx.xx.2017-ci il tarixinə qədər hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği 2.080,08 ABŞ dolları məbləğində xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər vaxtı keçmiş ə sas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış zərərin əvəzi”nin ödənilməsi hissələrində ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar