Məhkəmə qərarları › İş №2(102)-1405/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1405/2020

04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1405/2020 04.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən “xxxx” QSC BOKT-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(001)-1078/2019, hakim F.E.Hətəmzadə) “xxxx” QSC onun adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC-nin Cavabd eh qarşı kredit müqaviləsi üzrə əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddiası iddia müddəti tətbiq edilərək, rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-11513/2019, hakimlər F.Ş.Talışinski, R.Ə.Eyvazov və Z.Ə.Əliyev) “xxxx” QSC onun adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2011-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 20 fai z ödəmək şərti ilə 24 ay müddətinə 6.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus avtomobil bankın xeyrinə yüklü edilmişdir. xx xxxxxxx 2018-ci il tarixdə “xxxx” QSC onun adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətin i onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Cavabdeh tərəfindən xx xxxxxx 2016-cı il tarixdə 12 manat borc qaytarılmaqla borc etiraf edilmişdir. Bu səbəbdən iddia müddətinin axımı kəsilmiş, hazırki iddia tələbi də iddia müddəti ötürülmədən qaldırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassatorun nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə ödənilməli olan borcun tutulması təşkil edir. İş materiallarından mübahisəsiz qaydada görünür ki, 24 ay istifadə müddəti şərtləndirilməklə bağlanmış xx xxxxxxx 2011-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının son müddəti xx xxxxxxx 2013-cü il tarixə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, cavabdehə qarşı iddia müddətinin axımı xx xxxxxxx 2013-cü il tarixdən başlanmışdır. Bununla bərabər cavabdeh tərəfindən sonuncu ödəniş xx xxxxxx 2016-cı il tarixdə icra edilmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələrinin qətnamələrində də işin qeyd olunan halının müəyyən edildiyi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddəsi ilə iddia müddəti axımının kəsilməsi əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Göründüyü kimi, xx xxxxxx 2016-cı il tarixdə iddia müdətinin axımı kəsilməklə, iddia müddəti həmin tarixdən yenidən başlamışdır. İddiaçı xx xxxxxxx 2018-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı cavabdehə qarşı tələb hüququnu əhatə edən 3 illik müddəti ötürməmişdir. Lakin iddia çı iddia müddətinin axımının yenidən başlanmasından 2 il 8 ay sonra, yəni 3 illik iddia müddəti keçməmiş borcluya qarşı hazırki tələbi irəli sürdüyü halda, apellyasiya məhkəməsi iddia müddətinin bitdiyi tarixi ümumiyyətlə müəyyən etmədən, gəldiyi nəticəni ümumiyyətlə əsaslandırmadan, hazırki mübahisə üzrə tətbiq edilməli olmayan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsini tətbiq etməklə, həmin normanı səhv təfsir edərək iddiaçının borcluya qarşı iddia müddətini ötürməsi barədə birinci instansiya məhkəməsinin qanunsuz və əsassız qətnaməsini dəyişdirilmədən saxlamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418.2-ci maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edili r. Həmin Məcəllənin 386-cı maddəsinin tələblərinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, kredit müqaviləsi üzrə borcun məbləği müəyyən edilməklə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azər baycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar