Məhkəmə qərarları › İş №2(102)-1400/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1400/2025

20.05.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1400/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri, Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-85/2024 nömrəli iş üzrə 10 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən et mişlər:

2. Salyan şəhəri A.Ağabəyli küçəsi 1C-də yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0,0745 ha torpaq sahəsi İddiaçı adına tam mülkiyyət hüququ ilə 31 oktyabr 2019-cu il tarixli, **********0 nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır;

3. Salyan şəhəri, A.Ağabəyli küçəsi 1B-də yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0,01954 ha torpaq sahəsi İddiaçı adına tam mülkiyyət hüququ ilə 19 oktyabr 2018-ci il tarixli, ********** nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışına əsasən 0.0745 ha torpaq sahəsi verilmişdir;

4. Salyan Rayon İcra Hakimiyyəti Başçısının 28 avqust 1997-ci il tarixli, 329 saylı sərəncam ından çıxarışdan görünür ki, "xxxx" Firmasının həmin ərazidən 20x30 metr (600 kv.m) ölçüdə beynəlxalq standartlara cavab verən yanacaqdoldurma məntəqəsinin tikintisi altına torpaq sahəsi ayrılması, ayrılan sahə şərqdən Bakı-Astara magistralı ilə, qərbdən boş istifadəsiz sahə ilə, cənubdan mövcud yanacaqdoldurma məntəqəsi ilə əhatə olunduğu nəzərə alınmış və həmin ərazidə yardımçı binaların tikintisinə icazə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanda yaşayan İddiaçı xüsusi mülkiyyətində reyestr çıxarışına əsasən 0,0745 və 0,01054 ha torpaq sahəsinə gedən lahiyədə göstərilən yolun üzərində Cavabdeh tərəfindən tikilmiş 25 metr uzunluğunda hasarın öz vəsaiti hesabına sökülməsi və gedi ş-gəliş yolu üzərində əkilmiş ağacların çıxarılması, vəkil xərci olaraq 800 manat və 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Salyan şəhəri Ə.Hüseynzadə küçəsində mülkiyyətində 0,0745 və 0,01054 ha torpaq sahəsi var və həmin torpaq sahəsinə gedən yolu cavabdeh məhdudlaşdırmaqla yol üzərində hasar inşa etdirmiş və yola qəsdən ağac əkdirmişdir. Hər iki torpaq sahəsinə yol Ələt-Astara magistral yolundan nəzərdə tutulmuş və həmin yoldan 2021-ci ilin əvvəlinə kimi istifadə etmişdir. Lakin sonradan cavabdeh onun torpaq sahəsinə gələn yolu tutmaqla təqribən 40 metr uzunluğunda daş hasar çəkdirmiş və həmin yerdə qanunsuz olaraq özbaşına ağac əkmişdir. Bu barədə Muradla telefonda danışmış və sonuncu hasarı çəkdiyin i və ağac əkdiyini etiraf etmiş, yolu açmayacağını demişdir. Cavabdehin tutduğu torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsidir. Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə gələn yolu qanunsuz zəbt etdiyi üçün öz mülkiyyətindən istifadə edə bilmədiyindən məcburiyyət qarşısında qalaraq digər tərəfdən özünə yol açmışdır.

7. Salyan Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2(057)-202/2022 nömrəli qərardadı ilə məhkəmə torpaqşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin birinci instansiya məhkəməsinə təqdim etdiyi 06 may 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətində olan A.Ağabəyli küçəsi 1C ünvanda yerləşən 0,0745 ha və A.Ağabəyli küçəsi 1B ünvanda yerləşən 0,01054 ha torpaq sahəsində A.Ağabəyli küçəsi istiqamətindən gedən ümumi istifadədə olan yol məhdudlaşdırılmamışdır. Lakin iddiaçının iddia etdiyi və cavabdehin öz ərazisi kimi daş hasarla hasarladığı iddia olunan mübahisəli yol "xxxx" firması YDM tərəfindən məhdudlaşdırılmışdır.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2023-cü il tarixli, 10/82xx-xx/1151 nömrəli ekspert rəyindən görünür ki, iddiaçının sənəd üzrə cəmi 0.08504 ha, faktiki istifadəsində isə 0.0977 ha torpaq sahəsi vardır. Mübahisəli torpaq sahəsində əkilmiş ağaclar və daş hasar mövcuddur. Torpaqların elektron kadastr uçotu məlumat bazasında mübahisəli ərazinin 58.0 kvadra t metri dövlət mülkiyyətinə aid YDM ərazisi, 33.0 kvadrat metri isə bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsidir. Torpaqların elektron kadastr uçotu məlumat bazasında “Salyan Firması”nın təxminən 40 metr uzunluğunda inşa etdirdiyi mişar daşından olan hasarın yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. İddiaçının mübahisə etdiyi yerdən əlavə A.Ağabəyli küçəsindən alternativ yolu mövcuddur. Torpaqların elektron kadastr uçotu məlumat bazasına əsasən “Salyan Firması”nın istifadəsində 0.36 ha torpaq sahəsi vardır.

10. Salyan Rayon Məhkəməsinin 4 may 2023-cü il tarixli, 2(057)-69/2023 saylı qətnaməsi ilə (hakim Ağarza Səmədov) iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Salyan şəhəri A.Ağabəyli küçəsi 1C-də yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0,0745 ha və Salyan şəhəri A.Ağabəyli küçəsi 1B-də yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0,01954 ha torpaq sahəsinə gedən yol üzərində Cavabdeh tərəfindən inşa edilmiş 40 metr uzunluğunda hasarın öz vəsaiti hesabına sökülməsi, gediş-gəliş yolu üzərində əkilmiş ağacların çıxarılaraq başqa yerdə əkilməsi, Cavabdeh vəkilin göstərdiyi yardıma görə 100 manat və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi qət edilmişdir.

11. Məhkəmə hesab etmişdir ki,iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Cavabdeh İddiaçı mülkiyyətində olan Salyan şəhəri, A.Ağabəyli küçəsi 1C-də yerləşən yaşayış məntəqələrinin torpaqlarına aid olan 0,0745 ha və Salyan şəhəri, A.Ağabəyli küçəsi 1B-də yerləşən yaşayış mən təqələrinin torpaqlarına aid olan 0,01954 ha torpaq sahəsinə gedən yolun üzərində daş hasar və ağaclar əkməklə mülkiyyətçiyə öz torpaq sahəsindən istifadə hüququnu məhdudlaşdrmışdır. Nəticədə iddiaçı öz torpaq sahəsindən istifadə etmək imkanından məhrum olmuşdur. İddia olunan yol tərəflərin heç birinin mülkiyyətində deyil, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi olmaqla yol kimi istifadə olunmaq üçün nəzərdə tutulmuşdur.Qeyd edilənlər məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla tam təsdiq olunmuşdur.

12. Məhkəmə qeyd etmişdir ki, həm mütəxəssis rəyində və həmçinin ekspert rəyində qeyd olunan torpaqların elektron kadastr uçotu məlumat bazasında "xxxx" Firmasının istifadəsində 0,36 ha torpaq sahəsinin olması qeyd olunsa belə, qarşı tərəf bu halın təsdiq olunması ü çün məhkəməyə heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdir.Ona görə də məhkəmə qeyd olunan hala tənqidi yanaşaraq həmin halı sübut kimi qəbul etmir.Qeyd olunan torpaq sahəsinin "xxxx" Firmasının istifadəsində olması halı heç də həmin firmaya qeyd olunan torpaq sahəsindən qanuni əsaslarla istifadə olunmasına dəlalət etmir.Eyni zamanda bir daha qeyd olunmalıdır ki, iş üzrə toplanmış ilkin sənədlər cavabdehin qeyd olunan mübahisəli yolu hasarlaması və orada qanunsuz olaraq iddiaçının hüquqlarını məhdudlaşdırılması məqsədi ilə ağac əkməsini sübut edir.

13. Məhkəmə bildirmişdir ki, eyni zamanda məhkəmə baxışı zamanı aydın olmuşdur ki, istər Cavabdeh və istərsə də "xxxx" Firmasının mübahisəli torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədi məhkəməyə təqdim olunmamışdır.

14. Cavabdeh özünün cavabdeh sırasından çıxarılması və cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdehin əsl cavabdehlə əvəz olunması iddiaçının yazılı razılığı ilə yol verilir. İddiaçı cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizə vermədiyi üçün cavabdehin əsl cavabdehlə əvəz olunması mümkün deyildir. Ona görə də məhkəmə irəli sürülmüş tələblə bağlı qərar qəbul etməlidir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Firması apellyasiya şikayəti ve rərək qətnamənin təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə işdə olan sübutlardan irəli gələn dəlillərə istinadən və mübahisənin həllini tənzimləyən maddi hüquq normaların tələbləri əsasında deyil, nəticə etibarı ilə iddiaçının tələbi mövqeyindən çıxarıldığından və qətnamənin nəticə hissəsinin onun əsaslandırıcı hissəsi ilə uyğun olmadığından əsassız, iş üzrə tərəflər arasında mövcud münasibətə uyğun olmadığından hüquqa zidd hesab edilməlidir. Belə ki, iddiaçının mülkiyyətində olan əmlakına gedən yolun üzərində daş hasar çəkilibsə və yaxud mübahisələndirilən daş hasar iddiaçının mülkiyyətində olan əmlaka gedən yolun üzərində çəkilibsə əmlakına gedən yol məhdudlaşdırılmamış deyil, gediş-gə liş yolundan məhrum edilmiş olur. Lakin iddiaçıya məxsus adıçəkilən əmlak ticarət obyekti kimi işlədilir və normal fəaliyyət göstərir. Məhkəmənin gəldiyi qənaət nəticə etibarı ilə obyektə gediş-gəlişin hasarın üstündən aşmaqla mümkün olduğu məntiqsiz olsa da, istər-istəməz ortaya sual çıxır. İddiaçıya məxsus əmlaka gediş-gəliş hardan keçir? Axı iddiaçı iddia edir ki, onun əmlakına giriş-çıxış yolunun üzərində cavabdeh tərəfindən daş hasar çəkilməklə bağlanmışdır. Nə qədər ki, iddia tələbinin əsası gediş-gəliş yolunun bağlanması idi. Məhkəmə ilk növbədə bu halı aydınlaşdırmalı idi. Lakin yolla bağlı tərəflər arasında münasibətini ümumiyyətlə aydınlaşdırmamışdır. Əslində iddiaçının əmlakına gedən yolun hasar çəkilən və ağac əkilən ərazi ilə heç bir əlaqəsi və ona aid yolun gedişgəlişinə heç bir maneə yoxdur. Hazırda da gediş-gəliş normal qaydada davam edir.

18. Həmçinin Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçının əmlakının qarşısından A.Ağabəyli küçəsi keçir və bu küçə yalnız iddiaçı tərəfindən deyil, küçə boyu onunla bir sırada yerləşən bütün qonşular tərəfindən istifadə olunur. Yəni iddiaçının öz əmlakına gediş-gəlişinə heç bir əngəl mövcud olmamış və hazırda da yoxdur. "xxxx" Firmasına məxsus yanacaqdoldurma məntəqəsinin yerləşdiyi torpaq sahəsinin arxa hissəsində A.Ağabəyli küçəsi arasında, küçəyə paralel təqribən 40 metr uzunluğunda setka hasar olmuşdur. Bir neçə il bundan əvvəl “setka” çəpər daş hasarla əvəz olunmuşdur. Torpaq sahəsinin YDM tərəfindən təcrid olunması 25 ildir bu vəziyyətdədir. İddiaçı tərəfindən ona məxsus adıçəkilən torpaq sahəsinin sonradan əldə etmiş, bir neçə il bundan əvvəl orada tikililər inşa edilmişdir. Əgər mübahisəli hasar onun əmlakının yerləşdiyi A.Ağabəyli küçəsinin üzərində inşa edilmişdirsə, onda neçə keçib orada tikililər inşa etmişdir və hazırda ticarət obyekti kimi fəaliyyətini neçə təmin edir? Faktiki olaraq iddiaçının əmlakının yerləşdiyi torpaq sahəsi ilə YDM-nin torpaq sahəsi və sonuncu tərəfindən inşa edilmiş hasar arasında A.Ağabəyli küçəsi keçir. Əslində iddiaçının tələbi ona aid olan ümumi istifadə edilən küçə ilə bağlı deyil, bunu bəhanə edir, onun tələbi əmlakın qarşısından keçən A.Ağabəyli kü çəsindən sonra yerləşən, uzun müddət və hazırda "xxxx" Firmasının istifadəsində olan torpaq sahəsindən 7 metr bələdiyyə, yerdə qalan "xxxx" Firmasına aid torpaq sahələrinin yerləşdiyi ərazidən əlavə yol açılmasıdır. İddiaçının mübahisəsi nə hasar, nə də ağacla bağlıdır. Belə ki, "xxxx" Firmasının direktoru mərhum atası olmuşdur. Bir neçə il bundan əvvəl hazırkı iş üzrə iddiaçı onun yanına gəlib, YDM-nin yanından keçən və setkaya alınmış şor kanalın o biri üzündə qalan torpağın ona verilməsinə atasını razı salmağını xahiş etmişdir. Həmçinin bildirdilər ki, torpağı bələdiyyə ilə özləri danışıb həll edəcəklər, lakin YDM-nin çəpərinin içərisində olduğundan firmanın razılığı olmalıdır. Sözlərindən belə çıxdı ki, yolun o biri üzündə obyekt tikirlər və sahəsini genişləndirmək istəyirlər. O da ata sı ilə danışacağını bildirdi və onunla danışdı, lakin atası buna razılıq vermədi. Yolun açılması tələb edilən ərazi ona yox, "xxxx" Firmasına aiddir. Mübahisəli hasar "xxxx" Firması tərəfindən çəkilib və onunla heç bir əlaqəsi yoxdur.

20. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1129/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə təkrar tikinti-texniki ekspertizası təyin edilmişdir.

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6986 saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-338/2-2480/2024 saylı mütəxəs sis rəyinə əsasən, İddiaçı və Cavabdeh torpaq sahəsinin naturada hüdudları GPS aləti vasiitəsilə müəyyən edilmişdir (mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilib). Mübahisəli ərazi faktiki olaraq hal-hazırda "Salyan Firması" YDM-nin istifadəsində olan ərazidir. Torpaqların elektron kadastr uçotu məlumat bazasında mübahisəli ərazidə “Salyan Firması” YDM-nin təxminən 40 metr uzunluğunda inşa etdirdiyi mişar daşından olan hasarın yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi, ağaclar əkilmiş ərazinin isə 558,0 kvadrat metri dövlət mülkiyyətinə aid YDM ərazisi, 33.0 kvadrat metri isə bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi olması müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Re yestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-38/2-231/2024 saylı mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planından görünür ki, İddiaçı mülkiyyətində olan 0,0745 və 0,0105 ha torpaq sahələrinə A.Ağabəyli küçəsi istiqamətindən yol mövcuddur. A.Ağabəyli küçəsindən istifadə etməklə magistral yola giriş-çıxış mümkündür. İddia olunan mübahisəli ərazi iddiaçının torpaq sahəsinə faktiki mövcud olan yol ilə Bakı-Astara avtomobil yolu arasında qalan sahədir. Həmin sahənin bağlanmasının iddiaçıya maneə yaradıbyaratmaması məsələsi hüquqi xarakterli məsələ olmaqla məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının predmetindən kənar məsələdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023- cü il tarixli, 3-21-3-38/2231/2024 saylı mütəxəssis rəyinə əsasən mübahisəli əraziyə (daş hasar çəkilmiş və ağac əkilmiş ərazi) aid heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır.

22. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Pərviz Əhmədov sədrlik edən və məruzəçi, Tale Kərimov və Cahid İmanov)2(106)-85/2024 nömrəli iş üzrə 10 dekabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilərək, Salyan Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(057)-69/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddia tələbinin rədd edilməsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2023-cü il tarixli 10/820xx-xx/115 1 saylı rəyinə görə 50 manat və xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6986 saylı ekspert rəyinə görə 50 manat, cəmi 100 (yüz) manat məbləğində pul vəsaitin İddiaçı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, torpaqların elektron kadastr uçotu məlumat bazasından da görünür ki, mübahisəli ərazi dövlət və bələdiyyə mülkiyyətində olmaqla faktiki olaraq hal-hazırda “Salyan Firması” YDM-nin istifadəsində olan ərazidir. Belə ki, rəyə görə həmin ərazidə “Salyan Firması” YDM tərəfindən təxminən 40 m uzunluğunda inşa edilmiş mişar daşından olan hasarın yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi, ağaclar əkilmiş ərazinin isə 558,0 kv.m. dövlət mülkiyyətinə aid YDM ərazisi, 33.0 kv.m. isə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olduğu müəyyən edilmişdir.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli ərazinin faktiki olaraq "xxxx" Firması YDM-nin istifadəsində olması mütəxəsiss və ekspert rəyləri, üçüncü şəxs "xxxx" Firmasının apellyasiya şikayəti və onun nümayəndəsinin izahatı, həmçinin mülki işin müəyyən edilmiş digər faktiki halları ilə də təsdiqini tapmışdır.

25. Məhkəmə kollegiyası bildirmişdir ki, adıçəkilən mübahisəli ərazidə Cavabdeh məxsus hər hansı torpaq sahəsi, yaşayış və ya qeyri-yaşayış sahəsi mövcud deyildir.Orada “Salyan Firması” YDM fəaliyyət göstərdiyindən və sahə onun faktiki istifadəsində olduğundan hər hansı şəxs tərəfindən hər hansı tikinti və digər işlərin görülməsi də məhz “Salyan Firması” YDM-nin fəaliyyətinə xidmət edir.

26. Məhkəmə kollegiyası be lə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə tələbin cavabdeh qismində məhz “Salyan Firması” YDM-ə qarşı yönəldilməsi daha düzgün olardı. Belə ki, MPM-in 50.3-cü madəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-38/2-231/2024 saylı mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planına əsasən İddiaçı mülkiyyətində olan 0,0745 və 0,0105 ha torpaq sahələrinə A.Ağabəyli küçəsi istiqamətindən yol mövcuddur. Bundan başqa, qeyd edilən mübahisəli əraziyə (daş hasar çəkilmiş və ağac əkilmiş ərazi) aid heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır.

28. Məhkəm ə kollegiyası hesab etmişdir ki, mübahisəli ərazi bütövlükdə hal-hazırda bələdiyyə mülkiyyəti olaraq ümumi istifadədə olan yol deyildir. Belə ki, iddiaçıya məxsus torpaq sahəsindən və ya orada yerləşən tikilidən magistral yola çıxış üçün iddia edilən həmin sahənin yola çıxışı bağlayan bir hissəsi dövlət mülkiyyəti kimi qeyd edilmişdir.

29. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bu mübahisəni həll edilərkən maddi hüquq normas ını düzgün tətbiq etməyərək, hüququ olan iddiaçını və ictimai maraqları müdafiə etmək əvəzinə, hüququ yaranmayan-olmayan şəxsi müdafiə etməklə qanunsuz qərar qəbul etmişdir. Əksinə məhkəmə müvafiq normanın mühafizə funksiyasını əsas götürməklə mülkiyyətçinin yəni işdə iddiaçını müdafiə etməli və normanın tətbiqini də bu aspektdən həyata keçirməli idi. Yəni obyektiv hüququn funksiyalarından biri də mühafizə funksiyasıdır. Mülkiyyət hüququnun qorunması obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir və hər bir mülkiyyətçini özbaşınalıqdan qoruyur. Nəzərə alınmalıdır ki, ölkə ərazisində belə bir məhkəmə təcrübəsi formalaşsa nəticədə illər ərzində ümumi istifadədə olan yolların bağlanması, istifadəyə yararsız hala salınması ilə bağlı çoxlu sayda iddia tələbləri ilə qarşılaşmış olarıq, ən başlıcası sağlam hüquq düşüncəsinin formalaşmasına zərər vurmaqla hüquqdan sui-istifadə edilməsi hallarına şərait yaratmış olardı.Cavabdehin, eləcə də 3-cü şəxsin torpaq üzərində hər hansı bir hüquqverici sənədləri yoxdur. Əgər mübahisəli torpaq sahəsi üzərində cavabdehin və ya 3-cü şəxsin qeydiyyata alınmasına dair hər hansı bir hüquqları olsaydı belə onda məhkəmə həmçinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin torpaq sahəsi üzərində servitutlar nəzərdə tutan normalarını da tətbiq etməklə məhdudlaşdırılmış yolun açılması barədə qərar verməkdə haqlı olardı.Apellyasiya instansiya məhkəməsi həqiqətin üzə çıxarılması kimi Konstitusion bir vəzifə daşıdığı halda, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırılma aparılması görüntüsünü təsis etməklə və son nəticədə həqiqətin müəyyən edilməsi ni təmin etmədən, yalnız formal əsaslara istinad etməklə iddiaçının mülki hüquqlarını pozan və sahibkarlıq fəaliyyətini məhdudlaşdırmasına yönələn qətnamə qəbul etmişdir. Məhkəmə həqiqətin üzə çıxmasını istəsəydi qeyd olunan bir neçə mühüm məsələni aydınlaşdırdıqdan sonra qərar qəbul edərdi. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq əsaslandırma apararaq qeyd etmişdir ki, həm mütəxəssis rəyində və həmçinin ekspert rəyində qeyd olunan torpaqların elektron kadastr uçotu məlumat bazasında "xxxx" Firmasının istifadəsində 0.36 ha torpaq sahəsinin olması qeyd olunsa belə, qarşı tərəf bu halın təsdiq olunması üçün məhkəməyə heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Ona görə də, məhkəmə qeyd olunan hala tənqidi yanaşaraq həmin halı sübut kimi qəbul etmir. Qeyd olunan torpaq sahəs inin "xxxx" Firmasının istifadəsində olması halı heç də həmin firmaya qeyd olunan torpaq sahəsindən qanuni əsaslarla istifadə olunmasına dəlalət etmir. Eyni zamanda bir daha qeyd olunmalıdır ki, iş üzrə toplanmış ilkin sənədlər cavabdehin qeyd olunan mübahisəli yolu hasarlaması və orada qanunsuz olaraq iddiaçının hüquqlarını məhdudlaşdırılması məqsədi ilə ağac əkməsini sübut edir. Eyni zamanda məhkəmə baxışı zamanı aydın olmuşdur ki, istər Cavabdeh və istərsə də "xxxx" Firmasının mübahisəli torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədi məhkəməyə təqdim olunmamışdır.

32. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, iddia tələbi də “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən nəzarət həyata keçirən orqanın yəni yerli icra hakimiyyətinin müvafiq sənəd inə uyğun olaraq verilmiş və haqlı olaraq hüquq pozuntusunu törədən şəxsə qarşı yönəldiyindən birinci instansiya məhkəməsi tərəfindən də təmin edilmişdir. Buna görə də Cavabdeh özünün cavabdeh sırasından çıxarılması və cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizəsi ilə iddiaçı razılaşmamış və iddia tələbinin yönəldiyi şəxsin düz seçildiyində israrlı olmuşdur. Belə ki, iddia tələbi hüquq pozuntusunu törədən şəxsə qarşı yönələ bilər, yanlız əməli törətmiş şəxs məsuliyyətə cəlb edilə bilərdi. Qanunsuz tikili aparmaqla ümumi istifadədə olan yolun məhdudlaşdırılmasının "xxxx" Firması tərəfindən həyata keçirlməsinə dair fikirlərə gəldikdə isə bu yalnız Cavabdeh qanunsuz hərəkətlərini pərdələmək, onun cinayət və mülki məsuliyyətdən kənarda qoymaq cəhdlərindən başqa bir şey deyildir. Çünkü işdə olan mötəbər sübutlardan görünür ki, qanunsuz tikili cavabdeh ünvan 1 ünvanda yaşayan İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinə Salyan rayonu Arbatan kənd yoluna gedən hisssəsindən alternativ olaraq Ələt-Astara avtomobil yolundan ayrılan yol üzərində Salyan rayon sakini Cavabdeh tərəfindən mişar daşdan hasar inşa edilmişdir. Cavabdeh mübahisəli torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədi olmayan "xxxx" Firması onun mərhum atasına məxsus olmuşdur və o vərəsədir. Cavabdeh "xxxx" Firması faktiki sahibi və sərəncam verənidir. "xxxx" Firmasına aid təsis sənədlərinin məhkəməyə təqdim edilməməyinin də əsas səbəbi cavabdehlə 3-cü şəxs arasında olan bu bağlarını gizlətməkdir.Lakin məhkəmə tərəflərindən təqdim olunan sübutları nəzərə almayaraq Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

37. Maddə 51.3. Başqa cava bdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

38. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddia çı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

39. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunma masına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instans iya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçı tələbini ona cavab verməli olan şəxsə qarşı irəli sürməmişdir. Bu hal iddianın prosessual əsasla rədd edilməsinə kifayət edir.

48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

49. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsini n araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

51. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-85/2024 nömrəli iş üzrə 10 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar