Məhkəmə qərarları › İş №2(102)-1403/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1403/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1403/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iddia tələbi: 52.032 (əlli iki min otuz iki) manat 64 qəpik məbləğində pulun tutulması Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili Vəkil, Cavabdeh iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1771/2020 nömrəli iş üzrə 28 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya ş ikayətinə dair işə 06 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: -28.01.2016-cı il tarixli icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı Quba rayonu, 1 -ci Nügədi kəndində yerləşən balıq istehsalat sexini hər ay 100 manat icarə haqqı ödəmək şərtilə Cavabdeh icarəyə vermişdir. -01.11.2016-cı il tarixli icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən balıq istehsalat sexini hər ay 500 manat icarə haqqı ödəmək şərtilə "xxxx" MMC-yə icarəyə vermişdir. İddiaçı həm öz adından, həm də hüquqi şəxsin direktoru kimi onun adından həmin müqavilənin tərəfləri kimi yalnız özü imzalar etmişdir. -03.11.2016-cı il tarixli əmək müqaviləsinin sur ətindən görünür ki, “Aqro İnvest və İstehsalat” MMC-nin direktoru İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh həmin MMC-də bir il müddətinə yəni 03.11.2016-cı il tarixdən 03.11.2017-ci il tarixədək anbardar vəzifəsinə qəbul edilir. -satınalma fakturalarının surətindən görünür ki, Xırdalan anbarı tərəfindən 05.07.2017-ci il tarixdə 8.231,1 manat, 01.08.2017-ci il tarixdə 15.669,04 manat və 06.09.2017-ci il tarixdə 26.050,5 manat dəyərində müxtəlif növ balıqlar satılmışdır. Həmin fakturalar müştəri kimi Cavabdeh tərəfindən imzalanmışdır. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 52.032,64 manat pul vəsaitinin, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-448/2020 saylı, 13 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.A.Məmmədov) iddia təmin edilmiş, Cavabdeh 52.032 (əlli iki min otuz iki) manat 64 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1771/2020 nömrəli iş üzrə 28 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.R.Abasov (sədrlik edən və məruzəçi), S.A.Qafari və T.Q.Məmmədov) Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Quba Rayon Məhkəməsinin 2(027)-448/2020 saylı, 13 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi sübutlara obyektiv və digər sübutlarla və işin halları ilə əlaqəli şəkildə qiymət verməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq nor maları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 608-ci maddəsinə əsasən əgər bu pa raqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi q iymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddianın rədd edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin qətnaməsi aşağıdakı kimi əsaslandırılmışdır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən iş üçün əhəmiyyətli olan hallara dair məlumatı əks etdirən sənədin ya əsli, ya da təsdiq olunmuş surəti olmalıdır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehin ondan balıq sexini icarəyə götürdüyünü bildirir, buna dair kserosurət olan və üzərində qələmlə düzəlişlər aparılan icarə müqaviləsini təqdim edir. Bu dəlil qeyd edilənlərə əsasən tutarlı sübut deyildir. Cavabdeh isə öz apellyasiya dəlillərini onunla əsaslandırmışdır ki, onlar arasında icarə hüquq münasibətləri olmamış, o, balıq sexinin icarəyə verildiyi MM C-də anbardar vəzifəsində işləmiş, iddiaçı isə onun müdiri olmuşdur. O, buna dair sübutlarını qanunvericiliyin tələblərinə əsasən təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi bu xüsusatla bağlı qeyd etmişdir ki, iddiaçının cavabdehə balıq sexini icarəyə verməsini iş üzrə sübutlar təsdiq etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. İddiaçı fakturalar təqdim edərək onlara əsasən cavabdehə balıq məhsullarını satdığını bildirsə də, alıcının adı qeyd olunmadığından fakturalardan məhsulun kimə satıldığı müəyyən olunmur. İşə əlavə edilmiş “X2 Azerbaijan” MMC-nin qaimələrindən belə qənaətə gəlmək olur ki, həmin qaimələr üzrə müxtəlif növ balıq məhsulları Quba rayonuna Pərviz adlı şəxsə göndərilmişdir. Digər tərəfdən həmin qaimələrin tarixlərindən görünür ki, onların bir hissəsi, cavabdehlə bağlanması iddia edilən icarə müqaviləsindən əvvəl tarixə, bir qismi isə sonrakı tarixə təsadüf edir. Tələb edilən məbləğin sübutu kimi istinad edilən qaimələr 2017-ci ilin iyul-sentyabr aylarına aiddir. Həmin dövrdə isə cavabdeh iddiaçının rəhbərlik etdiyi MMC-də anbardar işləmişdir. Başqa sözlə tərəflər arasında balıqların alqı-satqısının olması öz təsdiqini ta pmır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki mübahisə daha çox işəgötürən-işçi münasibətlərindən doğan mübahisədir. Ona görə də apellyasiya instansiyası məhkəməsi izah etmişdir ki, işçinin işəgötürənə maddi ziyan vurması ilə bağlı hər hansı tələbi varsa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 32-ci fəslinə əsasən işçinin işəgötürənə vurduğu ziyana görə iddia tələbi irəli sürülə bilər. Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni aşağıda göstərilənlərə əsasən qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəz ifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış icarə müqaviləsinin kserosurət olmasına görə həmin müqaviləni sübut kimi qəbul etməmişdir. Lakin bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi MPM-nin 14.1-ci maddəsinin tələbləri baxımından həmin müqavilənin əslinin məhkəməyə təqdim olunmasını iddiaçıya təklif etməmişdir. Bundan əlavə apellyasiya instansiyası məhkəməsinin iclas protokolundan görünür ki, tərəflər arasında icarə müqaviləsinin olmasını cavabdeh özü təsdiq etmişdir (i/v 94). Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya sübut kimi istinad etdiyi satınalma fakturalarının ə slinin məhkəməyə təqdim edilməsi təklif olunmamışdır. Tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən icarə müqaviləsinin müddəti 28.01.2016-cı il tarixdən 28.01.2021-ci il tarixinədək olan dövrü, hüquqi şəxslə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin müddəti isə 03.11.2016-cı il tarixdən 03.11.2017-ci il tarixədək dövrü əhatə etsə də, apellyasiya instansiyası məhkəməsi bununla əlaqədar işin faktiki hallarını tam araşdırmamış, hüquqi şəxslə bağlanmış əmək müqaviləsinə əsasən cavabdehin vəzifəsi anbardar kimi göstərilsə də, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsində cavabdehin adına ********** saylı “VOEN” olduğuna hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan M əcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətb iq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1771/2020 nömrəli iş üzrə 28 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar